231
- Atam universitetin pedaqoqu olduğu üçün hamı belə
düşünür. – deyə qız tərəddüd etmədən dilləndi.
- Hələ bu harasıdır? – deyə Sergey istehza ilə dilləndi. –
Həmkarlarım mənə deyir ki, tələbələrin ağzından çıxan söz-
söhbətə görə guya mənim Skandinaviya ölkələrin birində
böyük bir villam və bir neçə mağazalarım var. Camaatın
ağzını yığışdırmaq mümkün deyil.
- Sergey Vladimiroviç, hamı bilir ki, siz elmli bir
adamsınız və tələbələr arasında böyük hörmətə maliksiniz.
Elə bu vaxt qapının zəngi vuruldu və Yelizaveta otaqdan
çıxdı. Gözlənilməz olmasa da gələn Robert idi və onun
gəlişi qızı xeyli dərəcədə təəccübləndirdi. Sergey eşitməsin
deyə, o, elə dəhlizdə gəlişinin məqsədini izah etməyə
başladı.
- Əzizim, yaxşı gəlir əldə etmək üçün sərfəli imkan
yaranıbdır. Amma bunun üçün özümdə olan pul çatmaya-
caq.
- Nə baş veribdir axı? – deyə oğlanın fikrini qismən başa
düşən Yülizaveta fəhmsizliklə soruşdu.
- Bir kommersant dostum, Qarabağda yığdığı əntiq mal-
ları satışa çıxarmaq üçün İrəvanda auksion təşkil etmək
istəyir. Mən isə ona bildirdim ki, istədiyi məbləği ona verə-
cəm, amma malları auksiona çıxarmasın.
- Sən pulu atamdan almaq istəyirsən?
232
- İstəməzdim ki, bu məsələ ilə bağlı Sergey Vladimiro-
viçi narahat edim. Ümumi işimizin xətrinə sən mənə
köməklik edə bilərsən.
Əzizim, sənin şəhərə qeydiyyatın olduğu üçün, bankdan
pul götürməyə çətinlik çəkməyəcəksən.
- Mən, bankdan pul götürmyəliyəm? – qız təəccübləndi.
- Əlbəttə!
- Nə qədər pul lazımdır? Bəlkə, mən həmin pulu atam-
dan ala bildim.
- İnanmaram ki, həmin məbləğ sənin atanda olsun.
- Axı, nə qədər lazımdır?
- 80 min dollar. Təxminən 40 min dollara yaxın pul
mənim özümdə var, əməliyyatın keçirilməsi üçün elə bir o
qədər də pul lazımdır.
- 40 min dollar? – deyə qızın gözləri bərələ qaldı və bir
qədər ara verəndən sonra sözünə davam etdi. – Həmin
məbləği mən bankdan necə ala bilərəm? Bunun üçün banka
böyük məbləğli girov qoymalıyam.
- Sənin ixtiyarında özəl salon var. salonu girov qoysan,
onda işimiz irəli gedər.
- Robik, sən yaxşı bilirsən ki, həmin salonu mənə atam
hədiyyə edibdir. Məhz buna görə də bu, məsələ ilə bağlı
mən, mütləq atamla məsləhətləşməliyəm.
233
- Sergey Vladimiroviç bu haqda bilsə, inanmıram ki, o,
mənə kömək əlini uzadacaq. Ona görə ki, o, Eduardgilə
lazımi yardım göstəribdir və bundan sonra ondan əlavə
yardım istəmək, mənim tərəfimdən sırtıqlıq sayılacaq.
- Lakin buna baxmayaraq cəhd etmək lazımdır. Atam
xoşlamır ki, kimsə onun başı üzərindən risqli hərəkətlər
etsin. Açığını desəm, mənim özümdə 6 min dollara qədər
pul var. Əgər həmin pul sənə müəyyən qədər köməklik
göstərəcəksə, mən həmin məbləği sənə verməyə hazıram.
- Həmin məbləğ nəzərə çarpacaq dərəcədə azdır.
Söbətin uzandığını görən qız qarşısındakı adamı mətbə-
xə dəvət etdi. Robert məmnuniyyətlə içəri daxil oldu və
masa arxasına keçən kimi tələsik halda dedi:
- Bu əməliyyat zamanı mən bir evin pulunu qazana
bilərəm. Onda, toyumuz olmamışdan əvvəl, biz özümüzə
şəhərin kənarında bir ev ala bilərik.
- Robik, məgər biz evlənirik ki, sən bizim toy etmək
fikrini ortaya atırsan? – deyə qız çiyinlərini çəkərək daha da
təəccübləndi.
- Məgər, mən fırıldaqçıya oxşayıram? – oğlanın üzündə-
ki ifadə ciddiləşdi. – Səninlə mütəmadi olaraq görüşürəmsə,
deməli biz evlənəcəyik.
- Mən razılıq bildirməsəm də, belə? – soyuqqanlığını
itirməyən Yelizaveta kofe hazırlaya-hazırlaya istehza ilə
234
dilləndi və kofeni qonağın qarşısına qoyan kimi kürəyini
pəncərəyə tərəf çevirib, oğlanı dinləməyə başladı.
- Anlamadım? – deyə Robert vəcdə gəldi. – Mənimlə
ailə qurmaq istəmirsən?
- Mən bu haqda heç düşünməmişəm də. – Yelizaveta
tərəddüdlə dilləndi və bir qədər fikirləşəndən sonra həmin
tərzdə sözünə davam etdi. – Bilirsən Robik, mən əvvəl elə
zənn edirdim ki, vaxt ötdükcə biz bir-birimizə bağlı olaca-
yıq. Lakin həmin hal baş vermədi, ona görə ki, bizim
xasiyyətlərimiz xeyli dərəcədə bir-birindən fərqlənir. Sən
bizneslə məşğul olmaqla, bütün diqqətni ticarət əlaqələrinə
yönəldir və mənimlə məşğul olmağa demək olar ki, vaxtın
qalmayacaq. Bu ondan xəbər verir ki, xoşbəxtliyin işığı
görünməyən izdivac nəticəsində, ailəmiz tez və ya gec
dağılacaq.
Qızın obyektiv fikri oğlanın kefinə soğan doğradı. Bir
anlığa Robert yerindəcə donub qaldı. Qız sanki qarşısındakı
oğlanın məkrli niyyətini başa düşüb, belə bir gözlənilməz
cavab vermişdi.
Dostları ilə paylaş: |