184
Yolboyu onlar çoxsaylı yoxlamalara məruz qalırdılar. Polis
əməkdaşlarından çox postlarda hərbi polislər böyük üstünlük
təşkil edirdi. Düzdür, qonaqların xüsusi buraxılış vərəqəsi
olduğundan onları postlarda çox saxlamırdılar. Ən əsas,
Roberti çoxsaylı sorğu-suallara tuturdular. O, isə birmənalı
olaraq hamıya bildirirdi ki, Rusiyadan gələn qonağı Xan-
kəndinə çatdırmaq üçün bələdçilik funksiyasını yerinə yetirir.
Bir neçə saatlıq yoldan sonra onlar Cəbrayıl rayonunun
ərazisinə daxil oldular. Ətrafı sıx meşə ilə əhatə olunmuş
Karxulu kəndi tamamilə dağıdılmış və demək olar ki, oradakı
yaşıllıqlardan əsər-əlamət qalmamışdır. Hətta, vaxtı ilə
yaşıllığa bürünmüş Karxulu qəbirstanlığı dağıdılmış və
qəbirüstü qiymətli daşlar isə sökülüb aparılmışdı. Ermənilərin
bu cür vandalizm aktı rus ziyalısının diqqətindən yayınmadı.
Sergey müşahidə zamanı Maralyan, Mərcanlı, Mehdili,
Çaxırlı, Mahmudlu stansiyalarının yerlə yeksan edildiyini
gördü. Bütün evlər dağıdılmış və həyətlərdə, yol kənarlarında
olan qiymətli qoz ağaclarının hamısını kəsib məhv etmişdilər.
Uzunömürlü ağaclar, xüsusilə ən yaşlı çinar ağaclarının
ermənilər tərəfindən tamamilə məhv edilməsi faktı göz
qabağında idi. Yalnız Xudafərin körpüsü bu gün onlar üçün
əhəmiyyətli strateji obyekt olduğuna görə uçurulmamışdır.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-
dək qədim Azərbaycan tarixini özündə əks etdirən tarixi-
memarlıq abidələri, geniş sahələri əhatə edən qiymətli ağac
növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sər-
185
vətlər, əhalinin uzun illər faydalandığı yerli tikinti material-
ları, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın
özünəməxsus ekosisteminin, işğaladək qoruyub saxladığı
əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin olan
əvəzedilməz içməli su mənbələri erməni işğalçıları tərəfindən
dağıdılmış və məhv edilmişdir.
Gördüyü mənzərədən məyus olan rus ziyalısı hələ də inana
bilmirdi ki, insan bəndəsi bu dərəcədə təbiətə təcavüz edərək
onu bərbad hala salıbdır. Tarixi abidələrin məhv edilməsi isə
heç bir məntiqə sığmırdı.
Nə vaxtsa inkişaf edib çiçəklənən
bir diyarın xarabazarlığa çevirilməsi, daşnakların yaratdığı
fitnə-fəsadların nəticəsi idi. Sanki, qan iyinin qoxusundan
böyük ləzzət alan erməni quldurları belə bir görüntüdən həzz
alırdılar.
Yol boyu onları yalnız sönük mənzərə müşahidə edirdi.
Bütün bu görüntülərdən vəcdə gələn Sergey avtomobildə
ermənilərin əhatəsində olmasına baxmayaraq, ürəyindəki
sözləri boşaltmaq üçün cəsarətlə dedi:
- Robert, sən bilirsən ki, mən açıq danışmağı xoşlayıram.
Etiraf etmək lazımdır ki, azərbaycanlılar bu ərazilərdə yaşa-
yanda buralar belə kökdə deyildi. Kim ki, bura ilk dəfə qədəm
qoyurdu, həmin adam ətrafda tüğyan edən təbii gözəllikdən öz
heyranlığını gizlədə bilmirdi. Lakin hazırda həmin gözəllik-
dən demək olar ki, heç nə qalmayıbdır. Nəyə görə buradakılar
meşələrin qəniminə çevriliblər? Axı, buradakı iri gövdəli
ağacların yaşı bir neçə yüzilliklərlə ölçülürdü və istər-istəməz
186
adamı özünə cəlb edirdi. Şəxsən mən, belə bir mənzərəni
görəndən sonra, inana bilmirdim ki, bura həmin Cəbrayıl
rayonudur.
Robert cavab verməkdə tərəddüd etsə də, taksi sürücüsü bu
məsələ ilə fikir bildirməli oldu. O, dedi:
- Əziz qonaq, unutmayın ki, biz blokada şəraitində
yaşayırıq. Qışda buralar həddindən artıq soyuq olur. Camaat
qızınmaq üçün qaz olmadığından, odun yandırmalı olur. Ona
görə də meşələrdəki ağaclar belə bir kəskin şəkildə azalıbdır.
- Mənə elə gəlir, bu cavab reallığı əks elətdirmir. – deyə
tarixçi sürücünün fikri ilə razılaşmadı. – Səfər zamanı mən bir
neçə rayonda oldum və gördüm ki, əvvəlki illərə nisbətən
burada əhalinin sayı bir neçə dəfə azalıbdır. Ərazidə yaşayan
əhalinin iki yüz illik odun ehtiyatını nəzərə alsaq, yəni, burada
yaşayan camaat iki yüz il evlərində odun yandırsalar belə,
meşələr bu cür çılpaq vəziyyətə düşməməli idi. Bunun səbəbi
başqadır. Yolboyu mən görürəm ki, Ermənistan istiqamətində
ardı-arası kəsilmədən qiymətli ağac növünün gövdələri ilə
dolu olan yük maşınları hərəkət edir. Bəs, bunu necə başa
düşmək olar?
- Sən çox maraqlı insansan. – deyə sürücü yenə söhbətə
müdaxilə etdi. – Axı, mən izah etdim ki, biz hamımız türk-
lərin ucbatından blokadaya düşmüşük. Gəlirimiz heç bir
yerdən yoxdur. Qazanc əldə etmək üçün məcbur olub meşələri
qırır və taxtanı satmaq üçün Ermənistana aparırıq. Bizim
dolanışığımız elə bu meşələrdən çıxır.
Dostları ilə paylaş: |