  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə47/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

                                                     

 

  



                                                                            

                                                    

172 

aralıda  olan  masada  əyləşmək  istədi.  Amma  Sergey  məhz 



onlara  yaxın  masada  əyləşərək  Roberti  də  öz  yanında 

əyləşdirdi. Onlar kabab hazırlanana qədər hərəyə bir bokal pivə 

içdilər. Sergey burada olan slavyan görünüşlü şəxsin buralarda 

nə  etdiyini  öyrənmək  üçün  ona  yaxınlaşdı.  Məlum  olur  ki, 

Vladimir Rusiyadakı Arxeologiya universitetlərin birində elmi 

əməkdaş kimi çalışır. Onlar səmimi söhbət etmək üçün kafedən 

uzaqlaşıb  meşə  istiqamətində  gəzişməyə  başladılar.  Öndəki 

ağacların sırası arxada qalan kimi Sergey üzrxahlıqla dedi: 

-  Yerli,  sən  mənim  dostumdan  incimə  və  onun  hərəkətləri 

xətrinə  dəyməsin.  İş  ondadır  ki,  Robertin  anasını  “qocalar 

evinə” göndərib evini isə talan ediblər və onun fikirincə, bu işi 

burada müvəqqəti işləyən sizin kimi adamlar ediblər.  

-  Sergey  Vladimiroviç,  görünür  sən  burada  hökm  sürən 

vəhşi  qaydalardan  hali  deyilsən.  –  deyə  istehza  ilə  dillənən 

arxeoloqun  dodaqlarında  acı  təbəssüm  sezildi.  –  Buradakı 

camaat əvvəlcədən sözləşiblər ki, yerli sakinlərdən kimsə, uzun 

müddət  evində  qalmırsa,  mütləq  həmin  adamın  evi  qarət 

edilərək yararsız hala salınmalıdır. Sənin dostunun evini bizlər 

yox,  elə  buranın  sakinləri  qarət  ediblər.  Ümumiyyətlə,  demək 

istəyirəm  ki,  ermənilərin  qəribə  bir  xasiyyəti  var:  özlərinin 

törətdikləri ən çirkin işləri başqalarının boynuna yıxmaq.  

-  Əgər  elədirsə,  onda  Robert  nəyə  görə  bunu  gizlətməyə 

çalışır?  –  deyə  Sergey  həmyerlisinə  sualedici  nəzər  saldı.  – 

Həm də qonşular nəyə görə qonşunun evini talan etməlidir? O, 

burada qalmayanda evi dağıdılmalıdır?  



                                                     

 

  



                                                                            

                                                    

173 

- Hörmətli alim, mən dedim axı, ermənilərdə vəhşi qaydalar 



və  barbarlara  məxsus  adətlər  hökm  sürür.  Onlar  özünkülərinə 

qarşı  belə  bir  sərt  ictimai  sanksiyalar  tətbiq  edirlərsə,  gör 

düşmənlərə  qarşı  necə  reaksiya  göstərirlər?  Onlar  sağlam 

rəqabət aparmaq fikirində deyillər. 

- Səni yaxşı başa düşə bilmədim? 

-  Sergey  Vladimiroviç,  mən  ixtisasca  arxeoloqam  və  bizim 

işimiz  bəşəriyyətə  xidmət  etməkdən  ibarətdir.  Hər  hansı  bir 

ölkənin  ərazisində  yerin  altında  olan  tarixi-memarlıq  abidələr, 

keçmişin  tarixindən  xəbər  verən  əşyalar,  sənət  əsərləri  həmin 

ərazidə  yaşayan  millətə  yox,  bütün  bəşəriyyətə  məxsusdur. 

Lakin  ermənilər  başqa  millətlərə  məxsus  olan  bir  çox  şeyləri 

özününküləşdirməyə  çalışır,  bəzilərini  isə  məhv  edərək  yer 

üzündən silirlər. 

Taliban Əfqanistanda hakimiyyəti ələ keçirəndə, orada olan 

İslama qədərki dövrdə düzəldilmiş, qayalar üzərində Buddanın 

yonulmuş  nəhəng  heykəlini  partladir  və  bütün  dünya  başda 

YUNESKO  təşkilatı  olmaqla,  vandalizm  aktına  görə  onları 

qınadı  və  talibana  qarşı  siyasi  və  iqtisadi  sanksiyalar  tətbiq 

etdilər.  Bəs,  indi  nəyə  görə  həmin  təşkilat  və  dünya  birliyi 

susur? 


-  Əlbəttə  ki,  ermənilər  qədim  tarixi-memarlıq  abidələrinə 

ziyan  vurmadıqları  üçün  YUNESKO  heç  bir  reaksiya  vermə-

məlidir.  –  deyə  Sergey  damağına  siqaret  qoyaraq  biganəliklə 

dilləndi. 




                                                     

 

  



                                                                            

                                                    

174 

-  Görürəm,  sən  bu  məsələdə  tamamilə  məlumatsızsan.  – 



Vladimir bir qədər də səsini yavaşıdaraq tələsik halda dilləndi. 

– Mən Azərbaycanda dəfələrlə olmuş və Qarabağ ərazisindəki 

bir çox tarixi abidələrin, o cümlədən, insanın ən qədim yaşayış 

məskənlərindən  biri  olan  “Azıx”  mağarasının  tədqiqi  ilə  məş-

ğul olmuşam. Hazırda ermənilər həmin mağaranı silah ambarı-

na  çeviriblər. 

Cənubi  Qafqazda  Azərbaycan  toponimlərinin 

dəyişdirilməsində xüsusi sənətkarlıq və ustalıq nümayiş  etdi-

rən  ermənilər,  Azərbaycanın  tarix  və  mədəniyyət  abidələrini 

və milli mədəniyyət nümunələrinin də məhv edilməsi eləcə də 

erməniləşdirilməsi istiqamətində hər il xeyli vəsait xərcləməli 

olurlar. 

 

Bu  ərazilərdə  tarixən  mövcud  olan  İslam  dövrü  abidələri, 



kurqanlar, dekorativ tətbiqi sənət nümunələri, at, qoç fiqurları, 

qəbirüstü  abidələr,  türbələr,  məscidlər,  pirlər,  qədim  yaşayış 

məskənləri,  saraylar,  xatirə  abidələri,  yaşayış  evləri  və 

muzeylərin  isə  ermənilər  tərəfindən  bir  qayda  olaraq  kütləvi 

şəkildə  məhv  edilməsinə  qərar  verilmişdir.  Bu  qərarın  icrası 

ilə  ermənilər,  bu  ərazilərdə  bir  zamanlar  yalnız  ermənilərin 

yaşadıqlarını  sübuta  yetirmək,  Cənubi  Qafqazın  guya  erməni 

əraziləri  olduğuna  haqq  qazandırmaq  istəyirlər.  Erməni 

mənbələrində  göstərilir ki,  təkcə 1992-ci  ildə erməni işğalın-

dan sonra Azərbaycan ərazilərində 1700 tarixi və mədəniyyət 

abidəsinin adları dəyişdirilərək erməni adları ilə əvəz olunmuş 

və  ermənilərin  tarix  və  mədəniyyət  abidələri  kimi  təbliğ 

olunmağa başlamışdır. 

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə