  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə45/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   41   42   43   44   45   46   47   48   ...   113

                                                     

 

  



                                                                            

                                                    

166 

dilləndi.  –  Ermənilər  hamılıqla  vətəni  tərk  etmirlər.  Onların 



nəslinin  hər  hansı  bir  nümayəndəsi  doğulduğu  yerdə  qalıb, 

doğma ocağın keşikçisinə çevrilirlər.

 



Camaatın  danışığından  mən  elə  başa  düşdüm  ki,  o, 



Rusiyaya  gedəndə  hamıya  geri  qayıdacağına  söz  vermişdi.  – 

deyə  ziyalı  gəldiyi  qənaətlə  bölüşməyi  qərara  aldı.  -  Bunun 

üçün atasını sanki orada girov saxlamışdılar. 

 



Qətiyyən bu belə deyil. – deyə erməni öz etirazını bildir-

di.  –  Albert  əminin  özü  evdə  qalacağını  və  oradan  heç  yana 

getməyəcəyini əvvəlcədən bəyan etmişdi. 

 



Sən oradakı camaatın sifətlərinə baxmasan da, mən onla-

rın mimikasından nifrət hisslərini oxudum.  Eduardın camaatı 

aldatması onların hamısını qəzəbləndiribdir.

 

Həmsöhbətinin pərt olduğunu görən rus ziyalısı söhbəti bu 



yerdə dayandırmaq üçün acıdığını bildirdi və heç bir söz əlavə 

etmədən  yeməkxanaya  qayıtdı.  Heç  bir  dəqiqə  keçməmiş 

süfrəyə  yemək  gətirildi.  Onlara  qədər  sürücü  yeyib  ayağa 

qalxmışdı. 

Əvvəlki  kimi  orada  əyləşən  yaraqlılar  Robertgili  tərs 

nəzərlə süzürdülər. Bir az keçəndən sonra qonaqlar içi arağla 

dolu olan ikinci badəni qaldırmaq istəyirdilər ki, birdən onlara 

çiyindən  avtomat  asılmış  komuflyajlı,  orta  yaşlı  iki  yaraqlı 

yaxınlaşdı.  Saqqal  basmış  sir-sifətindən  zəhrimar  yağan 

yaraqlının biri elə erməni dilində Robertdən kim olduğunu və 

bura nəyə görə gəldiklərini soraq etdi. O, da tərəddüd etmədən 

Qarabağa  gəlişinin  missiyasını  açıqladı.  Həmin  yaraqlı 




                                                     

 

  



                                                                            

                                                    

167 

biləndə  ki,  34  yaşlı  Robert  əslən  Qarakənddəndir,  onun 



müharibə zamanı kimin batalyonunda döyüşdüyünü soruşdu. 

 



Birincisi,  müharibə  başa  çatan  zaman  mənim  17  yaşım 

vardı. – deyə bu sorğu-sualdan təngə gələn Robert təşəxxüslə 

dilləndi.  -  İkincisi,  mənim  atam,  qardaşım  və  bir  neçə  qohu-

mum  Qarabağ  uğrunda  gedən  döyüşlərdə  türklər  tərəfindən 

öldürülüblər. Növbəti dəfə müharibə başlayan kimi mən, müt-

ləq türklərdən öz əzizlərimin qisasını alacağam. Rusiyada...

 



Mən  xoşlamıram  ki,  kimsə  yanımda  pafosla  danışsın.  – 



deyə  o  biri  alçaqboy,  eybəcər  sifətli  erməni  arxasını  rus 

ziyalısına  çevirib  kobudcasına  dilləndi.  –  Bircə  şeyi  yadda 

saxla,  burada  müharibə  hələ  də  davam  edir.  Qeyrəti  olan  hər 

bir  erməni  bu  müharibədə  iştirak  etməli  və  ən  az  on  türkü 

məhv etməlidir. 

 



Sənin kimiləri mən uzaqdan tanıyıram. – deyə hündürboy 

yaraqlı  özündən  müştəbeh  halda  dilləndi.  -  “Artsaxa”  yalnız 

kef çəkmək üçün gəlirsiniz. 

 



Bilmək  istəsəniz,  mən kef  çəkən  adamlardan  deyiləm.  – 

deyə qonağın yanında biabır olan Robert qarşısındakı yaraqlı-

ları sakitləşdirməyə çalışdı. – Sizə izah etdim  ki, yanınmdakı 

qonaq  elmi  xadimdir  və  biz  bura  elmi-praktik  konfransa 

gəlmişik. Rusiyanın tanınmış alimi belə bir münasibəti görən-

dən sonra o, bizim millət barəsində nə düşünə bilər?

 



Qonşu  kənddən  xəbər  verildi  ki,  bir  fərarinin  qohumu 



yanında  yaşlı  slavyan  görünüşlü  kişi  ilə  orada  olmuşdur.  – 


                                                     

 

  



                                                                            

                                                    

168 

deyə  alçaqboy  yaraqlı  nifrət  hissilə  dilləndi.  -    Əlamətlərə 



görə elə başa düşürəm ki, həmin fərarinin qohumu sənsən. 

 

Masaya  yaxınlaşan  yaraqlıların  işi  Sergeylə  olmasa  da  o, 



həmin adamların kobud danışıq tərzinə, sakit qalmaq fikirində 

deyildi.  Halbuki  onların  hamısı  erməni  dilində  danışırdılar. 

Rus  ziyalısı  ayağa  qalxıb,  arxası  ona  tərəf  olan  alçaqboy 

yaraqlının  çiyninə  əlini  qoyub  nə  lazım  olduğunu  soruşdu. 

Sergeyin  müdaxiləsi  həmin  yaraqlının  xoşuna  gəlmədi  və  o, 

əlləri  ilə  ziyalının  çiyinlərindən  aşağı  basıb  qonağı  yerində 

otuzdurdu, sonra isə erməni dilində Robertə hədə-qorxu gələ-

gələ erməni dilində dedi:

 



Yanındakı  akademikə  denən  ki,  bura  “Böyük  Ermənis-



tan”  torpağıdır  və  hamı  millətimizə  hörmətlə  yanaşıb,  qədim 

torpağımızın  üzərində  erməni  dilində  danışmalıdır.  Bir  daha 

bu salonda rus dilində danışmayın.

 



Əks  təqdirdə,  dostuna  erməni  dilini  öyrətmədiyin  üçün, 

səni tənbeh etməli olacayıq. – deyə o biri yaraqlı xəbərdarlıq 

edərək, dostu ilə birlikdə öz yerinə qayıtdı. 

 

Çıxılmaz  vəziyyətdə  qalan  Robert  yerində  əyləşən  kimi 



əlini  dodağının  üstünə  qoyub,  işarə  ilə  Sergeyə  sakit  olmağa 

dəvət etdi. Onlar ac olsalar da, burada istənilən şəkildə çörək 

yeyə bilmədilər. Ona görə ki, hələ də buradakı adamlar nifrət 

dolu  baxışlarını  onlara  tərəf  yönəltmişdilər.  Vəziyyəti  dərk 

edən  Sergey  münaqişə  baş  verməsin  deyə,  qarşısındakı 

nemətlərdən doymadan tələsik buradan uzaqlaşmağı məsləhət 

bildi. 

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə