  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə48/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   44   45   46   47   48   49   50   51   ...   113

                                                     

 

  



                                                                            

                                                    

175 

Bütün  bunların  hamısı  bir  çox  alimlərin  gözü  qarşısında 



baş verir və heç kim onların vandalizm  aktlarına qarşı  etiraz 

səsini ucaltmır. Halbuki hamı anlamalıdır ki, İslam mədəniy-

yəti  və  sonradan  İslamı  qəbul  etmiş  millətlərin  mədəniyyəti 

dünya mədəniyyətinin tərkib hissəsidir.

 



Vladimir Palıç, sən erməniləri lap talibanlar kimi qələmə 



verirsən. – Sergey onunla razılaşmaq istəmədi. – Ermənilərin 

də öz mədəniyyətləri var və onlar həmin mədəniyyətin bərpası 

ilə məşğuldurlar.

 

-  Bir  çox  alimləri  düşündürən  odur  ki,  həmin  mədəniyyət 



haradadır?  Onlar  minillik  tarixdən  dəm  vururlarsa,  həmin 

tarixin  nə  Qarabağa,  nə  də  ki,  indiki  Ermənistanla  Azərbay-

cana aidiyyatı yoxdur.  

 

Dağlıq  Qarabağda  hal-hazırda  50-60  min  erməni  əhalisi 



yaşadığı halda, erməni əhalisinin ibadət etməsi və dini etiqa-

dını yerinə yetirməsi üçün 600 alban dövrü monastr, bazilika 

və  digər  xarakterli  məbəd  tipli  abidəyə  erməni  monastırı  adı 

verilmiş, 500 adda sovmə, müşahidə məntəqəsi eləcə də qala 

bürclərindəki  hücrələr,  erməni  kilsəsi  adlandırılaraq  təbliğ 

edilməkdədir.  Ermənilərin  işğalından  sonra,  nəzarətsiz  qalan 

Azərbaycan  ərazilərindən  100-dən  çox  daş  divar  yazıları, 

oymalar,  abidələrin  üzərindən  sökülərək,  Ermənistana  aparıl-

mışdır. 100 mindən çox muzey eksponatı və o qədər sayda da 

mülki  vətəndaşların  şəxsi  kolleksiyalarına  və  xüsusi  mülkiy-

yətinə  aid  olan  Azərbaycanın  müxtəlif  dövrlərini  əhatə  edən 



                                                     

 

  



                                                                            

                                                    

176 

bədii  sənət  nümunələri  və  digər  qızıl  zinət  əşyaları  qarət 



edilərək Ermənistana aparılmışdır.

 



Tarixdən  məlumdur  ki,  XIX  əsrin  əvvəllərinə  qədər 

Qarabağ  ərazisinin  heç  bir  yerində  bir  dənə  də  olsun  erməni 

kilsəsi mövcud olmamışdır. Kilsə yaranandan sonra isə yalnız 

terrora  dəstək  veribdir.  Fransız  alimi  de-Ban  Eçmiədzin 

kilsəsinə səfər edəndə, gör bu haqda nə yazıbdır: “Ermənlərin 

xalq  qəhrəmanlığı  barəsində  bir  şey  eşidən  olubmu?  Onların 

azadlıq uğrundakı  mübarizələrinin adları  harada  həkk edilib? 

Heç  yerdə!  Çünki  ermənilərin  "qəhrəmanları"  həmişə  öz 

xalqlarının xilaskarlarından daha çox cəlladı olublar”.

 



Əziz  arxeoloq,  sən  nəsə,  birtərəfli  danışaraq  məni 

azdırmağa çalışırsan? Bəs, Şuşadakı erməni kilsəsinə nə deyə 

bilərsən?

 



Həmin  kilsə  XIX  əsrin  əvvəllərində  rus  hərbi  komen-

dantlığının  həbçilər  üçün  Şuşada  tikdirdiyi  pravoslav  kilsəsi-

dir.  Sonradan  ermənilər  həmin  kilsəni  mənimsəyərək,  onu 

ictimaiyyətə erməni kilsəsi kimi təqdim etməyə başladılar. 

 

Özgə torpaqda özlərinə dövlət qurmağa nail olan ermənilər 



məskunlaşdıqları  ərazilərdə  Azərbaycan  xalqına  məxsus  daş, 

qaya,  divarlar  üzərindəki  ornamental  oymaları,  cızma, 

qabartma  üsulu  ilə  işlənmiş  sujetli  daşları  və  eyni  zamanda 

milli,  dini  simvolikaların  daş,  qaya  üzərindəki  nümunələrini 

də  çox  sürətlə  və  kütləvi  şəkildə  mənimsəməyə  başladılar. 

Ermənilər  Alban  dövrü  memarlıq  abidələrinin  üzərindəki 

bəzəklərin, müxtəlif növ sujetlərin ornamental quruluşlarında 



                                                     

 

  



                                                                            

                                                    

177 

forma  və  məzmun  dəyişiklikləri  edərək  bu  abidələri  erməni 



mədəniyyətinin  memarlıq  nümunələri  kimi  dünyaya  təqdim 

edirlər. Bu yolla da onlar bütün Qafqaz bölgəsində, xüsusi ilə 

də  işğal  etdikləri  bütün  Azərbaycan  ərazilərindəki  qədim 

Alban  memarlığının  nümunələrini  erməniləşdirməklə  dünya 

mədəniyyətinə böyük ziyan vururlar. 

 



Bu çox ciddi iddialardır. – eşitdiyi faktlardan vəcdə gələn 

tarixçi alim fikirli halda dilləndi. – Əgər, hər şey sənin dedi-

yin  kimidirsə,  onda  onlar  burada  oğurluğa  bərabər  olan  bir 

cinayət törədiblər. Belə bir qeyri-sivil aksiyalara görə erməni-

lər ciddi sanksiyalar ilə üzləşə bilərlər.

 



Hələ bu harasıdır? Ermənilər bütünlüklə azərbaycanlıların 

izini bu diyarda yoxa çıxarmaq istəyirlər. Onlar işğal etdikləri 

ərazilərdə  200  qəbirstanlığı  qismən,  450  qəbirstanlığı  isə 

dağıdaraq tamamilə yararsız hala salıblar, bu qəbirstanlıqlarda 

5000-ə yaxın mərmər daşdan olan qəbir sökülərək dağıdılmış, 

götürülən  mərmər  daşlardan  başqa  məqsədlər  üçün  istifadə 

edilir və ya Ermənistana daşınır. 

 



Gorus  və  Laçın  yolunda  olanda  mən,  mərmər  daşları 

daşıyan  yük  maşınları  gördüm.  –  deyə  hələ  də  şok  effekti 

yaşayan Sergey çaşqınlıqla dilləndi. – Deməli, həmin mərmər-

lər qəbirüstü daşlardır? Axı, Sankt-Peterburqda mənə deyilirdi 

ki,  azərbaycanlılar  Qarabağda  yerləşən  bütün  erməni 

qəbristanlıqlarını darmadağın edərək, yer üzündən siliblər. 

 



Artıq məlumdur ki,  ermənilər xristian amilindən istifadə 



edib,  bu  ərazilərdəki  abidələri  erməniləşdirməklə  bu  tipli 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə