  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə44/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

                                                     

 

  



                                                                            

                                                    

162 

xalqının  düşmənlərinə satılır, əvəzinə isə bura ərzaq məhsul-



ları gətizdirilir. 

- Robert, mən biləni Əfqanistanda becərilən narkotika Orta 

Asiya respublikaları və İranın vasitəsilə Rusiyaya, oradan isə 

Avropa  ölkələrinə  keçirilərək,  məzlum  insanları,  düşüncəsi 

olmayanları, ağıllarını itirənləri məhv edir. Onda belə çıxır ki, 

buradakı narkotikanın böyük bir hissəsi Avropa ölkələrinə yol 

tapır və günahı olmayan insanların məhv edərək, milyonlarla 

ailələri  bədbəxt  edir?  Mənə  elə  gəlir,  Avropada  yaşayanlar 

ermənilərin  düşməni  deyil  və  hər  bir  ölkə  blokadada  olan 

Ermənistana mümkün olan dəstəyini verir.  

- Əzizim Sergey Vladimiroviç, dünya ölkələri bizə kömək 

əlini  uzatsaydı,  onda  erməni  xalqı  pis  gündə  yaşamazdı.  Biz 

xristianlığın  Qafqazdakı  qarantı  kimi  bütün  əzab-əziyyətlərə 

dözürük,  amma  digər  xristian  ölkələri  bu  müqəddəs  işdə 

bizlərə dəstək olmurlar.  

- Deyəsən, qonağımız bilmir ki, biz burada barıt çəlləyinin 

üstündə oturmuşuq. – deyə sürücü narazı halda dilləndi. - Hər 

an türklər bizə qarşı müharibəyə başlaya bilərlər. 

Sergey  həddindən  artıq  yorğun  olduğundan  maşında  olan 

ermənilərlə artıq söz güləşdirməməyi özünə lazım bilərək, bir 

müddət susmalı oldu. Lakin yolda əkilən narkotik plantasiya-

lar onu rahat buraxmırdı. 

Belə  bir  acınacaqlı  mənzərədən  dəhşətə  gələn  Sergey 

istirahət  etmək  üçün  Robertdən  hansısa  münasib  bir  yerdə 

dayanmasını xahiş etdi. Sürüçü buralarda birinci dəfə olsa da 



                                                     

 

  



                                                                            

                                                    

163 

o,  bir  neçə  km.  yol  gedəndən  sonra  ağaclıqların  arasında 



kafeyə  bənzər  bir  tikili  gördü  və  maşınını  birbaşa  ora  sürdü. 

Onlar  yoldan  bir  neçə  metr  kənara  çıxanda  həqiqətən  də  bir 

yeməkxana ilə üzləşdilər. Yolçular seyrək hala salınmış ağac-

ların  arasında  yerləşən  yeməkxanada qəlyanaltı  qəbul  etməyi 

qərara aldılar. 

 

Təbiətin  qoynunda  salınan



  yeməkxanada  ən  elementar 

gigiyenik  və sanitar qaydalar nəzərə alınmamışdır. Ayaqyolu 

bərbad  vəziyyətdə,  sınıq-salxaq  masalar  çirkli,  qab-qacaqlar 

isə  lazımi  qaydada  təmiz  yuyulmamışdı.  Təəccübünü  gizlət-

məyən Sergey iradını bildirmək istəyəndə, ona izah edirlər ki, 

bura  gələn  qonaqlar  ekzotik  təəssürat  yaransın  deyə,  özlərini 

vəhşi təbiətin qoynunda sivilizasiyadan kənar bir yerdəki kimi 

hiss etməlidirlər.  

Havalar  isti  olsaydı  müəyyən  mənada  həmin  obyekt 

işçisinin sözlərinə haqq qazandırmaq olardı, lakin yazın əvvəli 

olduğundan  hava  kifayət  qədər  soyuq  idi  və  belə  bir  havada 

pəncərələrində  şüşə  olmayan  yeməkxananın  ümumi  zalında 

oturmaq  çətin  idi.  Hərçənd  ki,  həmin  yerlər  klyonkalarla 

tutulmuşdu.  

Burada  yeməkxananın  xidmətçiləri  nəzərə  alınmasa,  bir 

nəfər də olsun mülki vətəndaş yox idi. Ərazidə on beş nəfərə 

yaxın  hərbçi  vardısa,  onlardan  altısı  saqqallılar  idi  ki,  həmin 

adamların  hamısı  gələn  qonaqları  şübhəli  şəxs  qismində 

diqqətlə süzməyə başladılar.  



                                                     

 

  



                                                                            

                                                    

164 

Robert erməni olsa da o, özünü bu diyarda, həm də erməni-



lərin  arasında,  sanki  yad  bir  adam  kimi  hiss  edirdi.  Çünki 

ətrafdakı  adamlar,  hətta  həmyerliləri  ona  ögey  münasibət 

bəsləyirdilər.  

Sergey  süfrə  arxasına  keçməmiş  Robertlə  birlikdə  hündür 

və sıx ağacların arasında gəzişməyə başladı.  

Narazılığını  gizlətməyən  dekan  enli,  qocaman  bir  palıdın 

yanında dayanıb bikef halda dedi:  

-  Robert  bildiyin  kimi  mən  1984-cü  ildə  İrəvanda,  Bakıda 

və  Tiflisdə  olmuşam.  Həmin  paytaxt  şəhərlərin  SSRİ-dən 

ayrılandan sonra nə dərəcədə dəyişdiyini öyrənmək üçün, bir 

daha  onları  nəzərdən  keçirməyi  qarşıma  məqsəd  kimi  qoy-

muşdum. Hətta mənə elə gəlirdi ki, həmin şəhərlər bu müddət 

ərzində o qədər dəyişəcəkdir ki, mən həmin yaşayış məntəqə-

lərini  tanımayacağam.  Lakin  İrəvan  demək  olar  ki,  dəyiş-

məyibdir, əksinə, şəhər bütünlüklə tənəzzülə uğrayıbdır. Başa 

düşmürəm, sizin dövlət başçınız, nazirlər kabineti hara baxır? 

Kəndlərdə  isə  demək  olar  ki,  əhali  iki  dəfədən  də  çox 

azalıbdır. 

-  Hərə  hakimiyyətə  gələndə  yalnız  öz  cibi  və  öz  nəsli 

barəsində düşünür. – deyə qanı qaralan Robert hüznlə dillən-

di.  – 

Lakin  bunun  kökündə  başqa  şey  durur.  Türklərlə 



azərbaycanlılar  birləşərək  bizi  blokadaya  aldılar  və  bununla 

da öz tələblərini bizə diqtə etmək istədilər. Lakin son məqam-

da Rusiya bizə arxa durmaqla onların istədiklərini puç etdi.

 



                                                     

 

  



                                                                            

                                                    

165 

-  Bunun  əsas  amil  olduğunu  mən  də  başa  düşürəm.  Lakin 



etiraf  etməliyəm  ki,  azərbaycanlılar  Ermənistanda  yaşayan 

zaman  kənd  təsərrüfatında  irəliləyişlər  vardı.  Ona  görə  ki, 

onlar torpağa bağlı adamlardılar. Sizin millət isə sənətkar kimi 

yetişmişdilər.

 

-  Sergey  Vladimiroviç,  türklər  bizim  toprağı  əkib-



becərməklə pul qazanır və həmin pulu Ermənistandan kənarda 

xərcləyirdilər.  Onların  bizim  ölkədə,  bizim  torpaqlardan 

istifadə edərək pul qazanmaqlarının heç bir xeyiri yox idi. 

 



Mənə elə gəlir, bu qeyri-ciddi bir fikirdir. Həmin dövrdə 

ən azı sizin bazarlarda bolluq hiss olunurdu. – sonra ziyalı bir 

qədər  ara  verib  ciddi  halda  sözünə  əlavə  etdi.  –  Robert, 

ermənilərin  özləri  kənd  təsərrüfatında  işləmək  istəmir  və 

başqalarını da orada işləməyə imkan vermirlər. Əhalinin kəs-

kin  dərəcədə  azaldığını  görəndə  mən,  başa  düşdüm  ki,  sizin 

millət qazanc əldə etməkdən ötrü əsasən, Rusiyaya üz tutur və 

oradan qayıtmaq barəsində belə düşünmürlər.  

Xətrinə dəysə də deməliyəm ki, sən, əmin oğlu Eduard və 

başqa  qohumların  buralarda  evləriniz  ola-ola  Rusiyada 

sığınacaq  tapmısınız.  Fikir  verdin,  Eduardın  qonşuları  onun 

doğma  kəndini  tərk  etməsinə  qarşı  necə  reaksiya  veriblər? 

Sadəcə olaraq onu vətən xaini, türklərdən qorxan adam  kimi 

qələmə verdilər. 

 



Camaat  mütəmadi  olaraq  gərginlik  altında  yaşadıqları 



üçün belə bir  emosional  reaksiya  göstərdilər.  –  deyə soydaş-

larını  müdafiə  etməyə  çalışan  Robert xəcalət  hissi  çəkmədən 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə