№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   ...   10   11   12   13   14   15   16   17   18

sizdən  yüksək  və  hər  bir  cəhətcə  məlumatlı  hesab  edirəm.  Mənim 

başıma ağıl qoymayın. 

      Andrey Yefimıç dediklərinin anlaşılmadığını təəssüf edərək sakitcə 

dedi: 


      -  Mən  sizi  heç  də  öz  etiqadıma  cəlb  etmək  iddiasında  deyiləm.  İş 

bunda deyil, dostum. Məsələ onda deyil ki, siz iztirab çəkmisiniz, mən 

yox. İztirab və sevinc keçicidir. Bunlardan  əl çəkək. İş ondadır ki, siz 

və  mən  fikirləşirik,  bir-birimizdə  düşünmək  və  mühakimə  etmək 

qabiliyyəti  olduğunu  görürük;  bu  hal,  əqidələrimiz  nə  qədər  müxtəlif 

olursa-olsun,  bizi  həmrəy  edir.  Bilsəniz,  dostum,  ümumi  səfihlik, 

korazehinlik,  kütlük  zəhləmi  nə  qədər  tökübdür  və  hər  dəfə  sizinlə 

söhbət  eləməkdən  nə  qədər  xoşlanıram!  Siz  ağıllı  adamsınız,  mən 

sizdən zövq alıram. 

      Xobotov  qapını  bir  verşok  qədər  aralayıb  palataya  baxdı;  başında 

kalpak  olan  İvan  Dmitriçlə  doktor  Andrey  Yefimıç  yataqda  yan-yana 

oturmuşdular. Dəli üz-gözünü qırışdırır, diksinir və ya rəşə ilə xalatına 

bürünürdü,  doktor  isə,  başını  aşağı  dikib,  sakitcə  oturmuşdu,  üzü 

qırmızı,  qüssəli  idi,  onda  bir  acizlik  ifadəsi  vardı.  Xobotov  çiyinlərini 

qısıb gülümsündü və Nikitanın üzünə baxdı. Nikita da çiyinlərini çəkdi. 

      Ertəsi  gün  Xobotov  feldşerlə  birlikdə  fligelə  gəldi.  Hər  ikisi 

dəhlizdə durub içəridə gedən söhbəti dinləməyə başladı. 

      Xobotov fligeldən çıxarkən dedi: 

      - Bizim qoca, deyəsən, çox qorxub. 

      Sergey  Sergeiç  təmiz  silinmiş  çəkmələrin  bulamasın  deyə, 

gölməçələrin kənarı ilə üsulluca keçərək: 

      -  Pərvərdigara,  biz  günahkar  bəndələrinin  günahından  keç!  –  deyə 

ah çəkdi. – Sözün düzü, hörmətli Yevgeni Fyodorıç, mən bunu çoxdan 

gözləyirdim. 

 

                                                    XII 



 

      Bu əhvalatdan sonra Andrey Yefimıç hər tərəfində əsrarəngiz şeylər 

müşahidə etməyə başladı. Mujiklər, xəstə baxıcıları və xəstələrona rast 

gəldikdə sualedici nəzərlə ona baxır və sonra pıçıldaşırdı. Nəzarətçinin 

qızı  Maşaya  xəstəxana  həyətində  rast  gəlməyi  sevən  doktor,  indi  də, 

qızın başını sığallamaq üçün təbəssümlə ona yaxınlaşdıqda, nədənsə qız 

ondan  qaçırdı.  Poçt  müdiri  Mixail  Avreyanıç  dinlərkən  əvvəlki  kimi 

“Tamamilə  doğrudur  demir,  anlaşılmaz  bir  pərtliklə  “hə-hə”  deyə 

mızıldayır, dalğın-dalğın və kədərlə ona baxırdı, nədənsə o öz dostuna 



araq və pivəni tərgitməyi məsləhət görməyə başlamışdı, lakin mərifətli 

adam  olduğundan,  o  bunu  açıq  söyləmirdi,  eyhamla  deyirdi:  gah 

misilsiz adam olan bir nəfər batalyon komandirindən,  gah da yaxşı  bir 

polk keşişindən danışırdı, bunlar çox içməkdən xəstələnmişdilər, lakin 

içkini  tərgidən  kimi  tamamilə  sağalmışdılar.  İş  yoldaşı  Xobotov  iki-üç 

dəfə Andrey Yefimıçın yanına gəlmişdi; o da spirtli içkiləri tərgitməyi 

məsləhət  görürdü  və  heç  bir  bəhanə  olmadan  bromlu  kalium  içməyi 

məsləhət görürdü. 

      Avqust ayında Andrey Yefimıç bələdiyyə rəisindən bir məktub aldı. 

Rəis çox mühüm bir məsələ üçün onun gəlməsini xahiş edirdi. Andrey 

Yefimıç təyin olunmuş vaxtda bələdiyyə idarəsinə, orada qoşun rəisini, 

qəza məktəbinin ştat nəzarətçisini, bələdiyyə idarəsi üzvünü, Xobotovu 

və  kök,  sarışın  bir  cənab  gördü,  bu  axırıncını  Andrey  Yefimıça  həkim 

sifətilə təqdim etdilər. Polyak familiyası çətin tələffüz edilən bu həkim 

şəhərin  otuz  verstliyində  olan  at  zavodunda  yaşayırdı,  indi  yolüstü 

şəhərə gəlmişdi. 

      -  Burada  sizin  işinizə  dair  bir  ərizə  var,  -  deyə  hamı  bir-birilə 

görüşüb stol başına oturduqdan sonra bələdiyyə idarəsinin rəisi, Andrey 

Yefimıça  müraciət  etdi.  –  Yevgeni  Fyodoriç  deyir  ki,  baş  korpusda 

aptekin  yeri  darısqaldır,  onu  fligellərdən  birinə  köçürmək  lazımdır. 

Əlbəttə,  bu,  düzələn  şeydir,  ancaq  əsas  odur  ki,  fligeli  təmir  etmək 

lazım gələcəkdir. 

      Andrey Yefimıç bir az düşündükdən sonra dedi: 

      -  Bəli,  təmirsiz  keçinmək  mümkün  olmayacaq.  Məsələn,  apteki 

küncdəki  fligelə  köçürtsək,  buna,  məncə,  azı  beş  yüz  manat  pul  sərf 

etmək lazımdır. Bu, səmərəsiz xərcdir. 

      Bir az susdular. 

      Andrey Yefimıç sakit səslə sözünə davam etdi: 

      -  Mən  hələ  on  il  əvvəl  rəsmi  məlumat  vermişdim  ki,  bu  xəstəxana 

hazırkı  halında,  şəhərin  vəsaitini  nəzərə  aldıqda,  onun  üçün  bəzəkdən 

başqa  bir  şey  deyil.  Xəstəxana  qırxıncı  illərdə  tikilmişdir,  lakin  o 

vaxtlar  vəsait  imkanı  bambaşqa  idi.  Şəhərimiz  lazımsız  tikililərə  və 

artıq vəzifələrə çox böyük məbləğlər sərf edir. Mənim zənnimcə, başqa 

qayda olsaydı, bu pullara iki nümunəvi xəstəxana saxlamaq olardı. 

      Bələdiyyə idarəsinin rəisi cəld dedi: 

      - Nə olar, gəlin təzə qayda qoyaq! 

      - Bu xüsusda öz rəyini demək şərəfi mənə artıq nəsib olmuşdur: tibb 

işlərinin zemstvo ixtiyarına verilməsini məsləhət görmüşəm. 

      Sarışın həkim: 



      -  Bəli,  bəd  olmaz,  pulları  zemstvoya  verin  o  da  oğurlasın,  -  deyə 

güldü. 


      Bələdiyyə idarəsinin üzvü də gülərək: 

      - O daha ümumi qaydadır, - deyə onunla razılaşdı. 

      Andrey  Yefimıç  əzgin  və  tutqun  bir  baxışla  sarışın  həkimə  baxıb 

dedi: 


      - Ədalətli olmaq lazımdır. 

      Yenə susdular. Çay gəldi. Nədənsə bərk pərtləşmiş qoşun rəisi əlini 

stolun üstündən Andrey Yefimıçın əlinə yavaşca toxundurub dedi: 

      -  Bizi  lap  yaddan  çıxarmısınız  ha,  doktor.  Amma  orası  var  ki,  siz 

rahibsiniz; kart oynamırsınız, qadınları xoşlamırsınız. Bizimlə oynamaq 

sizi darıxdırır. 

      Hamı  qanacaqlı  bir  adam  üçün  bu  şəhərdə  yaşamağın  nə  qədər 

qüssəli  olduğundan  danışmağa  başladı.  Nə  ağıllı-başlı  teatr  var,  nə 

musiqi  var,  bir  neçə  gün  bundan  əvvəl  klubda  düzəldilmiş  rəqs 

gecəsində  iyirmi  nəfər  xanım  olduğu  halda,  yalnız  ikicə  kavaler  vardı. 

Gənclər rəqs etmir, ya bufetin ətrafında hərlənir, ya da kart oynayırdılar. 

Andrey  Yefimıç  yavaşca,  heç  kəsə  baxmadan,  danışmağa  başladı  ki, 

təəssüf olsun, şəhərlilər öz həyat energiyasını, öz qəlbini və ağlını kart 

oynamağa  və  dedi-qoduya  sərf  edirlər,  vaxtlarını  maraqlı  söhbətlə  və 

mütaliə  ilə  keçirtməyi  bacarmır,  ağlın  verdiyi  zövqdən  istifadə  etmək 

istəmirlər.  Yalnız  ağıl  maraqlı  və  gözəldir,  qalan  nə  varsa  xırda, 

əhəmiyyətsiz  və  alçaq  şeylərdir.  Xobotov  öz  iş  yoldaşlarına  diqqətlə 

qulaq asırdı. Birdən o soruşdu: 

      - Andrey Yefimıç, bu gün ayın neçəsidir? 

      Cavab  aldıqdan  sonra,  o  sarışın  həkim,  öz  bacarıqsızlığını  duya-

duya imtahan edən adamlar kimi, Andrey Yefimıçdan bu günün adını , 

ildə  neçə  gün  olduğunu  və  6  №-li  palatada  doğrudanmı  qəribə  bir 

peyğəmbər yaşadığını soruşmağa başladı. 

      Sonuncu suala cavab verərkən Andrey Yefimıç qızarıb dedi: 

      - Bəli, o, xəstədir, ancaq çox maraqlı gəncdir. 

      Ona daha heç bir sual vermədilər. 

      Andrey Yefimıç dəhlizdə paltosunu geyərkən, qoşun rəisi əlini onun 

çiyninə qoydu və köksünü ötürərək dedi: 

      - Biz qocaların istirahət etmək vaxtı çatıbdır. 

      Andrey Yefimıç bələdiyyə idarəsindən çıxarkən, bu adamların onun 

əqli qabiliyyətini yoxlamaq üçün təyin edilmiş bir komissiya olduğunu 

anladı. Ona verilən sualları xatırlayıb qızardı və nədənsə, ömründə ilk 

dəfə  təbabət  elminə  bərk  yazığı  gəldi.  Həkimlərin  indicə  onu  tədqiq 



Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə