№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   ...   10   11   12   13   14   15   16   17   18

yerində alaq otları da bitməyəcəkdir. Daha dükançıdan xəcalət çəkmək, 

vecsiz  Xobotovla,  Mixail  Averyanıçla  dostluq  etmək  nə  deməkdir? 

Bütün bunlar boş və mənasız şeylərdir. 

      Lakin  bu  cür  mühakimələr  daha  kömək  etmirdi.  Yer  kürəsinin 

milyon  il  sonrakı  halını  təsəvvürünə  gətirən  kimi,  çılpaq  qayalığın 

arxasından  uzunboğaz  çəkməli  Xobotov  və  ya  gərgin  bir  surətdə 

qəhqəhə  çəkən  Mixail  Averyanıç  görünür  və  hətta  onun  xəcalətli 

pıçıltısı  da  eşidilirdi:  “Varşavada  aldığım  borcu,  əzizim,  bu  yaxında 

verəcəyəm... Arxayın ol”. 

 

                                                    XVI 



 

      Bir  dəfə  Mixail  Averyanıç  nahardan  sonra  dostunun  yanına  gəldi; 

Andrey  Yefimıç  divanda  uzanmışdı.  Elə  bu  zaman  Xobotov  da 

təsadüfən  gəldi,  özü  ilə  bromlu  kalium  gətirmişdi.  Andrey  Yefimıç 

yerində ağır-ağır dikəldi və əllərini divana dayayaraq oturdu. 

      Mixail Averyanıç sözə başladı: 

      -  Bu  gün,  dostum,  rəngin  dünənkinə  nisbətən  xeyli  durulmuşdur. 

Qoçaq adamsınız! Vallah, qoçaqsınız! 

      Xobotov əsnəyə-əsnəyə dedi: 

      -  Əlbəttə,  sağalmaq  lazımdır.  Söz  yox  ki,  bu  üzüntü  sizi  təngə 

gətiribdir. 

      Mixail Averyanıç nəşə ilə dedi: 

      - Sağalmağınıza söz ola bilməz. Hələ yüz il də yaşayacağıq! Bəs nə! 

      - Yüz il olmasa da, heç olmasa iyirmi il yaşayarıq, - deyə Xobotov 

təsəlli verdi. – Eybi yoxdur, əzizim, ruhdan düşməyin... Bu qədər qüssə 

çəkdiniz, yetər. 

      Mixail Averyanıç: 

      -  Biz  hələ  özümüzü  göstərəcəyik  –  deyə  qəhqəhə  çəkdi.  –  Hələ 

özümüzü göstərəcəyik! Gələn il, Allah qoysa, Qafqaza gedərik və oranı 

başdan-başa at belində gəzərik – hop-hop! Hop! Qafqazdan qayıdanda 

da,  ölməsək,  sağ  qalsaq,  toy  elərik.  –  Mixail  Averyanıç  hiyləgərcəsinə 

göz  vurdu.  –  Sizi,  bizim  əziz  dostumuz,  evləndirərik...  Bəli 

evləndirərik... 

      Andrey  Yefimıç  birdən  səbr  kasasının  dolduğunu  hiss  etdi;  ürəyi 

bərk-bərk  döyünməyə  başladı.  Cəld  yerindən  durub  pəncərəyə  yanaşdı 

və: 


      -  Bu  bayağılıqdır!  –  dedi.  –  Məgər  bayağı  danışdığınızı 

anlamırsınız? 




      O,  yumşaq  və  nəzakətlə  danışmaq  istəyirdi,  lakin  iradəsinə  zidd 

olaraq  yumruqlarını  düyünlədi  və  başından  yuxarı  qaldırıb  rəşəli  bir 

səslə bağırdı: 

      -  Məni  rahat  buraxın!  –  Rəngi  pul  kimi  qızarmışdı,  bütün  bədəni 

əsirdi. – Rədd olun Buradan! İkiniz də rədd olun! 

      Mixail  Averyanıç  və  Xobotov  ayağa  qalxdılar  və  əvvəlcə  ona 

heyrətlə, sonra isə qorxu ilə baxmağa başladılar. Andrey Yefimıç yenə 

bağırırdı: 

      - Hər ikiniz rədd olun! Kütün biri kütlər! Mənə sənin nə dostluğun 

lazımdır, nə də dərmanın, kütün biri küt! Nə qədər bayağılıq! Nə qədər 

rəzillik! 

      Xobotov  və  Mixail  Averyanıç  karıxmış  halda  bir-birinə  baxdılar, 

dal-dalı  çəkilib  dəhlizə  çıxdılar.  Andrey  Yefimıç  bromlu  kalium 

şüşəsini  qapıb  onların  dalınca  tulladı,  şüşə  cingilti  ilə  kandara  dəyib 

qırıldı. Sonra omların dallarınca yüyürüb ağlar səslə bağırdı: 

      - Rədd olun buradan! Cəhənnəm olun başımdan! 

      Qonaqlar çıxıb gedəndən sonra Andrey Yefimıç titrətmə-qızdırmalı 

adam kimi əsərək, divana uzandı və uzun zaman: 

      - Küt adamlar! Axmaqlar! – deyə təkrar etdi 

      Hirsi  soyuyandan  sonra    ilk  əvvəl  başına  belə  bir  fikir  gəldi  ki, 

zavallı  Mixail  Averyanıç  indi  yəqin  bərk  inciyib  və  ürəyi  sınıbdır,  nə 

qədər dəhşətli bir hal! Əvvəllər heç vaxt belə şey olmazdı. Bəs mənim 

ağlım və mərifətim hanı? Mənim idrakım və fəlsəfi laqeydliyim hanı? 

      Doktor  xəcalətindən  və  təəssüfündən  bütün  gecə  yata  bilmədi, 

səhəri isə saat ona yaxın poçt idarəsinə gedib müdirdən üzr istədi. 

      Bundan mütəəssir olmuş Mixail Averyanıç içini çəkərək: 

      -  Gəlin,  dünənki  əhvalatı  heç  yada  salmayaq,  -  dedi  və  onun  əlini 

bərk  sıxdı.  –  Keçmişi  yada  salanın  gözü  çıxsın.  Lyubovkin!  –  deyə 

ucadan elə bağırdı ki, bütün poçtalyonlar və camaat diksindi. – Stul ver 

görək.  Sən  gözlə!  –  deyə  barmaqlıq  arasından  ona  sifarişli  məktub 

uzadan qadının üstünə qışqırdı. – Görürsən ki, başım qarışıqdır! – Sonra 

üzünü Andrey Yefimıça tutubnəzakətlə dedi: - Keçmişi yada salmasaq 

yaxşıdır. Oturun, əzizim, xahiş edirəm. 

      O bir dəqiqəliyə dizlərini sığalladıqdan sonra dedi: 

      -  Sizdən  incimək  heç  mənim  fikrimə  belə  gəlməzdi.  Xəstəliklə 

zarafat olmaz, dostum. Sizin dünənki tutmanız doktorla məni qorxutdu, 

sonra  uzun-uzadı  sizin  haqqınızda  danışdıq.  Əziz  dostum,  niyə  siz  öz 

xəstəliyinizlə  ciddi  məşğul  olmursunuz?  Heç  bu  yarayan  işdir? 

Dostluğumuza ərk eləyib açıq danışmağıma sizdən üzr istəyirəm, - deyə 



Mixail  Averyanıç  pıçıldadı,  -  sizin  yaşayışınız  olduqca  pis  şəraitdə 

keçir:  darısqallıq,  natəmizlik,  qulluq  edəniniz  yox,  müalicə  üçün 

vəsaitiniz yox... Əziz dostum, doktorla bərabər sizdə bir xahişimiz var, 

məsləhətimizə  əməl  edin:  xəstəxanada  yatıb  özünüzü  müalicə  etdirin! 

Orada  yemək  də,  qulluq  da,  müalicə  də  var.  Söz  yanınızda  qalsın, 

Yevgeni Fyodorıç ətiacı adam olsa da, məlumatlıdır, ona tamamilə bel 

bağlamaq olar. Mənə söz verib ki, sizinlə məşğul olar. 

      Andrey  Yefimıç  poçt  müdirinin  səmimiliyindən  və  birdən-birə 

yanaqlarında  işıldayan  göz  yaşlarından  mütəəssir  olub,  əlini  döşünə 

qoydu və: 

      -  Hörmətli  dostum,  buna  inanmayın!  –  deyə  pıçıldadı.  –  Onların 

sözünə  inanmayın!  Yalan  danışırlar!  Mənim  xəstəliyim  yalnız  bundan 

ibarətdir  ki,  iyirmi  il  ərzində  bu  şəhərdə  yalnız  bircə  ağıllı  adam 

tapmışam,  ancaq  o  da  dəlidir.  Məndə  heç  bir  xəstəlik  yoxdur,  ancaq 

mən  çıxış  yolu  olmayan  bir  tilsimə  düşmüşəm.  Fərqi  yoxdur,  mən  hər 

bir şeyə hazıram.  

      - Xəstəxanada yatmağınız məsləhətdir, əziz dostum. 

      - Məndən ötrü heç fərqi yoxdur, istər lap qəbir olsun. 

      -  Ancaq,  dostum,  xahişim  budur,  söz  verəsiniz  ki,  Yevgeni 

Fyodorıçın dediklərinə qulaq asacaqsınız. 

      -  Söz  verirəm.  Ancaq  təkrar  edirəm,  hörmətli  dostum,  mən  tilsimə 

düşmüşəm.  İndi  hər  şey,  hətta  dostlarımın  səmimi  müdaxiləsi  belə, 

bircə şeyə  -  mənim  məhv olmağıma sövq edilibdir. Mən  məhv oluram 

və bunu mətanətlə etiraf edirəm. 

      - Fikir etməyin əzizim, sağalarsınız. 

      Andrey Yefimıç əsəbi halda dedi: 

      - Bu sözlərdən nə çıxar? Ömrünün axırında, mənim indi keçirdiyim 

haləti  keçirməyə  adam  tək-tək  tapılar.  Sizə  desələr  ki,  məsələn, 

böyrəkləriniz xarabdır və ürəyiniz şişibdir, özünüzü müalicə etdirməyə 

başlarsınız  və  ya  sizə  dəli,  yaxud  da  cani  desələr,  xülasə,  adamların 

diqqəti sizə cəlb olunsa, - bilin ki, çıxılmaz bir tilsimə düşmüsünüz. Bu 

tilsimdən çıxmağa can atdıqda, yolunuzda daha da azacaqsınız. Bu cür 

vəziyyətdə  təslim  olmaq  lazımdır,  çünki  heç  bir  insan  qüvvəsi  sizi  bu 

fəlakətdən qurtara bilməyəcəkdir. Məncə belədir. 

      Barmaqlığın  dalındakı  adamlar  getdikcə  artırdı.  Andrey  Yefimıç 

müdirin  işinə  mane  olmasın  deyə,  ayağa  qalxıb  xudahafizləşməyə 

başladı. Mixail Averyanıç, xəstəxanada yatacağına dair ondan bir daha 

söz aldı və onu bayır qapıya qədər ötürdü. 




Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə