276
Əd.:
Qasımova E., Bədri Seyidzadə, "Bakı" qəzeti, 1978, 14 mart.
"BƏSĠRƏT" - Bakıda Azərbaycan dilində nəşr edilmiş, həftəlik və bayram günlərində dərc olunmuş siyasi, icti-
ma i, iqtisadi və ədəbi qəzet. İlk sayı 1914 il apre lin 12-də, son sayı 1920 il mayın 15-də ç ıxmışdır. 1918 ilin ma rt-sentyabr
aylarında nəşr ed ilməmişdir. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə nəşri bərpa olun muş, üç nö mrəsi sovet hakimiyyəti
dövründə (cəmi 286 nömrə) çıxmışd ır. Baş redaktoru Hacı İbrah im Qasımov, naşiri Qu lamrza Şərifzadə idi. Əsas
müəllifləri Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Mirzəbala Məmməd zadə, Məhənıməd Hadi, Səməd Mənsur,
Mustafa bəy Əlibəyov, Məmməd Sadıq A xundov, Hacı İbrahim Qasımov, Xə lil İbrahim, Əlabbas Müznib, M.Muradzadə,
H.Qasımzadə və b. olmuşlar.
"Bəsirət‖in mövzu dairəsi geniş idi. Burada 20 əsrin
10-cu illərinin mühü m hadis ələ ri əksin i tap mış, xüsusilə
bolşevik-daşnakların müsəlman -türk əhalisinə qarşı 1918 il
mart qırğını zamanı törətdikləri görünməmiş cinayət və vəh-
şiliklər haqqında məlu matlar verilmiş, bu yazılarda Şau myan
mart qırğ ınlarının " məşhur qəhrəmanı" adlandırılmışdır.
1918-20 illərdə çıxan bu yeganə müstəqil, bitərəf qə zetin
səhifələrində Azərbaycan Xa lq Cü mhuriyyətinin fəa liyyətinin
təsviri geniş işıqlandırılırdı. " Yen i kabinet və ondan nə
gözləyirik?", "Milliləş mək", "Azərbaycan parlamanında",
"Hökumət yapacaqmı?", "Kəndlilərimizin halı" kimi
məqa lələ rdə, "Həftəbecər" başlıqlı
felyetonlarda milli
Höku mətin fəaliyyəti mü xtəlif istiqamətlərdən təhlil
olunmuşdur.
"Bəsirət"də Azərbaycan qəzalarında vəziyyət, Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanda baş verən siyasi
proseslər, Bakının mədəni həyatı ilə bağlı yazılar dərc olun muşdur.
Əd.:
M əmmədzadə M ., Azərbaycan türk mətbuatı, B.,1922; Axundov N., Azərbaycan dövri mətbuatı (1832-1920), B., 1987.
BIÇ L.L. - sağ menşevik. " Yedinstvo" təşkilatının ü zvü. Fevral inqilabı ərəfəsində Bakı şəhər rəisi olmuşdur.
Fevral inqilabından (1917) sonra o, Bakı şəhər duması adından vurduğu teleqramda yeni höku məti salamlayaraq
bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917 il martın 5-də Müvəqqəti hökumətin
Bakıda yaratdığ ı İctimai Təşkilatların İcraiyyə Ko mitəsinin sədri o lmuşdur. 1917 ilin payızında Kuban vilayətində
bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk
Kuban hökumətinin başçısı seçilmişdir. 1919 ildə Paris sülh konfransında Kuban Respublikası nü mayəndə 'heyətinin başçısı
kimi iştirak etmiş, keçmiş Rusiya imperiyası ərazisində yaran mış yeni dövlətlərin nü mayəndələri ilə birlikdə həm bolşevik
hakimiyyətinə, hə m də Denikinin Rusiya imperiyasını bərpa et mə k cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmışdır.
BĠÇERAXOV Lazar Fyodoroviç (1882-1934 ildən sonra) - çar ordusunda kazak qoşunları polkovniki. Milliy -
yətcə osetindir. Birinci dünya müharibəsi (1914-18) dövründə İranın şima lında hərbi ə məliyyat aparan Rusiya qoşunları
tərkib indəki ka zak dəstəsinin ko mandiri o lmuşdur. Oktyabr çevrilişindən (1917) sonra ingilis ko mandanlığı Biçe ra xovun
tabeliyində olan 1500 nəfərlik ka zak dəstəsindən Bakını ə lə keçirmə k üçün istifadə et mə k qəra rına gəldi. Böyük məbləğ
müqabilində buna razılıq verən Biçeraxov 1918 il iyunun 27-28-də ingilis generalı Denstervillə Bakıya hücum p lanını
mü zakirə etmişdi. Plana əsasən, Biçeraxov Şau myanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinə (BXKS)
müraciətində Bakını türk qoşunlarından qorumaq üçün öz dəstəsinin sovet qoşunları tərkib inə daxil olun ması təklifin i
vermişdi. Bolşeviklərə nifrət etməsinə və Qafqazda sovet hakimiyyətini devirmək istəməsinə baxmayaraq, Biçeraxov türk
qoşunlarının Bakıya girməsinə də mane olmağa çalışırd ı. Hətta öz sədaqətini sübut etmək üçün o, ingilislərin bir sıra g izli
planları barədə Bakı Sovetinə məlu matlar da vermişdi.
Qafqaz İsla m Ordusuna qarşı döyüşlərdə məğlubiyyət qarşısında qalan BXKS Biçeraxovun yardımından istifadə
etməyə ra zılıq verdi. Lakin 1918 il iyulun sonunda Qafqaz İsla m Ordusuna qarşı h ərbi ə mə liyyatların ü midsiz o lduğunu
görən Biçeraxov cəbhə xəttini tərk edərək, öz dəstəsi ilə birlikdə Dağıstana keçmiş, Petrovsk-Po rt (Mahaçqala) şəhərini
tutmuş, A.Denikinlə əlaqə yaratmışdı.
Biçeraxov Bakıdakı Erməni Milli Şurasının, "Daşnaksutyun" partiyasının liderləri ilə də sıx əlaqə saxlayırdı. Qaf-
qazda hərbi d iktatura yarat maq istəyən Biçera xovun əsl məqsədi Rusiyanın 1914 il hüdudlarında bərpasına kö mə k et mə k
idi. Biçeraxovun 1918 ilin noyabrında müttəfiq qoşunları ilə bir vaxtda yenidən Bakıya gəlişindən ruhlanan rus və erməni
milli şuraları A zərbaycan Xalq Cü mhuriyyətinin devrilməsi və Biçeraxovun başçılıq etdiy i Xəzəryanı höku mət yaradılması
barədə qərar ç ıxa rdılar. Art ıq ingilis ordusunun general-mayoru rütbəsində Bakıya qayıdan Biçe ra xov əhali içə risinə
aeroplandan bəyannamələ r səpdirmiş və onları "Qafqa zın rus dəniz və quru qüvvələrin in baş ko mandanı" kimi
imzalamışdı.
277
Böyük Britaniya höku mətin in Biçeraxova münasibəti antibolşevizm siyasətilə bağlı idi. Bu baxımdan Biçeraxo -
vun Xəzə r hövzəsi regionunda sərbəst fəaliyyəti, xüsusən, 1919 ilin yanvarında onun başçılığı ilə "Qa fqaz – Xəzə r
Höku məti"nin yaradılması B.Britaniya hökuməti tərəfindən cavabsız qalmadı. Bu dəfə ingilislər Biçeraxovun dəstəsinin
tərksilah o lunmasına ça lışdılar. Odur ki, Biçe ra xov Böyük Britaniya kra liçası tə rəfindən qəbul və təltif ed ilmək adı ilə
Londona çağırıldı.
Be ləliklə, Biçe ra xov 1919 ildə İngiltərəyə mühacirət et məyə məcbur o ldu.
Əd.:
Azərbaycan tarixi, 7 cildd ə, c. 5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemind ə (1918-1920-ci
illər), B., 1993; Юсифзаде С.З., Первая Азербайджанская Республикак: история, события, факты англо- азербайджанских отношений,
Б.,1998.
BĠÇERAXOV ORDUS U - Birinci dünya müharibəsində (1914-18) çar Rusiyasının İran ərazisində hərbi əmə-
liyyat aparan ka zak dəstəsi. Oktyabr çevrilişi ilə ə laqədar olaraq, 1918 ildə bura xılmışdır. İrandakı ingilis hərbi qüv-
vələrin in ko mandanlığ ı polkovnik L.Biçera xovun başçılıq etdiyi 1500 nəfərlik ka za k dəstəsindən öz mənafeyinə istifadə
etmə k qəra rına gə ldi. Biçera xov genera l Denstervillə gizli ra zılığa gələ rək, Ba kı Xa lq Ko missarları Sovetinə mü raciət edib,
türk qoşunlarına qarşı b irgə əməliyyat aparmağa hazır olduğunu bildirdi. Bakı Xalq Ko missarları Soveti Biçeraxovun
qüvvəsindən istifadə etməyə razılıq verdi. Biçera xovun dəstəsi 1918 il iyulun 5-də Ələt stansiyası yaxınlığında sahilə
çıxarıldı. İyulun 7-də Bakı müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul edən Biçeraxov iyulun 30-da məğlubiyyətin
labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Po rt-Petrovsk istiqamətində şimala çəkildi.
1918 il noyabrın 17-də ingilis qoşunları ilə bir vaxtda Biçeraxovun hərbi dəstəsi də Bakıya daxil oldu. Şəhərin
xristian əhalisi onu böyük rəğbətlə qarşıladı. Bu dəfə onun hərbi qüvvəsinin əksəriyyəti ermən ilə rdən ibarət idi. Buna görə
də həmin azğ ınlaş mış dəstə Bakıda özünün qəddarlığı ilə fərqlənir, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini də
təhqir edirdilər. Biçe ra xovun dəstəsi Denikinin Könüllü ordusu komandanlığına tabe idi. Odur ki, ingilis ko mandanlığı bu
dəstənin Bakıdan çıxarılması, hə mç inin onlara meylli ermən i hərbi hissələrin in tərksilah edilməsi barədə Azərbaycan Xalq
Cü mhuriyyəti Höku mətinin notasını dəstəklədi. General Biçeraxov təltif o lun maq adı ilə Londona dəvət olundu və onu
əvəz edən general Erdeliyə 1919 il fevralın 28-də öz qoşunlarını 24 saat ərzində A zərbaycan ərazisindən çıxarmaq
haqqında ultimatu m verildi. Bununla Azərbaycan Xalq Cü mhuriyyəti Höku mətinin tələb i yerinə yetirild i.
Əd.:
Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci
illər), B., 1993; Юсифзаде С.З., Первая Азербайджанская Республикак: история, события, факты англо- азербайджанских отношений,
Б.,1998.
BĠNƏQƏDĠ DÖYÜġ Ü - Bakın ı azad etməyə gələn
Qafqaz İslam Ordusunun şəhər ətrafındakı strateji əhəmiyyətli
mövqeləri ələ keçirmək üçün 1918 il avqustun 26-31 -də Binəqədi ətrafında keçirdiy i hərb i əməliyyat. Məqsəd ingilis -
"Sentrokaspi" hərbi qüvvələrinə zərbə endirməklə onları şəhərə doğru sıxışdırmaq, Ba kının a zad olun ması üçün həlledic i
hücum ərəfəsində əlverişli mövqelər ələ keçirmək id i.
Şərq cəbhəsi komandanı Mürsəl paşanın əmrinə əsasən bu döyüşü Osman bəyin rəhbərliyi altında olan şimal qru -
punun qüvvələri aparmalı idi. Döyüşdə Beşinci Qafqaz firqəsinin (diviziyasının) 10-cu və 13-cü piyada alayları, əsasən,
Azərbaycan süvarilərindən və könüllülərindən təşkil olun muş Maştağa dəstəsi, 5-ci Qafqa z firqəsinin ə mə liyyat tabeliyinə
verilmiş 38-ci p iyada alayının bölmələri və digər bölmələr, qarşı tərəfdən isə ingilislərin Şimali Stafford alayının bir
bölüyü, Varvik taborunun bir bölüyü, Uorçester alay ının bir bölüyü, Biçeraxovun dağ döyüş sahəsi adlandırılan
mövqelərdəki nümunəvi alayın ın iki bölüyü, ingilis qüvvələrinin b ir bölüyü, "Sentrokaspi" qüvvələrinin 4-cü və 5-ci
taborları, bir y ığ ma bölü k, 6 ədəd topu olan 3 top taqımı, 6 topu olan ingilis batareyası, bir ədəd zireh li avtomobil, Maştağa
istiqamət indəki mövqelə rdən 7 ədəd pulemyotu olan 20-c i tabor, 7-ci taborun iki bölüyü, Keşlə dəstəsinin bir bölüyü, 6-c ı
səhra batareyasının 4 topu, ingilislərin üç pule myotu, bir süvari bölüyü v ə iki zirehli avto mobili iştira k ed ird i.
"Sentrokaspi" - ingilis ko mandanlığ ı bir a lay və iki tabordan ibarət ehtiyat qüvvəsi də yaratmışdı. Döyüş, əsasən, 311, 364
nömrəli təpələrin və Binəqədi yüksəkliyinin ətrafında baş verdi. Avqustun 26-da başlanan döyüşdə 13-cü piyada alayı 364
nömrəli təpəni ələ keçirərək, "Sentrokaspi" — ingilis qüvvələrini geri çəkilməyə məcbur etdi. 311 nömrəli təpəni isə ələ
keçirmək mü mkün olmadı. Avqustun 27-də "Sentrokaspi" - ingilis qüvvələri 364 nömrəli təpəni geri qaytarmağa cəhd
göstərdilər: ingilis qüvvələri hücuma keçərək, Maştağa dəstəsinin və 13-cü alayın mövqelərini aramsız atəşə tutdu, 10-cu
alayın mövqeləri "Sentrokaspi" təyyarələri tərəfindən bombard man ed ild i, hərbi gəmilər isə Abşeron yarımadasının
şimalında mövqe tutaraq, "Sentrokaspi" qüvvələrin i müdafiə etməyə çalışdılar.
Azərbaycan süvarilə rin in və könüllü lərinin ço xluq təşkil etdiyi Maştağa dəstəsi döyüşlərin ən qaynar yerində idi.
Qaimməqa m Həsən bəyin rəhbərliy i a ltında o lan bu dəstə düşmən təyyarələrindən bombard man edilməsinə, dənizdə
dayanan gəmilə rdən top atəşinə tutulmasına ba xmaya raq, döyüş mövqeyind ən geri çəkilmədi. Avqustun 30-da Nasoslu
yaxınlığında "Sentrokaspi" gəmilərindən quruya çıxarılmış desant Qafqaz İslam Ordusu qüvvələrinə arxadan zərbə
vurmağa cəhd göstərdi. Lakin 364 nömrəli təpəni geri qaytara bilmədi. Qafqaz İslam Ordusu komandanlığı Bakı
ətrafındakı qüvvələri yenidən qruplaşdıraraq, avqustun 31 -də 311 nö mrəli təpə üzərinə yenidən hücuma keçdi.
"Sentrokaspi" - ingilis qüvvələri bu təpəni, həmç inin, bütünlükdə Binəqədi yüksəkliklərini qoruyub saxlaya bil-
məd ilə r və itki verə rək geri çəkildilər. Qa fqaz İsla m Ordusunun hissə və bölmələ ri Binəqədi ətra fındakı mövqelə rdən əlavə,
Digah və Məhə mməd i kəndlərini də ə lə keçirdilər. Binəqədi-Digah xətti ü zrə mühü m mövqelərin itirilməsi oyuncaq
"Sentrokaspi diktaturası"nın süqutunu sürətləndirdi.