316
alimin ədəbiyyata, folklora, tarixə, etnoqrafiyaya dair tədqiqatları, ço xsaylı məqalə ləri bu gün də e lmi dəyərin i sa xla-
maqdadır.
Azərbaycan Ko mmun ist (bolşeviklər) Part iyasının (A K(b)P) " xa lq düşmənlə ri"nə qarşı bütün cəbhə boyu hücum
elan edən 13-cü qurultayı (1937, iyun) başa çatan kimi A zərbaycan yazıçıla rın ın tələsik keç irilən üçgünlük iclasında
repressiya qurbanı olan digər yazıçılarla b irlikdə Çəmənzəminli də Yazıçılar İttifaqından xaric edildi. 1937 il iyunun 27-də
AK(b)P MK-n ın bürosu qadağan olunmuş əksinqilabi, pantürkist, millətçi ədəbiyyatın siyahısını təsdiq edir. 44 ya zıç ı, şair
və alimin əsərləri da xil edilmiş bu siyahıda Çə mən zə minlinin ad ı səkkizinci yerdə idi. Xa lq Da xili İşlə r Ko missarlığı Dövlət
Təhlükəsizliyi İdarəsində onun həbsi barədə order imza lan mışdı (1938, 9 avqust). Lakin bu za man Çə mən zə minli Ba kıda
yox idi. Özbəkistanın Ürgənc şəhərindəki pedaqoji institutunun elan etdiyi müsabiqəyə əsasən, Çəmən zəminli bu ali
mə ktəbdə, əvvəlcə müəllim, sonra isə rus və xaric i ölkə lər ədəbiyyatı kafed rasının müdiri (1938-40, yanvar) işləy irdi. 1940
ilin yanvarında Ürgəncdə həbs edilib Bakıya gətirilən ədib həmin ilin yayında Qorki vilayətinin Su xobezvodnoye kəndinə
sürgün edildi.
Əsərləri:
Əsərləri, 3 cilddə, B., 1976-77; Xarici siyasətimiz, B., 1993; Müstəqillik istəyiriksə..., B., 1994; Qurban Səid, Əli və
Nino, B., 1993.
Əd
.: Hüseynoğlu T., "Ədəbiyyatla yaşayıram...", B., 1993; yenə onun, Qurban Səid... mübahisələr... həqiqətlər..., "Yeni
Azərbaycan" qəzeti, 2003, 27,28, 30 may, 1,3 iyun.
ÇXEĠDZE Niko lay (Karlo) Semyonoviç (1864, Gürcüstan - 1926, Paris) - Gürcüstanda istiqlal hərəkatının gör-
kə mli xadimi. Rusiyada menşevik liderlərindən biri. 19 əsrin sonundan inqilabi hərə kata qoşulmuşdu. 3-cü və 4-cü Dövlət
dumaların ın deputatı, 4-cü du mada menşevik fraksiyasının sədri olmuşdur. 1917 il Fevral inqilabından sonra Dövlət duması
Müvəqqəti ko mitəsinin üzvü, Petroqrad fəhlə və əsgər deputatları sovetinin,Ümu mrusiya Mərkəzi İcraiyyə Ko mitəsinin (1-
ci çağırış) sədri idi. Oktyabr çevrilişindən (1917) sonra Gürcüstan Müəssislər məclisinin, Zaqafqaziya seyminin, 1919 ildən
Gü rcüstan hökumətinin sədri idi. Gürcüstan Respublikasına dəstək almaq məqsədilə Antanta Şurası ilə danışıqlarda iştirak
etmişdir (1918-21). Gü rcüstanda sovet hakimiyyəti quru lduqdan sonra xaricə getmiş, Parisdə intihar etmişdir.
ÇXENKELĠ Akaki İvanoviç (1874, Gürcüstan - 1959, Paris) - Gürcüstanda istiqlal hərəkatın ın görkəmli xad imi,
gürcü menşevik liderlərindən biri. 4-cü Dövlət dumasın ın üzvü idi. Fevral inqilabından (1917) sonra Müvəqqəti hökumətin
Cənubi Qafqa zda ko missarı, Xüsusi Zaqafqaziya Ko mitəsinin, Zaqafqa ziya ko missarlığ ının ü zvü id i. 1918 ilin apre lində
Zaqafqaziya Federativ Respublikası höku mətinin baş naziri və xarici işlər naziri təyin edilmişdi. Trabzonda (1918, mart) və
Batu mda (1918, may) Türkiyə ilə danışıqlarda Zaqafqaziya nü mayəndə heyətinə başçılıq etmişdir. Gürcüstan hökumətinin
xarici işlər naziri o lmuşdur. 1921 ildən mühacirətdə yaşamışdır.
ÇĠÇERĠN Georg i Vasilyeviç (24.11.1872, Rusiyanın Tambov qub. - 7.7.1936, Moskva) - Rusiya dövlət xad imi,
diplo mat. Peterburq Universitetini bitirmişdir (1896). 1904 ildə Alman iyaya mühacirət etmiş, 1905 ildə orada Rusiya Sosial
De mokrat Fəh lə Part iyasına (RSDFP) da xil olmuşdur. 1918 ilədə k Fransa, Alman iya və İngiltərədə yaşamışdır. 1918 ildə
RSFSR xa lq xa ric i işlər ko missarının müavini təyin edilmiş, sovet nümayəndə heyətinin tərkib ində Brest-Litovsk sülh
müqaviləsini (1918) imzalamışdır. 1918-22 illərdə RSFSR, 1922-30 illərdə xalq xarici işlər ko missarı o lmuşdur. 1920-21
illərdə Türkiyə, İran və Əfqanıstanla danışıqla r aparmış, Genuya (1922) və Lo zanna (1922-23) konfranslarında sovet
nümayəndə heyətinə başçılıq etmişdir.
1919
il sentyabrın 15-də Bakının Os manlı - Azərbaycan birləşmiş hərbi qüvvələri tərəfindən azad ed ilməsindən
dərhal sonra (sentyabrın 20-də) Çiçerin Türkiyə xa rici işlə r na zirinə nota verərək, Osman lı dövlətini Brest-Litovsk mü-
qaviləsini po zmaqda itt iham et miş, sentyabrın 21-də isə Almaniyanın baş konsuluna nota təqdim et miş və " Rusiya res-
publikasının ço x əhəmiyyətli şəhərlərindən birinin" - Bakın ın tutulmasına etirazın ı bildirmiş, bu akta qarşı müqavimət
göstərmədiyi üçün Almaniyanı təqsirləndirmişdir. Çar Rusiyasının işğalçı imperiya siyasətini davam etdirən Sovet Rusiyası da
xarici siyasətində Şərqə "önəm" vermiş, xalq xaric i işlər ko missarlığ ı nəzd ində Ya xın Şərq şöbəsi yaratmışdı (1919). Çiçerin
şöbə müdiri Nəriman Nərimanovla birgə İran, Türkiyə, A zərbaycan, Dağ ıstan və Gürcüstan fəhlə və kəndlilərinə
ünvanlanmış müraciətlər imzalamışdır. RSFSR-in Azərbaycan Cü mhuriyyəti ilə münasibətləri Çiçerin in Azərbaycan xarici
işlər nazirliy inə 1920 il 2 yanvar tarixli teleqramı ilə rəsmiləşdi. Bu sənədin və Çiçerin in sonrakı notalarının əsas məqsədi
Denikinə qarşı hərb i ittifaq yarat maqdan ibarət o lmuşdur (ba x Çiçerin notaları). Cü mhuriyyət Höku mət inin xaric i işlər
naziri F.x.Xoyski cavab notalarında hər hansı danışıqlara yalnız A zərbaycan Respublikasının müstəqilliy i və suverenliyin in
qeyd-şərtsiz tanınması əsasında başlamağın mü mkünlüyünü vurğulasa da, Çiçerin tərəfindən bu mövqe qəbul edilmə mişdir.
Çiçerin RSFSR-in mü rəkkəb beynəlxalq vəziyyətini nəzərə alaraq, A zərbaycana münasibətdə təmkinli davranmaq tərəfdarı
olmuşdur: "Azərbaycanın müstəqilliyini tanımaq, hələ indiki hökuməti tanımaq demək deyildir... Antantanın Azərbay-
canın müstəqilliyini tanımasından sonra biz geridə qala bilmərik". Çiçerin 1920 ilin martında Ba kın ın fəthin i zə ruri sayan
V.İ.Leninə yazmışdı: "Azərbaycana qarşı zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar... Bizi
imperialist hesab etmələrinə yol verməməliyik". Lakin bütün diplomatik manevrlə r "Bakı rayonuna cəld və gözlənilmə z
hücum" qədər effektli sayılmadığ ından, əsas diqqət işğal amilinə yönəldildi. 11-ci Qırmızı ordu bu "cəld və gözlənilməz
hücumu" həyata keçirdi. Aprel işğalı (1920) Azərbaycan Cümhuriyyətin in varlığına son qoydu. Sovet hakimiyyəti illərində
Çiçerinin Azərbaycanla, ü mu miyyətlə Şərq lə bağlı məsələlərdəki mövqeyini Nəriman Nərimanov ardıcıl surətdə tənqid
etmişdir.