[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə184/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   180   181   182   183   184   185   186   187   ...   282

316 

 

alimin  ədəbiyyata,  folklora,  tarixə,  etnoqrafiyaya  dair  tədqiqatları,  ço xsaylı  məqalə ləri  bu  gün  də  e lmi  dəyərin i  sa xla-



maqdadır. 

Azərbaycan Ko mmun ist (bolşeviklər)  Part iyasının (A K(b)P) " xa lq düşmənlə ri"nə qarşı bütün cəbhə boyu hücum 

elan  edən  13-cü   qurultayı  (1937,  iyun)  başa  çatan  kimi  A zərbaycan  yazıçıla rın ın  tələsik  keç irilən   üçgünlük  iclasında 

repressiya qurbanı olan digər yazıçılarla b irlikdə  Çəmənzəminli də  Yazıçılar İttifaqından  xaric edildi.  1937  il iyunun 27-də 

AK(b)P MK-n ın bürosu qadağan olunmuş  əksinqilabi, pantürkist,  millətçi ədəbiyyatın siyahısını təsdiq edir. 44 ya zıç ı, şair 

və alimin əsərləri da xil edilmiş bu siyahıda Çə mən zə minlinin ad ı səkkizinci yerdə idi. Xa lq Da xili İşlə r Ko missarlığı Dövlət 

Təhlükəsizliyi İdarəsində onun həbsi barədə order  imza lan mışdı (1938,  9 avqust).  Lakin  bu za man  Çə mən zə minli  Ba kıda 

yox  idi.  Özbəkistanın  Ürgənc  şəhərindəki  pedaqoji  institutunun  elan  etdiyi  müsabiqəyə  əsasən,  Çəmən zəminli  bu  ali 

mə ktəbdə, əvvəlcə müəllim, sonra isə rus və xaric i ölkə lər ədəbiyyatı kafed rasının  müdiri (1938-40, yanvar) işləy irdi. 1940 

ilin yanvarında  Ürgəncdə həbs edilib  Bakıya gətirilən  ədib həmin ilin yayında Qorki vilayətinin Su xobezvodnoye kəndinə 

sürgün edildi. 

 

Əsərləri: 



Əsərləri,  3  cilddə,  B.,  1976-77;  Xarici  siyasətimiz,  B.,  1993; Müstəqillik  istəyiriksə...,  B., 1994; Qurban  Səid,  Əli  və 

Nino, B., 1993. 



Əd

.:  Hüseynoğlu  T.,  "Ədəbiyyatla  yaşayıram...",  B.,  1993;  yenə  onun,  Qurban  Səid...  mübahisələr...  həqiqətlər...,  "Yeni 

Azərbaycan" qəzeti, 2003, 27,28, 30 may, 1,3 iyun. 



 

ÇXEĠDZE  Niko lay  (Karlo)  Semyonoviç  (1864,  Gürcüstan  -  1926,  Paris)  -  Gürcüstanda  istiqlal  hərəkatının  gör-

kə mli  xadimi.  Rusiyada  menşevik  liderlərindən biri.  19  əsrin  sonundan inqilabi hərə kata qoşulmuşdu. 3-cü və  4-cü  Dövlət 

dumaların ın deputatı, 4-cü du mada  menşevik fraksiyasının sədri olmuşdur. 1917  il Fevral  inqilabından sonra Dövlət duması 

Müvəqqəti ko mitəsinin üzvü,  Petroqrad fəhlə və əsgər deputatları sovetinin,Ümu mrusiya Mərkəzi İcraiyyə Ko mitəsinin (1-

ci çağırış) sədri  idi. Oktyabr çevrilişindən (1917) sonra Gürcüstan Müəssislər məclisinin, Zaqafqaziya seyminin,  1919  ildən 

Gü rcüstan hökumətinin sədri  idi.  Gürcüstan Respublikasına dəstək almaq  məqsədilə Antanta Şurası ilə danışıqlarda  iştirak 

etmişdir (1918-21). Gü rcüstanda sovet hakimiyyəti quru lduqdan sonra xaricə getmiş, Parisdə intihar etmişdir. 

ÇXENKELĠ  Akaki  İvanoviç (1874,  Gürcüstan - 1959, Paris)  -  Gürcüstanda istiqlal hərəkatın ın görkəmli  xad imi, 

gürcü menşevik liderlərindən biri. 4-cü Dövlət dumasın ın üzvü idi. Fevral inqilabından (1917) sonra Müvəqqəti hökumətin 

Cənubi  Qafqa zda  ko missarı,  Xüsusi  Zaqafqaziya  Ko mitəsinin,  Zaqafqa ziya  ko missarlığ ının  ü zvü  id i.  1918  ilin  apre lində 

Zaqafqaziya Federativ Respublikası höku mətinin baş naziri və  xarici işlər naziri təyin edilmişdi.  Trabzonda (1918,  mart) və 

Batu mda (1918,  may)  Türkiyə  ilə danışıqlarda Zaqafqaziya nü mayəndə heyətinə başçılıq etmişdir.  Gürcüstan hökumətinin 

xarici işlər naziri o lmuşdur. 1921 ildən mühacirətdə yaşamışdır. 

 

 

 



 

 

ÇĠÇERĠN  Georg i  Vasilyeviç  (24.11.1872, Rusiyanın Tambov qub.  -  7.7.1936, Moskva) -  Rusiya dövlət  xad imi, 

diplo mat. Peterburq Universitetini bitirmişdir (1896). 1904 ildə Alman iyaya mühacirət etmiş, 1905 ildə orada Rusiya Sosial 

De mokrat Fəh lə  Part iyasına (RSDFP) da xil olmuşdur. 1918  ilədə k  Fransa, Alman iya və  İngiltərədə yaşamışdır.  1918 ildə 

RSFSR  xa lq  xa ric i  işlər  ko missarının  müavini  təyin  edilmiş,  sovet  nümayəndə  heyətinin  tərkib ində  Brest-Litovsk  sülh 

müqaviləsini (1918)  imzalamışdır. 1918-22  illərdə  RSFSR,  1922-30  illərdə  xalq   xarici  işlər ko missarı o lmuşdur. 1920-21 

illərdə   Türkiyə,  İran  və  Əfqanıstanla  danışıqla r  aparmış,  Genuya  (1922)  və  Lo zanna  (1922-23)  konfranslarında  sovet 

nümayəndə heyətinə başçılıq etmişdir. 

1919

 

il  sentyabrın  15-də  Bakının  Os manlı  -  Azərbaycan  birləşmiş  hərbi  qüvvələri  tərəfindən  azad  ed ilməsindən 



dərhal  sonra  (sentyabrın  20-də)  Çiçerin  Türkiyə  xa rici  işlə r  na zirinə  nota  verərək,  Osman lı  dövlətini  Brest-Litovsk  mü-

qaviləsini  po zmaqda  itt iham  et miş,  sentyabrın  21-də  isə  Almaniyanın  baş  konsuluna  nota  təqdim  et miş  və  " Rusiya  res-

publikasının  ço x  əhəmiyyətli  şəhərlərindən  birinin"  -  Bakın ın  tutulmasına  etirazın ı  bildirmiş,  bu  akta  qarşı  müqavimət 

göstərmədiyi üçün Almaniyanı təqsirləndirmişdir. Çar Rusiyasının işğalçı imperiya siyasətini davam etdirən Sovet Rusiyası da 

xarici siyasətində Şərqə "önəm" vermiş, xalq xaric i işlər ko missarlığ ı nəzd ində Ya xın Şərq şöbəsi yaratmışdı (1919). Çiçerin 

şöbə  müdiri  Nəriman  Nərimanovla  birgə  İran,  Türkiyə,  A zərbaycan,  Dağ ıstan  və  Gürcüstan  fəhlə  və  kəndlilərinə 

ünvanlanmış  müraciətlər  imzalamışdır.  RSFSR-in Azərbaycan Cü mhuriyyəti ilə  münasibətləri Çiçerin in Azərbaycan  xarici 

işlər nazirliy inə 1920 il  2 yanvar tarixli teleqramı ilə  rəsmiləşdi.  Bu sənədin və Çiçerin in sonrakı notalarının əsas məqsədi 

Denikinə   qarşı  hərb i  ittifaq  yarat maqdan  ibarət  o lmuşdur  (ba x  Çiçerin  notaları).  Cü mhuriyyət  Höku mət inin  xaric i  işlər 

naziri  F.x.Xoyski cavab notalarında hər hansı danışıqlara yalnız A zərbaycan Respublikasının  müstəqilliy i və suverenliyin in 

qeyd-şərtsiz tanınması əsasında başlamağın mü mkünlüyünü vurğulasa da,  Çiçerin tərəfindən bu mövqe qəbul edilmə mişdir. 

Çiçerin RSFSR-in  mü rəkkəb beynəlxalq vəziyyətini nəzərə alaraq, A zərbaycana münasibətdə təmkinli davranmaq tərəfdarı 

olmuşdur:  "Azərbaycanın  müstəqilliyini  tanımaq,  hələ  indiki  hökuməti  tanımaq  demək  deyildir...  Antantanın  Azərbay-

canın müstəqilliyini tanımasından sonra biz geridə qala bilmərik". Çiçerin 1920 ilin martında Ba kın ın fəthin i zə ruri sayan 

V.İ.Leninə  yazmışdı:  "Azərbaycana  qarşı  zorakılıq  aktı  beynəlxalq  münasibətlərdə  dostlarımızı  bizə  qarşı  qoyar...  Bizi 



imperialist  hesab  etmələrinə  yol verməməliyik".  Lakin  bütün  diplomatik  manevrlə r  "Bakı  rayonuna  cəld  və  gözlənilmə z 

hücum"  qədər  effektli  sayılmadığ ından,  əsas  diqqət  işğal  amilinə  yönəldildi.  11-ci  Qırmızı  ordu  bu  "cəld  və  gözlənilməz 

hücumu" həyata keçirdi. Aprel işğalı (1920) Azərbaycan Cümhuriyyətin in varlığına son qoydu. Sovet hakimiyyəti  illərində 

Çiçerinin  Azərbaycanla,  ü mu miyyətlə  Şərq lə  bağlı  məsələlərdəki  mövqeyini  Nəriman  Nərimanov  ardıcıl  surətdə  tənqid 

etmişdir. 

 

 



 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə