[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə185/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   181   182   183   184   185   186   187   188   ...   282

317 

 

Əsəri: 



Статьи и речи по вопросам международной политики, M., 1961. 

Əd.: 

Aзepбaйджанская Pecnублика.  Документы  и  материалы  (1918-192  гг.), Б.,  1998;  Azərbaycan  tarixi,  7  cilddə,  c.5,  B.,  2001; 

Зорькин В. Д., Чичерин, M., 1984. 

ÇĠÇERĠN  NOTALARI  -  1920 ilin yanvarından Aprel işğalınadək (1920) Rusiya adından  xarici  işlər  ko missarı 

G.V.Çiçerinin  Denikine qarşı birgə mübarizə təklifi  ilə Azərbaycan Xa lq  Cü mhuriyyəti  Höku mət inə göndərdiyi notalar.  Bu 

notalar  Azərbaycana  diplomat ik  tə zyiq  səciyyəsi  daşıyırdı.  1920  il  2  yanvar  tarixli  birinci  notada  çar  generalı  Denikin in 

Azərbaycan və gürcü xa lqlarının düşməni olduğu vurğulanır, onun qoşunlarına yubanmadan cənubdan zərbə endirmək təklif 

olunurdu. Nota a miranə lik və üstüörtülü hədə  xara kteri daşıyır:  "Biz,  nə  qədər  ki,  gec  deyil,  Denikinə  qarşı  mübarizəyə 

başlamaq çağırışı ilə Azərbaycana və Azərbaycan xalqına müraciət edirik. Azərbaycan dövlətinin düzgün dərk edilmiş 

maraqları və onun  zəhmətkeş si niflərinin  sosial-siyasi maraqları Azərbaycanı bizim təklifimizə razılıqla cavab verməyə 

məcbur etməlidir". 

Çiçerinin  birinci  notasını  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  xarici  işlər  naziri  Fətəli  xan  Xoyski  yanvarın  6-da 

aldı.  Həmin gün Nəsib bəy  Yusifbəylinin sədrliyi  ilə  Dövlət Müdafiə Ko mitəsinin təcili  iclası keçirildi və qərara alındı ki, 

cavab  notasında  Azərbaycan  Cümhuriyyətinin  azad  və  müstəqil  dövlət  kimi  Sovet  Rusiyası  ilə  qarşılıqlı  münasibətlər 

yaratmaq  üçün  danışıqlara  başlamağa  hazır  o lduğu  bild irilsin.  F.x.Xoyski  yanvarın  14-də  G.Çiçerinə  cavab  notasında 

yazırdı:  "...Azərbaycan  Hökuməti  öz  daxili  həyatını  qurmaq  işində  rus  xalqının  mübarizəsinə  müdaxiləni  yolverilməz 



hesab edir. ...danışıqlar yolu ilə rus və Azərbaycan xalqları arasında hər iki dövlətin müstəqilliyi prinsipindən irəli gələn 

mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır". 

Çiçerin  1920  il  yanvarın  23-də  Fətəli  xan  Xoyskiyə  ikinci  notasını  göndərdi.  Azərbaycanın  müstəqilliyi  artıq  

Antanta dövlətləri tərəfindən tanınmışdı.  Buna baxmayaraq,  Çiçerinin  ikinci notası birinci notaya nisbətən daha amiranə və 

daha  təcavüzkar  mə zmuna  malik  idi.  İkinc i  notada  Azərbaycan  Hökumət i  Den ikin lə  ə mə kdaşlıqda  ittiha m  olunur, 

F.x.Xoyskin in  birinci  notaya  cavabı  Denikinə  qarşı  mübarizədən  imtina  kimi  q iy mətləndirilir,  Den ikinin  A zərbaycanın 

müstəqilliy i üçün təhlükə olmasından,  milli  müqəddəratın həllində sovet hökumətinin prinsiplərindən bəhs edilirdi. Notada 

Denikinə  qarşı  birgə  mübarizə   təklifi  yenə  təkra rlan ır,  lakin  A zərbaycan  Xa lq  Cü mhuriyyətinin  tanın ması  məsələsinin 

üstündən  keçilirdi.  Sovet  Rusiyasının  bu  notası  Azərbaycana  silahlı  müdaxilə  və  Bakını  ələ  keçirmək  üçün  açıq-aşkar 

diplo matik  hazırlıq  idi.  V.İ.Len in  1920  il  17  mart  tarixli  teleqramında sovet hökumətinin həmin  niyyətini  açıqladı:  "Bakını 

almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna veri n, həm də bəyanatlarda son dərəcə diplomatik olmaq və 

möhkəm  yerli  Sovet  hakimiyyəti  hazırlandığını  tamamilə  yəqin  etmək  lazımdır...  Qüvvələr  yeridilməsi  haqqında  Baş 

komandanla şərtləşin ".Teleqramın  surətində Q.Orconikidze yazmışdı:  "Teleqram Bakıya hücum  hazırlanması dövrünə 

aiddir.  Əməliyyat  hazırlanmışdı...".  F.x.Xoyski  yeni  notaya  cavabmda  Denikinlə  əməkdaşlıq  barəsində  Çiçerin in 

fikirlərinin  əsas-sız  o lduğunu  göstərmiş,  rus  və  Azə rbaycan  xa lqlan   arasmda  mehriban  qonşuluq  münasibətləri 

yaradılmasımn  vacibliyini  qeyd  etmiş,  Azərbaycan-Rusiya  danışıqların ın  yaln ız  A zərbaycan  Cü mhuriyyətinin 

müstəqilliy inin  və  suverenliyinin   sovet  hökuməti  tərəfindən  qeyd-şərtsiz  tanın ması  əsasında  mü mkün  o lacağını 

vurğulamışdı.  Çiçerinin   1920  il  21  fevral  tarixli  növbəti  notasında  əvvəlki  notalarının  məzmunu  bir  daha  xatırladılır, 

F.x.Xoyskin in cavabları təhlil olunur və sonda yenə də Denikinə qarşı birgə mübarizədə yubanmadan əməli razılığa gəlmək 

təklif  ed ilirdi.  Lakin  hə min  notada  Rusiya  diplomatı  "Sovet  Rusiyası  və  Azərbaycan  xa lqları  arasında  qarşılıq lı 

münasibətlərə aid  mü xtəlif  məsələlər ü zrə  mürəkkəb danışıqları" günün vacib məsələsi saymırdı. F.x.Xoyski 1920  il  martın 

7-də  göndərdiyi  cavab  notasında  Çiçe rin in  məh z  bu  fikrini  diqqət  mərkə zinə   çəkərə k,  onun  iradla rını  əsassız  saymış, 

Azərbaycan  Höku mət inin  mövqeyini  bir  də   açıqla mış,  xa lqla rın   öz  müqəddəratını  təyinet mə   prinsipinin  sovet  hökuməti 

üçün  qarşı  tərəfə  təzyiq  vasitəsi  olduğuna  işarə  edərək,  belə  vasitədən  imperialist  dövlətlərin in  tez-tez  istifadə  etdiyini 

göstərmişdi.  Bununla,  F.x.Xoyski  Azərbaycan  Hökumətinin  mövqeyini  əvvəlki  cavablarından  daha  qətiyyətlə  nümayiş 

etdirərək, istiqla liyyətinin  qeyd-şərtsiz tanın ması şərti ilə sovet hökumətin in A zərbaycan Hö ku məti ilə  danışıqlara  başla maq 

niyyətində  olub-olmadığ ı  haqqında  qəti  cavab  verməsini  xahiş  etdi.  Sovet  Rusiyasının  A zərbaycana  hərbi  müda xiləsi 

yaxınlaşırdı.  Bunu  görən  F.x.Xoyski  aprelin  15-də  Çiçerinə  sonuncu  notasını  göndərdi  və sovet  qoşunlarının  Azərbaycan 

sərhədləri ya xın lığ ında cə mlən məsin in səbəb və məqsədləri haqqında təcili məlu mat verməy i xahiş etdi. La kin  nota cavabsız 

qaldı. 11-ci  Qırmızı ordu Azərbaycana müdaxilə ərəfəsində id i.  Bununla belə, sovet hökuməti formal  xarakter daşıyan dip-

lo matik  manevrdən  də  imt ina  et məd i.  F.x.Xoyskinin   teleqra mından  iki  gün  sonra  RSFSR  xalq   xa ric i  işlə r  ko missarının 

müavin i L.Qaraxandan Sovet Rusiyasının ticarət-iqtisadi münasibətlərə dair danışıq lara hazır olması barədə teleqram alındı. 

Bolşevik  Rusiyasının  bu  addımı  diqqəti  bir  neçə  gün  sonra  müstəqil  Azərbaycan  dövlətinə  qarşı  həyata  keçiriləcək  hərbi 

müdaxilə plan ından yayındırmaq məqsədilə atılmışdı. Aprelin 27-də A zərbaycan 11-ci Qırmızı ordu tərəfindən işğal olundu. 

Əd

.: Aзepбaйджанская Pecnублика.  Документы и материалы (1918-192 гг.), Б., 1998;   Azərbaycan tarixi, 7 cildd ə, c. 5, B., 2001; 

Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci illər), B., 1993; Nəsibzadə N, Azərbaycanın  xarici siyasəti 

(1918-1920), B., 1996. 

 

 

 

 

 

 

 

 

 

ÇĠNGĠZ ĠLDIRIM - bax İldırım Çingiz. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə