[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə186/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   182   183   184   185   186   187   188   189   ...   282

318 

 

ÇÖRÇĠLL  Uinston Leonard Spenser (30.11.1874, Oksfordşir - 24.1.1965, London) - B.Britaniya dövlət, siyasi və 

hərbi  xadimi.  1900  ildə  parla mentin deputatı seçilmişdir.  1911-22  illə rdə  mü xtə lif na zir vəzifə lərində  işlə mişdir. 1917-18 

illərdə  hərb i  təchizat  naziri,  1919-21  illərdə  hərbi  nazir  və  aviasiya  naziri  olmuşdur.  1920  il  yanvarın  15-də  Parisə  dəvət 

olunmuş, yanvarın 17-də Antanta Ali Şurasının iclasında müstəqilliyi de-fakto tanınmış Qafqaz respublikalarına maddi yardım 

göstərilməsi  məsələsinin  müzakirəsində  iştirak  etmişdir.  İclasda  Əlimərdan  bəy  Topçubaşov  Qafqaz  respublikaların ın 

üzləşdiyi  bolşevik  təhlükəsindən  danışmışdır.  Çörçillin  iştirak  etdiyi  19  yanvar  iclasında  Cənubi  Qafqaz  respublikalarına 

xarici  təcavüz  təhlükəsinə  qarşı  Ali  Şuranın  maddi  yardım  göstərəcəyinə  müvafiq  qərarla  tə minat  verilmişdi.  Çörç ill 

bolşevik basqınını dəf etmək üçün Qafqaza qoşun göndərmək tərəfdarı o lmuşdur. Sovet hakimiyyətinin barış maz əleyhdarı 

və antisovet hərbi müda xilənin  başlıca tərə fdarı o lan Çörç ill 1920 ildə  mövcud vəziyyəti nə zərə a laraq, hərb i ə mə liyyatların 

dayandırılmasın ın vacibliyini bəyan etmişdir. 1924-29  illərdə  maliyyə naziri  idi.  1940-45  illərdə baş nazir olmuş, 1941  ilin 

iyununda faşist Almaniyasına qarşı b irgə hərb i ə məliyyatlar barədə Sovet Sosia list Respublika ları İttifaq ı ilə saziş, 1942 ilin 

may ında isə müttəfiqlik haqqında müqavilə imzalamışdır. 1951-55 illərdə yenidən baş nazir o lmuş, sonra istefaya çıxmışdır. 

Bununla  belə,  Çö rçill  ö mrünün  sonuna  qədər  parla mentin  deputatı  olmuş,  Böyük  Britaniyanın  dövlət  siyasətinə 

böyük  təsir  göstərmişdir.  Publisistik  və  memuar  janrında  bir  sıra  qiy mətli  kitabların  müəllifid ir.  1953  ildə  Nobel  mü ka-

fatına lay iq görülmüşdür. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



319 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DADAġOV  Ağa  Abdulla  Ələsgər  oğlu  (1.4.1902,  Bakı  -  ?)  -  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  Parlamentinin       xüsusi  qərarı  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı 



tələbələr haqqında qərar) ilə a li təhsil almaq üçün  xaricə göndərilmiş tələbələrdən b iri. 1-ci  Bakı 

realnı  məktəbini  b itirmişdi (1918).Parlamentin  1919 il 1 sentyabr tarixli q ərarına əsasən, təhsilini 

davam  etdirmə k  üçün  İngiltərəyə  göndərilmişdi.  Sonrakı  taleyi  barədə  məlumat  aşkar  olunmamışdı.

 

DADAġOV  Yusif  ağa  Hacı  ağa  oğlu  (18.3.1870,  Bakı  -26.3.1918,  Bakı)  -  A zərbaycan 

milyonçusu,  xeyriyyəçi.  Əsilzadə  ailəsində  doğulmuşdur.  Stokholm  Universitetini  (İsveç)  əla 

qiymətlə rlə bit irmiş, rus, fransız və digər Avropa dillə rini  mü kə mmə l öyrən mişdi. Ça r  Rusiyasında 

həqiqi  mülki  müşavir  rütbəsində  olmuşdur.  Ölkə  xa ricindəki  fəa liyyətinə  və  xeyriyyə  işlə rinə  görə  Rusiyanın  "Müqəddəs 

Anna",  "Müqəddəs  Stanislav",  2  dəfə  İranın  "Şiri-Xurşid",  Bu xara  əmirliyin in  "Bu xaray i-şərif‖  ordenləri  və  bir  ço x 

meda lla rla   təltif  ed ilmiş,  Dadaşov  Rusiyanın  "fə xri  vətəndaşı"  titulunu  almışdır.  Onun  gəmiçilik  tica rətindən  əldə  etdiyi 

gəlirin  ə ksəriyyəti  xa lqın  maariflən məsinə  (Qo ri  Müə llimlər  Se minariyası  və  "Qız  mə ktəbi"nə)  sərf  edilird i.  Ba kı-Batum 

neft  kə mə rin in  çəkilməsinə,  Ba kı  du ması  b inasının  inşasına  xeyli  vəsait  sərf  edən  Dadaşov  Maksim  Qo rkinin, 

D.İ.Mendeleyevin, neft geologiyası  mütəxəssisi  İ.M.Qubkin in  Bakıya səfərlərin i  maliyyələşdirmişdi. A zərbaycanın  maddi 

mədəniyyət  abidələrinin  qorunub  saxlan masında  yaxından  iştirak  ed ən  Dadaşov  Bibiheybət  məscidin i  bərpa  etdirmiş, 

həmç inin Bu xa ra ə mirinin Moskvada tikd ird iyi məscidə qırxçıraqlı qəndil və qiy mət li xa lıla r bağışla mışdı. 

Azərbaycanda milli höku mətin yarad ılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə  maddi yard ım 

edən Dadaşov 1918  ildə Ba kıda  ma rt soyqırımı za man ı dəstəsi ilə b irgə e rmənilərə  qarşı silah lı  mübarizə  aparmışdır.  Silah 

ardınca  Rusiyaya  göndərdiyi  gəmiləri  qarşılamağa  gedən  Dadaşov  silahları  arabalara  yüklətdirib  geri  qayıdarkən,  daşnak 

S.Lalayanın  quldur  dəstəsi  ilə  qarşılaş mışdır.  S.Lalayan  ona  qılıncının  altından  keçməy i  əmr  edərkən,  Dadaşov  "Mən 



türkəm.  Türk  ölər,  ancaq  erməni  dığasının  qılıncının  altından  keçməz"  cavabını  vermişdir.  Hiddətlənən  daşnaklar  onu 

işgəncə ilə öldürmüşlər.  İşgəncələrə mətanətlə tab gətirən Dadaşov erməniləri burada yubadaraq, silahların daşnaklara yo x, 

əliyalın   döyüşən  azərbaycanlılara  çatmasına  nail  o lmuşdur.  Ölü mündən  sonra  ermən ilər  onun  üzəri  brilyant,  zü mrüd  və 

yaqutla bəzədilmiş, ya xasından orden və meda lla r asılmış mundirin i ə lə keçirmişlər. Qəbri indiyədək aşkar edilmə mişdir. 



DAĞIS TAN  HÖKUMƏTĠ - 1919 ilin yazında Dağıstan vilayətində yaradılmış höku mət. Dağıstan vilayəti Rusiya 

imperiyasının Şimali  Qafqazı  işğalı  zamanı  Qafqaz canişininin 1860  il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə 

edilməsi  haqqında  əsasnamə"yə  uyğun  olaraq  yaradılmışdı  (ba x  Dağıstan  vilayəti).  Vilayətin  əhalisi  1917  ilin  sonunda, 

Sovet Rusiyasının bolşevik hakimiyyətini qəbul etməyərək, Şimali Qafqazın d igər  xalqları,  ilk növbədə Terek v ilayətin in 

əhalisi  ilə  birlikdə  müstəqil  dövlət  yaratmaq  uğrunda  mübarizəyə  qalxd ı.  1918  il  mayın   11-də  Dağ ıstan  və  Terek 

vilayətlərinin   əhalisini  tə msil  edən  ictimai  xadimlə r  Şimali  Qafqaz  Dağlılar  Xa lqla rı  İttifaq ı  Res publikası  (Dağlılar 

Respublikası)  yaradılmasın ı  elan  etdilər.  Elə  o  zamandan  bu  respublikanın  A zərbaycanla  sıx  ittifaq  yaratması,  hətta  bir 

dövlətdə birləşməsi təklifləri irəli sürülməyə başlandı. 

1919  il  aprelin  əvvəlində  Denikinin  Könüllü  ordusu  Terek  vilayətini  işğal  etdikdən  sonra,  Dağıstanda  artıq  süqut 

etmə kdə  olan   Dağ lılar  Respublikasından  ayrılıb  A zərbaycana  birləş mək  ideyası  sürətlə  yayılmağa   başladı.  Dağıs tanın 

ictima i  xad imləri A zərbaycan Xa lq  Cü mhuriyyətinin Dağ lılar Respublikasındakı diplo matik nü mayəndəsi Əbdürrəhim bəy 

Haqverdiyevə  mürac iətlə r  edərək,  bu  haqda  Azərbaycan  Hökumət inin  prinsipia l  ra zılıq  verməsin i  xah iş  etdilər. 

Haqverdiyevin aprelin 15-də xaric i işlər naziri Mə mməd Yusif Cə fərova göndərdiyi mə lu matda bildirilird i ki, Dağ ıstanın 10 

dairəsindən 4-ü  açıq şəkildə Azə rbaycana birləşmə k tərə fdarıdır, qa lanları is ə bunu gizlində arzu  edirlər. Dağıstanlı zabit lər, 

o cümlədən Dağlılar höku mətində hərbi nazirin müav ini o lmuş general M.Xəlilov da bu mövqedən çıxış edird ilər. 

 

 



 

 

 



 

 

 



 

 

Denikin ordusunun cənuba doğru irəlilə məsi ilə əlaq-dar  Dağıstanda Azərbaycana birləşmə k tərəfdarları da sürətlə 



artırd ı.  Kürə,  Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrin i təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə