68
vaxt Şirvanda şirvanşahlar Keyqubad, sonralar is ə onun oğlu Kavus hakimiyyət
sürmüşdür. Elxanilər dövləti dağıldıqdan sonra onun ərazisində digər xırda müsəlman
sülalələri ilə yanaşı, nümayəndələri Şirvanşahlarla mübarizə aparan Çobanilər, sonralar
isə Cəla irilərin hakimiyyəti bərqəra r oldu. Hə min mübarizələ rin nəticəsi numizmat ika
materialında əksini tap mışdır. Cəlairi Şey x Üveysin vassalı olmasın ı qəbul edən
şirvanşah Kavus dövründə h.762 (1360/l)-ci və 766 (1362/3)-cı illərdə Bakıda onun
adından gümüş sikkə kəsilmişdir
54
. La kin 766-c ı ildə Kavus Şeyx Üveysə qarşı çıxd ı və
h.769-770 (1367/8- 1368/9)-c i illə rdə Bakıda kəsilmiş sikkə lərdə bu sultanın adı yo x
oldu.
55
Cəla irilərlə mübaribədə məğ lubiyyətə uğrayan Kavus təslim o ldu, üç ay
həbsxanada saxlanıldıqdan sonra buraxıld ı və ö mrünün sonunadək Şeyx Üveysin sadiq
vassalı olaraq qaldı.
56
Gö ründüyü kimi, göstərilən hadisələr Bakıya da şamil idi. Belə ki mənbələrin
mə lu matına görə, bir sıra yerlərin, o cü mlədən Ba kı vilayətinin feodal ma likləri Hacı
Fəra mərz və Hacı Firidun sultan Üveysin hüzuruna gedib itaətlərini b ild irməyə məcbur
oldular. On lar hər il Üveysə "ma l", ya xud " xərac" adlandırılan ve rgi verməyi öhdələrinə
götürdülər.
57
Kavusun oğlu, cəlairilərlə dostluq münasibətləri saxlayan şirvanşah Huşəngin
zaman ında Şirvanın Bakuyə, Güştəsbi, Şəbəran və Şamaxı şəhərlərində ü zərində Şey x
Üveysin oğlu, h.776 (1374/5)-cı ildən h.784 (1382)-cü ilədək hökmranlıq etmiş
Cə laləddin Hüseynin, habelə, onun qardaşı Qiyas əddin Əhməd in (h.782-813
(1382-1410)-cü illə r) ad ları çə kilən kitabə olan gü müş pullar zə rb edilirdi.
58
XIV əsrin sonlarında Şirvanda xırda feodalla rın və kəndlilərin zadəganlar
əleyhinə üsyanı baş verdi. Bu hadisələr zaman ı şirvanşah Huşəng şirvanlılar tərəfindən
öldürüldü. Feodallar Huşəngin əmisi oğlu şey x I İbrah im Su ltan Məhəmməd ibn
Keyqubadı şirvanşah seçdilər. O, Məzyədilər sülaləsinin bir qolu o lan Dərbəndi
Şirvanşahları sülaləsinin (1382-1538-ci illər) əsasını qoydu. Şeyx İbrah im Şəki
kəndlərindən birində əkinçiliklə məşğul olan zadəgan mənşəli yo xsullaşmış feodal idi.
Böyük feodal və görkəmli dövlət xadimi olan şeyx İbrahim Tey mu run Azərbaycana
hücumu zamanı ona itaət göstərərək, ölkənin dağıdılmasının qarşısını ald ı və onun
rəğbətini qazanaraq Şirvanın hakimi təyin olundu. 1392/3-cü ildə Teymu r oğlu
Miranşahı Şirvanın, o cü mlədən Bakın ın hakimi təyin etdikdə belə şirvanşah özünün
şirvanşah titulunu saxladı.
59
H.787 (1385/6)-c i ildə Qızıl Orda xanı To xta mış 90 minlik ordu ılə Azə rbaycana
soxuldu. O, Şirvanın bir sıra şəhərlərin i v iran edərək Təbrizə yollandı. H.791-792-ci
illərdə (1388/9 və 1389/90-c ı illər) Ba kıda, Şa ma xıda və Şəbəranda To xta mışın
adından sikkə kəsilmişdi.
60
La kin To xta mışın ordusu ölkəni te zliklə tərk etdi.
1387-c i ildə Tey murun qoşunları yenidən Şirvana gird i. Mənbələr xəbər verirlər
ki, Tey mur XIV əsrin sonlarında Dərbənd limanından keç mişdir. Onun burada olmasını
XIV əsrin sonunda Bakıda onun adından kəsilmiş gümüş və mis sikkə lər də təsdiq
edir.
61
Yeddiillik müharibə (1399-1405-c i illər) za manı Tey mur Kiç ik Asiyaya (Ru ma),
Osmanlı sultanı Bəyazidə qarşı yürüş etdi. Bu müharibədə Teymu run tərəfində
şirvanşah İbrahim də iştirak edirdi. Tey mur h.803 (1400)-cü ildə Suriyaya daxil o larkən
69
onu müşayiət edən Şeyx İbrahim Hələbə gəlmişdi.
62
Teymur h.807 (1405)-c i ildə ö ldükdən sonra Şirvan qısa bir müddət müstəqillik
eldə etdi. Bu illə rdə bir sıra şəhərlərdə Tey murilər əleyhinə üsyanlar qalxd ı.
Da xili siyasi və ziyyətdən, şəhər və kənd əha lisin in mü xtə lif təbəqələri arasında
böyük rəğbət qazanmasından istifadə edən şirvanşah I İbrahim 1406-cı ildə
63
Qarabağı
və Təbrizi tutdu. Lakin Cə lairi Əh mədin Cənubi Azərbaycana qayıt ması ilə ə laqədar
İbrahim tezliklə Təbrizi tərk edərək, qoşunlarını Araz çay ının o tayına apardı.
Qaraqoyunlu sultanı Qara Yusiflə sultan Əhməd arasında müharibə zamanı sonuncu
şirvanşah İbrahimdən kö mək istədi. Şirvanşah dərhal Şirvan qoşunlarını oğlu
Kəyumə rsin başçılığ ı ilə sultan Əh mədin kö məyinə göndərdi. Su ltan Əh məd 1410-cu
ildə darmadağın edilərkən Kəyu mərs Təbrizin həndəvərinə yaxınlaşdı. Gecə o, Qara
Yusifin qoşunlarının qəfil hücumuna mə ruz qalaraq əsir alındı. Qa ra Yusifin ə mri ilə
Kəyumə rs Ərc iş qalasında saxlanırdı. Şirvanşah oğlunun geri qaytarılması üçün böyük
miqdarda pul təklif etdi. La kin Qara Yusif Kəyu mərsi tə mənnasız bura xaraq, hədsiz
iltifat göstərdi və onunla atası Şey x İbrah imə tabe olmaq tələb i ilə məktub göndərdi.
Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək Qara Yusiflə onun vassalı
olmaq barə-sində sazişə girməsindən şübhələnərək oğlunu edam etdirdi.
64
1412-c i ildə A zərbaycan Qa ra Yusifın hücumuna mə ru z qa ldı. H.815-c i ilin
şaban ayında (6.X-5.XII.1412-ci il) Kür çayın ın sahilində baş verən böyük vuruşmada
Qara Yusif İbrah imi 7 oğlu ilə birlikdə əsir alaraq şirvanlıları və onların müttəfiqi
gürcüləri məğubiyyətə uğratdı. Qara Yusif Şirvan kəndlərinin əksəriyyətini dağıtdı və
mahalların b ir ço xunu amansızcasına qarət etdi.
Qara Yusif te zliklə İbrahim üçün Təbriz tac irlərindən böyük miqdarda can
bahası alıb onu azad etdi. 1413-cü ildə şirvanşah Qara Yusifin vassalı olmasın ı qəbul
edib Şirvana qayıtdı. Bu vaxt Bakı və Şirvanın d igər şəhərləri Qaraqoyunlu dövlətinin
hakimiyyəti alt ına keçir. La kin bu vassallıq forma l xa rakter daşıyırdı. Be lə ki, şirvanşah
İbrahim, əvvəlki kimi otuz beş il ərzində hökmranlıq etdiyi Şəkidən Dərbəndədək
Şirvanın tam hakimi idi. Şirvana qayıtdıqdan sonra qoca yaşlı Şey x İbrahim üç il
hakimiyyət sürərək h.820 (1417)-c i ildə ö lmüşdür. Şey x İbrah im qonşu ölkələrlə,
Gü rcüstan və Dağıstanla müttəfiqlik və dostluq əlaqələri saxlay ırdı. Şey x İbrahim
zaman ında Dərbənd şəhəri və mahalı, Muğan düzünün bir hiss əsi Şirvanşahların
torpaqlarına daxil idi.
65
Görkə mli dövlət xadimi, cəsur sərkərdə və mahir dip lo mat olan
Şey x İb rahim Şirvanı güclü və müstəqil dövlətə çevirə b ilmişdi.
XV əsrin əvvəlindən XVI əsrin əvvəlinə kimi ö lkə yadelli əsarətdən azad edildi
və bu vaxtdan Şirvan 100 ilə ya xın müstəqil dövlət o laraq yaşamışdır. Onun hakimlə ri
Teymurilər dövründə özlərinə sultan titulu götürmüşdülər. İb rahimin oğlu və varisi I
Xəlilüllah (h.820-869 (1417-1465)-cu illə r) müstəqil hökmda r kimi ha kimiyyət
sürmüşdür. I Xəlilüllah da xarici siyasətdə, atası kimi, Qaraqoyunlu hökmdarları ilə
şiddətli mübarizə aparan Tey murilərə mey l göstərmək mövqəyində dururdu. Gənc
Xəlilüllah ta xta çıxandan sonra Qaraqoyunlu padşahlarından asılılığın ı tanımaqdan
imtina etdi. 65 yaşlı Qara Yusifin 1420-ci ilin noyabrında Teymu run oğlu Şahru xla
(1405-1447-ci illər) müharibə za manı qəfil ölü mü Azə rbaycanın siyasi əhvalın ı dəyişdi.
Dostları ilə paylaş: |