74
(misqal) yerinə işlət mə k üçün götürürlər. Dən iz tərəfdə, bu ada ilə üzbəüz, qır kimi qara
torpaq var, üstündə ot bitir. Bu rada vəhşi heyvanlar da yaşayır. Bu qara torpaqdan qır
(ma zut), qara və ağ neft çıxır. Hə min yer Şirvan ölkəsindən olan Bakuh (Bakı)
yaxınlığındadır. Bu torpaqdan və adadan gecələr kükürd alovuna bənzəyən mavi od
çıxır. O, yansa da, nə oradakı otu yandırır, nə də istisi olur. Onun üstünə yağış yağdıqda
alov daha da artaraq göyə ucalır. Adamlar onu uzaqdan görürülər. Gündüz isə bunu
görmək olmur".
3
Burada söhbət yanar qaz çıxan Pirallahı adasından gedir. Üzbəüz torpaq isə ağ
neft çıxarılan "əbədi odlu" Suraxan ı və onun həndəvərindəki neft verən torpaqlardır".
XIII əsrin birinc i çərəyində, monqol istilasına qədər, neft hasilatı, yəqin ki, xey li
çox olmuşdur. Bunu farsdilli coğrafiyaşünas Məhəmməd ibn Nəcib Bəkran ın
mə lu matla rı da göstərir. O, neft in mü xtəlif çeşidlərindən danışır, o cümlədən Bakıda və
Muğandakı neft quyularından ağ neft, Dərbənd yaxın lığ ında yaşıl, Bəlxan sərhəddində
qara neft hasil olunduğunu qeyd edir. Sonra o, qara neftin alın masından b əhs edir və
bunu təqtir (distillə ) adlandırır.
4
Bu maraqlı məlu mat hələ o zaman lar ço xlu neft istehsal olunmasından və onun
emalı və istifadə edilmə üsulundan xəbər verir.
5
Hə min əsərdə neftə dair mə lu matdan başqa, Bakı ya xınlığ ındakı odların
əl-Qərnatinin yarım əsr əvvəlki təsvirini xatırladan təsviri də verilmişdir.
Qərnatinin Abşerondakı vəhşi heyvanlar haqqında məlumatı XII əsr şairi Xaqani
Şirvaninin məlumatları ilə də təsdiq olunur. Şirvanşah M ənuçöhrə ithaf etdiyi qəsidələrinin
birində şair M ənuçöhrün bu yerlərdə şir ovuna çıxmasından, artıq o vaxtlar sonradan burada
hücrələr, məbəd və karvansara tikdirmiş atəşpərəst hindlilərin səcdəgahı ("Atəşgah") olmuş
"əbədi odlar"dan danışır. Əbu Həmid sonra Abşeronda ceyran ovundan xəbər verir və yanar
qazlarla əlaqədar ov ətinin bişirilməsi üsulunu təsvir edir. "Bu yerlərdə ceyran ovlayırlar. Ovçular
onların ətini doğrayır, dərilərinin içinə yığır, ağzına qarğı taxıb bağlayırdılar.
Sonra içind ə ət olan
həmin dərini qara torpağa basdırırlar. Ət bişdikcə qarğıdan qazanda olduğu kimi köpük çıxır.
Köpük tamam qurtardıqda ət hazır olur. Nəhayət,
dərini salamat, əti bişmiş halda isti-isti dərinin
içindən çıxarırlar. Həmin torpağın özünün isə istiliyi yoxdur. Bu, dünyanın möcüzələrindəndir.
Həmin torpağın istiliyi mədənin istiliyi kimidir".
Ov ətinin bu üsulla bişirilməsi ibtidai insanın, əsasən ovçuluqla məşğul olduğu uzaq
keçmişlərə aid xörək hazırlamaq ənənələrinin dövrümüzədək gəlib çatmasından xəbər verir.
Azərbaycanın bir sıra bölgələrində, Kürdüstanda, Dağlıq Qarabağda və i.a. bu gün ədək ətin
həmin üsulla bişirilməsindən istifadə olunur.
Burada deyilir ki, Şirvan v ə Bakı hüdudlarında torpağın
səthində daim od yanan iki
belə yer vardır, onlardan biri böyük, biri ondan kiçikdir. Böyüyününün eni və uzunu min ərəb
dirsəyi (ərəb dirsəyi yarım metrdən bir qədər artıqdır), y əni 500
metrdən çox,
digərininki isə cəmi
yüz dirsəkdir. Bu yerlər daimi yanır, gündüzlər tüstü, gecələr isə alov görünür.
Onlar bir-birinin
yaxınlığındadır. Aralarındakı məsafə 200 dirsəkdir (yüz metrdən bir qədər çox).
Sonra deyilir ki,
onların aralarında ot bitir və heyvan otlayır, həmin od yayda adam boyuna çatır, qışda isə yalnız
cida boyda olur və od heç vaxt sönmür. Təsvirdən Suraxanı "əbədi odlar" ını tanımaq
mümkündür.