76
qədər yüklə mə k olar. Onu ye mək olma z, a mma yandırmaq, qaşınma və qotur
tutmuş dəvələri yağlamaq olar. Bu yağ üçün çox u zaq yerlərdən gəlirlər və hər yerdə
yalnız onu yandırırlar".
16
Bu parçadan belə bir nəticə çıxarmaq mü mkündür ki, neftdən təkcə təsərrüfat
həyatının mü xtəlif sahələrində deyil, hə m də müa licə vasitəsi kimi istifadə olunurdu.
Neftin şəfaverici xassələri qədim zamanlardan qeyd edilmişdir. Bakı nefti ilə bir sıra
xəstəliklə r müa licə olunurdu. Abşeron neftinin şəfaveric i xassələri A zərbaycandan
çox-ço x uzaq larda məşhur idi. Buraya mü xtəlif və uzaq ölkələrdən müalicəyə gəlirdilər.
Neftdən ta qədimdən işıqlandırma vasitəsi kimi də istifadə edilmişdir. Neft in
çıraqlarda istifadə olun masını istər Bakı və Abşeron istərsə də bütün Azərbaycan
ərazisində, o cü mlədən arxeolo ji qazıntılar zaman ı Şirvanşahlar sarayının ərazisində,
17
Beyləqanda (Örənqalada),
18
Na xç ıvanda, Bə rdədə,
qədim Gəncədə, Qəbələdə və digər
şəhərlərdə tapılmış gil çıraqlar da təsdiq edir. Rəşidəddin, Mirxond və digər
müəlliflərin
19
xəbər verdiklə ri kimi monqollar neftdən hərbi te xn ikada da istifadə
etmişlər.
Təqribən 1320-ci ildə Azə rbaycandan keçib İrana getmiş fransız missioneri
rahib Jurden Katalani de Severak yol qeydlərində Azərbaycanın şəhərləri, o cümlədən
Bakı haqqında qısa məlu mat verir: " Bakı deyilən bir yerdə quyular qazır və onlardan
"neft" adlandırılan yağ çıxa rırlar. Bu yağ çox isti və şəfavericid ir, o, həqiqətən çox
yaxşı yanır".
20
Bakı neftinin müalicə xassələrini XV əsrin ikinci yarısı (təqribən 1471-ci il)
Venesiya səyyahı İosafata Barbaro
da qeyd etmişdir: "Dənizin bu h issəsində Bakı
deyilən şəhər - dənizin də adı onun adındandır, - yanında isə bir dağ var. Hə min dağdan
çox p is iyli qara yağ çıxır. Ondan gecələr çıraqları yandırmaq üçün və ildə iki dəfə
dəvələrə sürtmə k üçün istifadə ed ilir, çünki bu yağla sürtülmədikdə onlar qoturluq
tuturlar".
21
Digər Venesiya səyyahı və səfiri A mbroco Kontarin i (1473-cü il) ö z qeydlərində
Abşeronda işlədilən başqa bir işıq landırma və müalicə vasitəsindən danışır. O,
suitilərdən bəhs edir, "onların piy indən çıraqlarda işlədilən yağ və dəvələrə sürtmək
üçün məlhəm hazırlandığın ı və ço xlu miqdarda qonşu ölkələrə aparıld ığın ı"
22
göstərir.
Bakı haqqında venesiyalıların məlu matlarından başqa, əslən bakılı o lan XIV
Ramuzioda "gəmi" əvəzinə "dəv" getmişdir. Ramuzionun mətnində petroleyin (neftin)
müalicə xassələri bir qədər geniş müəyyənləşdirilir: insanlar ondan sürtkü dərmanı kimi bir çox
xəstəliklərin müalicəsində istifadə edirdilər. Barbaro (Ramuzio II, 109) onun adını d əvələr üçün
sürtkü müalicə vasitəsi kimi çəkir.
15
Jurden Katalani de Severak Şərqə XIV əsrin birinci yarısında,
katolik dinini monqollar
arasında yaymaq imkanlarını öyrənmək məqsədilə səfərə çıxmışdı.
İosafato Barbaro İrana
diplomatik məqsədlərlə, Uzun Həsənlə danışıqlar
aparmaq
üçün getmişdi.