70
1420-c i ildə Orta Asiyaya və demək o lar ki, bütün İrana sahib olan Şahru x Təbrizi
tutduqdan sonra Araz çayını keçərək q ışlamaq üçün Qarabağda dayananda bir çox iri
feodallar, o cü mlədən şirvanşah Xəlilüllah və onun qardaşı Mənuçöhr öz sədaqətlərini
bildirmə k və iltifata na il olmaq üçün bol hədiyyələrlə onun hüzuruna gəldilər. Şahru xu
Şirvanşahlarla Şey x İb rahim və onun oğlu Xəlilüllahla ço xdankı ittifaq bağlayırdı.
Şirvanın müstəqilliyin in qorunub saxlan ması Qara Yusifin oğlu İsgəndərlə mübarizədə
sadiq müttəfiq tap mağa çalışan Şahru xun görüşü onları bir-birinə daha da yaxın laşdırdı.
Və Şirvanşah Qarabağa, sultanın iqa mətgahına gələndə sonuncu onunla qohum olmaq
istədi və Xə lilü llahı Qara Yusifın dul a rvadı - M iranşahın oğlu, Tey murun nəvəsi olan
Əbu Bəkrin qızına nişanladı. Qara Yusif onu babası Miranşahın həlak olduğu döyüş
zaman ı ələ keçirmiş və tezliklə evlən mişdi. Şirvanşahın anası Şirvandan qiymətli
hədiyyələr gətird i və h.824-cü il rəbiü ləvvəl ay ının 29-da (3 apre l 1421-ci il),
66
çərşənbə
günü Qaraköpəkdə toy məclisi quruldu. Şahru xun simasında yüks ək və qüdrətli
qohumuna arxa lanan Xəlilüllah öz mövqeyini möhkə mləndird i. İsgəndərlə Şahru xun
qoşunları arasında yüksək və qüdrətli qohumuna arxalanan Xəlilüllah öz mövqeyini
möhkəmləndirdi. İsgəndərlə Şahru xun qoşunları arasında gedən vuruşmalarda
şirvanşah da Şirvan hərbi dəstələri ilə iştirak etmişdir. İsgəndər Şahruxla müharibədə
məğ lub olmasına baxmayaraq, öz mövqeyini bərpa et məyə, qoşun toplamağa müvəffəq
olmuş və bir neçə dəfə Şirvana basqın edərək, Şamaxın ı və bütün vilayəti viran
etmişdir.
Şahru x h.839 (1435/36)-cu ildə İsgəndərə qalib gəld ikdən sonra Təbrizə daxil
oldu.
Əl-Mazandarani xəbər verir ki, h.841-ci il səfər ayının 1-də (4.VIII.1437)
Xəlilüllah Şahru xun qələbə çalması münasibətilə Təbrizə, dövlət xə zinəsinə Şirvan
cinsindən çox qiy mətli atlar -şrqa göndərmişdir. Xə lilüllah, Şirvan ş əhərlərində,
xüsusilə, bu zaman Şirvanın paytaxtına çevrilən Bakıda geniş tikinti işləri aparmışdır.
Dəniz t icarətin in inkişafı ilə bağlı Bakının iqtisadi və siyasi əhə miyyəti xeyli art ır.
Şamaxı 1191-ci ildə zəlzələ nəticə-sində dağıldıqdan sonra şirvanşah Axsitan Şirvanın
ikinci payta xtına çevrilən Ba kını ö zünün iqamətgahı etmişdi. Ehtima l ki, Şirvanşahlar
XII əsrin a xırlarından Bakıda yaşayaraq, ş əhərin müdafiəsinin qayğısına qalmışdır.
Bunu XII əsrin sonu-XV əsrdə istər şəhərdə, istərsə də Abşeronda yaradılmış bir sıra
müdafiə tikililəri - bürclər, qəsrlər, qala divarları, yaşayış evləri də təsdiq edir. Belə
hesab etmə k o lar ki, Şirvanın paytaxtı Şa ma xıdan Bakıya 1191-c i ildə köçürülmüşdür.
Ölkəsinin və paytaxtı Bakı şəhərinin abadlığı qayğısına qalan Xəlilü llah ın zamanında
Şirvanşahlar sarayı ko mple ksinin, karvansara və körpülərin tikintisinə başlanmışdır.
Ölkə abadlaşırdı. Xəlilü llah Şirvanda əlli ilə yaxın hakimiyyət sürmüşdür. O, h.869-cu
ilin zilh iccə ayında (25.VII-23.VIII. 1465-ci il) ölmüşdür.
67
Onun oğlu və varisi Fə rru x
Yəssarın kəsdirdiyi ilk sikkə lər h.869 (1465)-cu ilə aiddir. Şirvanşahlar dövlətinin
müs-təqil yaşamasının əmin-amanlıq dövrü Xəlilüllahın varisi Fərru x Yəssarın
Qaraköpək indiki Füzuli rayonundadır.
71
za man ında Səfəv ilə r nəslindən olan Şey x Cüneydin və onun oğlu Şey x Heydərin işğalçı
kimi Şirvana hücumu nəticəsində fəlakətlə sona çatdı. Şey x Cüneyd
68
1460-cı ildə, I
Xəlilüllah dövründə baş verən döyüşdə, Şeyx Heydər
69
isə 1488-ci ildə, Fə rru x Yəssar
zaman ındakı vuruşmada ö ldürülmüşdülər. Səfəvilər dövlətin in banisi İs mayıl Səfəvi
1499-cu ildə şirvanşaha qarşı yürüş ə çıxdı. O, 1500-cü ildə Şa ma xın ı tutdu,
möhkəmləndirilmiş Gü lüstan qalasının yaxın lığ ındakı Cəbanidə baş verən vuruşmada
Fərru x Yəssarın qoşunlarını darmadağın etdi. Fərru x Yəssar bu vuruşmada öldürüldü.
70
Mənbələrin verdiyi mə lu mata görə o, əsir alın mış və sonra qolları bağlı ha lda
öldürülmüşdür. İsmayıl atasının və babasının intiqamını almaq üçün əsir aldığ ı bütün
şirvanlıları qətlə yetirmişdir.
71
Şirvanın çiçə klənən şəhər və qalaları İs mayıl tərə findən
işğal olun muşdur. Bakılıların şəhəri qəhrəmancasına müdafiəsindən sonra
h.906(1501)-c ı ilin baharında İs mayıl Ba kını da a ldı.
XVI əsr tarixçiləri Xandəmir və Həsən Rumlu İs mayıl Sə fəvinin Bakını
almasının təfsilatın ı xəbər verirlər.
72
İsmayılın əmri ilə sərkərdələrdən Məhəmməd bəy Ustaclı və İlyas bəy Ayqut
oğlu qoşunların başında Bakı qalasını almağa göndərild i.
O vaxt Bakı şəhəri alın maz qala sayılırdı. O, üçqat möhtəşəm divarla, bir
tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu. Şəhərə
yaxınlaşan qızılbaş döyüşçüləri onun əfsanəvi Makedoniyalı İsgəndər səddini
xatırladan qala d ivarlarının əzəmətinə heyran qaldılar.
73
İsmay ıla bu qalanı tutmaq ço x
vacib id i. Çünki Bakı o vaxtlar Şirvanın iri ş əhərlərindən biri və Xəzər dənizində ən
yaxşı tranzit ticarət mərkəzi id i. Qədimdən Şirvan-şahlar xanədanına sədaqətli o lan
mühasirəyə alın mış bakılılar istehkamların ın alın mazlığ ına, böyük silah və ərzaq
ehtiyatına güvənərək igidliklə vuruşurdular.
Bu va xt Fərru x Yəssarın Bakı, Mah mudabad və Salyan torpaqlarının sahibi olan
oğlu Qazi bəy Şirvanın dağ qalalarında müqavimət göstərməkdə davam edirdi.
74
Qazi
bəy olmadığ ı müddətdə şəhərin müdafiəsinə onun adı mənbələrdə çəkilməyən cəsur
qadın olan arvadı başçılıq edirdi. O, İsmayılın təslim olmaq təklifi ilə dilə tutmaq üçün
yanına gəlmiş elçisinin edam o lunmasın ı əmr etdi. İs mayılın göndərdiyi və hədə - qorxu
gələrək, şəhərin təhvil verilməsini tə ləb edən Bakı darğası Əbülfəttah bəyin də başına
eyni aqibət gəldi.
75
Bakılıların inadlı müqaviməti İsmay ıl Səfəv inin sərkərdə Xü lafə bəyin başçılığı
altında yeni qüvvələr göndərməyə məcbur etdi. Mühasirənin sonuna yaxın o özü də
buraya gəldi.
Mühasirədəkilərin təslim olmaq istəmədiklərini görən İsmay ıl lağım atıb qala
bürclərindən birinin böyük daşını partlatmağı əmr etdi. Şəhərin müdafiəçiləri divardakı
yarığı çadır keçəsi ilə tutaraq, daha üç gün duruş gətirdilər. Lakin sonra Səfəvi qoşunları
şiddətli həmlə ilə qalanı ələ keçirib əhalidən xeyli adam qırdılar. Bakın ın 70 nəfər
mötəbər adamı artıq müqavimət göstərməyin mənasız o lduğunu görərək, əllərində
Quran, boyunlarında qılınc, çiy inlərində kəfən İs mayılın hüzuruna gələrə k öz itaətlərini
ona bildird ilər.
76
Burada Həsən Ru mlunun hekayəti Xandə mirin mətnindən b ir qədər fərqlən ir.
Dostları ilə paylaş: |