00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

 
36 
 
 
 
 
 
 
 
"
B
ÖYÜK VERİLƏNLƏR" TEXNOLOGİYASI
 
 
Dünyada  rəqəmsal  informasiyanın  həcmi  üstlü  funksiya 
şəklində artır. Bəzi tədqiqatlara görə, 2003-cü ildə dünyada 
yığılmış  verilənlərin  həcmi  5  eksabayt  (1  EB  =  1  milyard 
giqabayt) idi. 2008-ci ildə bu həcm 0.18 zettabayta (1 ZB = 
1024 eksabayt), 2011-ci ildə 1.76 zettabayta, 2013-cü ildə 4.4 
zettabayta çatmışdı.  
2020-ci  ildə  bu  göstəricinin  40–44 
zettabayt olacağı, 2025-ci ilə kimi isə 
daha 10 dəfə artacağı proqnozlaşdırılır. 
Bəs  bu  qədər  həcmdə  informasiyanın 
"öhdəsindən  gəlmək"  olarmı?  Hesab-
lamalara görə, hazırda toplanmış infor-
masiyanın  çox  az  bir  hissəsindən 
(təxminən 1–2%) istifadə edilir. Onları 
emal  etmək  və  onlardan  faydalı 
nəticələr  çıxarmaq  getdikcə  daha 
mürəkkəb olur və daha çox vəsait tələb 
edir.  
 
Həcmi 40 zettabayt 
olan informasiyanı 
yerləşdirmək üçün 
tutumu 1 terabayt olan 
neçə disk lazımdır? 
 
 
 
Analogiyadan istifadə etməklə cədvəlin boş xanalarını doldurun.  
Adı 
İşarəsi 
Qiyməti (bayt) 
Adı 
İşarəsi 
Qiyməti (bayt) 
kilobayt 
kB 
10
3
 
petabayt 
PB 
10
15
 
meqabayt 
MB 
10
6
 
eksabayt 
EB 
 
giqabayt 
GB 
10
9
 
zettabayt 
ZB 
 
terabayt 
TB 
10
12
 
yottabayt 
YB 
 
–  1 zettabayt 1 giqabaytdan neçə dəfə böyükdür? 
– Verilənlərin həcmi yuxarıda verilmiş templə artarsa, hansı ildə dünyada yığılmış veri-
lənlərin həcmi 1 yottabayta çatacaq? 
 
Çox  böyük  həcmdə  həmcins  olmayan,  sürətlə  daxil  olan  və  ənənəvi  alətlərlə 
emalı mümkün olmayan rəqəmsal informasiyanı bildirmək üçün "böyük verilənlər
terminindən istifadə edilir. Bu termin ingilis dilindəki "big data" ("biq deytə" kimi 
oxunur) termininin kalkasıdır və dəqiq tərifi yoxdur. Ona dəqiq sərhəd təyin etmək 
olmaz – o, 10 terabaytdırmı, yoxsa 10 meqabayt? Ancaq, ümumiyyətlə, belə bir fikir 
artıq  qəbul  olunur  ki,  "böyük  verilənlər"  üç  əməliyyatın  yerinə  yetirilməsi  üçün 
nəzərdə tutulmuş texnologiyalar toplusudur: birincisi, çox böyük həcmli verilənləri 
emal etmək; ikincisi, çox böyük sürətlə daxil olan verilənlərlə işləyə bilmək (başqa 
sözlə, verilənlər, sadəcə, çox deyil, həm də sürətlə artır); üçüncüsü, onlar struktur-
laşmış verilənlərlə yanaşı, strukturlaşmamış verilənlərlə də işləyə bilməlidir. Başqa 
sözlə, adətən, "böyük verilənlər" termini haqqında danışılan zaman məşhur üç "V" 
(3 V) ifadəsindən istifadə olunur:  
F Ə A L İ Y Y Ə T  
1.7 
  LAYİHƏ


 
37 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

  Volume (həcm) – verilənlərin həcmi
  Velocity  (sürət)  –  informasiyanın  böyük  sürətlə 
emal edilməsi
  Variety  (çeşidlilik)  –  verilənlərin  müxtəlifliyi  və 
çox zaman yetərincə strukturlaşdırılmış olmaması.  
Beləliklə, "böyük verilənlər" anlayışı üç məsələ – informasiyanın böyük həcmi, 
onun cürbəcürlüyü və çox böyük sürətlə emal olunmasının zəruriliyi ilə bağlıdır.  
"Böyük  verilənlər"in  təhlili  insanın  məhdud  götürmə  qabiliyyətinin  "görə 
bilmədiyi"  gizli  qanunauyğunluqları  aşkarlamağa  imkan  verir.  Bu,  həyatımızın 
bütün sahələrində – dövlət idarəçiliyi, səhiyyə, rabitə, maliyyə, nəqliyyat, istehsalat 
və başqa sahələrdə optimallaşma etmək üçün misilsiz imkanlar açır.
 
"Böyük verilənlər"ə tipik örnək olaraq müxtəlif eksperimentlərdə istifadə olunan 
fiziki qurğulardan, məsələn, “Böyük Adron sürətləndiricisi”ndən daxil olan infor-
masiyanı  göstərmək  olar.  Bu  qurğu  fasiləsiz  olaraq  hər  an  çox  böyük  miqdarda 
verilənləri  hasil  edir,  alimlər  isə  onların  köməyi  ilə  çoxlu  sayda  məsələləri  həll 
edirlər.  Ancaq  "böyük  verilənlər"in  əhatə  dairəsi  təkcə  elm  adamları  ilə  məh-
dudlaşmır. Bu gün FacebookWhatsApp,Twitter, Skype kimi sosial şəbəkələrin 
istifadəçilərinin  sayı  milyardlarladır,  onların  bu  şəbəkələrdə  eyni  zamanda  yerinə 
yetirdikləri  əməliyyatların  miqdarı  isə  çox  böyükdür.  Burada  verilənlərin  emalı 
dedikdə  təkcə  onların  yozulması  (interpretasiyası) 
deyil,  bu  əməliyyatların  hər  birinin  düzgün  emal 
edilə  bilməsi  nəzərdə  tutulur.  Başqa  sözlə,  hər  bir 
əməliyyatı  lazım  olan  yerə  yerləşdirmək  və  elə 
etmək  ki,  bütün  şəbəkə  istifadəçiləri  bu  verilənləri 
dərhal əldə etsin, çünki sosial şəbəkələr gözləməyi 
sevmir. 
 
Diqqət! 
"Böyük  verilənlər",  xüsusən  onların  təhlili  ilə  bağlı  bir  sıra  yanaşmalar  çoxdan 
mövcuddur; məsələn, müşahidə kameralarından alınan görüntülər selinin emalı on 
illərdir aparılır.
 
 
Bəs "böyük verilənlər", xüsusən böyük həcmdə strukturlaşmamış verilənlər necə 
saxlanılır və necə emal olunur? Son illər bu istiqamətdə geniş tədqiqatlar aparılmış 
və xüsusi texnologiyalar işlənib-hazırlanmışdır. Belə texnologiyalara örnək olaraq 
"verilənlərin intellektual analizi"ni,  NoSQL
MapReduce,  Hadoop  yanaşmalarını 
göstərmək olar.
 
  Verilənlərin intellektual analizi (data mining) böyük həcmli verilənlərin 
süni  intellekt  metodları  və  qərar  qəbuletmənin  dəstəklənməsi  alətləri  əsa-
sında  analiz  olunması  texnologiyasıdır.  Verilənlər  bazasında  yazıların  nə 
məna verməsini aydınlaşdırmadan qanunauyğunluqların və anomaliyaların 
axtarılıb tapılması məqsədilə orada saxlanılan informasiyanın analiz olun-
masıdır. 

"Böyük verilənlər" 

üç "V" (3 V) 

Verilənlərin hasilatı 

NoSQL 

MapReduce 

Hadoop 

AR

zl
ə
r
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə