00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

 
34 
 
 
 
 
 
 
Diqqət! 
• 
Bəzi  axtarış  sistemləri  (məsələn:  Google)  axtarış  nəticələrini  başqa  dillərə  də 
tərcümə edir. 
• 
Müxtəlif axtarış sistemlərindən istifadə etmək çox zaman faydalı olur. Bundan 
əlavə,  hər  hansı  bir  axtarış  sisteminin  veb-saytları  indeksləməsi  üçün  tərtib 
edilmiş  öz  fərdi  alqoritmi  var.  Ona  görə  də  müxtəlif  sistemlərdə  axtarışın 
nəticələri də fərqli ola bilər. 
 
İnternet genişlənməkdə davam etdiyindən və ora getdikcə daha çox səhifə əlavə 
olunduğundan səmərəli axtarış üçün yeni yanaşmalar və strategiyalar tələb olunur. 
Yadda saxlayın ki, axtarışınız nə qədər spesifik olarsa, axtardığınızı tapmaq ehtimalı 
da bir o qədər böyük olacaq. Bunun üçün nəyi axtardığınızı axtarış sisteminə dəqiq 
bildirməli və müxtəlif üsullardan istifadə etməyi bacarmalısınız. 
Əgər siz bir-birinin ardınca gələn sözləri tapmaq istəyirsinizsə, onda ən yaxşı yol 
fraza üzrə axtarışdır.  Fraza  dırnaq  içərisində  daxil  edilir  və  axtarışda  yalnız  bu 
ardıcıllıqla  gələn  sözlər  nəzərə  alınır;  məsələn,  əgər  sizə  nərə  balığı  ilə  bağlı 
informasiya lazımdırsa, dırnaq işarəsi arasında “nərə balığı”  ifadəsini  daxil  edin. 
Nəticədə bir-biri ilə yanaşı duran “nərə balığı” sözlərinin olduğu veb-saytlar seçi-
ləcək. Əgər dırnaq işarələri qoyulmasa, axtarış sistemi həm “nərə”, həm də “balığı” 
sözlərinin olduğu bütün veb-səhifələri tapıb çıxaracaq. 
Əgər  bir  neçə  ifadə  üzrə  axtarış  aparırsınızsa,  onda  mürəkkəb  ifadələri, yaxud 
xüsusi isimləri bir-birindən vergüllə ayıra bilərsiniz. Xəzər dənizində yaşayan nərə 
balıqları haqqında məlumat tapmaq üçün “nərə balığı”, “Xəzər dənizi” daxil edə-
cəksiniz. Xüsusi isimləri böyük hərflə yazmaq daha məqsədəuyğundur, çünki bəzi 
axtarış  sistemləri  aşağı  və  yuxarı  registrli  hərfləri  bir-birindən  fərqləndirir.  Digər 
tərəfdən əgər siz xüsusi isim kimi, məsələn, “Çiçək” sözünü böyük hərflə yazsanız, 
onda axtarış nəticəsi “çiçək” sözünə görə axtarışla müqayisədə daha az olacaq. 
Qeyd olunduğu kimi, axtarış nəticəsində sizə lazım  olmayan çoxlu sayda veb-
səhifələr də nəticə siyahısına düşə bilər. Bunun qarşısını almaq, yəni istəmədiyiniz 
siyahını süzgəcdən keçirmək üçün riyazi əməllər vasitəsilə axtarış apara bilərsiniz: 
  görünməsini istədiyiniz sözlərin önünə plyus işarəsi (+) qoyun; 
  görünməsini istəmədiyiniz sözlərin önünə minus işarəsi (–) qoyun; 
  təyinedicisi (+, yaxud – işarəsi) olmayan sözlər zərurət olmadıqda görün-
mür, ancaq yenə də axtarışın çeşidlənməsində iştirak edir. 
Axtarış  sahəsində  +çiçək+balı  göstərsəniz,  axtarış  nəticəsində  yalnız  hər  iki 
sözün olduğu səhifələr görünəcək.  
İnternetdə axtarışın bir yolu da məntiqi əməllər vasitəsilə axtarış aparmaqdır. O, 
riyazi əməllər vasitəsilə axtarışa oxşar prinsiplə işləyir, ancaq daha güclüdür. Bunun 
üçün üç məntiqi əməldən istifadə olunur: 
  AND (VƏ) 
  NOT (DEYİL) 
  OR (VƏYA) 
Bal ilə bağlı misalda siz axtarışı məntiqi əməllərdən istifadə etməklə “çiçək AND 
balı” ifadəsi kimi də apara bilərsiniz. Əgər sizə cökə olmayan çiçək balı lazımdırsa, 
axtarışı “çiçək AND balı NOT cökə” üzrə aparmalı olacaqsınız. 
  LAYİHƏ


 
35 
 
 
 
İnformasiya
  sistemlə
ri
 

OR  əməlindən,  adətən,  oxşar  anlayışların,  yaxud  terminlərin  axtarışı  zamanı 
istifadə olunur; məsələn, “çiçək OR balı” üzrə axtarış apardıqda nəticə siyahısında 
bu anlayışlardan biri, yaxud hər ikisi olacaq.  
 
Diqqət! 
• Nə qədər çox anlayışı AND ilə birləşdirsəniz, daha az nəticə almış olacaqsınız. 
• OR məntiqi ilə nə qədər çox anlayışı birləşdirsəniz, axtarışda daha çox nəticə almış 
olacaqsınız. 
• Bəzi axtarış sistemləri məntiqi əməllər vasitəsilə axtarışı dəstəkləmir, ancaq əksə-
riyyətində  süzgəc,  yaxud  xüsusi  meyarlar  üzrə  axtarış  aparmaq  üçün  formalar 
nəzərdə tutulub. 
 
 
Məntiqi əməllər vasitəsilə axtarış 
1.  Axtarış sistemlərindən birinə, məsələn, Yahoo-ya keçin. 
2.  Axtarış  sahəsində  çiçək AND balı  daxil  edin  və  Web  Search  düyməsini 
çıqqıldadın, yaxud  klavişini basın. 
3.  Axtarış sisteminin tapdığı hiperistinadların sayına diqqət edin. Axtarış 
sisteminin başlanğıc səhifəsinə qayıdın. 
4.  Axtarış sahəsində çiçək AND balı NOT cökə daxil edin və klavişini basın. 
5.  Bir daha tapılan hiperistinadların sayına diqqət edin; çox güman ki, indi onların sayı 
birinci axtarışa nisbətən az olacaq. 
6.  Bir,  yaxud  bir  neçə  hiperistinadı  çıqqıldatmaqla  veb-saytlardakı  informasiyanı 
gözdən keçirin. 
7.  Brauzeri qapadın. 
 
 
1.  Riyazi əməllər vasitəsilə axtarışdan istifadə etməklə aşağıdakı axtarışları aparın: 
A) Azərbaycandan kənarda olan Baku və Quba adlı yer adları. 
B) Rusiyada olan Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri. 
2.  Məntiqi əməllərdən istifadə etməklə eyni mövzular uzrə (1–A, 1–B) axtarış aparın. 
3.  Bu iki üsulla alınmış nəticələr arasındakı fərqin təsvir olunduğu qısa hesabat hazırlayın. 
4.  Riyazi  əməllərdən    istifadə  etməklə  fizik  olmayan  Nobel  mükafatçıları  haqqında 
informasiyanın olduğu veb-saytları axtarmaq üçün sorğunu yazın.
 
 
Özünüzü yoxlayın 
1. 
"Axtarış sistemi" nədir və hansı hissələrdən ibarətdir? 
2. 
Axtarış sistemi necə işləyir? 
3. 
Müxtəlif axtarış sistemləri nə üçün fərqli nəticələr verir? 
4. 
Axtarışın  “Savalan dağı”,  yaxud  Savalan dağı  (dırnaqsız)  üzrə  aparılmasının  fərqi 
varmı? 
5. 
Məntiqi axtarışda hansı məntiqi əməllərdən istifadə olunur? 
 
 
A D D I M   2  
A D D I M –  
ö y r ə n ə k
A R A Ş D I R A Q  –
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə