00i11az titul(1-7)



Yüklə 42,46 Mb.
Pdf görüntüsü
səhifə18/61
tarix11.07.2018
ölçüsü42,46 Mb.
#55215
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

 
57 
 
 
 
Modelləş
d
irm
ə 

 
S
TATİSTİK VERİLƏNLƏR ƏSASINDA PROSESLƏRİN 
MODELLƏŞDİRİLMƏSİ
 
 
 
 
Hansı proseslərin  riyazi  modeli  kimi  y = kx+b;  y = ax
2
+bx+c;  y = sinx 
funksiyalarından istifadə etmək olar?  
 
Arqument və funksiyanın cədvəl şəklində verilmiş qiymətlərinə görə 
funksiyanın düsturunu bərpa etmək olarmı?    
 
 
 
Aşağıdakı cədvəldə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına 
əsasən ölkəmizdə 18 il ərzində pambıq istehsalının dinamikası göstərilib. Cədvəli təhlil 
edin  və  2017-ci  ildə  pambıq  yığımı  haqqında  proqnozunuzu  söyləyin.  Sonra 
www.stat.gov.az saytından 2017-ci il üçün faktik göstəricini tapın və onu verdiyiniz proq-
nozla tutuşdurun. Cədvəli qrafik şəkildə təqdim edin.
 
 
 
− Qrafik qurarkən diaqramın hansı növündən istifadə etdiniz? 
 
Statistika  böyük  miqdarda  kəmiyyət  və  keyfiyyət  verilənlərinin  toplanması, 
ölçülməsi və təhlili ilə bağlı elm sahəsidir. Onun tibbi statistika, iqtisadi statistika,  
təhsil statistikası və başqa istiqamətləri vardır. Statistikanın riyazi aparatının işlənib- 
hazırlanması ilə riyazi statistika elmi məşğul olur.
 
Statistika, sadəcə, verilənlərin toplanması və onların cədvəl və diaqramlar şək-
lində nizamlanması deyil, bundan çox-çox geniş anlayışdır. İstər təbiət, istərsə də 
sosial elmlərdə bir çox istiqamətlər üzrə proqnozlaşdırma üçün statistika əvəzsiz 
alətdir. Proqnoz müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında ön-
cədən verilən məlumatdır. Yeni bir bilik kimi proqnoz bir tərəfdən gerçəkdə mövcud 
olan,  proqnozlaşdırma  müddətində  müşahidə  edilən  və  ya  edilməyən  obyektlərin 
xassələri  haqqında bilikləri,  digər  tərəfdən  proqnozlaşdırma  müddətində  gerçəkdə 
F Ə A L İ Y Y Ə T  
2.4 
  LAYİHƏ


58 
 
 
 
mövcud olmayan obyektlərin xassələri haqqında bilikləri əhatə edir. Proqnoz ehti-
mallı proseslərin, hadisələrin ideal modelini, obrazını, təsvirini yaradır.   
 
 
 
Statistik verilənlər həmişə təxmini, orta qiymətlərdir. Ona görə də onlar qiymət-
ləndirmə  məqsədi  daşıyır,  ancaq  kəmiyyətlərin  asılılıq  xüsusiyyətini  düzgün  əks 
etdirir. Statistik verilənlərin təhlil edilməsi yolu ilə alınmış nəticələrin dəqiqliyi üçün 
həmin verilənlərin çox olması da vacib şərtdir.      
 
Nümunə. 
Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin  rəsmi  saytından 
(www.stat.gov.az)  götürülmüş  verilənlər  əsasında  respublikamızda  əhalinin 
sayının illər üzrə necə dəyişdiyini izləmək olar. Bunun üçün həmin göstəriciləri 
həm cədvəl, həm də nöqtəli diaqram şəklində təqdim edək (yerə qənaət məqsədilə 
bəzi illərin göstəriciləri verilib). 
 
 
 
Alınmış  verilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  göstərilmiş  dövrdə 
Azərbaycanın  əhalisi  daim  artmış  və  bu  artım  1960-cı  illərdən  başlayaraq  daha 
yüksək olmuşdur. Belə bir sual yarana bilər: əhalinin sayının dəyişmə dinamikasını 
düstur şəklində göstərmək olarmı, yəni bu prosesin riyazi modelini qurmaq olarmı? 
Dərhal qeyd etmək lazımdır ki, əhalinin sayının yaşayış ilindən asılılığını əks etdirən 
Statistika insanların praktik fəaliyyəti olaraq çox qədimlərdə  meydana çıxıb. Onun 
yaranması  və  inkişafı  ictimai  tələbatla  –  əhalinin,  heyvanların  sayılması,  torpaq 
sahəsinin,  əmlakın  qeydiyyatı  və  başqa  işlərlə  bağlı  idi.  Şumerlərin  gil  lövhələrini 
(eramızdan  əvvəl  III–II  minilliklər)  ilk  "dərc  edilmiş"  statistik  informasiya  hesab 
etmək  olar.  Qədim  Romada  azad  vətəndaşların  və  onların  əmlakının  qeydiyyatı 
aparılırdı. Bu qeydiyyat zamanı vətəndaşların yaşı və cinsi kimi göstəricilər də qeyd 
edilirdi. 
Tari
x
 
  LAYİHƏ


 
59 
 
 
 
Modelləş
d
irm
ə 

hazır  funksiya  yoxdur!  Bunun  səbəbi  əhalinin  sayı 
kimi  parametrlərin  çoxlu  sayda  müxtəlif  amillərdən 
asılı olmasındadır: doğum səviyyəsi, ölüm səviyyəsi, 
əhalinin  miqrasiyası,  təbii  kataklizmlər  və  s.  Başqa 
sözlə,  belə  bir  funksiyanın  növü  məlum  deyil,  onu 
cədvəlin verilmiş göstəriciləri üzrə seçim aparmaqla 
axtarmaq olar.      
 
Excel cədvəl prosessorunda funksiyanın qrafikini 
seçmək  və  onun  əsasında  prosesin  parametrləri  arasında  asılılıq  düsturunun,  yəni 
funksiyanın özünü yaratmaq imkanı vardır. Bu funksiya yetərincə sadə olmalıdır ki, 
onunla hesablamalar aparmaq mümkün olsun. Digər tərəfdən onun qrafiki mümkün 
qədər  eksperimental  nöqtələrin  yaxınlığından  keçməlidir,  yəni  sapmalar 
(uzaqlaşmalar) minimal olmalıdır. Bu yolla alınan funksiyaya prosesin reqressiya 
modeli deyilir. Reqressiya  modelinin qrafikini isə trend adlandırırlar.     
 
 
 
Excel proqramında reqressiya modelini almaq üçün onun əlavə komponentlərini 
quraşdırmaq lazımdır.
 
 
 
Еxcel 2007 proqramında verilənlərin analizi üçün əlavə imkanların quraşdırılması 
 
1.  Excel proqramını başladın. 
2.  Proqramın  baş  pəncərəsinin  sol 
yuxarı küncündəki Office düyməsini, 
sonra  isə  açılan  menyunun  aşağı 
hissəsindəki Excel Options düymə-
sini çıqqıldadın. Uyğun dialoq pəncə-
rəsi açılacaq. 
3.  Öncə  Add-Ins  komandasını  seçin. 
Açılan  siyahıda  Analysis  ToolPak 
bəndini tapın. 
 
 
 
 
 
 
A D D I M   1  
A D D I M –  
"Reqressiya" latın dilindəki "
regressio
" sözündən olub "geriyə hərəkət, geriyə çəkilmə" 
deməkdir. 
"Trend" termini isə ingilis dilində "ənənə" və ya "ümumi istiqamət" mənasını verir.
 
 
Bu maraqlıdır

Statistika 

Riyazi statistika 

Proqnoz 

Reqressiya modeli 

Trend 

Qiymətin bərpası 

Ekstrapolyasiya 

AR
 

zl
ə
r
  LAYİHƏ


Yüklə 42,46 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə