2
33
• II fəsil •
Kompüter
•
istifadəçi yaratmaq olar. Bəzi proqramlar öz kök-
ləmələrini İdarəetmə panelinə artırır, ona görə də
ayrı-ayrı kompüterlərdə onun tərkibi fərqli ola
bilər.
İdarəetmə panelinin bəndlərinin bir çoxundan,
demək olar ki, istifadə olunmur, çünki onlarda susqunluqla qoyulmuş kökləmələr
əksər istifadəçiləri qane edir. Bunlara Mouse (Siçan), Sound (Səs), Ease of
Access Center (Erişim asanlığı mərkəzi) kimi alətləri misal göstərmək olar. Buna
baxmayaraq, əməliyyat sistemini kökləmək üçün tez-tez gərəkli olan bəndlər də
vardır, məsələn, Personalization (Fərdiləşdirmə). Doğrudur, İdarəetmə panelinin
bir çox alətini yalnız özündən deyil, başqa yolla da çağırmaq olar. Məsələn,
Personalization bəndinə siçanın sağ düyməsini iş masasının boş yerində çıqqıl-
datmaqla açılan kontekst menyusundan da keçmək olar.
Klaviatura düzümü klavişlərin basılması zamanı ekrana hansı simvolların
çıxmasını müəyyənləşdirir, dilin bütün simvollarını daxil etməyə imkan verir.
Klaviaturanın lazım olan düzümlərini qoşduqdan sonra dil panelinin köməyi ilə
asanlıqla bir dildə olan mətnlərdən (məsələn: ingilis) başqa dildə olan mətnlərin
(məsələn: Azərbaycan) daxil edilməsinə keçmək olar.
1. İdarəetmə panelini açın.
2.
(Saat, dil və bölgə) kateqoriyasında Change
keyboards or other input methods (Klaviatura düzümünün və ya başqa
daxiletmə üsullarının dəyişdirilməsi) istinadını çıqqıldadın.
3. Açılan dialoq pəncərəsinin Keyboards and Languages (Klaviaturalar və dillər)
səhifəsinə daxil olun və
(Klaviaturanı dəyişdir)
düyməsini çıqqıldadın.
4. Açılan Text Services and Input Languages (Mətn xidmətləri və giriş dilləri)
dialoq pəncərəsinin Default input language (Susqunluqla qəbul olunan giriş
dili) bölümündə susqunluqla istifadə etmək istədiyiniz dili seçin.
Əgər siyahıda susqunluqla istifadə etmək istədiyiniz
dil yoxdursa, aşağıdakı ad-
dımları yerinə yetirin.
5. Installed services (Quraşdırılmış xidmətlər) bölümündə Add (Artır) düyməsini
çıqqıldadın.
6. Açılan siyahıdan öncə quraşdırmaq istədiyiniz dili, məsələn, Arabic (Saudi
Arabia) bəndini, sonra isə Keyboard (Klaviatura) bəndini açın.
7. Münasib klaviatura düzümünü, məsələn, Arabic (101) bəndini seçin və OK düy-
məsini çıqqıldadın. Dil siyahıya əlavə olunacaq.
F ə a l i y y ə t
2
•
İdarəetmə paneli
•
Klaviatura düzümü
S ö z l ü k
34
8. Hər hansı dil üçün klaviatura düzümünə baxmaq
məqsədilə Properties
(Özəlliklər) düyməsini çıqqıldadın.
1. İdarəetmə paneli nədir və orada nələr var?
2. Klaviatura düzümü nədir və işlədiyiniz kompüterdə hazırda hansı düzüm aktivdir?
3. Kompüterinizdə bir düzümdən başqasına keçmək üçün hansı klaviş
kombinasiyasından istifadə olunur?
İdarəetmə panelini Large icons (Böyük simgələr) baxış rejiminə keçirin. Mouse
(Siçan) simgəsindən istifadə edərək Mouse Properties (Siçanın özəllikləri) dialoq
pəncərəsini açın. Bu pəncərənin səhifələrini araşdırın və siçanın
parametrlərini
(məsələn, hərəkət sürətini, göstəricinin görünüşünü) dəyişdirin.
Araşdıraq-
öyrənək
Öyrəndiklərinizi
yoxlayın
2
35
• II fəsil •
Kompüter
•
X
İDMƏTİ PROQRAMLAR. DEFRAQMENTLƏMƏ
Sistem proqram təminatının mühüm hissəsini
xidməti proqramlar, yaxud
utilitlər təşkil edir. Onlar kompüterə xidmət göstərilməsi, qurğuların və proqram-
ların yoxlanması və köklənməsi, texniki əməliyyatların yerinə yetirilməsi üçün
nəzərdə tutulub.
Bu proqramlar, adətən, istifadəçi tərəfindən idarə olunur.
Xidməti proqramların funksiyaları əməliyyat sisteminin imkanları ilə sıx bağlıdır,
ona görə də xidməti proqramların bir çoxu onun tərkibinə daxildir. Ancaq müstəqil
xidməti proqramlar da vardır.
Əməliyyat sistemi də daxil olmaqla kompüterdə işləyən bütün proqramlar, eləcə
də onların yerinə yetirilməsindən sonra alınan verilənlər sərt diskdə saxlanılır. Buna
görə də sərt disk xüsusi diqqətə layiqdir. Sərt diskə vaxtlı-vaxtında qulluq göstəril-
məsi kompüterin ümumi məhsuldarlığına müsbət təsir edir, ona diqqət yetirilməməsi
isə kompüterin sürətini aşağı salır.
Diskdə verilənlərin saxlandığı sahənin bir hissəsinə
sektor, yaxud
kəsim deyilir.
Diskin üst və
alt üzləri var, onların hər birində dairəvi
cığırlar və sektorlar var. Hər
bir cığır formatlama zamanı müəyyən ölçülü (adətən, 512 bayt) sektorlara bölünür.
Disklə əməliyyat zamanı oxuma/yazma baş-
cıqları verilmiş cığırın üzəri ilə hərəkət edə
və göstərilmiş sektorun və ya sektorlar qru-
punun bütün cığırlarını oxuya, yaxud yaza
bilər. Beləliklə,
sektor diskdə müəyyən həcmi
olan ən kiçik yaddaş blokudur.
8
Proqram təminatı nədir və hansı növlərə bölünür?
Sistem proqram təminatına hansı proqramlar aiddir?
Cığır
Sektor
Cığır
sektoru
•
Xidməti proqramlar
•
Sektor (kəsim)
•
Cığır
•
Parçalanma, fraqmentlənmə
•
Bütünləşdirmə, defraqmentləmə
S ö z l ü k