36
Bəzən mexaniki zədələr və ya başqa səbəblərdən sərt diskin hansısa sektorları
korlanır. Belə sektorlara
pis sektorlar (bad sectors) deyilir və əməliyyat sistemi
verilənləri saxlamaq üçün həmin sektorlardan istifadə edə bilmir. Əgər diskdəki
faylın hansısa hissəsi belə sektorlarda yerləşmiş olarsa, əməliyyat sistemi onu oxuya
bilmir və xəta haqqında bildiriş verir (File system error). Windows əməliyyat
sisteminin tərkibində olan
ScanDisk proqramı belə xətaları düzəltməyə imkan verir.
Diskdəki xətaların yoxlanması
1. İş masasındakı Computer simgəsini ikiqat
çıqqıldadın.
2. Siçanın sağ düyməsini C diskinin (və ya başqa
diskin) simgəsinin üzərində çıqqıldadın.
3. Açılan kontekst menyusundan Properties
komandasını seçin.
4. Tools səhifəsinə
keçin və Check now
düyməsini çıqqıldadın.
5. Ekrana çıxan dialoq boksunda Start düyməsini
çıqqıldadın. Üfüqi indikator yoxlamanın nə
qədər hissəsinin başa çatmasını göstərir. İşin
sonunda müəyyən statistik məlumatlar veriləcək.
Nəticəni müzakirə edək:
– Diskdə pis sektorlar tapıldımı?
– Diskdə nə qədər boş yer var?
Kompüterin sərt diskində milyardlarla sektor olur, ona görə də əməliyyat sistemi
ayrı-ayrı sektorlarla deyil, onların qrupu ilə işləyir. Sektorlar qrupu
klaster adlandırılır
və onun ölçüsü sərt diskin ölçüsünə görə müəyyən olunur (adətən, 4 Kb olur).
Fayllar çox zaman birdən çox sayda klasterə yerləşir. Faylın sərt diskdə
saxlanması əməliyyatı belə baş verir: əməliyyat sistemi faylın bir hissəsini bir boş
klasterdə, ikinci hissəsini başqa bir boş klasterdə saxlayır və s. Yazılış yetərincə boş
yeri olan diskdə aparılırsa, onda bir fayla aid olan klasterlər ardıcıl gəlir. Əgər disk
bir qədər dolmuşsa, onun faylı yerləşdirmək üçün bütöv sahəsi (ardıcıl klasterləri)
olmaya bilər. Ancaq buna baxmayaraq diskdə ümumi sahəsi yazı üçün yetərli olan
çoxlu sayda kiçik boş hissələr olduğundan yazılış baş tutur. Bu halda fayl bir neçə
fraqment şəklində yazılır. Kompüterdə müəyyən zaman işlədikdən sonra bir çox
fayllar bütün diskə "səpələnmiş" olur. Bu hal
fraqmentlənmə, yaxud
parçalanma
adlanır. Belə hissələrə bölünmüş fayllara müraciət etdikdə onun hissələrinin “bir
yerə toplanması” müəyyən vaxt aparır ki, bu da
kompüterin işini ləngidir. Fraqmentlənmə kompü-
terin operativ yaddaşında da ola bilər; bu, yaddaşın
bölüşdürülməsi və boşaldılmasından sonra baş verir.
Fraqmentlənməni aradan qaldırmaq, yəni diski
defraqmentləmək (
bütünləşdirmək) üçün xüsusi
F ə a l i y y ə t
1
2
37
• II fəsil •
Kompüter
•
utilitlər vardır. Defraqmentləmə zamanı hissələri diskə səpələnmiş fayllar optimal
şəkildə yeni yerlərə yazılır.
Windows-da diski defraqmentləmək üçün
Disk Defragmenter proqramından
istifadə olunur.
Sərt diskin defraqmentləməsi (
bütünləşdirilməsi)
1. Start menyusunu açın.
2. All Programs bəndini seçib Accessories qovluğuna keçin.
3. System Tools qovluğunu açın və Disk Defragmenter bəndini seçin. Uyğun
dialoq pəncərəsi açılacaq.
4. Lazım olan diski seçin və Analyze disk düyməsini çıqqıldadın.
Diskin təhlilinə
başlanılacaq. Bu proses müəyyən zaman tələb etdiyindən onun sonunu gözləyin.
5. Əgər proqram defraqmentləməni yerinə yetirməyi "məsləhət görürsə",
Defragment disk düyməsini çıqqıldadın
.
Diskin defraqmentlənməsinin tezliyi sizin kompüterdə nə qədər tez-tez işlə-
məyinizdən asılıdır. Əgər kompüterdə hər gün işləyirsinizsə, defraqmentləməni
həftədə bir dəfə yerinə yetirmək məsləhətdir. Yox, əgər kompüterdə hərdənbir işiniz
olursa, onda defraqmentləməni iki-üç aydan bir də yerinə yetirmək olar.
1.
Sektor və klaster nədir?
2.
Fayllar diskdə klasterlərə görə necə saxlanır?
3.
Nə üçün diskdə fraqmentlənmə baş verir?
4.
Faylın həcmi 302 Kb olarsa, onun diskdə neçə klaster yer tutacağını müəyyən edin.
F ə a l i y y ə t
2
Kontekst menyusunun Properties (Özəlliklər) bəndindən istifadə edərək kompüteriniz-
dəki bir neçə faylın gerçək ölçüsü (Size) ilə diskdə tutduğu yeri (Size on disk) mü-
qayisə edin. Faylların gerçək ölçüləri ilə onların diskdə tutduqları yer arasında fərqin
səbəbini izah edin.
Araşdıraq-
öyrənək
Öyrəndiklərinizi
yoxlayın
38
X
İDMƏTİ PROQRAMLAR. DİSKİN TƏMİZLƏNMƏSİ
Zaman keçdikcə kompüterdə istifadəçiyə bir daha gərək olmayacaq müəyyən
fayllar toplanır. Məsələn, veb-səhifələrə baxarkən müvəqqəti fayllar yarana bilir.
Əlbəttə, hər kəs diskdə artıq yer tutan belə faylları tapıb silmək istəyər. Diski
onlardan
təmizləmək üçün Disk Cleanup xidməti proqramı nəzərdə tutulub.
Sərt diskin lazımsız fayllardan təmizlənməsi
1. Start menyusunu açın.
2. All ProgramsAccessoriesSystem ToolsDisk Cleanup komandasını
seçin. Uyğun dialoq pəncərəsi açılacaq.
3. Sistemdə birdən artıq disk varsa, təmizləmək istədiyiniz diski seçin,
əks halda
növbəti bəndə keçin. Disklərin siyahısını göstərmək üçün üzərində “aşağıya ox”
olan düyməni çıqqıldadın.
4. OK düyməsini çıqqıldadın. Proqram diskdə nə qədər yer boşalda biləcəyini
hesablayıb göstərəcək.
5. Silmək istədiyiniz faylları seçin və OK düyməsini çıqqıldadın.
Nəticəni müzakirə edək:
– Təmizləmək istədiyiniz diskdə müvəqqəti İnternet faylları (Temporary Internet files)
nə qədər yer tutur?
– Diskdə cəmi nə qədər yer boşaldı?
F ə a l i y y ə t
1
9
Fərdi kompüterinizdə gərəksiz hesab etdiyiniz proqramlar və ya başqa
fayllar varmı? Belə faylları aşkarladıqda nə edirsiniz?
Proqramın və ya kompüterin "donması" ("asılıb qalması") nə deməkdir?
Bu hal baş verəndə nə edirsiniz?