35
• Məsələ 1.
Cərəyanlı naqilə təsir
edən qüvvənin istiqaməti
necə dəyişər
(b)
, əgər:
a) cərəyan mənbəyinin qütbləri
dəyişdirilərsə?
b) sabit maqnitin qütblərinin
yeri dəyişdirilərsə?
c)
eyni zamanda həm cərəyan
mənbəyinin, həm də sabit
maqnitin qütbləri
dəyişdirilərsə?
Nəticənin müzakirəsi:
Maqnit sahəsinin
cərəyanlı düz naqilə
təsir qüvvəsinin
modulu nədən asılıdır?
Bu qüvvənin cərəyanlı
naqilə təsir istiqaməti
necə təyin edilir?
Danimarka alimi H.Ersted təcrübi olaraq cərəyanlı naqillə maqnit əqrəbinin
qarşılıqlı təsirini aşkar etdikdən sonra fransız fiziki A.Amper iki paralel cərəyanlı
naqilin sabit maqnitlər kimi qarşılıqlı təsirini aşkar etdi. Məlum oldu ki, eyni
istiqamətdə cərəyan keçən iki paralel naqil arasında cazibə xarakterli, əks istiqamətli
cərəyanlı naqillər arasında isə itələmə xarakterli maqnit qarşılıqlı təsiri baş verir.
Elektrik cərəyanı yüklü zərrəciklərin nizamlı hərəkəti olduğuna görə maqnit qar-
şılıqlı təsiri də hərəkətdə olan yüklü zərrəciklərin fəzada yaratdıqları maqnit sahə-
lərinin qarşılıqlı təsiridir.
Maqnit sahəsinə gətirilən istənilən cərəyanlı naqilə (
sınaq cərəyanı) sahə tərəfindən
müəyyən qüvvə təsir edir.
Amper qüvvəsi adlanan bu qüvvənin modulu naqildəki cərəyan
şiddəti, maqnit induksiyası vektorunun modulu, naqilin uzunluğu və cərəyanın istiqaməti
ilə maqnit induksiya vektoru arasında qalan bucağın sinusu hasilinə bərabərdir:
?????? = ??????????????????????????????????????????.
Məlumdur ki, Amper qüvvəsinin istiqaməti
sol əl qaydası ilə təyin olunur.
Əgər sınaq cərəyanı sahənin induksiya vektoruna perpendikulyar olarsa (sin90° = 1),
bu cərəyana təsir edən Amper qüvvəsi maksimal qiymət alır:
??????
= ??????????????????.
Bu düsturdan maqnit sahəsinin qüvvə xarakteristikası olan maqnit sahə induksi-
yasının fiziki mənasını aşağıdakı kimi ifadə etmək olar.
Maqnit sahəsinin induksiyası vektorial kəmiyyətdir, onun modulu maqnit sahəsinə
gətirilən sınaq cərəyan elementinə (
?????? ∙ ??????
) təsir göstərən maksimal qüvvəni xarakterizə edir:
?????? =
??????
????????????
.
Maqnit induksiyası vektorunun istiqaməti olaraq maqnit sahə-
sində sərbəst dönə bilən maqnit əqrəbinin şimal qütbünün
yönəldiyi istiqamət götürülür
(c)
.
Maqnit induksiyasının BS-də vahidi tesladır (1 Tl):
?????? =
??????
?????? ??????
= 1
??????
?????? ∙ ??????
= 1 ????????????.
ARAŞDIRMA
1
Maqnit sahəsinin cərəyanlı düz naqilə təsiri
(c)
(b)
S
N
LAYİHƏ
36
1 tesla – elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induk-
siya xətlərinə perpendikulyar yerləşən 1 m uzunluqlu naqildən şiddəti 1 A olan cə-
rəyan keçdikdə ona 1 N qüvvə ilə təsir etsin.
Hər bir nöqtəsində ??????⃗
-nin qiymət və istiqaməti eyni olan sahə bircins maqnit
sahəsi adlanır.
Maqnit sahəsi üçün
superpozisiya prinsipi ödənilir:
əgər maqnit sahəsini bir neçə
cərəyanlı naqil yaradırsa, yekun sahənin induksiya vektoru ayrı-ayrı cərəyanlı na-
qillərin yaratdığı maqnit sahələrinin induksiya vektorlarının həndəsi cəminə bəra-
bərdir:
??????⃗ = ??????⃗ + ??????⃗ + ⋯ + ??????⃗ .
Maqnit sahəsini əyani təsvir etmək üçün onu
maq-
nit induksiya xətləri ilə təsvir edirlər
(d)
:
Maqnit sahəsinin induksiya xətləri – hər bir nöq-
təsinə çəkilən toxunan həmin nöqtədə maqnit induk-
siya vektoru ilə üst-üstə düşən xətlərdir.
Maqnit sahəsinin induksiya xətləri qapalıdır, onların
başlanğıcı və sonu yoxdur.
Qüvvə xətləri qapalı olan sahəyə burulğanlı sahə
deyilir.
Amper qüvvəsinin elektrik ölçü cihazlarına tətbiq-
ləri. Məlumdur ki, elektrik ölçü cihazlarının – amper-
metr, voltmetr və vattmetrin müxtəlif sistemləri mövcuddur. Bunlar
maqnitoelektrik,
elektromaqnit və
elektrodinamik sistemlərdir. Həmin sistemlərin hamısının iş prinsipi
maqnit sahəsinin cərəyanlı naqilə təsirinə əsaslanır.
Maqnitoelektrik sistemli cihazın iş prinsipi ölçülən cərəyanın keçirici çərçivədən
keçməsi nəticəsində onun yaratdığı maqnit sahəsi ilə sabit maqnitin qarşılıqlı təsirinə
əsaslanır
(e)
.
Elektromaqnit sistemli cihazın iş prinsipi ölçülən cərəyanın sarğacdan keçməsi
nəticəsində onun yaratdığı maqnit sahəsinin bu sahədə yerləşən polad içliklə qarşılıqlı
təsirinə əsaslanır
(f)
.
Elektrodinamik sistemli cihazın iş prinsipi ölçülən cərəyanın tərpənməz sarğac və
onun içərisində fırlana bilən sarğacdan keçdikdə onların yaratdıqları maqnit sahə-
lərinin qarşılıqlı təsirinə əsaslanır
(g)
.
(d)
(f)
(g)
(e)
Fırlana bilən
sarğac
Tərpənməz
sarğac
Sabit maqnitlər
Fırçala
Kollektor –
sürüşən
halqalar
LAYİHƏ