0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə26/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

 
69 
 
 
alman fiziki Vilhelm Konrad Rentgen (1845–1923) aşkar  etmişdir. O bu  işinə görə 
1901-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görülmüş ilk alimdir. 
Rentgen şüalarını insan gözü görmür, lakin bu şüalar adi işığın keçə bilmədiyi 
qalın qeyri-şəffaf təbəqələrdən keç-
mə  xassəsinə  malikdir.  Rentgen 
şüalarının  bu  xassəsindən  insanın 
daxili  orqanlarının  xəstəliklərinin 
tibbi diaqnostikasında  geniş istifa-
də olunur. Bu şüalar fotolentə təsi-
rinə, yaxud bəzi kristalların səthinə 
düşdükdə onların işıqlanmasına gö-
rə aşkar edilir. 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?
İş vərəqində “vaku-
um”, “elektron emissiyası”, “termoelek-
tron emissiyası”, “çıxış işi”, “doyma cərə-
yan şiddəti” anlayışlarının təriflərini qeyd 
edin və vakuumun elektrik keçiriciliyinin 
tətbiqlərinə aid misallar yazın. 
Layihə.
Aşağıdakı mövzular üzrə poster 
təqdimatı hazırlayın. 
1. Vilhelm Konrad Rentgen (qruplar üzrə). 
2. Rentgen şüalanmasının  tətbiqləri 
(qruplar üzrə). 
 
 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
Elektron vakuumda sürətlidir, yoxsa metal daxilində?
 
(e)
 
Məsələ 2. Vakuum diodunda anod ilə katod arasındakı gərginlik 300 V-dur. Katod yaxın-
lığında irəliləmə hərəkət sürəti sıfıra bərabər olan elektron anod yaxınlığında hansı 
sürətə malik olar (elektronun yükü və kütləsi uyğun olaraq:  
= 1,6 ∙ 10

= 9 ∙ 10
)? Elektrik sahəsini bircins qəbul edin.  
Nəticənin müzakirəsi: 
 Elektron vakuumda sürətlidir, yoxsa metal naqil daxilində? Niyə? 
Həyatla əlaqələndirin:  
 Rentgen şüaları tibbi diaqnostikadan başqa, daha haralarda istifadə olunur? 
İpucu.  https://shkolazhizni.ru/computers/articles/15033/ ünvanındakı  məlumatlardan 
istifadə edə bilərsiniz
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Vakuumda elektrik cərəyanını hansı yükdaşıyı-
cılarla yaratmaq olur? Vakuuma  bu yükdaşıyı-
cılar necə daxil edilir? 
 
 
 

Elektronun  gümüşdən  çıxış  işi  6,9 
• 
10
–19
C-dur. 
Elektron gümüşdən minimum hansı sürətlə çıxa 
bilər? 
 
 
 

Elektron dəstəsi cismin səthinə düşdükdə bu 
cismin daxili enerjisi necə dəyişir? 
 
 
 

Vakuumda elektron dəstəsinin enerjisi nədən 
asılıdır? 
 
 
 
  LAYİHƏ


70 
 
2.5. QAZLARDA ELEKTRİK CƏRƏYANI 
 “Vilhelm Konrad Rentgen” mövzusundakı posterin müzakirəsi: 
 Vilhelm Konrad Rentgen kimdir?  O, rentgen şüalanmasını necə 
aşkar etmişdir? 
 Rentgen bu şüaları nə adlandırmışdır?  Rentgen 
bu işinə görə hansı mükafatlıarı almışdır? 
“Rentgen şüalanmasının tətbiqləri” mövzusundakı posterin müzakirəsi:  
 Rentgen şüalanması təbabətdə hansı məqsədlər üçün tətbiq edilir?   Rentgen şüalanması 
elmin hansı sahələrində geniş tətbiq olunur? 
 Rentgen şüalanmasının nə kimi istehsalan 
tətbiqləri var? 
 Rentgen şüalanmasının zərərli təsirləri nədən ibarətdir? 
 
Qaz  adi  şəraitdə  dielektrikdir.  Qazda  iki  üsulla  sərbəst  yükdaşı-
yıcılar yaratmaq olar:  
1.  Qaz  molekullarını  xarici  təsirlə  ionlaşdırmaqla.  Qazın  neytral 
atom və molekullarını ionlaşdıran xarici təsirlər ionlaşdırıcı adlanır.  
Xarici təsirlər olan yüksək temperatur, şüalandırmaq, yüksəksürətli zərrəciklərlə “bombard-
man” etmək və s. ionizatordur.  2. Qaz mühitinə xaricdən yüklü zərrəciklər (elektron, ion) 
daxil etməklə; məsələn, şamı və ya spirt lampasını yandırdıqda onun alovu havanı müsbət 
və mənfi ionlarla təchiz edir. Bu zərrəciklər elektrik sahəsinə gətirildikdə nizamlı hərəkət 
edərək mühitdə elektrik cərəyanı yaradır. Hadisəni sadə təcrübə ilə müşahidə etmək olar. 
Belə  ki,  yüklənmiş  kondensator  lövhələri  arasındakı  mühitə  şam  alovunu daxil  etdikdə 
kondensator dərhal boşalır 
 lövhələr arasındakı hava elektrik cərəyanını keçirir.  
  Qazlardan  elektrik  cərəyanının  keçməsi  qaz  boşalması  adlanır.  Qazlarda  elektrik 
cərəyanı elektrik sahəsinin təsiri altında elektronların, müsbət və mənfi ionların nizamlı 
hərəkətidir. 
İonlaşdırıcının təsiri kəsildikdə elektronlar və müsbət ionlar bir-birinə yaxınlaşaraq yenidən 
neytral  atoma  çevrilir 
  zərrəciklərin  rekombinasiyası  baş  verir.  Nəticədə  qaz  yenidən 
dielektrikə çevrilir və xarici elektrik sahəsinin olmasına baxmayaraq qaz boşalması kəsilir. 
 İonlaşdırıcının təsiri altında baş verən qaz boşalması qeyri-müstəqil boşalma adlanır. 
  Xarici  təsir  olmadan  qazın  elektrik  cərəyanını  keçirməsi  müstəqil  boşalma  adlanır. 
Müstəqil qaz boşalması sürətləndirilən elektronların yaratdıqları zərbə ionlaşması və 
katodun səthindən yeni nəsil elektronların emissiyası nəticəsində baş verir. 
Müstəqil qaz boşalmasının dörd növü var: alovsuz boşalma, qığılcım boşalması, qövs bo-
şalması, tac boşalması. 
Alovsuz boşalma 
 aşağı təzyiqlərdə (10 10 mm c. süt) elektrodlar arasında gərgin-
lik bir neçə yüz volt olduqda baş verir.  
Qığılcım boşalması 
 elektrodlar arasında yüksək gərginlik olduqda baş verir. Boşalma-
nın xarakterik cəhəti ani və sürətli olmasıdır. 
Qövs boşalması 
 çox qızdırılan katodlarda əmələ gələn intensiv termoelektron emissiyasıdır. 
Tac boşalması 
 böyük elektrik yükünə malik itiuclu metalların ətrafında baş verir. 
 

 
Demək olar, hər gün müxtəlif formalı elektrik açarla-
rından istifadə edirsiniz. Onun vasitəsilə mənzildə və 
sinif  otağında  işıqları  yandırıb-söndürür,  elektrik  iş-
lədicilərini (su qızdırıcısı, tozsoran  və s.) elektrik döv-
rəsinə təhlükəsiz qoşur və ayırırsınız.
 
 Elektrik açarının təsiri 
nəyə əsaslanır?
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –9
• Layihənin müzakirəsi

Qruplar üzrə
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə