0g9az(1-6)esas



Yüklə 3,99 Kb.
Pdf görüntüsü
səhifə16/61
tarix14.01.2018
ölçüsü3,99 Kb.
#20742
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

 
 
 
54 
 
 
G
ÜNƏŞ RADİASİYASI VƏ İQLİM 
 
 
 
Xəritə-sxemdəki məntəqələri 
havanın orta illik temperaturunun 
artan sırasına  uyğun olaraq ardıcıl 
düzün.   
 
Müzakirə edin: 
– Məntəqələrdə havanın orta illik 
temperaturuna hansı amillər təsir 
edir?
 
 
Havanın temperaturu iqlim göstəricilərindən biri olub, ilk növbədə günəş ener-
jisindən asılıdır. Yer kürəsində baş verən əksər proseslərin (meteoroloji, hidroloji, 
bioloji və s.) mənbəyi günəş enerjisidir. Günəşdən Yer atmosferinə qədər gəlib çatan 
günəş  şüalarının  bir  hissəsi  (34%-i)  əks  olunaraq  kosmosa  qayıdır,  qalanları  isə 
atmosferə daxil olur. Onların bir hissəsi (təqribən 19%) udulur və səpələnir, qalan 
hissəsi Yer səthinə çatır. Səthə düşən enerjinin müəyyən qədəri onun qızmasına və 
buxarlanmaya sərf olunur.  Günəşin şüalandırdığı enerji  günəş radiasiyası adlanır 
(lat.“radiatio” – şüalanma, işıq).  
Yer səthinə birbaşa çatan şüalar düz radiasiya adlanır. Onlar səthdə kölgə yaradır. 
Tropik və qütb səhralarında düz radiasiya hakimdir. Düz radiasiyanın bir hissəsi at-
mosferdən keçərkən su buxarı, bulud, aerozollar tərəfindən səpələnərək Yer səthinə 
müxtəlif istiqamətlərdən daxil olur ki, belə radiasiya səpələnən radiasiya adlanır. O, 
havanın çox rütubətli və buludlu olduğu ərazilər üçün səciyyəvidir. Düz və səpələnən 
radiasiyanın cəmi ümumi radiasiya adlanır.  
Günəş radiasiyasının miqdarı kalori ilə (kkal/sm²/dəq) ölçülür. Ümumi radiasi-
yanın illik kəmiyyəti ekvatorboyu ərazilərdə 140–145, tropiklərdə 200–220, müla-
yim enliklərdə 100–140, qütblərdə 50–60 kkal/sm
2  
dəq.-yə bərabərdir.  
 
 
  
Xəritə üzrə iş
13 
Ekvatordan qütblərə doğru ümumi günəş radiasiyasının 
dəyişməsinə aid  mətndəki  rəqəmlərdən  istifadə  edərək 
qrafiki tamamlayın.  
Müzakirə edin: 
– Ümumi günəş radiasiyasının ekvatordan qütblərə doğ-
ru  coğrafi  enliklər  üzrə  ardıcıl  olaraq  azalmamasına 
səbəb nədir? 
  
Sxem üzrə iş
 
5 • 
3 • 
6 • 
4 • 
1 • 
2 • 


 
 
55 
 
•   II  fəsil  •  
İqlim və onun təsərrüfatda rolu  


Günəş radiasiyasının illik miqdarı əksər hallarda düzənlikdən orta dağlığa doğru  
azalır. Bunun səbəbi buludluluğun artmasıdır. Lakin orta dağlıqdan yüksək dağlığa 
doğru yenidən artır. Çünki yüksək dağlıqlarda buludluluq azdır.  
Düz və səpələnən radiasiyanın kəmiyyəti və il ərzində dəyişməsi iqtisadiyyatın 
müxtəlif sahələrində, xüsusilə əkinçiliyin yerləşdirilməsində nəzərə alınır. Günəşin 
düz radiasiyası insan orqanizmində D vitamininin yaradıcısıdır. Bitkilərin məhsul-
darlığı bilavasitə günəş enerjisindən asılıdır.  
 
 
Günəş radiasiyasının çox qəbul olunması mənfi fəsadlar da törədə bilir. Açıq ha-
vada işləyənlər arasında tez-tez günvurma hadisələri baş verir. Buna görə də yol-
tikinti işləri, əkinçilik fəaliyyəti ilə məşğul olanların iş qrafikində dəyişiklik edilir.  
Yer səthinə çatan ümumi günəş radiasiyasının müəyyən miqdarı əks olunur, qa-
lanı isə səthin rəngindən, istilik tutumundan asılı olaraq səthin qızmasına, buxarlan-
maya sərf olunur. Suyun istilik tutumu çox yüksəkdir. O, günəş istiliyinin 95%-ni 
udur, 5%-ni isə əks etdirir.  
 
 
Əks olunan radiasiyanın miq-
darı (qum, ot örtüyü və s.) səthin 
xarakterindən asılı olaraq dəyi-
şir. Yerin quru və su sahələrinin 
günəş  şüalarını  əksetdirmə  qa-
biliyyəti albedo adlanır. Albedo 
açıqrəngli  səth  örtüyündə  (qar, 
buzlaq) daha yüksəkdir.  
 
 
 
•  Pambıq  bitkisi  günəş  istiliyinə  çox  tələbkardır.  Onun  yarpaqları  günəş 
şüalarına perpendikulyar dayanmaqla daha çox enerji alır. Pambıq cər-
gələri tarlada qərbdən şərqə doğru əkilir. Bununla da kollar günorta vaxtı 
kifayət qədər işıq və istilik ala bilir. Təcrübələr göstərir ki, kölgədə qalan 
pambıq tarlasında bir kolda 23 qoza, günəşli sahədə əkilən kolda isə 34 
pambıq qozası əmələ gəlir. 
  
Şəkil üzrə iş
Su və buz səthində istiliyin udulması və əks olunması 
Müzakirə edin:  
–  Buzun istilikudma 
qabiliyyəti su ilə eyni 
olsaydı, Yer kürəsində 
hansı dəyişikliklər baş 
verərdi? 
Günəşdən gə-
lən radiasiya 

Əks olunan 
radiasiya 


 
 
 
56 
 
 
1. Ümumi günəş radiasiyasının miqdari 120 kkal/sm
2
-dir. Onun 10 kkal/sm
2
-i buludlar tərə-
findən əks olunur və səpələnir. Səthə çatan günəş radiasiyasının 40%-i Yer səthindən əks 
olunur. Udulan günəş radiasiyasının miqdarını təyin edin, məsələni sxem şəklində dəf-
tərə çəkin.   
 
2. Mətndən istifadə edərək Yer kürəsində günəş radiasiyasının roluna dair fikirlərinizi cəd-
vələ yazın. 
Müsbət rolu 
Mənfi rolu 
 
 
  
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
Xəritə-sxemdəki məntəqələri ümumi günəş radiasiyasının miqdarına uyğun olaraq qrup-
laşdırın və cədvəli tamamlayın. 
Günəş radiasiyası (kkal/sm
2

Məntəqələr 
200–220 
 
140–145 
 
100–140 
 
30–35 
 
 
  
Xəritə üzrə iş
Düz və səpələnən günəş radiasiyasının hakim olduğu günlərdə səmanın şəklini 
çəkin. Həmin günlərdə müşahidə olunan hava şəraitinin qısa səciyyəsini yazıb 
təqdim edin. 
 
 
Dərsdən sonra
 


Yüklə 3,99 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə