1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə93/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   90   91   92   93   94   95   96   97   98

 

    


444

 

 



Yüz güllənin yarasından  ölməzdim, 

Bir dilin vurduğu yaradan öldüm.

1

 

 



Bəhmən  Vətənoğlunun  hər  bir  təcnisi 

mükəmməl  bir  binanı  xatırladır.  O,  “Qala” 

rədifli 

təcnisinin 

möhürbəndini 

belə 


tamamlayır: 

 

Bəhmən, dərdi ürəyindən at aya, 



Kədərini ilə qoyma, at aya. 

Fərsiz övlad göz dağıdır ataya, 

Şüursuzdan nə qalıbdı, nə qala?  

 

Bəhmənin  təcnislərinin  təhlilə  və  izaha 



ehtiyacı  yoxdur.    Qoşmalarında  olduğu  kimi, 

təcnislərində  də  atalar  sözlərindən  və  xalq 

hikmətlərindən  bol-bol,  yerli-yerində  istifadə 

edir.  Təcnisin  son  bəndinin  son  beytində 

deyilir: 

 

Fərsiz övlad göz dağıdır ataya, 



Şüursuzdan nə qalıbdı, nə qala? 

 

“Qəlbi nə” rədifli təcnisində də gözəl bir 



mənzərənin,  qəhrəmanlıqlarla  dolu  keçmişi-

                                                           

1

 Bəhmən  Vətənoğlu “Allahsız dünya”, Bakı, Gənclik, 1992,  



səh 34 


 

    


445

 

 



mizin haqqında aforistik ifadələr, yadda qalan 

cümlələr işlədilir: 

 

Koroğludur Qırat kimi at alar, 



Xainləri bu dünyadan atalar, 

Qoy öyrətsin dünya görmüş atalar

Uca nədi, zirvə nədi, qəlbi nə!?  

 

Bəhmən Vətənoğlunun aşıqlar tərəfindən 



əzbərlənmiş,  hər  məclisdə  söylənən  bir 

təcnisini  qiymətli  örnək  olaraq  burada  bütöv 

vermək  arzusundayıq.  Bu  təcnis  müasir 

dövrdə  yaranmış  təcnislərin  ən  yaxşısı,  ən 

mükəmməlidir. “Ay ana haqqı” adlı bu təcnis 

şahanə bir əsərdir.  

 

Əl tərpədib bir iş görmək istəsən, 



Gətirmə dilinə, ay ana haqqı. 

Deyilər ki, yoldan gedən yorulmaz, 

Haqqdan uzaq bilmə, ay ana haqqı.  

 

*** 



Günahkar üçündür zindan da, dar da, 

Nə etibar olar, o qəlbi darda, 

Yəqindir ki, qalmaz çətində, darda, 

Hər kim sidqi dilər, ay ana haqqı.  

 

*** 


Bəhmən, hörmət bəslə, bir ağır borcdu, 

Bir xəstə dincəlməz, bir ağır borcdu, 




 

    


446

 

 



Övladın boynunda bir ağır borcdu, 

Atanın zəhməti, ay ana haqqı.  

 

Altmışıncı illərdə Göyçənin Qaraqoyunlu 



kəndindən  olan    el  şairi  Aslanın  bir  təcnisi 

dillər  əzbəri  idi.  Hətta,  folklorçu  Səttar 

Axundov  Bakıdan  Kəlbəcərə,  mənim  yanıma 

gəldi.  Biz  onunla  birlikdə  təcnisin  sorağı  ilə 

Göyçənin 

Qaraqoyunlu 

kəndinə 

getdik. 


Təcnisi  yazıya  aldıq.    Dillər  əzbəri  olan  kök 

cinaslarla  hörülmüş,  tikilmiş,  süslənmiş 

həmin təcnisi olduğu kimi burada veririk.  

Şıx  Aslanın  (Aslan  Şıxıyev)  təcnisi 

belədir: 

Bir bimaram dərdim həddən ziyada

Qurtarmaz, ey loğman, ha qan al, qan al. 

Canım sadağadır, arifim,  sana, 

Mətləbdən mətləbi ha qanal, qanal. 

 

Birinci  bənddə  məlum  bir  həqiqətdən 



söhbət  açılır.  Bəzən  yazın  əvvəlində  xəstə 

adamların  başından  qan  alırlar  ki,  sağalsın. 

Şair  bildirir  ki,  loğman,  nə  qədər  qan  alırsan 

al,  mən  sağalan  deyiləm.  O,  öz  canını  o 

adama sadağa edir ki, o, hər sözü, hər mətləbi 

qanır, başa düşür:  

Suvar olnan ata, suvar yerində, 

Danışınan mərdanə suvar yerində, 




 

    


447

 

 



Qurtarmaz dəryalar su var yerində

Çəkilsə üstündə ha qanal,  qanal. 

  

İkinci 


bənddə 

böyük 


dəryaların, 

dənizlərin  üzərindən  kanal  çəkilsə  də,  onun 

yerində su qaldığı bildirilir:  

Biçarə Aslana ol bir ata sən, 

Namussuzu daldan-dala atasan, 

Düşmənini yeri gəldi atasan, 

Keçirmə vaxtını ha qanal, qanal.  

 

Üçüncü  bənddə  fikrini  belə  ümumiləş-



dirir. Namərddən, nakəsdən, yaxa qurtarmağı, 

onu  daldan-dala  atmağı  məsləhət  görür  və 

deyir  –  pis  adamla  vaxtı  keçirmə  ha  qanal, 

qanal.  


Yetmişinci illərdə Göyçədə “Yaxşı ya da 

mən”  cığalı  təcnisi  çox  geniş  yayılmışdı.  Bu 

təcnisi  məşhur  Növrəs  İmanın  bacısı  oğlu,  el 

şairi  İsmixan  yaratmışdır.  Mən  deyərdim  ki, 

aşıq  yaradıcılığı  tarixində  bu,  böyük  bir 

abidədir. 

Göyçənin 

Ağkilsə 


kəndində 

doğulmuş  İsmixanın  bu  təcnisinə  xüsusi 

diqqət  yetirin.  Təcnisdə  Tikmədaşlı  Xəstə 

Qasım cəsarəti duyulur. Təcnisi burada bütöv 

şəkildə veririk: 

 

Bəd qohuma sirr söylədim car oldu




 

    


448

 

 



Açdım ürəyimi yaxşı yada mən.  

Yox aşıq yaxşıda var, 

Pisdə var, yaxşıda var, 

Pis qohumdan yaxşıdı, 

Qapında yaxşı davar.  

Qohum var ki, qazıb atır yolumu, 

Nədən xoş gəlirəm yaxşı yada mən.  

   


 

 

*** 



Pisə töhmət yazdım, yaxşıya namə, 

Qeyrətin bəllidir, yaxşı yanama, 

Yox aşıq, yaxşı yana, 

Çəkilib yaxşı yana, 

Yaxşı ölsə pis yanmaz, 

Pis ölə yaxşı yana. 

Sanma ərəsətdə yaxşı yananam, 

Pisə də yaxşıyam, yaxşıya da mən.  

   

 

 



*** 

İsmixanam, dərdim  yaradır mənim, 

Soruşmur əhvalım yaradır mənim.  

Yox, aşıq yaradır, 

Bağrım, başı yaradır,  

Min bəlaya düşmüşəm

Unutmuşam yar adı. 

Ölürəm dilimdə yaradı mənim, 

Yetim dərdli olar, yaxşı, ya da mən.  

 

Şair  Məmməd  Aslan  yazılı  ədəbiyyatın 



nümayəndəsidir.  O,  bütün  varlığı  ilə  xalq 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə