10.Mühərrikin cari təmiri.
Mühərrikin cari təmiri zamanı onun stator dolaqlarına müdaxilə edilmir. Mühərrik sökülmə stendinə
qoyulur ona visual baxış keçirilir. Cari təmir o hallarda aparılır ki, mühərrikin gövdəsində korroziya
olmasın və mühərrikin izolyasiya müqaviməti sıfır olmasın. Mühərrik stendə bərkidilir kalodka
qapağı açılır izolyasiya müqaviməti ölçülür. Daha sonra mühərrikin aşağı və yuxarı başlıqları
sökülür, rotor çıxarılır və təftiş edilir. Rotor təftiş edilir yararsız detallar yenisi ilə əvəz edilir.
Mühərrikin başlıqları təftiş edilir, üzərindəki klapan və tıxaclar yoxlanılır yararsız olanları yenisi ilə
əvəz edilir. Əgər izolyasiya müqaviməti 500Mom-dan çoxdursa mühərrik yığılma stendinə
qoyulur
və yığılır. Əgər mühərrikdə
su zərrəcikləri aşkar olunarsa, stator yuma
stendinə qoyulur hər iki
tərəfinə yuyucu maye ötürən şlanqlar birləşdirilir və ağ neftlə 20 dəq ərzində yuyulur. Yuyulma
bitdikdən sonra 10 dəq ərzində sıxılmış hava ilə üfürülür. Stator yağın axıdılması stendinə qoyulur.
Daha sonra stator sobaya qoyulur və 120-130 dərəcədə 6 saat qurudulur. Sobadan çıxarılan
mühərrikin temperaturu ətraf mühitin temperaturuna çatdıqda izolyasiya
müqaviməti ölçülür və bu
500 Mom-dan az olmamalıdır. Daha sonra stator yığılma stendinə qoyulur və yığılma
prosesi
başlayır.