1
FEVRAL 2017
AZƏRBAYCAN
İQTİSADİ
İSLAHATLAR
İCMALI
Baş redaktor
Dr. Vüsal Musayev
İqtisad Elmləri Doktoru
London Universiteti
www.vusalmusayev.com
dr.vusal.musayev@ereforms.org
2
TİCARƏT FESTİVALLARI
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295
nömrəli Sərəncamına əsasən, Azərbaycanda hər il Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən təşkil ediləcək ticarət festivalları keçiriləcəkdir. Buna
müvafiq olaraq, ticarət festivalları dövründə ölkəmizə daha çox xarici turistin
cəlb edilməsi, eləcə də turistlərin və yerli vətəndaşların ticarət festivallarına
marağının artırılması məqsədilə festival dövründə pərakəndə satış zamanı
bir sıra güzəştlərin, o cümlədən vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
3
S
ərəncama əsasən, ticarət festivalları
dövründə Azərbaycan Respublikasının
ərazisində alınmış istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan mallara
görə ödənilmiş əlavə dəyər vergisi geri
qaytarılacaqdır. Bu qayda vətəndaşlar və xarici
turistlər də daxil olmaqla bütün fiziki şəxslərə
şamil edilir. Qaydaya əsasən bir elektron vergi
hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə
birlikdə) 100 manatdan çox olduğu halda əlavə
dəyər vergisinin qaytarılması nəzərdə tutulur.
Alınmış mallara görə ödənilmiş ƏDV həmin
malların alındığı gün ərzində geri qaytarılır.
Bununla bağlı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev “Ticarət festivalları
dövründə fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş əlavə dəyər
vergisinin qaytarılması Qaydası”nı 20 fevral
2017-ci il tarixli Fərmanı ilə təsdiq etmişdir.
Ümumilikdə
bu
Qayda
Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin 165.4-cü
maddəsinə uyğun olaraq, ticarət festivalları
dövründə fiziki şəxslər tərəfindən istehsal,
yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş əlavə
dəyər vergisinin (ƏDV) geri qaytarılması
qaydasını tənzimləyir. Bu Qaydanın tələbləri,
aşağıda göstərilən mallar istisna olmaqla,
yalnız istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan və ticarət festivalları
dövründə alınmış istehlak mallarına şamil edilir:
- aksizli mallar;
- ərzaq malları;
- dərman preparatları və tibbi ləvazimatlar;
- ölkə daxilində satışı ƏDV-dən azad edilən
mallar;
- çərçivəyə salınmamış, emal edilməmiş və ya
çeşidlənməmiş qiymətli daşlar;
- külçə şəklində qiymətli metallar;
- nəqliyyat vasitələri və onların ehtiyat hissələri.
Fərmana əsasən təsdiq olunmuş Qaydada
fiziki şəxs, alıcı, satıcı, stiker, risk, risk
qiymətləndirmə sistemi, ƏDV köşkü, müvəkkil
bank, operator, vahid məlumat bazası və sair
bu Qaydanın məqsədləri üçün istifadə olunan
əsas anlayışlar kimi göstərilmişdir. Qaydada
operator
səlahiyyətlərinin
Azərbaycan
Respublikasının Vergilər Nazirliyi tərəfindən
həyata keçirilməsi nəzərdə tutulur. Operatorun
səlahiyyətlərinə aşağıdakılar aiddir:
1.
bu Qayda ilə müəyyən edilmiş hallarda
malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin
qaytarılması işlərinin təşkili;
2.
aşağıdakı tələblərə cavab verən
proqram təminatının və vahid məlumat
bazasının yaradılmasını və idarə edilməsinin
təmin edilməsi:
•
ticarət festivalları dövründə ƏDV-nin
qaytarılması şərtilə alıcılara təqdim edilmiş
mallar üzrə Elektron Vergi Hesab Faktura-nın
(e-VHF) tərtib edilməsi, ştrix-kodla birlikdə
çap edilməsi və həmin e-VHF-lər barədə
məlumatların aidiyyəti üzrə ötürülməsi;
•
alıcı tərəfindən ƏDV köşkündə təqdim
edilən e-VHF-nin ştrix-kodu əsasında e-VHF-
nin məlumatlarının eyniləşdirilməsi;
3.
proqram təminatının daim işlək
vəziyyətdə
saxlanılması
və
fasiləsiz
fəaliyyətinin
həyata
keçirilməsi;
4.
alınmış mallara görə ödənilmiş ƏDV-nin
qaytarılmasının rəsmiləşdirilməsi məqsədilə
ƏDV köşklərinin fəaliyyətini təşkil edilməsi və
onların sayı, ünvanı və iş qrafikini Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
ilə razılaşdırmaqla, ticarət festivalı dövründə
alınmış mallara görə ödənilmiş ƏDV həmin
4
malların alındığı gün ərzində qaytarılması
imkanının təmin edilməsi;
5.
ƏDV köşkündə risk qiymətləndirilməsinin
nəticəsindən asılı olaraq mallara baxışın
keçirilməsi;
6.
Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə stikerin formasını
və tətbiqi qaydasının müəyyən edilməsi.
Fərmanda Vergilər Nazirliyi tərəfindən həyata
keçirilməsi tapşırılan məsələlərə Qaydada
nəzərdə tutulan müvəkkil bankı (bankları)
Mədəniyyət və Turizm Nazirliyinin rəyini nəzərə
almaqla və Maliyyə Bazarlarına Nəzarət
Palatası ilə razılaşdırmaqla on beş gün
müddətində müəyyən etməsi, həmçinin ticarət
festivalları dövründə fiziki şəxslər tərəfindən
Azərbaycan ərazisində alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş ƏDV-
nin qaytarılması sisteminin Azərbaycanda
tətbiqi məqsədilə həmin Qaydada nəzərdə
tutulan infrastrukturun, o cümlədən proqram
təminatının və vahid elektron məlumat bazasının
yaradılmasını, onun vergi orqanının və müvəkkil
bankın (bankların) istifadəsində olan elektron
informasiya sistemlərinə inteqrasiyasını ilk
ticarət festivalından əvvəl vergi orqanlarının
büdcədənkənar fondu hesabına təmin etməsi
aiddir. Bundan başqa Vergilər Nazirliyinin
qarşısında duran digər məsələlər kimi vahid
elektron məlumat bazasında toplanan
məlumatların təhlükəsizliyini və məlumat
mübadiləsinin fasiləsizliyini təmin edilməsi,
risklərin azaldılması və ƏDV-nin qaytarılması ilə
bağlı prosedurların asanlaşdırılması məqsədilə
malların fiziki yoxlanmasının bu Qaydanın
tələblərinə uyğun olaraq risk qiymətləndirmə
sistemi əsasında həyata keçirilməsi və
Fərmandan irəli gələn digər məsələləri həll
etməsi göstərilir.
Sözügedən
Fərmanda
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi ilə Azərbaycan Respublikasının
Vergilər Nazirliyinin birlikdə görəcəyi işlər
sırasına ticarət festivalları dövründə fiziki
şəxslər tərəfindən Azərbaycan Respublikasının
ərazisində alınmış istehsal, yaxud kommersiya
məqsədləri
üçün
nəzərdə
tutulmayan
mallara görə ödənilmiş ƏDV-nin qaytarılması
sisteminin Azərbaycan Respublikasında tətbiqi
ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma
tədbirlərini, o cümlədən kütləvi informasiya
vasitələrində və sistemə qoşulacaq ticarət
obyektlərində videoçarxların yayımlanmasını
və Qaydada nəzərdə tutulan stikerin formasını
və tətbiqi qaydasını müəyyən etməsi, həmçinin
festivalların yüksək səviyyədə keçirilməsi
məqsədi ilə Azərbaycan Respublikası Vergilər
Nazirliyinin ticarət festivallarında ƏDV-
nin qaytarılması prosesində iştirak edən
əməkdaşlarına təlimlər keçilməsini və onların
maarifləndirilməsi aiddir.
Fərmanda
Azərbaycan
Respublikasının
Maliyyə Nazirliyi aşağıdakı fəaliyyətlərin həyata
keçirilməsini təmin edəcək:
1.
ticarət festivalları dövründə alıcı
tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla
təsdiq edilmiş Qaydanın tələblərinə uyğun
olaraq, Azərbaycan Respublikası Vergilər
Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil
olan ƏDV üzrə faktiki mədaxilin həmin
məbləğ həddində azaldılması hesabına geri
qaytarılması;
2.
Azərbaycan Respublikasının Vergilər
Nazirliyinin rəyini razılaşdırmaqla on beş gün
müddətində təsdiq etməsi;
3.
bu Qaydanın məqsədləri üçün müvəkkil
banka avans şəklində köçürüləcək minimum
məbləği iki ay müddətində müəyyən edib, həmin
məbləğin ödənilməsi nəzərdə tutulmuş ardıcıl
5
qaydada olan tədbirlər vasitəsilə təmin etməsi.
Bununla yanaşı Fərmanda bütün mərkəzi və
yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti
dövlət qurumlarının bu Fərmandan irəli
gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan
Respublikasının
Vergilər
Nazirliyinə,
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinə və digər səlahiyyətli dövlət
qurumlarına köməklik göstərmələri öz əksini
tapmışdır.
Qeyd etmək lazımdır ki, malların satışının
rəsmiləşdirilməsi zamanı ticarət festivalı
dövründə alıcı aldığı malların dəyərini ödəmək
məqsədilə ödəniş nöqtəsinə yaxınlaşdıqda
satıcı ondan ƏDV-nin qaytarılması hüququndan
istifadə etmək barədə istəyinin olub-olmadığını
dəqiqləşdirir. Alıcı ƏDV-nin qaytarılması
hüququndan istifadə etmək istədikdə, satıcı
ona bu Qaydanın tələbləri barədə ümumi
məlumat verir.
Alıcı əcnəbi və ya vətəndaşlığı olmayan şəxs
olduqda isə satıcı ona bu Qaydanın tələbləri ilə
yanaşı, Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən Azərbaycan
Respublikasının ərazisində alınmış istehsal,
yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş əlavə dəyər
vergisinin qaytarılması Qaydası”nın tələbləri
barədə ümumi məlumat verir. Alıcı qismində
iştirak edən əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs seçiminə uyğun olaraq, aldığı mallara
görə ödənilmiş ƏDV-nin bu Qaydanın tələbləri
və ya “Əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər tərəfindən Azərbaycan Respublikasının
ərazisində alınmış istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan mallara
görə ödənilmiş əlavə dəyər vergisinin
qaytarılması Qaydası”nın tələbləri çərçivəsində
qaytarılmasını tələb edə bilər.
Qeyd edək ki, alıcı tərəfindən ƏDV-nin
qaytarılması hüququndan istifadə etmək istəyi
bildirildikdən sonra satıcı aşağıdakı məlumatları
özündə əks etdirən, formasını Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin təsdiq
etdiyi e-VHF-ni Azərbaycan Respublikası
Vergilər Nazirliyinin
İnternet Vergi İdarəsi
portalında elektron vergi hesab-faktura sistemi
vasitəsilə tərtib edir və həmin məlumatları real
vaxt rejimində vahid məlumat bazasına ötürür:
•
e-VHF-nin seriyası, nömrəsi və tarixi;
•
satıcının adı, soyadı, təsərrüfat
subyektinin ünvanı və VÖEN-i;
•
alıcının adı və soyadı;
•
alıcının şəxsiyyətini təsdiq edən sənədin
seriyası və nömrəsi;
•
alıcının vətəndaşı olduğu ölkənin adı
(vətəndaşlığı olmayan şəxsin gəldiyi ölkənin
adı);
•
satılmış malın adı, miqdarı, vahidinin
qiyməti və həmin qiymətin tərkibindəki
ödənilmiş ƏDV-nin məbləği;
•
həmin e-VHF üzrə alınmış mala görə
ödənilmiş ƏDV-nin qaytarılacağı son tarix;
•
alıcının bank kartının (və ya hesabının)
rekvizitləri – alıcının istəyi əsasında;
•
operatorun və müvəkkil bankın əlaqə
məlumatları və rekvizitləri;
•
satıcının təsərrüfat subyektinə ən yaxın
ƏDV köşkünün ünvanı.
E-VHF ştrix-kod əks olunmaqla iki nüsxədə
çap edilir və hər iki nüsxə alıcıya təqdim olunur.
Belə ki, E-VHF satıcının imzası və mərkəzində
bu əməliyyatların ƏDV-nin qaytarılması şərtilə
həyata keçirildiyinə dair təsdiqedici qeyd olan
möhürlə təsdiqlənməklə təqdim edilir.
Alıcı tərəfindən ticarət festivalı dövründə alınmış
mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması
məqsədilə ƏDV köşkündə aşağıdakı ardıcıllıqla
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
6
•
alıcı mallara dair e-VHF-ni ƏDV
köşkündə vergi orqanının əməkdaşına təqdim
edir;
•
e-VHF-nin məlumatları vergi orqanı
tərəfindən
vahid
məlumat
bazasında
eyniləşdirildikdən
sonra
avtomatik
risk qiymətləndirməsi aparılır;
•
risk qiymətləndirməsinin nəticələri
əsasında mallara vergi orqanının əməkdaşı
tərəfindən baxılmalı olub-olmadığı proqram
təminatı vasitəsilə açıqlanır. Mallara baxışın
keçirilməsi tələb edildiyi halda alıcı həmin malları
baxışın keçirilməsi məqsədilə vergi orqanının
əməkdaşına təqdim edir. Vergi orqanının
əməkdaşı təqdim edilmiş mallarla vahid
məlumat bazasına daxil edilmiş məlumatların
uyğunluğunu yoxlayır, yoxlamanın nəticələrinə
uyğun olaraq, alıcıya qaytarılacaq ƏDV
məbləği barədə alıcının təqdim etdiyi e-VHF-
də təsdiq qeydi aparır, onu möhürlə təsdiq
etməklə alıcıya təqdim edir və vahid məlumat
bazasında e-VHF-ni təsdiq etməklə bu barədə
məlumatı real vaxt rejimində müvəkkil banka
ötürür;
•
risk qiymətləndirməsinin nəticələri
əsasında alıcıdan malları baxış üçün təqdim
etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-
nin yekun məbləğini əks etdirən e-VHF vergi
orqanının əməkdaşı tərəfindən möhürlə təsdiq
olunur və bu barədə məlumatlar real vaxt
rejimində müvəkkil banka ötürülür.
Alıcı ƏDV köşkündə yoxlamadan keçdikdən
sonra müvəkkil bank vergi orqanı tərəfindən
möhürlə təsdiq olunmuş e-VHF-yə
əsasən,
qaytarılmalı olan ƏDV məbləğini həmin malların
alındığı gün ərzində milli valyutada nağd
ödəniş və ya 10 iş günündən gec olmayaraq
milli valyutada (əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə münasibətdə isə milli və ya
xarici valyutada) bank kartına (və ya hesabına)
köçürmə qaydasında qaytarır. Alıcının
istəyinə uyğun olaraq ƏDV-nin qaytarılması
bank kartına (və ya hesabına) köçürmə
qaydasında həyata keçirildiyi təqdirdə, alıcı
vergi orqanı tərəfindən təsdiqlənmiş, Qaydada
nəzərdə tutulan
alıcının bank kartının (və ya
hesabının) rekvizit
məlumatlarını əks etdirən
e-VHF-nin bir nüsxəsini ƏDV köşkündə bu
məqsəd üçün yaradılmış xüsusi qutuya atır.
Alıcının bank kartının (və ya hesabının)
rekvizit
məlumatlarının əks olunduğu e-VHF-
lər müvəkkil bank tərəfindən vahid məlumat
bazasında təsdiq edilir və qaytarılmalı vəsait
(xarici valyuta ekvivalenti müəyyən edilərkən,
müvəkkil bankın ƏDV-nin qaytarıldığı tarixə
müəyyən etdiyi məzənnə əsas götürülməklə),
müvəkkil bank tərəfindən operatorun göstərdiyi
xidmətlər üçün 20% və bank əməliyyatlarının
aparılmasına görə xidmət haqları çıxılmaqla
alıcının göstərdiyi bank kartına (və ya hesabına)
köçürülür.
Müvəkkil bank ticarət festivalı dövründə
Qaydaya əsasən qaytarılmış ƏDV məbləği
barədə məlumatı həmin malların alındığı gün
başa çatdıqdan sonra 5 iş günü müddətində
Azərbaycan
Respublikasının
Vergilər
Nazirliyinə və Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi
5 iş günü müddətində bu barədə olan rəyini
nəzərdə tutulmuş müddət başa çatdıqdan
sonra Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim edir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
isə Vergilər Nazirliyindən rəy daxil olduqdan
sonra 3 iş günü müddətində həmin məbləğin
müvəkkil banka köçürülməsini Azərbaycan
Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət
büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin
həmin məbləğ həddində azaldılması hesabına
təmin edir.
7
Alıcı aldığı malı geri qaytardıqda, satıcı alıcıya
təqdim etdiyi e-VHF-nin kağız daşıyıcıda
olan nüsxələrini geri alır və elektron məlumat
bazasında həmin e-VHF-ni ləğv etməklə
müvafiq qeydlər aparır. Alıcı ƏDV-ni geri
aldıqdan sonra malı qaytararsa, satıcı malın
ƏDV-siz dəyərini alıcıya qaytarır.
8
Dostları ilə paylaş: |