7
M.İ.Şəmsi və bir çox kürdşünaslar isə belə hesab edir ki, kürd sözü “kardu”
sözündən yaranıb, mənası “pəhlivan” deməkdir. (15,48). Göründüyü kimi, kürd sözünün
mənası haqqındakı bu iki fikirdə bir oxşarlıq mövcuddur.
Məlum olduğu kimi, Azərbaycan alimlərinin də böyük bir qismi azərbaycanlıların
etnogenezində O.Vilçeviskinin qeyd etdiyi qədim tayfaların iştirak etdiyini sübut etməyə
çalışırlar. Məsələn, A.S.Sumbatzadə Azərbaycan xalqının etnogenezinə və bir xalq kimi
formalaşması tarixinə həsr etdiyi monoqrafiyasında qeyd edir ki, “Azərbaycan xalqı öz
mənbəyini kuti-lulubey, manna, atropatena və alban tayfalarından olan ölkənin avtoxton
əhalisi ilə miqrantların, əsasən türkdilli tayfaların qaynayıb-qarışması prosesində
yaranmışdır”. (16,10). Bu isə o deməkdir k, azərbaycanlılarla kürdlərin ulu əcdadları eyni
olmuş, sonralar birincilərin xalq kimi formalaşmasında türkdilli, ikincilərinkində isə
irandilli tayfalar üstünlük təşkil etdiyi üçün onların onların dillərində fərq yaranmışdır.
Belə ki, indiki Azərbaycan dili Altay dillər ailəsinin türk qrupuna, kürddilli isə Hind-
Avropa dillər ailəsinin İran qrupuna daxildir.
Akademik O.Velevski sözügedən monoqrafiyasının sonunda belə bir nəticəyə gəlir
ki, kürdlərin ayrıca bir xalq kimi formalaşması prosesi ən geci II əsrdə başlamıs və VI-
VIII əsrlərdə başa çatmışdır. (14,115,116).
Ikinci qrup alimlər kürdlərin karduxlarla əlaqəsini inkar edirlər. Həmin alimlərdən
T.H.eldeke, M. Hartman, Veysbax və başqaları karduxların və kürdlərin dil müxtəlifliyini
əsas gətirərək belə hesab edirlər ki, kürdlərin qədim əcdadları karduxlar deyil, Strabonun
və digər antik müəlliflərin qeyd etdikləri kurtilərdir. Azərbaycan alimlərindən akademik
İ.Əliyev, Mənsur Əlisoy, R.Ş.Məlikov və başqaları da kürdlərin ulu əcdadlarının kurtilər
(qutilər, kirtilər) olduğunu təsdiqləyirlər (17; 18; 19). Məsələn, akademik Əliyev “Midya
Tarixi” adlı əsərində qeyd edir ki, “karduxları kürdlərin əcdadları olan kirtilərlə
qarışdırmaq olmaz” (17,105)
R.Məlikov “Kirtilər” adlı məqaləsində bu qədim xalq haqqında geniş məlumat
verərək özündən əvvəlki tətqiqatçıların fikirlərini təhlil edir və belə qənaətə gəlir ki,
kürdlərin ulu əcdadlarının kirtilər olduğuna şübhə ola bilməz (19,1). Mənsur Əlisoy
“Kürdlər haqqında nə bilirik” adlı məqaləsində kürdlərin mənşəyində qədim kutilərin
(qutilərin) mühüm rol oynadığını təsdiqləməklə yanaşı, qeyd edir ki, onlar e.ə. 2500 –cü
ildə mesopotomiyada hökmranlıq etmişlər(18,6). Qeyd etmək lazımdır ki, kutilərin
Mesopotomiyada hökmranlığı e.ə. 2500-cü ildə deyil, O. Vilçevskinin yuxarıda göstərilən
əsərində yazdığı kimi, e.ə. 2200-cü ildə başlamış və 60 ildən çox davam etmişdir (14,19).
Digər mənbələrə görə Qutilər (kirtilər) burada 120 il hökmranlıq etmişdir (81,21).
Kürdüstanın şimalında (Türkiyə ərazisində) “Qutu dərəsi” nin indiyədək öz adını
saxlaması və bu yerlər hal-hazırda da (4200 il əvvəl olduğu kimi) kürdlərin yaşaması adı
8
çəkilən alimlərin elim qənaətinin doğruluğuna dəlalət edən faktlardan biridir. Kürdlərin
mənşəyinin kirtilər (Qutilər) ilə bağlılığını E.A.spayzr, B. Nikitin və başqaları da
təsdiqləyir. (82,31).
“Ön Asiyanın İran tayfalarının erkən tarixi” adlı monoqrafiyasında E.A.Qrantovskiy
göstərir ki, kürdlərin etnogenezində kirtilərlə yanaşı irandilli mard tayfaları da iştirak
etmişdir.(20,373).
Akademik V.F.Minorskinin və bir çox kürd aliminin fikrinə görə kürdlərin ucu
əcdadları irandilli midiyalılar (medlər, mitanlar, madlar, marlar, mannalılar) olmuşdur
(21). V.F. Minovski “Kürdlər” adlı əsərində qeyd edir ki, Dəclə çayının sol sahilində
kürdlərin yaşadığı Cudi dağı yüksəlir və Şərq əsatirlərinə Nuh peyğəmbərin gəmisi məhz
bu dağı zirvəsində dayanmışdır. Buradaca qeyd etmək lazımdır ki, Nuh sözü kürdcə
“yeni”, Cudi isə “görünən yer” mənasındadır.
Milliyəti kürd olmayan Fəhmi Şirvani “Kürdlər adlı kitabçasında Yaxın şərqin ən
qədim xalqlarından olduğunu qeyd edərək yazır ki, Kürdlər bəşəriyyətin ən eski
kavmidirlər.
Kurani – Kərimin də zikr etdiği gibi Hz. Nuhun tufandan sonra ilk
konakladığı yer Cudidir. Cudi dağı isə Kürdlərin dağıdır”. (22,19). Həmin müəllif daha
sonra yazır: “Nuhun gəmisi Kürdüstandakı cudi dağına oturduktan sonra və Cudi dağına
Nuh lierliğindən beşeriyyetin kahraman öncüləri indiğindən bu yana bu kahraman evlatlar
Cudiyi terk etmemişlərdir”. (22,72).
Göründüyü kimi akad V.F.minovskiy ilə dr. F.Şirnavinin kürdlərin qədim mənşəyə
mailk olmaları barədəki fikirləri üst-üstə düşür. Birinci müəllif qeyd olunan əsərində daha
sonra göstərir ki, Fəratın yuxarı lövhəsi və Van gölünün ətrafları həm də kürdlərin (yəni
digər xalqlarla yanaşı) ən qədsim zamanlardan məskunlaşdığı ərazi olduğu halda, Tavr
dağlarının bütün cənub yamacları və Dəclənin sol sahilindəki dağlıq ölkə (Bohtan, Habur,
böyük Zab çaylarının hövzəsi) kürdlərin başlıca tarixi ocağı olmuşdur. V.F.Minorskiy
qeyd olunan əsərində kürdlərin mənşəyinə bir daha toxunaraq yazır: “Əgər mardlar
mannalıların nəslindəndirsə, bu hipoteza yəqin ki, Məsudinin X əsrdə qeyd etdiyi kürd
eponiminin genelogiyasında öz təsdiqini tapar: Kürd-bin-Mard-bin-Sasad-bin-Qarb-bin-
Havazin. Tarixi və coğrafi göstəricilər nəzərə alınsa, küdr millətinin Midiyalıların çox
yaxın dialektlərində danışan iki qohum tayfaların- mardların və kirtilərin qaynayıb
qarışması nəticəsində formalaşdığı çox qanunauyğun görünər” (21,98).
Kürdlərin dili ilə midiyalıların dili arasında yaxın əlaqənin olduğunu dr. F.Şinnavi
də təsdiqləyir və qeyd edir ki, “.... tarihi kaynaklar” zerdeştin aslının kürt olduğunu,
sonralardan İrana intikal etdiğini və
Sasasin devletini iranlılarla kurduğunu
söyləməkdədir” (22,8).
Dostları ilə paylaş: |