18
qərbdə Mesopotomiyaya , şimalda Cənub Qafqaza (indiki Gürcüstan, Ermənistan və
Azərbaycan əraziləri,) şərqdə Əfqanıstan və Orta Asiyaya, cənub isə Yəmənədək
genişləndirən Sasanilər 400 ildən çox regionda hökmranlıq etdilər
Bəzi tətqiqatçılar (xüsusilə, görkəmli şərşünas alim S.Qalyamov) bir çox faktlar
əsasında iddia edirlər ki, Sasanilərin sülaləsinin banisi I Ərdəşir milliyətcə kürd olmuşdur.
I Ərdəşirin babası Sasan Kürdüstandakı Avroman (Həmroman) əyalətinin, onun (Sasanın)
atası Bəhman Kürdi isə Avroman və Pəhlə vilayətlərinin hakimi olmuşdur. Ərdəşir
sözünün mənası kürdcə “Yer üzünün aslanı” deməkdir.
Sasani imperiyasının dövlət dili məlum olduğu kimi, (fəhlə vilayətinin adından
götürülmüşdür)
dili olmuşdur. Sasanilərin kürd mənşəli olduğunu iddia edən alimlər
pəhləvi dilinin müasir kürd dilinin dialektlərindən biri etdiyini söyləyirlər. İ. Nuri paşa
özəsərində Sasanilərin kürd mənşəli olduqlarını əsaslandırmaq üçün Kürdüstanın Kəlhur
vilayətinin hakiminin arvadı olan Şəhrabanu Xatunun öz atasına-sasanilərin axırıncı şahı
Yezdi Kürdə qoran dialektində (pəhləvi dilində) yazdığı məktubu misal göstərir. Onu da
qeyd edir ki, bu faktı ört-basdır etmək istəyənlər Yezdi Kürd sözünü Yezdəgird kimi
yazmışlar (81,122-123).
Milliyətlə başqırd olan S. Qallyamov bir sıra faktlar əsasında Sasani sülaləsinin kürd
mənşəli olduğuna təsdiqləyərək, yazır: “Sasani çarlarının etnik cəhətdən kürdlərə məxsus
olduğunu sülələnin (sasanilərin) İranda bütün hakimiyyəti dövründə ali kahinlər
vəzifəsinin kürdlərin konfessional-troktatik nəsli olan Barzanlarda (Barzanilər bu gün də
Iraq Kürdüstanına başçılıq edir saxlanılması faktı izah edir)” (24,314).
Barzanların (Barzanilərin) Sasani sülaləsində mühüm rol oynadığını Firdovsinin
tarixi “Şahnamə” əsərindən də görmək olur. Həmin əsərdə Firdovsi dəfəlrlə kahin (möbid)
(Xərrad Bərzinin) (Bərzanın) adını çəkir onun Virantiya imperatoruna zərdüştlük dininin
əsaslarını izah etməsini təsvir edir. Tarixdən yaxşı məlumdur ki, Sasani dövlətində hakim
din məhz Zərdüştlük dininin əsaslarını izah etməsini təsvir edir. Tarixdən yaxşı məlumdur
ki, Sasani dövlətində hakim din məhz zərdüştlük idi. Zərdüşt peyğəmbərlər isə “yuxarıda
qeyd etdiyimi kimi, kürdlərin ulu əcdadlarının (melərin, madların, midyalıların) əsas
peyğəmbəri olmuşdur”. Sasanilər V-VI əsrlərdə şimaldan gələn hunların və xəzərlərin (hər
ikisi türk tayfa birləşmələridir) qarşısını almaq məqsədi ilə Xəzərin sahilində Dərbənd
şəhərini və qalasını tikmişlər. Dərbənd-Kürd dilində “Bağlı qapı” deməkdir.
Əlbəttə, sasanilərin kürd mənşəli olduğunu sübut etmək üçün çoxlu sayda digər
faktlar (şahların adları, coğrafi adlar, etnik-dini xüsusiyyətlər və s.)İda tapmaq olar. Lakin
faktsız-sübutsuz bir acı həqiqət gün kimi aydındır ki, Sasani dövləti də kürdlərin yaratdığı
və ya qurulmasına kömək etdiyi digər dövlətlər kimi tarixə bir kürd dövləti kimi deyil,
fars-İran dövləti kimi düşmüşdür. Daha acınacaqlısı odur ki, bu sülalənin hökmranlıq
19
etdiyi 400 ildən artıq bir dövrdə Kürdlər xeyirdən çox zərər görmüşlər. Təkcə onu qeyd
etmək kifayətdir ki, sasanilərin Vizatiya, Roma və Bizans imperiyalarına qarşı apardığı
müharibələr zamanı Kürdüstan ərazisi başlıca döyüş meydanı olduğu üçün burada saysız-
hesabsız miqdarda kürd məhv olmuş,onların yüzlərlə şəhəri, tarixi və mədəniyyət abidələri
dağıdılmış və yandırılmışdır.
VII əsrdən-Sasanilər imperiyasının süquta uğradığı dövrdən başlayaraq 300 ildən
yuxarı kürdlər ərəb işğalçılarına qarşı mübarizə aparmış, onlara ciddi müqavimət
göstərmiş, hətta bəzi kürd əyalətləri ərəblərə boyun əyməmiş, müstəqil hakimiyyətlərini
davam etdirmişlər.
633-cü ilin aprel ayında Xəlifə Əbu Bəkrin əmri ilə ərəb sərkərdəsi Xalid ibn əl-
Valid öz qoşunlarını İraq üzərinə yeritdi. Hirə şəhərini və Cənubi Kürdüstanın bir neçə
yaşayış məntəqəsini işğal edən ərəblər 637-ci ildə kürdlərin ən qədim yaşayış
məntəqələrindən biri olan Kadisi (indiki Cəzirə, kürdcə “Cızira Botan”), elə həmin ildə
Hulvan (İran Kürdüstanında yerləşən indiki Zohab) şəhərini ələ keçirtdilər. Ərəb
alimlərindən əl-əl-Bəla-Zuri Hulvanın sülh müqaviləsi əsasında, Xəlifə ibn Həyat isə
zorla ələ keçirildiyini yazmışlar (32,17). Bundan bir az sonra ərəblər Karmasin (İran
Kürdüstanındakı Kirmanşah)
şəhərini işğal edib, kürdləri
ən qədim yaşayış
məntəqələrindən biri olan Mosal üzərinə qoşun yeritdi. 640-cı ildə Mosul şəhərini və bu
vilayətdəki bütün kürd kəndlərini zəbt etdikdən sonra bu yerlərə bir sıra ərəb tayfalarını
köçürüb məskunlaşdırmağa və
yerli
əhalini
ərəbləşdirməyə
başladılar (32,18).
Tətqiqatçılaeın yazdığına görə Xəlifə Ömərin göstərişinə əsasən kürd dilində danışan hər
bir kəsin dili dərhal kəsilirdi.
642-ci ildə kürdlərin qədim şəhərlərindən olan Şəhruzur üzərinə sərkərdə Utba ibn
Fərkadın rəhbərliyi ilə hücuma keçən ərəblər burda çox ciddi müqavimətlə rastlaşdı və
hətta, bir neçə dəfə geriyə çəkilməyə məcbur oldular. Nəhayət şəhəri ələ keçirdikdən sonra
Utba ibn Farkad Xəlifə Ömərə yazırdı ki,
kürdlərə
qarşı döyüşüb torpaqlarını ələ
keçirtdik, indi Azərbaycana doğru hərəkət edirik (33,20).
644-cü ildə Ərdəbil şəhərinə hücum edən ərəblər burada da ciddi müqavimətə rast
gəldiklərini görüb, sülh müqaviləsi bağlamağa məcbur oldular. Həmin müqavilənin
şərtlərinə görə əhali adından müqaviləni imralagen Azərbaycan mərzbanı hər il xilafətə
800 min dirhəm verməli, ərəblər isə bu ölkənin əhalisini öldürməməli, əsir almamalı,
həmçinin burada yaşayan kürd tayfalarının (balasacan, sabalan,satruzan) üzərinə hücuma
keçməməli idilər (33,21).
650-653-cü illərdə Bəsrə vilayətində, Xulvan və Dinavər rayonlarında kürdlərin
ərəblərə qarşı üsyanları güclü qoşun sayəsində yatırılır. 685-ci ildə Saad ibn Huzayfə əl-
Yaman Xulvan hakimi təyin olunur. Xilafət ona buradakı kürdləri itaətdə saxlamaq üçün
Dostları ilə paylaş: |