1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Hafizənin ümumi xaraktistikası



Yüklə 134 Kb.
səhifə28/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   24   25   26   27   28   29   30   31   ...   48
Şüur

27. Hafizənin ümumi xaraktistikası.
İnsanın duyub qavradığı informasiyalar həmin anda silinib getmir, müəyyən zaman müddətində beyində qorunur. Bəziləri isə ömürlük qalır. Bu prosesdə hafizə önəmli rol oynayır.
Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur.
Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhkəmləndirilməsinə də aiddir.
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixoloji, fizioloji, biokimyəvi və s. nəzəriyyələri meydana çıxmışdır.
Hafizənin psixoloji nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya anlayışı xüsusilə diqqəti cəlb edir. Bu anlayış bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür.
Bu prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin təsəvvürünü yaradır.
Assosionistlər obyektlərin məkan-zaman yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç assosiasiya tipini ayırmışlar: qonşuluq üzrə, oxşarlıq üzrə, əkslik üzrə. Bunların yaddasaxlama və yadasalmada əsas rol oynadığını göstərmişlər.
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas müddəaları ilə sıx bağlıdır. Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.
Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri müşahidə etməklə toplanmışdır.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı.
Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.
Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri müşahidə etməklə toplanmışdır.
Hafizənin tipləri. İnsanlar öz hafizələrinin bir sıra xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər. Bu cür fərdi fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, eşitmə tipinə malik olan adamlar eşitdiklərini, hərəki tipə mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları, hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Həyatı faktlardan göründüyü kimi bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür. Təlim fəaliyyəti elə təşkil edilməlidir ki, ayrı-ayrı tiplərə mənsub olan şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli şərait yaranmış olsun.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə