1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Hafizənin növləri və onların xarakteristikası



Yüklə 134 Kb.
səhifə30/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   26   27   28   29   30   31   32   33   ...   48
Şüur

29. Hafizənin növləri və onların xarakteristikası.
Hafizənin növlərini ayrı-ayrı meyarlara görə təsnif etmək olar:
1. Genetik meyara, yəni mənşəyinə görə hafizənin 4 növünü qeyd etmək olar: 1) surət hafizəsi və ya obrazlı hafizə (ardıcıl surətlər, əyani (eydetik) surətlər, təsəvvür surətləri); 2) hərəkət hafizəsi; 3) emosional hafizə; 4) sözlü-məntiqi hafizə.
Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasıdır. Hərəkət hafizəsi müxtəlif hərəkətlərin və onların sisteminin yadda saxlanılması, hifz olunması və yada salınmasıdır.
Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yadda saxlanılması və yada salınmasıdır.
Sözlü-məntiqi hafizə fikirlərin, anlayışların yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir.
2. Fəaliyyətin məqsədindən və hafizənin ixtiyari surətdə tənzim edilmə səviyyəsindən asılı olaraq hafizənin qeyri-ixtiyari və ixtiyari növlərini fərqləndirirlər.
Əgər bu və ya digər materialın yadda saxlanması, xatırlanması üçün qarşıya xüsusi məqsəd qoyulmursa və onlar sanki öz-özünə, müəyyən yol və vasitələrdən istifadə etmədən, heç bir iradi cəhd göstərilmədən yadda qalırsa bu qeyri-ixtiyari hafizə adlanır.
Əgər insan qarşısına xüsusi yaddasaxlama məqsədi qoyur və lazım olan materialı yadda saxlamaq üçün iradi səy göstərirsə, üsul və qaydalardan istifadə edirsə bu ixtiyari hafizə adlanır.
3. Materialın möhkəmlənməsi və yadda saxlanması müddətindən asılı olaraq hafizənin qısa müddətli, uzun müddətli və operativ növləri qeyd edilir.
Qısamüddətli hafizədə bilavasitə qavradığımız cisim və hadisələri müəyyən müddət ərzində görməkdə, eşitməkdə və s. davam edirik. Qısamüddətli hafizə çox az müddət (bir neçə saniyə və ya dəqiqə) davam edən bir prosesdir. İndicə hiss üzvlərimizin verdiyi məlumatı operativ surətdə tutmağa, dəyişdirməyə və canlandırmağa qısamüddətli hafizə deyilir.
Operativ hafizə insanın bilavasitə həyata keçirdiyi aktual iş və əməliyyatlara xidmət edən mnemik prosesdir. Adətən insan müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyatlar qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz olunur. Bu proses operativ hafizə ilə əlaqədardır.
Uzunmüddətli hafizə isə qavranılan materialın möhkəm və uzun müddət yadda saxlanılması ilə xarakterizə olunur. Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar göstərir ki, onun həcmi və müddəti demək olar ki, hüdudsuzdur.
Hafizənin tipləri. Hər bir insanın hafizəsinin fərdi xüsusiyyətləri hafizə tiplərində özünü daha aydın göstərir. Adətən, psixologiyada əyani-obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.
Hafizənin əyani-obrazlı tipi müxtəlif təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.
Görmə tipinə malik olanlar ən çox gördüklərini, eşitmə tipinə malik olanlar eşitdiklərini, hərəki tipə mənsub olanlar hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Ancaq bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə