1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Təfəkkürün əsas formaları



Yüklə 134 Kb.
səhifə32/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   28   29   30   31   32   33   34   35   ...   48
Şüur

31. Təfəkkürün əsas formaları.
Təfəkkürün üç əsas forması vardır:məfhumlar,hökmlər,əqli nəticə.
Məhfum(anlayış)-cism və hadisələrin mühüm,əsas əlamətlərə görə əks etdirilməsindən ibarət olan formasıdır.Məsələn,”mübtəda”cümlədə kimin və nəyin haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir.Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən fərqləndirir.Məhfumlar xüsusi,ümumi,konkret və mücərrəd ola bilər.Xüsusi məhfumlar tək,xüsusi bir cismə və ya hadisəyə aid olur.Məsələn,”Günəş”,”Bakı” məhfumları xüsusi məfhumlardır.Bu cür məfhumların altında biz yalnız bir əşyanı və ya hadisəni başa düşürük.
Ümumi məfhumlar bir qrup cism və hadisəyə xas olan mühüm əlaməti əks etdirir.Məsələn.”tələbə”məhfumu ümumi məfhumdur.Həmin məfhum altında gələcəyin mütəxəsisi kimi hazırlanan insanları başa düşürük.
Konkret məfhumlar biləvasitə qavranıla bilən,arxasında əşya təsəvvür olunan məfhumlardır.Məsələn,”ev”.”ağac” məfhumları konkret məfhumlardı.Mücərrəd məfhumlar isə biləvasitə qavranıla bilməyən və arxasında əşya təsəvvür olunmayan məfhumlardı,məsələn.”sevinc”,”xoşbəxtlik” və s.
Məfhumlar çoxlu qarşilıqlı keçidlərlə təsəvvürlərlə bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir.Onlar psixoloji ədəbiyyatda eyniləsdirilsələr də gercəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir.Təsəvvürlər obrazlı-əyanidir,biləvasitə verilmiş informasiyanı qavrayışda inikas etdirir.Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vəhdlikdə verilir.Məhfum və təsəvvürlər çətinliklər zamanı xüsusi ilə aşkar bir yerdə verilir.Məhfumlar keyfiyyətcə təsəvvürlərdən fərqlidir,təsəvvürlər obrazlarla fərdi şüurda yaranır.anlayışlar sözlərlə vasitəli yaranır və tarixi inkişafın məhsuludur.
Hökmlər-fikri proseslərin baş verdiyi əsas akt və ya formadır.Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir.Hər hansı fikri proses hökmlərlə ifadə olunur.Hökmlər insanın gerçək dünyanı onun xüsusiyyətlərində.əlaqə və münasibətlərində inikas etdirən dərk etmənin xüsusi formasıdır.Hökmlərdə cisimlər.hadisələr arasında müəyyən əlaqənin oldağu,eləcə də cismin.hadisənin müəyyən keyfiyyətinə malik olduğu təstiq və ya inkar edilə bilər.Bu baxımdan hökmlər iqrari və inkari olmaqla iki yerə bölünür.Məsələn,”Bu kitab maraqlıdır” dedikdə kitabda maraqlılıq keyfiyyətinin olduğunu təstiq edirik.”Bu tələbə çalışqan deyil” dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını göstəririk.Ona görə də birinci hökm iqrari,ikinci hökm isə inkari hökmdür.
Hökmlər ümümi,xüsusi və fərdi də ola bilərlər.Ümuni hökmlərdə eyni sinfə,qrupa aid olan bütün cism və hadisələrdə müəyyən bir cəhət ya təstiq,ya da inkar olunur.Xüsusi hökmlərdə isə iqrari və ya inkari bütün cism və hadisələrə deyil.onlardan bəzilərinə aid edilir.Fərdi hökmlər isə iqrar və ya inkar yalnız bir cism və ya hadisəyə aid olur.Cisimdə hər hansı bir sifətin iqrar və inkar edilməsinin səciyyəsinə görə şərti,təqsimi,qəti hökmlər vardırHər hansı bir fikrin həqiqiliyini hökmlərdə söylənmiş şərtlərdən asılıdırsa bu.şərti hökm adlanır.Məsələn:”əgər şagird müntəzəm surətdə dərsə hazırlaşsa,dərslərindən geri qalmaz”Təqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyət iqrar və ya inkar edilir.Məsələn,”Mahir ya birinci,ya ikinci,ya da üçüncü sinifdə oxuyur”Hökm cisimdə bu və ya digər əlamətin olduğunu şərtsiz,danışıqsız iqrar və ya inkar edirsə o qəti hökm hesab olunur.Məsələn,”materiyasız hərəkət yoxdur”İnsanlar həmişə öz hökmlərinin doğru olub-olmamasını yoxlamağa çalışırlar.Bu cəhətdən hökmlər üç növə ayrılır:mümkünlük,gerçəklik və zərurət hökmləri.Mümkünlük hökmündə,cisimlə onun əlamət və keyfiyyəti arasındakı əlaqə ehtimal kimi başa düşülür.”bəlkə bu gün hava tutuldu,yağış yağdı”Bu hökmlərdə deyilən əlamət cisimdə ola da bilər.olmaya da.Belə hökmlərin həqiqiliyi təcrübədə yoxlanılır.Gerçəklik hökmü cisimlə,onun xassəsi,sifəti arasındakı əlaqəni əks etdirir.Məsələn,”bu gün hava tutqundur” Zərurət hökmü cisim və hadisələrlə onların əlamətləri arasında mövcud olan zəruri əlaqələri əks etdirir. Bu hökmün ən yüksək forması hesab olunur,çünki zərurət hökmləri təbiət və cəmiyyət qanunları haqqında elmin son sözünü qeyd edir.Məsələn,”yer günəş ətrafında fırlanır” Deyilənlərdən aydın olur ki,mümkünlük hökmü ola biləcəkləri,gerçəklik hökmü olanları,zərurət hökmü isə hökmən olanları əks etdirir.
Psixoloji planda hökmlər-subyektin hərəkətidir,müəyyən məqsəd və motivlə bağlıdır,insanı nəyisə düşünməyə və hansısa qərarı qəbul etməyə təhrik edir.Hökmlər fikri fəaliyyətin nəticəsidir,fikirləşən insanın müəyyən münasibətlərinin fikrin predmetinə olan münasibətidir.Hökmlər hərəki xarakter daşıyır,özündə sosial aspekti ehtiva edir.Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir,onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə münasibəti ilə şərtlənib.Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır.Hər hansı hərəkət seçici xarakter daşıdığından.o nəyi isə təsdiq,inkar etdiyindən praktik əhəmiyyət daşıyır.Hökmlərin bütün növlərinə adam birdən-birə yiyələnmir.İnsanın fərdi həyat prosesində hökmlər sadə formadan mürəkkəbə doğru tədricən inkişaf edir.Buna təlim prosesi ciddi təsir göstərir.
Təfəkkürün formalarından biri də istidlal və ya əqli nəticədir.Vahid məqsədə tabe olan bir sıra əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə mürəkkəb fikri fəaliyyətə deyilir.Əqli nəticə prosesində təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır.Əqli nəticədə və ya yekun hökmdə əldə olan biliklər əsasında yeni biliklərə yiyələnmək olur,biliyə bilik vasitəsi ilə yiyələnilir,biləvasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir,obyektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır.
Əqli nəticə prosesində psixoloji planda 3 əsas halı fərqləndirmək lazımdır.Birincisi,çıxış halı əyani təsəvvür olunur və ya yeni münasibətlər əyani təsəvvürlərdə açılır.A-nın B-dən böyük olması obrazlar şəklində təsəvvür olunur.İkincisi,eyni münasibəti əyaniliyə müraciət etmədən ancaq anlayışların köməyi ilə ifadə etmək olar.Bu halda nəticə formal əməliyyat deyil,bu əqli nəticənin qurulduğu xüsusiyyət və münasibətlərin məzmununun əhəmiyyəti tərəfləridir,konkret məzmunla müəyyənləşən qanunauyğunluqdur.Üçüncüsü,müvafiq əlaqələr,aşağı-yuxarı,böyük-kiçik möhkəmlənərək informasiya dayanaqlarından nəticəyə icra oluna bilər və əsasən bu hal assosiativ olaraq nitqin avtomatlaşmasına tabe edir.Əqli nəticənin üç əsas növü qeyd olunur:induktiv,deduktiv və analogiya(təşbeh).İnduktiv əqli nəticə xüsusi hallardan,misallardan(hökmlərdən)ümümi nəticə çıxarmaqdan ibarətdir.Məsələn,dəmirin,misin,poladın,gümüşün və s istidən genişləndiyi və onların metal olduğunu müəyyənləşdirmək esasında “Bütün metallar istidən genişlənir” hökmünü çıxarmaq olar.deduktiv əqli nəticə isə ümumi hallardan,misallardan(hökmlərdən) xüsusi nəticə çıxarmaqdan ibarətdir.Məsələn,”Bütün xüsusi ismlər yazıda böyük hərflə başlayır”.”Bakı xüsusi ismdir” deməli “Bakı böyük hərflə yazılır” nəticəsini çıxarmaq olar.Analogiyalara gəldikdə bu zaman ayrı-ayrı hallardan bənzətmə ilə nəticə çıxarılır.Deməli təşbeh iki cismin,iki hadisənin bu və ya başqa cəhətdən bir-birinə oxşamasına əsalanaraq.həmin cisim və ya hadisənin başqa cəhətlərindən bir-birinə oxşaması hökmünün çıxarılmasından ibarət əqli nəticədir.Təşbeh xüsusidən-xüsusiyə gedən istidlaldı.
Əqli nəticənin göstərilən növləri birdən-birə təşəkkül etmir.Buna uşağın həyat təcrübəsi və təlim-tərbiyəsi ciddi təsir göstərir.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə