1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Temperamentin xassələri və sinir sisteminin xassələri



Yüklə 134 Kb.
səhifə43/48
tarix01.05.2023
ölçüsü134 Kb.
#107855
1   ...   40   41   42   43   44   45   46   47   48
Şüur

45. Temperamentin xassələri və sinir sisteminin xassələri.
Psixologiyada psixi fəaliyyətin məzmunu və dinamikası anlayışları ayrılır. Psixi fəaliyyətin məzmunu dedikdə intellektin, təfəkkürün, təxəyyülün və s. inkişaf səviyyəsi keyfiyyəti başa düşülür. Dinamikası dedikdə isə onun gedişatı, cərəyanı başa düşülür. Bu baxımdan temperamentin xüsusiyyətləri psixi fəaliyyətin ancaq dinamik cəhətdən xarakteristikasıdır.
Temperamentin dinamik xarakteristikası kimi aşağıdakı xassələri ayrılır.
1. Ümumi aktivlik-bunun mahiyyəti xarici aləmi səmərəli surətdə mənimsəmək və dəyişmək meylinin təzahüründən ibarətdir. Ümumi aktivlik özünü psixi fəaliyyətin və hərəkətlərin tempində, ritmində, surətində, plastikliyində, dözümsüzlükdə, süstlükdə, biruzə verir.
2. Hərəki aktivlik-ümumi aktivliyin bir formasıdır və özünü hərəki aparatdakı lənglikdə və cəldlikdə biruzə verir. Hərəki aktivliyə əzələ hərəkətlərinin tezliyi, qüvvəsi, ritmi aid edilir.
3. Emosionallıq-insani emosiyaların və əhvalların təzahüründə biruzə verir. Müxtəlif hisslər və emosiyaların əmələ gəlmə, cərəyanetmə və kəsilməsi xüsusiyyətləri özünü emosionallıqda biruzə verir. Emosionallığın 3 cəhəti ayrılır.
1. Mütəhəssirlik (emosional həssaslıq səviyyəsi). Məs: kiminsə halına yanmaq, ürəyi ağrımaq mütəhəssirliyin yüksək səviyyəsidir, halına yanmaqda mütəhəssirliyin səviyyəsidir, o da amma aşağı səviyyədir.
2. İmpulsivlik-emosional münasibətlərin kifayət qədər ölçülüb biçilməməsi. İmpulsivlik dedikdə emosiyaların hansı sürətlə insana təhrikedici qüvvə kimi təsir etməsi başa düşülür.
3. Emosional labillik-dedikdə müvafiq emosional vəziyyətin kəsilməsi və ya bir təsüratın başqası ilə əvəz olunması başa düşülür. Beləliklə temperamentin əsas xassələri dedikdə ümumi aktivlik, emosionallıq, hərəki aktivlik nəzərdə tutulur.
Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haqqında geniş yayılmış, bütün dünya miqyasında qəbul edilən üçüncü nəzəriyyə sinir sistemi nəzəriyyəsidir. Akademik İ.P. Pavlov tərəfindən irəli sürülmüş bu nəzəriyyə ali sinir fəaliyyəti (ASF) sahəsində ən əsaslı kəşflərdən biri olmuşdur. İ.P. Pavlov bu yolla temperamentin fizioloji əsasları haqqında təlim yarada bilmişdir. Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, temperamentin tipləri sinir sisteminin tiplərinə əsasən formalaşır. Başqa sözlə sinir sistemi tipləri temperament tiplərinin fizioloji əsasını təşkil edir. Sinir sisteminin bu tipləri anadan gəlmə xarakter daşıyır. Ona görə də İ.P.Pavlov bu tipləri genotiplər adlandırmışdır.
Ali sinir sisteminin bu tiplərini müəyyənləşdirmək üçün akademik İ.P.Pavlov əsas sinir prosesləri olan oyanma və ləngimənin üç xassəsini əsas götürmüşdür: 1) oyanma və ləngimənin qüvvəsi; 2) oyanma və ləngimənin müvazinət dərəcəsi; 3) oyanma və ləngimənin mütəhərrikliyi.
Sinir sisteminin xassələri bir-biri ilə qarşılıqlı əlaqədədir. Onlar bir-biri ilə özünəməxsus surətdə uzlaşır və sinir sistemi tipini (və ya ali sinir fəaliyyəti tipini) müəyyən edir. Bir cəhətə diqqət edin: biz indiyə qədər temperament tipindən danışırdıq. İndi isə sinir sistemi tipi terminindən istifadə edirik. Onlar müxtəlif anlayışlardır: sinir sistemi tipi fizioloji, temperament tipi psixoloji anlayışdır.
Sinir sistemi tipi terminini akademik İ. P. Pavlov təklif etmişdir. Hal- hazırda fiziologiyada və psixologiyada geniş istifadə edilən terminin evristik əhəmiyyəti böyükdür. Temperament tipi sinir sistemi tipi əsasında formalaşır, başqa sözlə, sinir sistemi tipi temperamentitemperamentin fizioloji əsasını təşkil edir.
İtlər üzərində apardığı uzunmüddətli tədqiqatlar əsasında akademik İ.P.Pavlov ali sinir fəaliyyəti tiplərinin təsnifatını vermişdir. O, oyanma və ləngimənin qüvvəsi xassəsinə görə itləri güvvətli və zəif olmaqla iki yerə ayırmış və burada zəif sinir fəaliyyəti tipinin ayrıldığını qeyd etmişdir. Oyanma və ləngimənin ikinci xassəsi olan müvazinət dərəcəsinə görə qüvvətli xassəyə malik olan heyvanların da iki yerə ayrıldığını göstərmişdir: cəld (diribaş) və asta tip. Nəticədə ali sinir fəaliyyətinin heyvanlar və insanlar üçün eyni olan aşağıdakı tiplərinin olduğu aşkara çıxarılmışdır: 1) zəif; 2) hövsələsiz ; 3) diribaş (cəld); 4) sakit.
Akademik İ.P.Pavlov belə bir qənaətə gəlmişdir ki, qüvvətli, müvazinətsiz xassəyə malik olan hövsələsiz coşqun sinir sistemi tipi xolerik temperament tipinin; qüvvətli, müvazinətli; mütəhərrik xassəyə malik olan diribaş (zirək) sinir sistemi tipi sanqvinik temperament tipinin; qüvvətli, müvazinətli, asta xassəyə malik olan sakit sinir sistemi tipi fleqmatik temperament tipinin fizioloji əsasını təşkil edir.
Qarşıya bir sıra suallar çıxır: sinir sistemi tipləri, deməli, həm də temperamentitemperamentin tipləri ancaq 4 tipdən ibarətdir? Bəlkə elmə məlum olmayan başqa tiplər də mövcuddur?
İ. P. Pavlov belə hesab edirdi ki, sinir sisteminin üç xassəsi əsasında 24 tip müəyyənləşdirilə bilər. O bu cəhəti nəzərə alaraq müəyyən etdiyi 4 tipi ali sinir fəaliyyətinin əsas tipləri adlandırmışdır.
İ. P. Pavlovun laboratoriyasinda ali sinir fəaliyyəti tipləri sahəsindəki tədqiqatlar itlər üzərində aparılırdı. Onun bəzi əməkdaşları həmin tədqiqatların nəticələrini eyni ilə insanlara aid etməyə çalışsalarda, bu təşəbbüslər hələ insanın ali sinir fəaliyyəti haqqında əsaslı təlim yaratmaq imkanı vermirdi.
1950-ci illərin əvvəllərində böyük əhəmiyyət kəsb edən bu məsələləri sovet psixoloqları (В. M. TeplovV. D. Nebilitsin və onların əməkdaşları) öyrənməyə başladılar.
В. M. Teplov və V. D. Nebilitsin, birinci növbədə, əsaslı tədqiqat metodikası işlədilər, müvafiq xassələrin fizioloji mənasını aydınlaşdırmaq məqsədilə riyazi, məsələn, faktor təhlili metodlarından istifadə etdilər. Onlar sinir sisteminin məlum xassələrini öyrənməklə yanaşı dinamiklik (beyin qabığında müvəqqəti rabitələrin yaranma sürətini və yüngüllüyünü ifadə edir) və labilik (oyanma və ləngimə prosesinin əmələgəlmə və kəsilmə sürətini səciyyələndirir) kimi yeni xassələr müəyyən edirlər.
В. M. Teplov, V. D. Nebilitsin məktəbinin tədqiqatları göstərdi ki, qüvvə, dinamiklik, mütəhərriklik və labillik sinir sisteminin əsas xassələridir. Müvazinət dərəcəsi isə əsas xassə deyildir; o, əsas (qüvvə, dinamiklik, mütəhərriklik və labillik) xassələri oyanma və ləngimə proseslərinin nisbətinə görə səciyyələndirir. Bu baxımdan əsas xassələri xarakterizə edərkən üç göstəricini nəzərə almaq lazımdır:
a. Müvafiq xassənin oyanmaya görə indeksi;
b. Onun ləngiməyə görə indeksi;
c. Müvafiq xassə üzrə sinir proseslərinin balansını xarakterizə edən törəmə indeksi.

Beləliklə də, sinir sisteminin əsas xassələrini (qüvvə, dinamiklik, mütəhərriklik və labilliyi) qeyd olunan üç indeksə görə xarakterizə edəndə 12 tip alınır. Temperament tipi sinir sistemi ilə şərtlənir. Bu eksperimental surətdə sübut edilmiş qanunauyğunluqdur. Lakin, bununla yanaşı olaraq eksperimental tədqiqatlar göstərir ki, sinir sistemi tipi ilə temperament tipinin əlaqəsi xətti (mexaniki) xarakter daşımır. Bir tərəfdən, temperamentin müəyyən bir xassəsinin sinir sisteminin bir neçə xassəsindən, digər tərəfdən isə temperamentin bir neçə müxtəlif xassəsinin sinir sisteminin bir xassəsindən asılı olduğunu göstörən müxtəlif faktlar müəyyən edilmişdir. Buna görə də insanı xarakterizə etmək üçün ali sinir fəaliyyəti tipinin xassələrini öyrənmək hələ kifayət deyildir, həm də psixoloji tədqiqatlar aparmaq və temperamentin xassələrini tədqiq etmək lazımdır.





Yüklə 134 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə