1 QİYMƏTLƏNDİRM



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə110/147
tarix14.09.2018
ölçüsü2,38 Mb.
#68569
1   ...   106   107   108   109   110   111   112   113   ...   147

324 

 

ödənişlər çıxıldıqdan sonra qalan hissəsidir. 

Vergilər  ödənildikdən  sonra  pul  axını  (ATCF-after-tax  cash  flow)-

vergilər  ödənilənədək  pul  axınının  daşınmaz  əmlak  sahibinin  gəlir  vergisini 

ödədikdən sonra qalan hissəsidir. 

 

11.3. Pul axınlarının hesablanması üçün  



mürəkkəb faizin standart funksiyaları 

 

Daşınmaz  əmlakın  qiymətləndirilməsi  üşün  aparılan  hesablamalarda 

mürəkkəb  faizlərdən  geniş  istifadə olunur  və  bu  məqsədlə  xüsusi  hesablama 

cədvəlləri işlənib hazırlanmışdır. Bu cədvəllər 6 sütundan ibarətdir və onların 

hər  birində  pul  vahidinin  6  funksiyası  əsasında  hesablanmış  əmsallar 

göstərilir. 

Bu cədvəllərdən  istifadə olunduqda, dəyərin yaxud ödənişlərin məlum 

olan kəmiyyəti pulun 6 funksiyası əsasında hesablanmış müvafiq əmsala hasil 

edilir. 

Qiymətləndirmə nəzəriyyəsində mürəkkəb faizin aşağıdakı 

6 funksiyası fərqləndirilir: 

- pul vahidinin gələcək dəyəri (amount of 1 at compound interest)     (I  

sütun); 

- dövr ərzində pul vahidinin toplanması  (accumulation of 1 per period)   

(II sütun); 

- bərpa fondunun amili (sinking fund factor)  (III sütun); 

- pul vahidinin cari dəyəri (present value reversion of 1) (IV sütun); 

-  annuitetin  cari  dəyəri  (present  value  ordinary  annuity  1  per  period)   

(V sütun); 

-  pul  vahidinin  amortizasiyası  üçün  haqq  (installment  to  amortize  1)  

(VI sütun). 

 

 

 

 

 

 



 

 

 

 

 n 

 

1. Pul vahidinin gələcək dəyəri (S). 



nvestisiyalar  üzrə  gəlirlik  dərəcələri  müəyyənləşdirilərkən    mürəkkə

faiz  effektini,  yəni  əsas  məbləğə  daxil  edilmiş  faiz  üzrə  əlavə  faizlərin 

hesablanması  nəzərə  alınmalıdır.  Bunun  üçün  xüsusi  cədvəlin  1-ci 

sütunundakı müvafiq əmsaldan istifadə olunur. Bu əmsal  aşağıdakı düsturla 

hesablanır: 

                      

   n              n 

S =  ( 1 + i ) 

 

Burada: 

   n 

S  - depozitə qoyulmuş 1 şərti vahidin n dövrdən sonrakı məbləği; 

           1 - şərti vahid; 


325 

 

           i - faiz dərəcəsi; 

           n - dövrlərin sayıdır. 

 

Məsələn, ildə 9 % ödənilməşərtilə 7 il müddətinə deponentə qoyulmuş 

3200  şərti  vahidin  bu  müddət  başa  çatdıqdan  sonrakı  dəyərini 

əyyənləşdirmək üçün bu məbləğ həmin dövrdə 1 şərti vahidin dəyişməsini 

ifadə edən müvafiq əmsala - 1,828039 – hasil olunmalıdır. Nəticədə, 3200 şərti 

vahidin 7 ildən sonrakı dəyərinin 5849,7 (3200 kv.m x 1,828039) şərti vahidə 

bərabər olacağını hesablaya bilərik.      

 

2.  Dövr  ərzində  pul  vahidinin  toplanması  (Sn)  (II  sütun) 

deponentləşdirilmiş  bərabər  məbləğli  ödənişlər  (annuitet)  seriyasının    baş

çatmış  dövrün  sonundakı  dəyərini  müəyyənləşdirməyə  imkan  verir. 

Annuitetin gələcək dəyəri əmsalı (Sn) aşağıdakı düstur əsasında hesablanır:                                    

                       

                                                n                            n 

S  –  1          (1 + i ) - 1 

Sn = ------------  =  ----------------- 

i                     i 

Burada: 

S n - depozitin məbləği; 

            n - dövrlərin sayı; 

            i - faiz dərəcəsidir. 

Məsələn,  ildə  11%  hesablanmaqla  8  il  müddətində  510  şərti  vahid  

məbləğində  bərabər  ödənişlər  şəklində  daxil  olan  pul  gəlirləri  axınının  bu 

dövrün  sonundakı  gələcək  dəyərini  hesablamaq  üçün  göstərilən  məbləğ 

müvafiq əmsala hasil olunmalıdır. Yəni, 510 ş.v.  x  11,859434  (11%, 8 il) = 

6048,3 şərti vahid. 

3.  Bərpa  fondunun  amili  əmsalı  (SFF)  müəyyən  müddətdən  sonra 

proqnozlaşdırılan  məbləğin  toplanılması  üçün  hər  dövrün  sonunda 

deponentləşdirilməsi  tələb  olunan  məbləği ifadə  edir.  Bu  əmsal  dövr  ərzində 

pul vahidinin toplanması əmsalının tərsidir və aşağıdakı düsturla hesablanir:               

                   

 

 

      1              i                     i 

                       SFF= ------  =  ---------    =   --------------  

                                                  n                         n  

                                   S n             S   -  1          (1+i )  -  1 

Burada:  

Sn - depozitin məbləği; 

            n - dövrlərin sayı; 

            i - faiz dərəcəsidir 

 

Məsələn, vəsaitlərini ildə 6% ödənilməsi şərtilə 9 il müddətinə depozitə 

qoyan  investor  dövr  başa  çatdıqdan  sonra  hesabında  12600  şərti  vahidin 

toplanılmasını istəyirsə, onun hesaba bərabər pul köçürmələrinin məbləği nə 

qədər olmalıdır? Bunun üçün cədvəlin 3-cü  sütunundakı müvafiq əmsal he-


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə