1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə31/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   27   28   29   30   31   32   33   34   ...   256

 

70

tutduğu azadlıq,təhlükəsizlik,və ədalət zonasını qurmaq üçün zəruri yollar tapmaq 



lazımdır. 

Azadlıq zonası təkcə insanların azad yerdəyişməsini təmin etmək yox, həm də 

köklü hüquqlarını  təmin etmək və ayrımçılığın bütün formalarına qarşı mübarizə 

aparmaqdır. Eynilə, özəl həyata hörmət və şəxsi məlumatların qorunması da təmi-

nat altına alınmalıdır. 



Təhlükəsizlik zonasına  cinayətə qarşı, xüsusilə  də terrorçuluğa qarşı mübarizə, 

insan alveri, uşaqlara qarşı cinayət, narkotik və silah qaçaqmalçılığı,korrupsiya və 

dələduzluğa qarşı mübarizə daxildir. Cinayətə və Narkotikə qarşı Xüsusi Əməliy-

yat yerinə yetirilir. Europol, üzv ölkələri arasında artan əməkdaşlığa yardım edən 

mühüm orqan kimi,xüsusilə də əməliyyat səviyyəsində, mərkəzi rol oynayır  

Ədalət zonası Avropa vətəndaşları üçün ədalətə bərabər çıxış təminatı verir və 

məhkəmə orqanları arasında  əməkdaşlığı  təşviq edir. Mülki məsələlərdə,Avropa 

vətəndaşlarını əhatə edən mühiti sadələşdirmək istəyir. Kriminal məsələlərdə cina-

yət axtarışı əməkdaşlığını gücləndirir,kriminal aktlar,prosedurlar və cərimələr üçün 

minimum ümumi qaydalar müəyyən edərək ümumi ədalət düşüncəsi yaradır. Sər-

həd boyu mübahisələrin spesifik halına da  böyük diqqət yetirilir. Şenqen İcra Kon-

vensiyası Vahid Bazar-ı yaratdı və onu “daxili sərhədləri olmayan və Müqavilənin 

maddələrinə uyğun olaraq malların, insanların, xidmətlərin və pulun sərbəst yerdə-

yişməsi təmin edilir” kimi müəyyən edti. Və o,vahid xarici sərhəd  də yaratdı  və 

Şenqen ölkələrinə immiqrasiya vahid qaydalar toplusu ilə həyata keçirilir. Böyük 

Britaniya və  İrlandiyadan fərqli olaraq, AB-nin bütün üzvləri  Şengen Sazişlərinə 

Daxilolma Protokolları imzalamışlar

36

  və AB üzvü olmayan Norveç və  İslandiya 



əməkdaşlıq sazişləri imzalamışlar. 

Azadlıq,təhlükəsizlik və ədalət  konsepsiyaları ilə məşğul olmaq üçün AB Fəa-

liyyət Planı

37

 qəbul edildi və sonrakı addımlarla bağlı yanaşmalar müəyyən edildi.  



Prioritet məqsədləri müəyyən etməklə bu konsepsiyalar praktiki məna daşıdı və AB 

fəaliyyətlərini inkişaf etdirmək üçün uyğun olaraq Avropa Ədalət Məhkəməsi və 

Avropa Parlamenti tərəfindən ciddi məhkəmə  və demokratik nəzarəti təmin edən 

razılaşdırılmış  çərçivə ilə  təmin etdi. Nəzərə alınan kriteriyalar aşağıdakılar idi: 

Amsterdam müqaviləsi ilə müəyyən edilən istiqamətlər; həmrəylik, operativ effek-

tivlik, müqavillə tərəfindən qoyulan məhdudiyyətlər:üzv ölkələr öz daxili təhlükə-

sizlikləri üçün yeganə məsuliyyət daşıyırlar; zaman və  mümkün olan resurslara re-

al yanaşma. Başqa müxtəlif səbəblər üzündən AB birləşdirici həllər tapmalıdır: sı-

                                                            

36

 İndiki zamanda Şenqen Zonası 25 ölkədən ibarətdir və onların 23 –ü AB ölkələridir və 2-



i AB üzvü olmayan ölkədir: İslandiya və Norveç. 

37

 Azadlıq, təhlükəsizlik və  ədalət zonası yaratmaq üçün Amsterdam Müqaviləsini 



maddələrini necə yaxşı həyata keçirmək üçün 3 Dekabr  1998 Şura və Komissiya Fəaliyyət 

Planı.Official journal C19,23,23.01.1999  




 

71

ğınacaq və immiqrasiya, mülki və cinayət məsələlərində hüquqi əməkdaşlıq; Euro-



polun əməliyyat imkanlarının artırılması; bir üzv ölkənin hüquq mühavizə orqanla-

rının digər ölkəyə müdaxiləsi;üzv ölkələrin hakimiyyətləri arasında qarşılıqlı yar-

dım, qərarların qarşılıqlı tanınması və hökmlərin icra edilməsi və üzv ölkələr ara-

sında extradisiyanın təmin olunması; çirkli pulların dövriyyəsinə qarşı fəaliyyətlə-

rin gücləndirilməsi;cinayət hüququnun ahəngləşdirilməsi. 

Bütün bu zaman ərzində, debatların daimi mövzusu o olmuşdur ki, daxili sər-

hədlərdə nəzarətin aradan qaldırılması xarici sərhədlərdə onun gücləndirilməsi ilə 

kompensasiya edilmədir. İnsanların Şenqenland deyilən ərazidə təhlükəsizlik prob-

lemləri yaradarq sərbəst hərəkət etmələrinin qarşısını almaq üçün, filtr funksiyaları-

nı aradan qaldırmaq üçün sərhəd nəzarəti tərəfindən irəli sürülən bir neçə kompen-

sasiya tədbirləri razılaşdırılmalıdır. 

AB-nin genişlənməsi üçün xarici sərhədlərin nəzarəti önəmlidir, təkcə ona görə 

yox ki, AB-nin xarici sərhədlərinin əlaqəli və effektiv olaraq ümumi idarə edilməsi  

AB ölkələrinin və onun vətəndaşlarının daxili təhlükəsizliyi üçün lazımdır, həm də 

ona görə ki, bu terrorçuluğa və mütəşəkkil cinayətə qarşı mübarizədə və xüsusilə 

də qeyri-qanuni immiqrasiya şəbəkələrinə  və insan alverinə qarşı mübarizədə va-

cibdir. 

Şenqen acquis

38

  üzərində qurulmuş bütün qanuni sənədlər və operativ təcrübə, 



Amsterdam Müqaviləsi və ona aid Protokol ilə AB-nin institutlaşmış  çərçivəsinə 

inteqrasiya olunmuşdur. Şenqen acquis aktlar və görülən tədbirlərdən təşkil olunur. 

AB ərazisində insanlarım sərbəst yerdəyişməsini kompensasiya etmək üçün atılmış 

əsas addımlar aşağıdakılardır:ümumi sərhədlərdə yoxlamların  aradan qaldırılması 

və onun xarici sərhədlərdə ciddi nəzarətlə  əvəz edilməsi

39

; hava limanlarında və 



portlarda Şenqen zonası daxilində səyahət edənlərin, Şenqen üzvü olmayan ölkələr-

dən gələn və ya o ölkələrə  səyahət edən yolçulardan ayrılması;xarici sərhədləri 

keçməyi tənzimləyən qaydaların ümumi adı, giriş şərtlərini və qısa müddətli vizala-

rı ahəngləşdirən qaydalar; sərhəd müşahidələrini  aparan idarələr arasında koordi-

nasiya( əlaqə adamları, təlimatların ahəngləşdirilməsi və işçilərin təlimi); qanunsuz 

immiqrasiyaya qarşı mübarizədə nəqliyyat vasitələrinin rolunun müəyyən edilməsi; 

bir ölkədən başqa ölkəyə səfər edən AB üzvü olmayan bütün ölkələrin vətəndaşları 

                                                            

38

 “Şenqen acquis və onun Birliyə inteqrasiyası”,  



http://europa.eu.int/scadplus/ leg/en/lvb/133020.htm  

39

 Hüdud  və ya sərhəd nəzarəti və ya hüdud və  sərhəd yoxlamaları arasında fərq vardır. 



Hüdud nəzarəti sistemlidir və ölkəyə kim daxil olursa,o immiqrasiya nəzarəti xidmətindən 

keçməlidir. Hüdud yoxlamaları qeyri-müntəzəm olur və gömrük və polis məqsədləri üçün 

edilir (məsələn, anti-terror tədbirləri). Bir çox Şenqen ölkələri, məsələn, Fransada 20 km-lik 

ərazidə mobil patrullar qanunsuz fəaliyyətdə  şübhələndikləri fərdləri və maşınları saxlayır. 

Lakin,sərhəddə sistemli statik nəzarət yoxdur. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə