62
rətə ala bilmədikləri zaman ordu qüvvələrinə son mümkün variant kimi baxıla bi-
lər- milli dovlətin son güc vasitəsi kimi.
Qərb və əsasən də Amerka ənənəsi, ordunun daxili işlərə qarışmasını ümumiy-
yətlə istisna edir.Hətta ABŞ Milli Qvardiyası daxili səhnədə sadəcə dəstək və ya
ehtiyat qüvvə kimi istifadə olunur. Lakin həmişə olduğu kimi istisnalar da vardır.
Bir çox ölkələr milli hərbi polis qüvvələri saxlayır. Məsələn, Fransa höküməti
Fransa Mili Polisinin səlahiyyət dairəsindən kənarda olan kəndlərdə və qəsəbələrdə
cinayət axtarışı və polis xidməti kimi Gendarmerie Nationale
29
( Milli Jandarma)
qüvvələri saxlayır. Başqa missiyalara cinayət axtarışı,ictimai nəzarət, aeroport və
hərbi obyektlıərin qorunması da daxildir. İnzibati baxımdan,silahlı qüvvələrin his-
səsi kimi Müdafiə Nazirliyinin rəhbərliyi altındadır, lakin Fransa daxilində missi-
yaları zamanı əməliyyat baxımından Daxili İşlər Nazirliyinin tabe olur. İtaliyadakı
Carabinieri
30
- polis funksiyası daşıyan jandarma növündə olan hərbi birliklərdir,
onlar ərazi bölgüsü üzərində qurulmuş və həmçinin, İtaliya hərbi polisi kimi xidmət
edirlər. Hətta son illər ərzində AB-i də böhranı idarəetmə əməliyyatları üçün hərbi
polis qüvvələri olan Avropanın beş ölkəsindən Fransa, İtaliya, Hollandiya, Portuqa-
liya və İspaniyadan ibarət Avropa Jandarma Qüvvələri
31
(European Gendarmerie
Force) yaratmışdır. Xüsusilə də bu qüvvələr vətəndaş qarışıqlığının qarşısımı al-
maq və nəzarət etmək məsələləri üzrə təlim keçmiş və hamısı iğtişaşa nəzarət və ic-
timai asayişin bərpası üzrə təcrübə qazanmış və beləliklə,onlar tez bir zaman ər-
zində təhlükəsizliyi və qanun aliliyini bərpa etmək üçün hüquq mühavizə əməliy-
yatlarına təsirli şəkildə qoşula bilərlər.
Başqa ölkələrin silahlı qüvvələri mülki hakimiyətin ciddi daxili təhlükəsizlik
qorxularını aradan qaıdımaq üçün resursları yetmədikdə, köməkçi qüvvə kimi icti-
mai qayda xidməti yeridilir.Onların vətəndaş qarışıqlığı hallarında iştirakının prin-
sipləri və prioritetləri aşağıdakılardır: (1) silahlı qüvvələr heç olmasa yardımçı mə-
sələlərdə polis qüvvələrinin işini azaldır, məsələn, yol polisi funksiyaları yerinə ye-
tirməkdə,mərkəzi hökümət təsisatlarını, hökümət binalarını,dəmiryol və metro
stansiyalarını qorumaqda və ya yolların bağlanması və postlar qoyulmasında-bütün
bunların hamısı əsas nümayiş və iğtişaş nərkəzlərindən kənarda baş verir. (2) Əgər
polis resursları tükənərsə, o zaman hərbi qüvvələr ictimai təhlükəsizliyi qorumaq
məsuliyyətini birbaşa boyunlarına götürürlər və bu da prioritet əsasında, yalnız pe-
şəkar hərbi polis və ya təhlükəsizlik birlikləri ilə edilir. (3) istisna olaraq, səciyyəvi,
ciddi fövqaladə vəziyyəti nəzərə alaraq əlavə birliklər ictimai qayda xidməti –nə
göndərilir. Bu missiya üçün onlar tam olaraq təlim keçməli və fiziki və psixoloji
olaraq hazır olmalıdırlar.Bu cür hallarda, yeni yığılmış və çağırışçı qüvvələrin isti-
29
http://www.defense.gouv.fr/sites/gendarmerie/decouverte/organisation/
30
http://www.carabinieri.it/Multilingua/ENG_p15-17_International_Police_Cooperation.htm
31
http://www.assembly-weu.org/en/documents/sessions_ordinaires/rpt/2004/1882.html
63
fadəsindən və müdaxiləsindən qaçınmalıdır. Lakin,istisna edilmir ki, silahlı qüvvə-
lərin öldürücü silahlarla, su vuran avadanlıqla, iğtişaşa qarşı, nəzarət-buraxılış və
digər mühəndis istehkam materialları ilə silahlanmış bir çox xüsusi birlikləri poli-
sin rəhbərliyi altında iğtişaşların mərkəzi hissəsində və ya zorakı nümayişlərin baş
verdiyi yerlərdə polisə cərrahi müdaxilədə kömək edə bilərlər. Lakin, əgər ciddi sa-
botaj hərəkətləri yayılırsa, silahlı qüvvələrin xüsusi qüvvələri bu sabotajların qarşı-
sını almağa və ya qadağan etməyə cəlb oluna bilər. Digər tərəfdən, bu cür müdaxi-
lələr başqa hökümət müüdaxilələri kimi həm qanuni və həm də legitim olmalıdır.
Ümumiyyətlə, ənənəvi silahlı qüvvələr ictimai qayda xidməti xaricində vətəndaş
qarışıqlığı vəziyyətlərinə çox asanlıqla müdaxilə edə bilərlər: hökümətin,idarələrin və
mühüm infrastrukturun əsas funksiyalarının bərpa edilməsi; sərhəd xidmətinin güclən-
dirilməsi; infrastruktur,ictimai nəqliyyat,rabitə, və ya yol hərəkəti pozularsa hərbi ava-
danlıq vasitəsilə əlavə yardım və kömək təmin edilməsi; həyati vacib tələbatlardan
məhrum olmuş və ya bu tələbatları əldə etmək üçün əlaqəsi kəsilmiş və birbaşa vətən-
daş qarışıqlığına qoşulmayan vətəndaşlar və icmalar üçün ilkin yardımın verilməsinə
kömək edilməsi,tibbi yardım, yemək və su ilə təmin edilməsi; və ya iğtişaşlar və ya sa-
botaj zamanı dəymiş zərərin aradan qaldırılması və zərər çəkmiş hökümətin qorunması
və qarətin qarşısının alınması üçün dövlət və özəl mülkiyyətin qorunması.
Fövqaladə Vəziyyət
Fövqaladə vəziyyət hökümətin müəyyən adi funksiyalarını durdura bilən və hö-
kümət tərəfindən elan olunan haldır. Bu hal, vətəndaşlara özlərinin adı davranışları-
nı dəyişməyə xəbərdarlıq edir və ya hökümət idarələrinə fövqaladə hazırlıq planla-
rını yerinə yetirməyə göstəriş verir. Bu həm də, vətəndaş azadlıqlarının məhdudlaş-
dırılması üçün əsas səbəb kimi istifadə oluna bilər. Bu cür vəziyyət adətən geniş
miqysada təbii fəlakətlər baş verdikdə, viruslu xəstəliklərin kütləvi baş verdiyi və
yayıldığı yerlərdə,terror hücumları, maliyyə və iqtisadi böhranlar zamanı, geniş
miqyaslı vətəndaş toqquşmaları olduğu dövrdə və ya üsyan və ya müharibə elan
edildiyi zamanlarda- yəni: ölkənin mövcudluğu və əhalinin həyatı təhlükə altında
qaldığı qeyri-adi hallarda elan edilir.
Fövqaladə vəziyyət elan etmək səlahiyyəti hökümətin ən əsas səlahiyyətidir və
hər hansı ölkədə və ya ərazidə fövqaladə vəziyyətin kimin qərarı ilə elan edilməsi-
nin bilinməsi real hakimiyyətin kimin əlində olması haqqında çox şey deyir. De-
mokratik ölkələrdə az rast gəlinməsinə baxmayaraq , diktator rejimlər tez-tez föv-
qaladə vəziyyət elan edir və qeyri müəyyən müddətdə,rejimin ömrü boyu davam
edir. Bu vəziyyətlərə isnad edilən başqa terminlər istisna vəziyyəti və ya mühasirə
vəziyyəti adlanır. Başqa hallarda hərbi vəziyyət də elan olunur və bu zaman ordu
daha çox səlahiyyət alır.