56
ğınacaq və immiqrasiya sistemlərini təkmilləşdirmişdir; Avropa həbs orderinin ge-
niş coğrafiyada tətbiqini təsis etmişdir; Avropa üzrə
hava nəqliyyatı təhlükəsizliyi,
həmçinin, fövqaladə hazırlıq təkmilləşdirilmişdir; terrorçuların maliyyələşdirilmə-
sinin mənbələrini kəsmək üçün və çirkli pulların dövriyyəsinə qarşı səmərəli müba-
rizə üçün maliyyə və iqtisadi siyasət üzrə addımlar atmışdır. Bu səylər, sadəcə ayrı-
ayrı ölkələrdə həyata kecirilməli deyil, onlar çoxtərəfli səviyyədə koordinasiya
edilməli və sinxron şəkildə həyata keçirilməlidir. Regional əməkdaşlıq proseslərin-
də və informasiya mübadiləsində iştirak edən faktiki olaraq bütün ölkələr koordina-
siya problemlərinin mövcud olduğunu boyunlarına alırlar. Və çoxları bu problem-
lər həll olunmadıqda ortaya çıxan ilk çətinliklərlə üzləşmişlər. Çoxları da son illər
ərzində mühüm təcrübələr qazandılar və idarələr -arası koordinasiya və hesabatlılı-
ğı təkmilləşdirmək üçün yeni metodlar hazırladılar. Beləliklə sonda dövlətlər bu
öyrəndikləri təcrübələri həyata keçirməyə yönəldilər və idarələr-arası proseslərin
rəsmi hissəsi kimi daha da birləşmiş planlaşdırmalar hazırladılar.
Demokratik polis idealı
27
aşağıdakı təşkilatı vasitələrlə dəstəklənə bilər: istintaq
edən,həbs edən,mühakimə edən və cəza verənlər arasında aydın əmək bölgüsü; sə-
lahiyyətləri məhdudlaşdıran və nəzarət jurnalı yaratmağa çalışan hərbi-xarakterli
bürokratik struktur; vahid monolit idarə yox, yarışan polis idarələrinin yaradılması;
polis davranışını müşahidə edən və daxildə yüksək səviyyədə müəyyən yoxlamala-
ra izn verən kənar idarələr; adi polis hər an tanına bilir, bir tərəfdən xidməti forma-
da adı və vəsiqə nömrəsi ilə və aydın işarələnmiş maşınları və digər tərəfdən isə
şəxsiyyəti gizli qalan və yaxşı qorunan xüsusi gizli polis; təyinatlarda daha çox də-
yişimlər; ən azı cəmiyyətin orta səviyyəsində maaş və iş şəraiti və kazarmalarda
yox, xidmət etdikləri icmada yaşayış.
Bu səylər o inanca gətirir ki, əgər səlahiyyətlər sıxılsa azadlıqlar çox ehtimalla
qorunacaqdır: yəni əgər yarışan idarələr bir –birini izləyirlərsə; əgər adi polisin
kimlikləri və fəaliyyətləri görünürsə: xüsusi polisin fəaliyyəti parlament qarşısında
məsuldursa, və əgər gizli polis əməliyyatlarında iştirak edənlərin kimlikləri yaxşı
qorunursa.
Kəşfiyyat və Təhlükəsizlik İdarələri
Yeni Təhlükəsizlik Birliyinin həlledici elementləri olaraq, kəşfiyyat, əks-kəşfiy-
yat və xüsusiləşmiş təhlükəsizlik və hüquq mühavizə xidmətləri xüsusi problemlər-
lə üzləşirlər. Transnasional təhlükələrin heç biri durğunluq dövründə deyil. Xüsusi-
lə də, beynəlxalq terrorçu və cinayətgar qruplar dövlətlərdən daha tez vəziyyəti öy-
27
Marx, Gary T., Police and Democracy, in Amir, M. & Einstein, S. (eds.), Policing,
Security and Democracy: Theory and Practice, at:
http://www.mit.edu/gtmarx/www/dempol.html
57
rənib ona özlərini uyğunlaşdırırlar. Beləliklə,kəşfiyyat və təhlükəsizlik idarələrinin
artıq onlarla eyni addımlamaları kifayət deyil: ona görə də onlar öncədən hiss et-
məli və önə çıxmalıdırlar. Sürət və cəldlik terrorçuluğa qarşı mübarizədə həlledici-
dir və eləcə də ölkəyə qarşı yönəlmiş digər təhdidlərlə bağlı da çox vacibdir. Ancaq
kəşfiyyat nə qədər uğurla önümüzdəki təhdidləri hiss etsə də onların hamısını ayırd
edə bilməz. Beləliklə, kəşfiyyat və təhlükəsizlik idarələri öz təşkilatlarını dəyişik-
liklərə daha asan və sürətlə uyğunlaşdırmaq üçün bacarıqlara və nəticədə daimi
transformasiyaya malik olmalıdırlar. Bundan ötrü dəyişən prioritetlərə cavab ver-
mək üçün resursların,adamların və pulun yerdəyişmələri üçün onlara çeviklik lazım
gələcək. Onlar sadəcə yeni sahələr üzrə təcrübələri olan və yeni profilli adamları
tapıb və inkişaf etdirməklə kifayətlənməməli, məlumatlar lazım olan xarici ölkələr-
də və yeni mühitlərdə oxumalı və işləməlıdirlər. Onlar, həmçinin, özlərini indiki
zamanda yeni məna daşıyan daxili məsələlərlə məşğul olmaq üçün də uyğunlaşdır-
malıdırlar: immiqrasiya; etnik azlıqlar; ekstremizm; ksenofobiya və sosial birlik-bu
problemlər bütün demokratik ölkələrə böyük mənada təsir dərəcəsinə malikdirlər.
Təhlükənin təbiətinin dəyişməsi, kəşfiyyat xidmətləri və onların təhlükəsizlik
xidmətlərində və polis təşkilatındakı tərəfdaşları arasında yaxın əməkdaşlıq tələb
edir. İllər ərzində, lazımi səbəblərdən hakimiyyətin bölünməsi və daxili-xarici
əmək bölgüsü, bu iki orqanın arasında kəşfiyyat məsələləri üstündə çox fərqli mü-
nasibət yaratdı. Nəticədə onların bir yerdə işləməsi üçün, lazımi dərəcədə qarşılıqlı
əlaqə qurmaları üçün çətinliklər yaranır. Bu inamı və ya rəqiblər arasında öz kiçik
“imperiyalarını” qorumaq üçün “nüfuz dairəsi uğrunda mübarizə” yox, daha çox
aşmağı asan olmayan dərin fəlsəfi və mədəni fərqliliklər məsələsidir.Bu məsələ
təkcə milli xidmətlərə və ikitərəfli əməkdaşlığa yox, daha çox dərəcədə beynəlxalq
təşkilatlara və çoxtərəfli təşkilatlara təsir edir.
Kəşfiyyat və məlumat mübadiləsinin təkmilləşdirilməsinin böyük əhəmiyyəti
vurğulanmaya bilməz. Təcili surətdə tələb olunan təkmilləşmə baş tutmazsa, milli
dövlətlər və həmçinin, beynəlxalq təşkilatlar, bir sözlə, meydana gələn yeni təhlü-
kələri aradan qaldırmağa müvəffəq olmayacaqlar.Təkmilləşmə həm ölkədaxili ida-
rələr və təsisatlar arasında və həm də, ölkələr araında baş verməlidir. Bu baxım-
dan,müxtəlif ölkələrdəki fərdlər və idarələr arasında inam şəbəkələri yaradılmalı-
dır,çünki kəşfiyyat və məlumatların gecikmədən paylaşması bilavasitə inam əsasın-
da baş verir. Əgər qarşılıqlı inama əsas yoxdursa, o zaman hökümətlərin məlumat
mübadiləsi haqqında qanunverici sənəd qəbul etməsi də mənasıdır.Hökümətlər da-
ha çox qeyri rəsmi inam yaradan mexanizmlərdən istifadə haqda fikirləşsələr daha
yaxşi olar. Bu modellər NATO-da kəşfiyyat mübadiləsi imkanlarının yaxşılaşdırıl-
ması üçün hazırlanlb və həyata keçirilir.