1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə37/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   33   34   35   36   37   38   39   40   ...   256

 

82

şahidə və  gizli təhqiqatlar geniş mənada bir birindən fərqlənir. Konvensiyanı ratifi-



kasiya edən hər bir üzv ölkə bəyan edə bilər ki, o Konvensiyanın spesifik maddələ-

rini ya tamamilə, ya da bir qismini yerinə yetirməyi boynuna götürmür. Bu cür bə-

yanatlar hər zaman geri çəkilə bilər. Digər tərəfdən,üzv ölkələr ikitərəfli əsasda, hə-

mən sahələrdə o maddələrin miqyasını genişləndirə bilər. 

2004 -cü ilin Sentyabrında, İspaniya və Fransanın ədliyyə nazirləri AB üzv öl-

kələri arasında 2002-ci ildə qəbul edilmiş Birlik Direktivi əsasında ilk Birgə Təhqi-

qat Qruplarını (BTQ) yaratdıqlarını bəyan etdilər.  Saziş AB ölkələri arasında qəbul 

edilmiş mövcud isti təqib razılığından daha da irəliyə getmişdir. Bu saziş güvənlik 

qüvvələrinə cinayətgarlar  Şenqen ölkələrinin açıq sərhədlərini keçdiyi zaman onla-

rı təqib etmək izni verir və bu saziş indiyə qədər AB ölkələri arasında ən uzağa ge-

dən sazişdir  və onların beynəlxalq terrorçuluğa qarşı yeni yollar axtarmalarından 

xəbər verir.BTQ-lər iki və ya daha çox ölkənin maqistratları  və müfəttişlərindən 

ibarət və məhkəmə polisi kimi çıxış edən birliklərdən təşkil olunur və iştirakçı döv-

lətlərin ərazisində axtarışlar aparmaq, istintaq etmək və  məhkəmə  qərarı ilə danı-

şıqlara qulaq asmaq səlahiyyətlərinə malikdir.  

BDQ-nin məqsədi ETA –nin üzvlərini və onların təəssübkeşlərini və başqa terror-

çuları ayırd etmək, tapmaq və saxlamaqdır. Madriddəki Audiencia Nacional və Paris-

dəki anti-Terror Məhkəməsini təmsil edən iki hakim terroru təhqiqat etmək üçün istis-

na səlahiyyətlərə malikdir və onlar 10 İspaniya və 10 Fransız polisindən təşkil olunmuş 

qrupları yönləndirirlər.Hər ölkənin polisləri digərinin ərazisində heç bir məhdudiyyət 

olmadan yerli polislərin malik olduğu səlahiyyət dərəcəsində fəaliyyət göstərirlər. 

İspaniya, həmçinin, eyni BDQ yaradıb İspaniyada fəaliyyət göstərdiyi hesab edilən 

və Fransa və Mərakeşdə qolları olan şübhəli terror maliyyələşmələri şəbəkələrini təhqi-

qat etmək istəyir. Məhkəmələr səlahiyyətləri olduğu məsələlər üzrə BDQ-lər yaratmağı 

başlaya bilər. Başqa halda, əgər sadəcə polis cəlb olunursa, o zaman bu iş ancaq dövlət 

təhlükəsizliyi nazirliyindən asılı olacaq və ya ədliyyə nazirliyi yeni BDQ-lər təsis edə-

cək. Baxmayaraq ki, qruplar insan alveri,narkotik və terrorçuluq üzrə çalışmalıdırlar, 

lakin onların topladığı dəlillər, həmçinin, “başqa cinayət hallarının aşkarlanması,istin-

taq edilməsi və cinayət işi aparılması və ictimai təhlükəsizliyə qarşı birbaşa və ciddi 

təhlükənin qarşısının alınması” üçün də istifadə edilə bilər.  

 

İrəliyə Doğru 

 

Genişlənmiş AB özünün hüdudları  çərçivəsində çalışmalıdır.Daha təhlükəsiz 

sərhədlər qurmaq, qala və ya divar hörmək kimi bir şey deyildir. Bu ancaq AB xa-

rici sərhədlərini qanuni qaydada keçmək üçün ümumi qayda və praktikalardan iba-

rətdir. Beləliklə, şəffaflıq, ictimai məlumatlılıq,xidmətin keyfiyyəti və sürəti və sə-

yahətçilərin konfidensiallığının qorunması üstün prioritet sayılır.Əgər məsələ ümu-




 

83

mi yanaşma vasitəsilə  sərhəd nəzarətini gücləndirməkdirsə, bu genişlənmiş Birlik 



vətəndaşların ehtiyac və qayğılarına daha da diqqətli və əlçatan olmalıdır  

Lakin, bu sektor üzərində demokratik hakimiyyət və nəzarət son dövrə qədər unu-

dulmuşdur. Sərhəd idarəetməsi üzərində demokratik mülki hakimiyyət və nəzarət  əhə-

miyyət daşıyır, çünki, xüsusiləşmiş polis qüvvələri olan sərhəd gözətçilərinin korrupsi-

yaya qoşulma,ayrımçılıq etmə,insan hüquqlarını pozma və  həddən artıq güc işlətmə 

potensialları vardır.  Şenqen  İnformasiya Sisteminin müəyyən aspektlərinin insan hü-

quqları,məlumat bazalarını qorumaq, sərhədlər boyu sərbəst yerdəyişmə və dəvəti ol-

mayan insanların səyahət hüququ məsələləri üzrə mühüm hüquqi çatışmazlıqları var-

dır. Şenqen rejiminə istisna tələbləri ilə dövət çıxış edirsə, o zaman nəzarət, hesabatlılıq 

və şəffaflıq qayğıları ortaya çıxır.Məhkəmə və hüquq sisteminin nəzarəti optimal dərə-

cədə deyildir. Buna görə də sərhəd idarəetməsinin, dövlətin addımlarına əsas yarada bi-

lən və sərhəd gözətçi xidmətinin səlahiyyətlərini müəyyən  edən, özünün xidməti bor-

cunu və məsuliyyətini dövlətə və kənar subyektlərə uyğun quran, yaxşı işləyən hüquqi 

çərçivəyə ehtiyacı var.Əvəzində, sərhəd təhlükəsizliyi hakimiyyətinin funksiyaları  və 

səlahiyyətləri legitimləşəcək və aydınlaşacaq və onların rolunun aydın olmayan tərəflə-

ri müəyyənləşəcəkdir. Digər tərəfdən, bu fəaliyyət sahəsində hüquqi perspektivin varlı-

ğı sərhəd xidmətlərinin daxili nizamnamələrini və beynəlxaq əməkdaşlığını öyrənməyə 

imkan verəcəkdir. Lazımlılığı xarici vasitələrlə də möhkəmlənən, hesabatlılığın daxili 

vasitələri eyni surətdə həyati məna daşıyır. Beləliklə, sərhəd idarəetmə xidmətləri təh-

lükəsizlik sektorunun başqa sahələri kimi ,çoxtərəfli və təsirli nəzarət mexanizmləri,he-

sabatlılıq və şəffaflıq tələb edir. 

 

Müdafiə və Təhlükəsizlik Sahəsində Terrorçuluğa Qarşı Mübarizədə Əmək 



Bölgüsünün Avropa və Amerikada Qəbul Edilən Müxtəlif Yanaşmaları 

 

Ölkədən və ya bölgədən, onun tarixindən,ənənəsindən,təcrübə və siyasətindən asılı 

olaraq müdafiə və təhlükəsizlik sahəsində əmək bölgüsü müxtəlif yanaşmalar doğurur. 

Məsələ ondadır ki, bir çox sahələrdə əmək bölgüsü üçün eyniliklər  və ya ideal yollar 

yoxdur. Bu gün bu, Amerika və Avropanın terrorçuluğa qarşı atdığı müxtəlif addımlar-

da daha çox görünür. Baxmayaraq ki, ola bilər ki, terrorun məhv edilməsində son nəti-

cədə heç bir fərq olmayacaq, lakin onun yolları və vasitələri üzərində olacaqdır. Yollar, 

ABŞ-ın okeandan kənar səhnələrdə tutduğu daha çox  hücum istiqamətidir və həmçi-

nin, daxili təhlükəsizliyi  təmin etmək üçün daha geniş  səylərdir və onun vasitələri 

Avropanın edə biləcəyi hər şeydən daha da yüksəkdə durur. 

Başlanğıc nöqtəsi Avropa və Amerika üçün aşağı- yuxarı eynidir. Terrorçuluğa 

qarşı mübarizə  vətənin  təhlükəsizıliyini   müdafiəsini  və başqa addımları  tələb 

edir.  Təhlükəsizlik  ölkə daxilində terrorçu hücumların qarşısını almaq üçün, onun 

terrora qarşı zəif nöqtələrini azaltmaq üçün, zərəri minimuma endirmək və baş ve-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə