1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə45/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   41   42   43   44   45   46   47   48   ...   256

 

98

təhlükəsizliyini gücləndirmək əsas funksiyasından əlavə daxili təhlükəsizlik tapşı-



rıqları da vardır. Alman Federal Polisinin məşhur GSG 9 biriliyi Almaniyada əsas 

anti-terror birliyidir və onun xüsusiləşmiş dəniz və hava-desant anti terror alt-qrup-

ları da vardır.  Grupo Especial de Operaciones İspaniya Milli Polisinin anti-terror 

birliyidir. 

 

Kəşfiyyat 

 

Amerikanın 21- ci əsrin geniş  təhlükələrindən qorunması, kəşfiyyat qrupların-

dan özlərinin kəşfiyyat imkanlarını  bərpa etməsini,ölkə müdafiəsi üçün mümkün 

təhlükələri aradan qaldırmaqdan ötrü kəşfiyyat toplanmasının yenidən prioritetləş-

dirilməsini və  kəşfiyyat,yoxlama və müşahidə üzrə texniki imkanlara yatırım qo-

yulmasını davam etdirməyi tələb edir. MN-i Milli Təhlükısizlik Strategiyasını, Da-

xili Təhlükəsizlik üzrə Milli Strategiyanı, Milli Müdafiə Strategiyasını, Ölkə Mü-

dafiəsi və Mülki Dəstək Strategiyalarının həyata keçirilməsi üçün, xüsusilə də,təh-

lükələr haqqında maksimum məlumatlılıq əldə etmək üçün əsas hərbi imkanları in-

kişaf etdirməklə,ölkə müdafiəsi və mülki dəstək imkanları təmin edir

77

. Kəşfiyyat 



xidməti,ölkənin daxili təhlükəsizlik ehtiyaclarını təmin etmək üçün öz işini dəyişən 

strateji landşafta və yeni təhlükələrə uyğun surətdə qurur. Milli Kəşfiyyat Direkto-



runun, Milli Anti-Terrorizm Mərkəzinin, Daxili Təhlükəsizlik Nazirliyinin İnforma-

siya Analizi və İnfrastruktur Müdafiəsi Direktorluğunun və MN-ninTerrorizmə qar-

şı Mübarizədə Birgə  Kəşfiyyat Xüsusi Qrupunun yaradılması bu dəyişikliklərin 

göstəriciləridir

78



Qiymətli kəşfiyyat xəbəri daxili təhlükəsizlik missiyası üçün ən mühüm resur-



sdur. Missiya ilə əlaqəli hər hansı kəşfiyyat imkanlarına təmin olunan çıxış və xü-

susi missiyada bütün kəşfiyyat səylərinin koordinasiyası,həll olunmalı onəmli mə-

sələlərdir. Qiymətli kəşfiyyat xəbərinin təmin edilməsi üçün, 11 Sentyabr hadisələ-

rinin Konqres tərəfindən təhqiqatının ictimaiyyətə açıqladığı mövcud maneələrin 

dəf edilməsi, vahid koordinasiyalı səylərin əldə edilməsi, qanun və təlimatlara uy-

ğun yenilikçi səylər tələb edəcək. Bunun tezliklə ABŞ-da nail olunması üçün, yeni 

təyin olunmuş Milli Kəşfiyyat Direktoru simasında,gələcək göstərəcəkdir. Bu 

Avropada daha asandır, ona görə yox ki, Avropa anti-terrorizm səyləri üzrə kəşfiy-

                                                            

77

 4 əsas bacarıq və imkan (1) bacarıqlı  və düşüncəli kəşfiyyat arxitekturası (2)məlumat 



toplama, analiz və potensial təhlükələri başa düşmək(3)aşkarlama,müəyyən etmə,tanıma və 

bütün operativ sahələrdə peyda olan təhlükənin izinə düşmə    və(4)MN-I ilə  və daxili və 

xarici tərəfdaşlarla vəziyyəti paylaşma. 

78

 Strategy for Homeland Defense and Civil Support. Department of Defense, Washington 



D.C., June 2005, pp. 20-24. 

 



 

99

yat paylaşımında geniş təcrübəyə malikdir,cünki Avropada  Amerikadan fərqli ola-



raq koordinasiya ediləcək az sayda kəşfiyyat agentlikləri vardır.Yaxşı nümunə ki-

mi, Fransada mövcud olan kəşfiyyat sistemini göstərmək olar, orada Secrétariat 



Général de la Défense Nationale məhkəmə və icra qollarının səylərini koordinasiya 

edir və daxili təhlükəsizlik məsələlərində idarələr- arası koordinasiya başlanğıc sa-

yılır. 

 

Yekun Müddəalar 



 

Avropa və Amerikada terrorizmə qarşı mübarizənin təşkilindən göründüyü ki-

mi,  əmək bölgüsü üçün mümkün olan müxtəlif yanaşmalar vardır. ABŞ,fəlakətli 

terror təhlükəsi ilə məşğul olmaq üçün öz siyasət və təsisatlarının geniş təhdidlərə 

uyğunlaşmasının çətinliklərini dəf etməyə cəhd edir. Avropa ölkələri son onilliklər 

ərzində fərqli terror halları ilə üzləşmiş və bir sıra cavab tədbirləri və ixtisaslaşmış 

təşkilatlar hazırlamışlar. ABŞ kimi onlar da indi fəlakətli terror aktının baş verməsi 

mümkünlüyü ilə üz-üzədirlər. Onlar da özlərinin siyasət və təsisatlarını,əvvələr baş 

verən terror təhlükələrinə uyğun qurduqları üçün yeni təhlükələrə daha geniş for-

mada uyğunlaşdırmalıdırlar. Avropanın müdafiə və təhlükəsizlik sektoru qüvvələri, 

daxili təhlükəsizlik missiyasında əhəmiyyətli əməliyyat təcrübəsi ehtiyatına malik-

dir. Lakin, Avropa təkcə ölkə müdafiəsi missiyaları üçün yox, həm də ABŞ-ın indi 

xaricdə gördüyü sabitlik, yenidənqurma və sülhməramlı missiyalar üçün də böyük 

faydası ola biləcək yarı-hərbiləşmiş polis qüvvələri təşkilatları qurmuşdur. Avropa 

və Amerikanın hazırladığı institutlaşmış,təşkilati və doktrinalı yanaşmalar terror 

təhlükəsi artdıqca yaxşı  işləyə bilən norma və prosedurların inkişaf etdirilməsi 

üçün əsas yarada bilər. Xüsusilə, daxili təhlükəsizlik  üçün müdafiə və təhlükəsizlik 

sektoru qüvvələrinin  uyğun rollarının getdikcə artan analizləri,vətəni qorumaq və 

müdafiə etmək üçün ən yaxşı təcrübələrin hazırlanmasına gətirər. 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

100


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə