1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə44/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   40   41   42   43   44   45   46   47   ...   256

 

96

da, silahlı qüvvələrin bu cür istifadəsinin populyar olduğu sübut olundu və proble-



min həllində iqtisadi cəhətdən effekli olduğu göründü. Qarma-qarışıqlıq dövründə 

hərbçilərdən istifadə bütövlükdə sual doğurmur. 2002- ci ildə silahlı qüvvələrin 

Almaniyada və Avstriyada selə qarşı gördüyü cavab tədbirləri kimi, Çoxlu Avropa 

ölkələri hətta hərbinin bu cür işlərdə həlledici rol oynayacağını gözləyirlər. Avro-

panın bir fərqi ondadır ki, Avropada aktiv xidmətdə olan qüvvələr bu işlərə qoşu-

lur, Amerikada isə  Milli Qvardiya və ehtiyat qüvvələri cəlb olunurlar. Mülki qarı-

şıqlığa cavab verərkən Avropanın cavabı fərqlidir, ondan dolayı ki, Avropa geniş-

miqyaslı qarışıqlıqlarla az rastlaşmışdır. Mülki qarışıqlıqların çox halları o ölçüdə 

olmuşdur ki,onlar milli və yarı-hərbiləşmiş polis qüvvələrinin idarə etməsi imka-

nında olmuşdur. 



 

Daxili Təhlükəsizlik Missiyaları üçün Qüvvələr 

 

Federal struktur və  mərkəzləşməmiş hüquq mühavizə agentlikləri ilə  fərqlənən 

ABŞ-dan fərqli olaraq,Avopa hökümətlərinin ixtiyarında daxili təhlükəsizlik tapşırıqla-

rını yerinə yetirmək üçün daha çox variantlar vardır. Hərbi qüvvələrdən əlavə, daxili 

təhlükəsiziliyə cavabdeh olan fərqli növ polis qüvvələri vardır. Avropa ölkələri uzun 

müddət özlərinin aktiv xidmətdə və ehtiyatda olan qüvvələrindən daxili təhlükəsizlik 

üçün istifadə etmişlər. Çoxlu sayda Avropa ölkələri hələ də geniş sayda hərbi qruplaş-

maları öz ərazilərində saxlayırlar. Amerika ilə müqayisədə, Avropa ölkələri  əhalinin 

sayına görə daha sıxlıqlı silahlı qüvvələr saxlayırlar. Nəzərə alsaq ki,hələ  də bir çox 

Avropa ölkələri transformasiya mərhələsində ciddi səylər göstərməlidir, bu baxımdan 

kifayət qədər hərbi qüvvələrin hələ də qalması bunu etməyə imkan verir. Bunların ço-

xu, məsələn, yüngül piyada qüvvələri bu tapşırıqlar üçün daha uyğun gəlir; başqaları, 

məsələn zirehli birliklər bir çox missiyalara açıq-aydın az uyğun gəlir, amma, ehtiyac 

olduqda onlardan da bir qayda olaraq istifadə olunur. 

Çox hallarda, Avropa ölkələri  ölkə müdafiəsi və mülki dəstək missiylarını yeri-

nə yetirmək üçün aktiv-xidmətdə olan strukturlarına arxalanırlar. Mühüm  moder-

nizasiya və transformasiya səylərini gözləyən bu qüvvələr əlçatan kimi görünür; əl-

bəttə, bir çox hallarda,bu rollara əl atılanda,bu qədər gücun saxlanması da onunla 

əsaslandırılır. Avropa ölkələrinin çoxu,xarici təhlükənin olmadığına isnad edərək 

özlərinin ehtiyat qüvvələrinin geniş hissəsini tərxis etdiklərinə görə, daimi olaraq, 

bu missiyaların az hissəsi ehtiyat qüvvələrə tapşırılır. Nəticədə, dəhşətli terror hadi-

səsi olduğu zaman qüvvələrin sayının artırılması imkanı olmur. Soyuq Müharibə 

başa çatandan sonra Almaniya ölkə müdafiəsi briqadalarını  tərxis etmişdir. Onlar 

başqa digər ehtiyat və yaraqlı təşkilatlar kimi,ölkə daxili təhlükəsizlik missiyaların-

da, xüsusilə də, ölkə müdafiəsi tapşırıqları üçün və fövqaladə hallarda hərbi dəstək 

kimi əsas qüvvələr ola bilərdi. 




 

97

Amerkadan özəl bir fərq ondadır ki, Avropa ölkələrinin çoxu geniş miqyasda 



daxili təhlükəsizlik funkisiyaları yerinə yetirə bilən polis qüvvələrinə malikdir. Bir 

çox ölkələrdə terrorçuluğa qarçı mübarizə sahəsində tapşırıqları yerinə yetirməkdə 

böyük təcrübəsi olan yarı-silahlı,məsələn,infrastruktur qorunması və xüsusi tədbir-

lərin təhlükəsizliyi, həmçinin ölkə-daxili anti terror əməliyyatlara əsas məsuliyyət 

daşıyan polis qüvvələri vardır. 

Belçika özünün Rijkswacht Gendarmerie qüvvələrini 2001 ci ildə buraxsa da və 

Avstriya son zamanlar Bundesgendarmerie-nı polis qüvvələri ilə birləşdirsə  də

Fransanın  Gendarmerie Nationale, İtaliyanın  Cariabinieri, İspaniyanın  Guardia 



Civil, Hollandiyanın  Koninklijke Marechaussee, Portuqaliyanın Guarda Nacional 

Republicana, Türkiyənin Jandarma və Rumıniyanın  Jandarmeria –sı  çox mənada 

daxili təhlükəsizlik missiyaları üçün  faktiki olaraq ideal sayılan,yüksək dərəcədə 

mobil,yaxşı silahlanmış, hüquq mühavizədə və ictimai rollarda yaxşı təcrübəli güc 

modellərini təmsil edir. Bu qüvvələr, həmçinin,çoxsaylıdır. Bir çox hallarda, xüsu-

sən də , Fransada, İtaliyada, Portuqaliyada onlar aktiv xidmətdə olan hərbi qüvvə-

lərlə rəqiblik edirlər. Çox hallarda bu yarı-hərbi qüvvələr nominal olaraq müdafiə 

nazirlıiyinin hissəsi olsa da,əsasən kənd yerlərində ümumi hüquq mühavizə və ci-

nayət axtarışı funksiyalarını yerinə yetirmək üçün daxili işlər və  ədliyyə nazirliyi 

ilə gündəlik təmasda olurlar. Ona görə də,onlar yerli təhlükəsizlik vəziyyəti haqda 

çox yaxşı  xəbərdar olurlar və tez –tez dəyisiklikləri aşkar edə bilirlər və  həmçi-

nin,daxili təhlükəsizlik missiyalarında çox faydalı olan kəşfiyyat məlumatları əldə 

edirlər. 

Yarı-hərbi polis funksiyalarından başqa, daxili təhlükəsizlik tapşırıqlarını yerinə 

yetirən  müxtəlif növ polis qüvvələri də vardır. Amerkadan fərqli olaraq,Avropa öl-

kələrinin çoxunun bələdiyyə və yerli polis qüvvələrindən başqa mərkəzi polis qüv-

vələri da vardır. Çox zaman, bu polis qüvvələri daxili anti-terror əməliyyatlarına 

məsul olan kiçik,yüksək dərəcədə ixtisaslaşmış birliklərdən ibarətdir.Lakin, bir çox 

ölkələrdə,daxili təhlükəısizlik funksiyaları da daxil olan tapşırıqları yerinə yetirmə-

li olan bir sıra polis qüvvələri də vardır. Bu xüsusi polis qüvvələrinin nümayəndə-

ləri aşağıdakılardır: Fransa-nın Compagnies Républicaines de Sécurité  və Groupe-



ment Spéciale d’Intervention de la Gendarmerie Nationale (GSIGN)-in nəzarəti al-

tındada olan xüsusiləşmiş birliklər,  İtaliyanın  Guardia di Finanza, Almaniyanın  



Bundespolizei – son vaxtlara kimi  Bundesgrenzschutz və İspaniya MilliPpolisinin  

Grupo Especial de Operaciones . Fransanın  Compagnies Républicaines de Sécu-

rité  Milli Polis Qüvvələrinin əsas ehtiyat funksiyası rolunu oynayır və tez-tez xü-

susi tədbirlərin təhlükəsizlik tapşırıqlarının yerinə yetirilməsində və mühüm infras-

truktur  qorunmasıda istifadə edilir. GSIGN isə Fransa anti-terror birliklərinin yu-

vasıdır. Guardia di Finanza İqtisadiyyat Nazirliyinin nəzdində hərbi strukturlu xü-

susi polis qüvvələridir və dövlətin və silahli qüvvələrin bir hissəsidir. Onun sərhəd 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə