1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə41/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   37   38   39   40   41   42   43   44   ...   256

 

90

nası kimi yox,arxa zona kimi qəbul edilirdi və ölkə içi təhlükəsizlik federal,ştat və 



yerli səviyyələrdə çalışan mülki hüquq mühavizə orqanlarının işi sayılırdı. Bir neçə 

istisna halından başqa, ABŞ-da mülki dəstək missiyaları üçün nəzərdə tutulan hərbi 

resurslara icazə,xaricdə xidmətdə olan qüvvələrin əsas missiya tələbatlarına müda-

xilə edilməməsi  şərtilə verilmişdir. Ordudan ABŞ daxilində  və  ərazilərdə istifa-

də,mülki hakimiyyətə hərbi kömək altında geniş kateqoriya çərçivəsində həyata ke-

çirilmışdir. 

İndi,MN –də Daxili Təhlükəsizlik üzrə Müadfiə Nazirinin Köməkçisi vardır və 

onun  rolu ölkənin müdafiəsi və mülki dəstək məsələləri üzrə MN-nin bütün idarələrini 

strateji istiqamətlərlə təkmilləşdirməkdir. Baş Qərargah Rəisi ABŞ Şimal Komandanlı-

ğını,ABŞ Sakit Okean Komandanlığını, Şimali Amerka  Kosmik Müdafiə Komandan-

lığını və digər  hərbi komandanlıqları strateji istiqamətlə təmin edir və həmçinin,ölkə 

müdafiəsi və mülki dəstək missiyalarıni planlaşdırmaq və həyata keçirmək işlərinə ko-

ordinasiya və kömək edir. 2002- ci ildə Kolorado Springs-də təsis edilən ABŞ Şimal 

Komandanlığı ABŞ , Alyaska və  ərazi sularında ölkənin müdafiəsi və mülki dəstək 

missiyalarını planlaşdırma, təşkil etmə,və icra etməyə  məsuldur. O,həmçinin,Kanada 

və Meksika ilə təhlükəsizlik əməkdaşlığını koordinasiya edir. ABŞ Sakit Okean Ko-

mandanlığı,Havay və ABŞ-ın okeandakı  əraziləri və Sakit Okeandakı ABŞ-la bağlı 

dövlətlərin müdafiə  və mülki dəstək məsuliyyətlərini daşıyır

67

.  İki-ölkədən ibarət  Şi-



mali Amerika Kosmik Müdafiə Komandanlığı ABŞ və Kanadanın hava fəzasını qoru-

mağa cavabdehdir. ABŞ Strateji Komandanlığına qlobal raketdən müdafiə əməiyyatla-

rını planlaşdırma, inteqrə etmə və koordinasiya etmə və həmçinin, raketdən müdafiəyə 

dəstək, o cümlədən, bütün hərbi komandanlıqlar üzrə raket hücumu xəbərdarlığının tə-

min edilməsi  və fəza hərbi əməliyyatlarının,informasiya və kompyuter şəbəkəsi əmə-

liyyatlarının aparılması daxildir. 

Hərbi Nazirlik əməliyyat rayonu boyu Amerkan qüvvələrinin təşkil edir,təlim 

edir və avadanlıqla təmin edir və mülki dəstək və hökümət  əməliyyatlarının da-

vamlılığı üçün tələb ediləcək  əsas MN-i imkanları ilə  təmin edir. MN-nin başqa 

idarələri,ölkənin müdafiəsi üçün kəşfiyyat toplanması,analizi ilə  və prioritetlərin 

müəyyənləşdirilməsi; qabiliyyət qiymətləndirilməsi; və uyğun siyasətin nəzarəti, 

alqı-satqı, logistika,hazırlıq və maliyyə məsələlərində kömək edirlər. 

ABŞ ordusunun ölkənin müdafiəsi üçün cavabdeh olan hökümət qurumu oldu-

ğunu nəzərə alsaq ,çox adamlar təbii olaraq silahlı qüvvələrin daxili təhlükəsizlik 

üçün mühüm rol oynayacağını gözləyirlər. Əvəzində,hərbi rəhbərlik onların hərbi 

qüvvələrinin ölkəni müdafiə edəcəklərini, lakin daxili təhlükəsizliyin təmin edilmə-

                                                            

67

 Guam and Amerika Samoası; Şimali Mariana Adaları Birliyi; Sərbəst Assosiasiyada olan 



Dövlətlər: Federal Dövlətlər olan Mikroneziya, Marşal Adaları respublikası, Palau 

respublikası;  və  ərarzilər: Wake, Midway, Johnston, Baker, Howland and Jarvis Island, 

Palmyra Atoll, və Kingman Reef. 



 

91

sində mülki idarələrə sadəcə dəstəkverici rol oynayacaqlarını aydın surətdə bildirir-



lər. MN –nin tərif verdiyi kimi, bu iki termin arasındakı  fərq ondan ibarətdir ki, 

MN-i bu siyasətə dəstəkverici kimi hərəkət edirsə,bu daxili təhlükəsizlikdir, bu si-

yasətdə aparıcı roldadırsa,bu ölkə müdafiəsidir. ABŞ  hərbi komandanlığı Daxili 

Təhlükəsizlik Nazirliyinin vasitəsilə yox, MN-i vasitəsilə idarə olunur və presiden-

tə-ali baş komandana xidmət edir. Daxili Təhlükəsizlik Nazirliyi  Müdafiə Nazirli-

yi ilə hərbi dəstək barəsində razılığa gələ bilər. Pentaqondan Federal Cavab Planı 

maddələri altında müvəqqəti addımlar üçün kömək istənilə bilər. Bu plana gö-

rə,əgər yerli və dövlət strukturları  işin öhdəsindən gələ bilmirlərsə, o, baş verniş 

fövqaladə halın nəticələrinin idarəetməsi üçün funksional məsuliyyət və federal 

dəstək müəyyən edir, lakin daxildə az ssenarilər var ki, orada hərbi aparıci rolda ol-

sun. Çoxları Posse Comitatus Aktına isnad edirlər. Bu Akt ordunun daxili işlərdə 

rolunun məhdudlaşdırılmasının hüquqi əsası kimi, onun mülki hüquq məsələlərinin 

həyata keçirilməsində  və ya onlara riayət olunmasında aktiv iştirakını qadağan 

edir


68

. Lakin bu maddələr ordunun daxili əməliyyatlarda dəstəkverici rolunu məh-

dudlaşdırmır və müəyyən şərtlər altında birbaşa cəlb olunmasına imkan verir. Hü-

quqi çəkindirmələrdən də əhəmiyyətlisi, ordunun özünün daxili rollara cəlb olun-

mağa həvəssiz yanaşmasıdır. Mülki Hakimiyyətə Hərbi Kömək(Military Assistan-

ce to Civil Authorities) təlimatının siyahısına görə ştatlar və yerli hökümətlər daxil-

də hərbi dəstək üçün bir sıra hallarda xahişlər edə bilərlər,o cümlədən, təxirəsalın-

maz addımlar üçün,hüquq mühavizə orqanlarına dəstək, ictimai narahatlıqlar və 

fövqaladə hal nəticələrinin idarə edilməsi zamanı –məsələn, yüksək dərəcəli partla-

yıcı maddə ilə hücum olarsa və ya kimyəvi,radioloji,bioloji və ya nüvə təbiətli hü-

cum olarsa. Amerika ordusunun mülki-hərbi əməliyyatlarda təcrübəsi vardır

69

, am-



ma bu cür gündəlik işlərə həvəsi yoxdur. Hərbinin mülki işlərə cəlb olunmasına tə-

rəddüd etməsinin altında həm bürokratik, həm də  ənənə  məsələləri durur.Nəsillər 

boyu, Amerikanın döyüşçüləri milli təhlükəsizliyi  düşmənlə savaşa girərək güc 

nümayişi ilə qarşılamışlar. Ordu,demək olar ki, daxili işlərdən kənarda qalmış  və 

ölkə daxilində qanun-qaydanı təmin etməyi polis və FBİ(FTB) kimi federal idarələ-

rin və Alkoqol, Tütün və Odlu Silah Bürosunun (Bureau of Alcohol,Tobacco and 

Firearms)ixtiyarına buraxmışdır. Xarici-daxili əmək bölgüsü ABŞ mülki-hərbi mü-

                                                            

68

 “Whoever, except in cases and under circumstances expressly authorized by the 



Constitution or Act of Congress, wilfully uses any part of the Army or the Air Force as a 

posse comitatus or otherwise to execute the laws shall be fined under this title or 

imprisoned not more than two years, or both”. Title 18, US Code, Section 1385. 

69

 Narkotikə qarşı əməliyyatlar və iğtişaşların söndürülməsi,tufandan sonra fəlakət zonasına 



kömək, immiqrasiya böhranlarının idarə olunması– məsələn,Kuba emiqrantlarının 

Quantanomo körfəzində saxlanması  və ya mülki işlər cavabdehliyi,məsələn Panamada və 

Balkanlarda və çox sayda xaricdəki hümanitar missiyalarda. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə