1. Ъяряйанларын гаршылыглы тясири


Maqnit sahəsi. Maqnit sahəsinin xarakteristikası



Yüklə 1,35 Mb.
səhifə78/91
tarix13.02.2022
ölçüsü1,35 Mb.
#83726
1   ...   74   75   76   77   78   79   80   81   ...   91
fizika imtahan sual və cavabı

83.Maqnit sahəsi. Maqnit sahəsinin xarakteristikası

- Maqnit sahəsi- materiyanın elə növüdür ki, onun aşkara çıxması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanınına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özunəməxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir. Maqnit sahəsinin mənbələri yoxdur, yəni təbiətdə elektrik yüklərinə oxşar maqnit yükləri mövcud deyildir. Cərəyanlı naqilə maqnit sahəsində təsir edən qüvvə Amper qüvvəsi adlanır. Maqnit induksiyası naqilə perpendikulyar olduqda təsir qüvvəsi öz maksimum Fmax qiymətinə çatır. Maqnit sahəsini şimal maqnit qütbündən çıxan və cənub maqnit qütbündə qapanan qüvvə xətləri ilə göstərirlər. Üzərində dəmir qırıntıları olan kağız vərəqəni maqnitin üstündə yerləşdirməklə maqnit sahəsini “görmək olar”: qırıntılar maqnit sahəsinin qüvvə xətləri boyunca düzülür.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə