BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2015
UOT 94(3)
1635-1659-CU
İLLƏRDƏ FRANSANIN XARİCİ SİYASƏTİNƏ DAİR
Y
.H.GÖZƏLOVA
Bakı Dövlət Universiteti
ygozalova@gmail.com
İsveçlə ittifaqı bərpa edən Fransa Otuzillik müharibənin bütün cəbhələrində mübarizəni
f
əallaşdırmaq üçün böyük diplomatik cəhdlər həyata keçirdi. 1635-ci ildə Fransa özü də mü-
harib
əyə qatıldı. 1635-1642-ci illərdə fransızlar Elzası ələ keçirdilər, Cənubi Niderlandda
böyük uğurlar əldə etdilər.
1643-1645-ci ill
ərdə Mazarini münaqişəyə son qoymaq üçün böyük fəallıq nümayiş
etdirdi.
1648-ci ild
ə Fransa Avstriya Habsburqları ilə Vestfal sülhünü, 1659-cu ildə isə -
İspaniya ilə Pireney sülhünü imzaladı.
Açar sözl
ər: diplomatya, müharibə, Fransa, Almaniya, İspaniya
Fransanın Otuzillik müharibəyə birbaşa qatılması təkcə hərbi və dip-
lomatik baxımdan deyil, hüquqi və ideoloji nöqteyi-nəzərdən də hazırlanmışdı.
Bu ill
ərdə Fransada ilk qəzet – «Gazette de Franse» çıxmağa başlayır və o,
fransız diplomatiyasının xidmətinə dayanır. Məhz həmin qəzetin səhifələrində
kardinal Rişelyenin «Fransaya Lotaringiyanı və Varı birləşdirməyin ən doğru
yolu» adlı pamfleti çap olunur. Pamfletdə deyilirdi: «İmperatorun Reyndən
solda olan torpaqlara heç bir hüququ yoxdur, çünki bu çay 500 il
ərzində
Fransanın sərhədi olmuşdur. İmperatorun iddiaları uzurpasiyadır» (4, 247).
Yen
ə həmin qəzetdə məşhur fransız publisisti Şantero-Lefevr yazırdı: «Qədim
franklar Qalliyanı, yəni okeanla Aralıq dənizi arasında yrləşən və Reyn çayı ilə
s
ərhədlənən geniş bir ərazini fəth etmişlər. Bu məkan tarixən belglərin, kelt-
l
ərin və akvitanların Qalliyası kimi məlumdur» (4, 248). Başqa sözlə desək,
Şantero-Lefevr Fransanın tərkibinə Elzası, Lotaringiyanı, Savoyyanı və Nitsanı
daxil edir. Şanteronun fikrincə, Fransa bu torpaqları qaytara bilməsə, «Avropa
yen
ə frank-qall taxt-tacına mənsub torpaqları ələ keçirmiş və xristian dövlət-
l
ərini köləyə çevirmək istəyən qüvvələrin ayaqları altında tapdalanacaq» (4,
248).
Müharib
ədə iştirakını «hüquqi» cəhətdən əsaslandıran kardinal Rişelye
76
konkret diplomatik addımlara – yeni antihabsburq koalisiyasının təşkili işinə
başladı. Bununla bağlı qeyd etmək lazımdır ki, həmin ərəfədə Fransanın
İspaniya ilə artıq hərbi əməliyyatları başlamışdı. Belə ki, hələ 1627-ci ildə
Mantuya hersoqu II Vinçenso Qonzakanın vəfatı ilə «Mantuya vərəsəliyi»
m
əsələsi ortaya çıxmışdı. Bu vərəsəlik Qonzakanın qohumu, fransız hersoqu
Şarl de Neverə keçməli idi. İspaniya bu məsələdə Qonzakanın digər qohumu –
Savoyya hersoqu olan v
ə Fransa ilə düşmənçilik edən I Karl-Emmanuili
d
əstəklədi (7, 158). İmperator II Ferdinand da məsələyə qarışmalı oldu.
Düşmən tərəfləri barışdırmaq üçün Roma papası VIII Urban nunsi
köm
əkçisi olan Culio Mazarinini hərbi əməliyyatlar rayonuna göndərdi. Gənc
diplomat Rişelyeni və ispan generalı, Milandakı vitse-kral A.Spinolanı razılığa
g
əlməyə inandıra bildi. İlk dəfə Rişelye - Culio Mazarini görüşü belə baş verdi.
1630-
cu il mayın 10-da Qrenoblda XIII Lüdovik və Rişelyenin iştirakı ilə
keçiril
ən müşavirədə gələcək addımlar müzakirə olundu. Savoyya hersoqunun
s
əfiri və həmin vaxt papanın leqatı olan Culio Mazarini təklif edirdilər ki,
Fransa hersoq de Neverin Mantuya v
ərəsəliyinə olan iddialarını dəstəklə-
m
əkdən əl çəkməli, qoşunlarını Suza, Pinyerol və Kazaledən çıxarmalıdır (7,
158-159). Bunun
əvəzində İspaniya və İmperiya öz qoşunlarını geri çəkməyi
öhd
ələrinə götürürdülər.
Bu cür t
əklif fransız tərəfini qane edə bilməzdi, çünki bu, status-kvo
dem
ək olardı. Danışıqlar uğursuz nəticələndi və Mazariki Vyanaya qayıtdı.
1630-
cu ilin yayında XIII Lüdovik və Rişelye yenidən sülh təklifi ilə çıxış
etdil
ər. Mazariki kralın düşərgəsinə dəvət olundu və ona elan edildi ki, XIII
Lüdovikin Şimali İtaliyada əsas məqsədi Mantuya hersoqunun hüquqlarını tə-
min etm
əkdir (1, 40), Vyana və Madrid bu hüquqları tanısa, Fransa öz qoşun-
larını bu bölgədən çıxaracaq.
Sülh danışıqları alman şəhəri Regensburqda (Ratisbonn) başladı. Fran-
sanı bu danışıqlarda Rişelyenin ən yaxın köməkçisi Josef ata və Brülar de Leon
t
əmsil edirdi. Sentyabrın 8-də danışıq iştirakçıları oktyabradək atəşkəs elan
etdil
ər. Lakin oktyabrın 15-də Rişelye hərbi əməliyyatları bərpa etmək əmri
verdi. Oktyabrın 26-na doğru danışıqlar yenidən başladı. 1631-ci ildə Re-
gensburq v
ə 1632-ci ildə gizli Turin razılaşması bağlandı. Hər iki müqavilə
Fransaya
böyük xarici siyasi uğur gətirdi: hersoq de Neverin Mantuya və Mon-
ferrat üz
ərində hüquqları tanınırdı, Fransa isə Pinyerol və Peruza vadisi üzə-
rind
ə mülkiyyətini saxlayırdı (7, 159).
Bu hadis
ələrdə Culio Mazarini bir diplomat kimi çox bacarıqla fəaliyyət
göst
ərdiyindən, həm XIII Lüdovik və Rişelye, həm də papa tərəfindən yüksək
qiym
ətləndirilmişdi və 1634-cü ildə VIII Urban onu Fransa ilə İspaniya ara-
sında növbəti toqquşmanın qarşısını almaq üçün Parisə nunsi təyin edir (3, 86).
Lakin kardinal Rişelye öz seçimini etmişdi və antihabsburq koalisiyası-
nın təşkili ilə məşğul idi: 1635-ci ilin fevralında Fransa Hollandiya ilə müdafiə
v
ə qarşılıqlı hərbi yardım ittifaqı bağladı. İsveçin müharibədən çıxmasının qar-
şısını almaq üçün Rişelye onunla 1635-ci ilin aprelində Kompyen müqavilə-
77
sini bağlayır; müqaviləyə görə, İsveç imperatora qarşı Fransa ilə birgə hərbi
əməliyyatlarda iştirak edəcəyini öhdəsinə götürürdü (7, 155). Kardinal, həmçi-
nin, Şimali İtaliyada Savoyyanı və Parinanı öz tərəfinə çəkməklə antiispan
koalisiyası yaratmağa cəhd göstərmişdi. İngiltərə neytrallığını saxlayacağını
öhd
əsinə götürürdü. Mantuya, Venesiya və Transilvaniya knyazlığı da Fransa
İsveç ittifaqını dəstəklədi (5, 402).
Diplomatik hazırlıqdan sonra, 1635-ci il mayın 19-da Fransa İspaniyaya,
daha sonra Müq
əddəs Roma imperiyasına müharibə elan etdi.
Otuzillik müharib
ənin sonuncu, ən uzun çəkən mərhələsi elə bir şəraitdə
gedirdi ki, t
ərəflərin insan və maddi ehtiyacları artıq tükənmişdi. Nəticədə bu
m
ərhələ daha çox lokal, manevrli döyüşlərlə səciyyələnir.
İlk üç il Fransa üçün uğursuz olmuşdu. O, demək olar ki, bütün cəbhə-
l
ərdə məğlubiyyətə uğrayırdı. 1636-cı ilin yayında İspaniya Niderlandının
canişininin qoşunları hətta Parisə yaxınlaşmışdı. Bununla əlaqədar kardinal
Rişelyenin sarayda əleyhdarları artır; ona qarşı bir neçə sui-qəsd (o cümlədən
kraliça Avstraliyalı Annanın təşəbbüsü ilə) hazırlanır (6, 127). Vergilərin
olmazın artması xalqın etirazlarına və iğtişaşlarına səbəb olur ki, onların da
yatırılması üçün böyük hərbi qüvvə tələb olunurdu.
Kardinal Rişelye İspaniyanın daxilində baş verən gərginlikdən, o cüm-
l
ədən, Kataloniyada və Portuqaliyada genişlənən xalq üsyanlarından öz məq-
s
ədləri üçün istifadə edə bildi. Belə ki, Fransa onların müstəqilliyini tanıdı (7,
155). Fransızların və katalonların birgə səyləri ilə ispanları Russilyondan qov-
maq mümnkün oldu. Özünü Portuqaliya kralı elan etmiş IV Juan Fransa və
Hollandiya il
ə bağladığı müqavilələrə görə, 10 il müddətində ispan kralı IV
Filipl
ə hər hansı razılığa girməyəcəyini öhdəsinə götürürdü (2, s.4). 1641-ci
ilin iyulunda is
ə Brandenburq knyazı imperatorla münasibətləri qırdı və İsveçlə
ittifaq bağladı (2, 4).
Artıq Fransa diplomatiyası uğurlar yoluna qədəm qoymuşdu, kardinal
Rişelye isə bu diplomatiyanın əsas aparıcı qüvvəsi idi. Lakin 1642-ci ilin yayı
Rişelye ağır xəstələndi, dekabrın 4-ü isə vəfat etdi. Vəfatı ərəfəsində kardinalın
dediyi sözl
ər belə olmuşdu: «Mənim, dövlətin düşmənlərindən savayı, heç bir
düşmənim olmayıb» (7, 156). Elə həmin gün XIII Lüdovik Culio Mazarinini
yanına çağırıb, Rişelyenin vəziyyətinə uyğun olaraq onu Kral şurasının başçısı
t
əyin etdi. 1643-ci ildə XIII Lüdovik azyaşlı olduğu üçün, kraliça Avstraliyalı
Anna yeni kralın qəyyumu təyin olundu. Lakin ölkənin faktiki hakimi Mazarini
idi.
H
ələ 1642-ci ilin payızında imperator ordusunu darmadağın edən isveç-
lil
ər bütün Saksoniyanı ələ keçirdi və Moraviyaya daxil oldu. Fransızlar isə
Elzası tutdular və Birləşmiş Əyalətlər Respublikasının qüvvələri ilə birgə Cə-
nubi Niderlandda ispanlar üz
ərində bir neçə qələbə əldə etdilər. 1643-cü ildə
Rokrua yaxınlığındakı döyüşdə ispan qoşunları ağır məğlubiyyətə uğradılar (5,
402).
Hakimiyy
ətə gələn Mazarini Habsburqlarla sülh bağlamağa tələsirdi, ona
78
gör
ə də Fransada hesab edirdilər ki, kardinalın xarici siyasətini Roma kuriyası
istiqam
ətləndirir (papa imperiyanın tam dağılmasını istəmirdi). Lakin kardi-
nalın diplomatiyası imperiyanın xeyrinə yönəlməmişdi. Mazarini Rişelyenin
kursunu davam etdirirdi v
ə belə bir fikri tez-tez təkrarlayırdı ki, Almaniyada
müharib
ə dini müharibədən çox, Avstriya evinin siyasi ambisiyalarına qarşı
mübariz
ə idi (7, 162).
Dig
ər tərəfdən, Fransanın müttəfiqləri cəbhəsində də vəziyyət mürəkkəb-
l
əşmişdi. Belə ki, İsveç və Danimarka arasındakı rəqabət 1643-1645-ci illərdə
müharib
əyə gətirib çıxardı. Mazarini bu münaqişənin ləğvi üçün çox böyük
c
əhdlər göstərməyə nail oldu. İsveç Yutlandiyanı ələ keçirib Zelandiyaya daxil
oldu v
ə Kopenhageni mühasirəyə aldı (5, 332). 1645-ci ildə Bromsebr sülhünə
gör
ə, İsveç Skandinaviya yarımadasının cənubunu, Norveçin bəzi şərq vilayət-
l
ərini (Emtland, Xeryedalen, Boxusland), Qotland, Ezel və Bornxolm adalarını
ala bildi (5, 338).
Bromsebr sülhü il
ə Baltikada öz mövqeyini möhkəmləndirən İsveç
yenid
ən öz ordusunun Almaniyada fəaliyyətini bərpa etdirdi və 1646-cı ilin ya-
zında Cənubi Çexiyadakı Yankovo adlı yerdə imperatorun və Bavariya knya-
zının qoşunlarını ağır məğlubiyyətə uğratdı; daha sonra o, Çexiya və Avstriya
torpaqları üzərinə hücuma keçməklə Praqanı və Vyananı hədələməyə başladı
(5, 403).
Yeni imperator III Ferdinand (1637-1657)
artıq müharibəni uduzduğunu
başa düşmüşdü. Hər iki tərəf sülh danışıqlarına meyl edirdi və bunun səbəbi bir
t
ərəfdən, maliyyə çətinliyi idisə, digər tərəfdən, Almaniyada yadelli qoşunların
özbaşınalığına və talanlarına qarşı genişlənən partizan hərəkatına bağlı idi.
Konkret Fransaya g
əlincə, iqtisadi, siyasi və sosial problemlər ucbatından, o,
sülh
ə getməyə məcbur idi. Ölkədə Fronda – daxili siyasi böhran yetişirdi.
H
ələ 1638-ci ildə papa və Danimarka kralı tərəfləri müharibəni dayan-
dırmağa çağırmışdı. İki il sonra sülh danışıqları ideyası Regensburqda çağrılan
reyxstaqda s
əsləndirildi. Sülhün konkret diplomatik hazırlığı isə xeyli uzandı.
Yalnız 1644-cü ilin 4 dekabrında Münsterdə sülh konqresi başladı. Burada
imperatorla Fransa
arasında danışıqlar aparıldı; 1645-ci ildə isə Vestfaliyanın
dig
ər şəhəri Osnabryukda İsveç - İmperiya danışıqları ilə müşayiət olunan
dig
ər konqres çağrıldı.
Bel
ə bir miqyasda beynəlxalq forum ilk dəfə çağrıldığından, prosedur
m
əsələlərin həllinə də xeyli vaxt sərf olundu. Qərarların qəbulu həm də ona
gör
ə çətinləşirdi ki, diplomatların danışıqlar apardığı vaxtda ordular döyüş-
m
əkdə davam edirdi v hər bir yeni qələbəni konqres iştirakçıları öz iddialarını
əsaslandırmaq üçün arqument olaraq gətirirdilər.
Danışıqlardı III Ferdinandın səfiri, çox bacarıqlı diplomat Trautmans-
dorfun bütün c
əhdləri İsveçin iddialarını təmin etməklə onu Fransadan ayırmaq
v
ə imperiya üçün əlverişli şərait yaratmağa yönəlmişdi. Lakin İsveç kardinal
Mazarininin idar
ə etdiyi fransız «çarxı»na möhmək bağlanmışdı (7, 163).
Mazarini is
ə, əksinə, Brandenburq knyazını İsveçin Baltik dənizinin cənub
79
sahili il
ə bağlı iddialarına qarşı çıxmaq üçün qızışdırırdı və bununla da İsveçi
əlində saxlayırdı. Sülh müqaviləsinin qəti şərtləri Münsterdə 1648-ci il
oktyabrın 24-də bağlandı.
Bel
əliklə, Çexiyada lokal bir münaqişədən başlayıb Şimali Almaniyaya
adlayan v
ə Mərkəzi Avropanın nəhəng məkanını əhatə edən Otuzillik müharibə
öz orbitin
ə əksər dövlətləri qatdığından, ilk ümumavropa miqyaslı müharibə
oldu.
Vestfaliyanın yuxarıda qeyd olunan iki şəhərində imzalanan sülhün şərt-
l
ərinə görə, İsveç Ştettin limanı ilə birgə bütün Qərbi Pomeraniyanı və Şərqi
Pomeraniyanın kiçik bir hissəsini, Rigen və Volin adalarını, həmçinin Pome-
raniya körf
əzi üzərində hüquqları qazanırdı. Pomeraniya hersoqları qismində
İsveç kralları imperiya knyazlarına çevrilirdi və imperiyanın daxili işlərinə
birbaşa müdaxilə etmək hüququ qazanırdı. İmperiya mülkləri olaraq Bremen və
Ferden
arxiyepiskopluqlarının müsadirə edilib dünyəviləşdirilmiş torpaqları da
İsveçə keçirdi. İsveç, həmçinin böyük pul təzminatı alırdı. Şimali Almaniyanın
iri
çayları olan Vezer, Elba və Oderin mənsəbinə nəzarət İsveçə keçirdi. Böyük
bir dövl
ətə çevrilən İsveç Baltika üzərində hakimiyyətini reallaşdırmış olurdu
(1, 43; 5, 404).
Vestfal sülhün
ə görə, birləşmiş Əyalətlər Respublikasının müstəqilliyi
tanınırdı. Sülhün tərkib hissəsi olan Münster müqaviləsinə görə, bu respub-lika-
nın suverenliyi, ərazi çərçivəsi, Antverpenin statusu məsələləri həll edirdi (1, 43).
İsveçrə konfederasiyası da Vestfal sülhü ilə birbaşa tanış oldu. O, öz əra-
zisini xeyli
genişləndirə də bildi (2, 9-10). Fransanın dəstəklədiyi Brandenburq
knyazl
ığı, sülhə görə, Şərqi Pomeraniyanı, Maqdeburq arxiyepiskopluğunu,
Qalberşton və Minden yepiskopluqlarını əldə edir və bununla da, Paris istəyinə
nail olur:
şimalda imperatora əks olan iri bir mülk yaradır. Bu knyazlığın Al-
maniyada nüfuzu k
əskin şəkildə artır. Saksoniya Lujiski, Bavariya isə Yuxarı
Pfalsı qazanır (1, 45; 5, 404).
Vestfal sülhü
Almaniyanın siyasi pərakəndəliyini bir az da möhkəm-
l
əndirir. Alman knyazları öz aralarında ittifaq və xarici dövlətlərlə müqavilə
bağlamaq hüququ qazanır, bu isə faktiki onların suverenliyini təsbit edirdi.
İmperiya özü seçkili monarx və reyxstaq başda olmaqla formal dövlətlər
birliyin
ə çevrilir.
Fransaya g
əlincə, başlamış olan parlament frondası ilə əlaqədar o, danı-
şıqları tez başa çatdırmağa çalışırdı və hətta kiçik ərazi qazancları ilə kifayət-
l
ənməyə də hazır idi. Vestfal sülhünə görə, Fransa Elzası (onun tərkibinə for-
mal c
əhətdən daxil olan Strasburqdan başqa), Zundqaunu və Xagenaunu alırdı,
100 ild
ən çox əlində olan Lotaringiyanın üç yepiskopluğu – Mets, Tul və
Verden üz
ərində hüquqlarını təsdiqləyirdi. İmperiyanın 10 şəhəri Fransanın
q
əyyumluğuna keçirdi (5, 404; 1, 42; 7, 163). Bundan əlavə, Fransa İsveç ilə
birg
ə Vestfal sülhünün təminatçısı elan olunurdu (7, 163).
Fransa
diplomatiyası tarixinin əhəmiyyətli mərhələlərindən biri də Culio
Mazarininin f
əaliyyəti ilə bağlıdır. Əvvəlki paraqrafda biz Culio Mazarininin
Otuzillik müharib
ənin sonuncu mərhələsində Fransanın xarici siyasətində
80
xidm
ətlərini nəzərdən keçirdik. Lakin Otuzillik müharibə, o cümlədən onun
sonuncu m
ərhələsi daha çox Rişelyenin adına bağlıdır, baxmayaraq ki, Vestfal
sülh müqavil
ələrinin hazırlanması və bağlanması onun vəfatından (1642-ci il)
sonrakı dövrün hadisələridir. Mazarini isə Rişelyenin ən bacarıqlı davamçısı
kimi
Fransanın Avropa qitəsində xarici siyasi və diplomatik hegemonluğunun
b
ərqərar olması işini tamamlamışdır.
Qeyd ed
ək ki, Vestfal sülhündən sonra Fransanın xarici siyasətində iki
əsas problem həllini gözləyirdi: İngiltərə ilə münasibətlərin normallaşdırılması
v
ə İspaniya ilə müharibə. İngilis-fransız ziddiyyətləri bu ərəfədə gərgin həd-
din
ə çatmışdı. Hələ kral I Karlın edamından əvvəl, 1648-ci ildə fransız höku-
m
əti Fransaya ingilis yun və ipək məmulatlarının idxalını qadağan etmişdi (7,
163). Buna cavab olaraq ingilis hökum
əti fransız şərabının idxalına qadağa
qoy
muşdu. Kardinal Mazarini bu məsələdə İngiltərədən güzəşt almağa çalışır-
dı. Lakin onun Londona göndərdiyi Krullenin missiyası uğursuzluğa düçar
olur; bundan sonra h
ər iki ölkə arasında «gömrük müharibəsi» başlayır (7,
163).
G
ərgin fəaliyyətdən sonra Mazarini və onun köməkçisi Kolber İngiltərə
il
ə normal diplomatik münasibətləri bərpa etməyə müyəssər olur. Digər tə-
r
əfdən, İngiltərədə baş verən hakimiyyət dəyişikliyi Mazarinidə İspaniyaya
qarşı mübarizədə yeni müttəfiq tapacağına ümid yaradırdı. Kardinal başa dü-
şürdü ki, İngiltərədə xarici siyasətə artıq parlament deyil, birbaşa Kromvel
n
əzarət edir; ona görə də Mazarini vasitəçilərin köməyilə məhz Kromvelə bir-
başa danışıqlara girir. 1562-ci ilin dekabrında Pikardiyanın intendantı de Bordo
Londona gönd
ərilir. Uzun sürən danışıqlardan sonra, 1657-ci ildə Fransa ilə
İngiltərə arasında hərbi ittifaq bağlanır (4, 262).
Mazarininin diplomatik
uğurları içərisində, heç şübhəsiz, İspaniya ilə
olan münasib
ətləri xüsusi qeyd etmək lazımdır. Hələ Otuzillik müharibə ge-
dişində başlayan Fransa-İspaniya münaqişəsi yalnız 1659-cu ildə Pireney
sülhünün
bağlanması ilə başa çatır.
Pireney sülhün
ə görə, Fransanın ərazisi xeyli genişlənir, baxmayaraq ki,
fransızlar hərbi əməliyyatlar gedişində ələ keçirdikləri Franş-Konteni, Katalo-
niyanın bəzi rayonlarını və Niderlanddakı qalaları İspaniyaya geri qaytarmalı
olur. Fransaya is
ə Flandriyanın bir hissəsi (qalalarla birlikdə), Artua qraflığının
böyük hiss
əsi və Russilyon qraflığı keçir. Yeni Fransa – İspaniya sərhəddi
Pireneyl
ərdən keçirdi. İspaniya fransızların əlində olan Elzasa və Breyzaxa
iddialarından əl çəkirdi, XIV Lüdovikin Navarra krallığı üzərində hüquqlarını
tanıyırdı. Mazarini İspaniya ilə müharibə şəraitində olan Portuqaliyaya yardım
etm
əyəcəyini öhdəsinə götürürdü (7, 165).
Pireney sülhünün özün
əməxsusluğu onda idi ki, müqavilə XIV Lüdo-
vikin ispan
infantası Mariya Tereziya ilə nigahını da nəzərdə tuturdu. Amma
hiyl
əgər kardinal hər iki tərəfin bağladığı müqavilənin mətninə elə bir düzəliş
el
əmişdi ki, sonralar bu düzəliş Avropanın gələcək beynəlxalq münasibətlər
tarixind
ə böyük rol oynayacaqdı. İnfantanın cehizi – 500 min qızıl ekyü bir il
81
yarım ərzində ödənilməli idi, əks halda Mariya Tereziya ispan taxtına hüquq-
larından əl çəkirdi. Mazarininin məqsədi aydın idi – İspaniya həmin vaxt müf-
lis
olmuşdu və qısa müddətdə bu qədər pulu ödəmək iqtidarında deyildi. Belə
olan halda
fransız diplomatiyası İspaniyanın daxili işlərinə – taxt-tac məsə-
l
əsinə qarışmaq imkanı qazanırdı. Sonrakı hadisələr Mazarininin hesablama-
larının doğruluğunu göstərdi.
İstər 1659-cu il Pireney sülhü, istərsə də İngiltərə ilə bağlanan 1655-ci il
ticar
ət və 1658-ci il hərbi müqavilələr Fransanın qitədə siyasi hegemonluğunu
t
əmin edirdi. 1658-ci ildə yaradılmış Reyn liqası isə fransızlara Almaniya və
Avstriya
işlərinə müdaxilə etmək imkanı verirdi.
Bel
əliklə, XVII əsrin ortalarına doğru Fransa Avropanın ən nümunəvi müt-
l
əq monarxiyası kimi, xarici siyasətində də eyni prinsiplərlə çıxış edirdi. Böhran-
dan
çıxan ölkə kardinal Rişelye kimi bacarıqlı siyasi və dövlət xadimi və onun
sadiq
davamçısı Culio Mazirininin, eləcə də bir sıra diplomatların gərgin əməyi
say
əsində effektli nəticələr əldə edə bildi. Almaniya, Avstriya və İspaniya kimi
güclü r
əqiblərini zəiflətməyə müyəssər olan Fransa, onunla hesablaşmayan
h
ərbir rəqiblərini sıradan çıxarmışdı. Fransız sarayı Avropanın ən möhtəşəm
sarayı idi; bütün Avropa monarxları fransız kralından ehtiyat edirdilər; fransız
dili
diplomatiyanın və beynəlxalq sənədlərin rəsmi dilinə çevrilmişdi.
Yeni dövrün
astanasında Fransanın üstünlüyü mərhələsi başlayırdı.
ƏDƏBİYYAT
1.
Bekir Sitki Baykal. Yeni zamanda Avrupa tarihi. II cilt. I Kitab. Otuz
yıl savaşı devri.
Ankara: 1988
2.
Yeni zamanda Avrupa tarihi. Ankara: 1994
3.
Ивонин Ю.Е. Императоры, короли, министры. Смоленск: 1998
4.
История дипломатии (с древнейших времен до 1919 года). М.: 2005
5.
История средних веков. Т.2. Раннее новое время. М.: 2000
6.
Кнехт Р. Ришелье. Ростов на Дону: 1995
7.
Мусский И.А. Сто великих дипломатов. М.: 2004
ЕЩЕ РАЗ О ВНЕШНЕЙ ПОЛИТИКЕ ФРАНЦИИ В 1635-1659 гг.
Е.Г.ГЕЗАЛОВА
РЕЗЮМЕ
Возобновив союз со Швецией, Франция предприняла дипломатические усилия
для активизации борьбы на всех фронтах Тридцатилетней войны. В 1635 году Франция
сама вступила в войну. В 1635-1642 гг. французы овладели Эльзасом, одержали ряд по-
бед в Южных Нидерландах.
В 1643-1645 гг. Мазарини приложил немало усилий, добиваясь прекращения это-
го конфликта.
В 1648 году Франция заключила с Австрийскими Габсбургами Вестфальский мир,
а в 1659 году – Пиренейский мир с Испанией.
Ключевые слова: дипломатия, война, Франция, Германия, Испания
82
FRANCE’S FOREIGN POLICY IN THE YEARS OF 1635-1959
Y.Q.GOZALOVA
SUMMARY
France was the leading country in Europe towards the middle of the seventeenth centu-
ry. But it was a very tense relations with Germany and Spain. The war resulted in strained rela-
tions.
Key words: diplomacy, war, France, Germany, Spanish
83
Dostları ilə paylaş: |