2
İqtisadçı kimi düşünmə tərzi Hər bir fənnin özünəməxsus terminologiyası var: - Riyaziyyat
- inteqral aksiom vektor fəazları
- Psixologiya
- eqo mənlik fikir ayrılığı
- Hüquq
- məhkəmə yeri mülki cinayət haqsız davranış məhrumetmə
- İqtisad
İqtisadçı kimi düşünmə tərzi İqtisad sizə bunları aşılayır. . . . - Alternativləri fikirləşmək.
- Fərdi və sosial seçimlərin xərcini hesablamaq.
- Konkret hadisə və nəticələr arasında necə əlaqə olduğunu anlamaq və şərh etmək.
İQTİSADÇI ELM ADAMI KİMİ Düşünmənin iqtisadi yolu . . . - Analitik və obyektiv düşünməni özündə birləşdirir.
- Elmi metoddan istifadəni tələb edir.
Elmi metod: Müşahidə, nəzəriyyə və daha çox müşahidə Mücərrəd modellərdən istifadə qarışıq və həqiqi dünyanın fəaliyyətini şərh etməyə kömək edir. Nəzəriyyələrin qiymətləndirilməsi üçün nəzəriyyələri, verilənlərin toplanmasını və onların təhlilini inkişaf etirir.
Fərziyyələrin rolu İqtisadçılar dünyanı daha yaxşı anlamaq üçün fərziyyələr formalaşdırırlar. Elmi düşünmə sənəti fərziyyələr formalaşdırma qərarları verməkdir. İqtisadçılar müxtəlif sualları cavablandırmaq üçün müxtəlif fərziyyələrdən istifadə edirlər.
İqtisadi modellər İqtisadçılar dünyanı daha yaxşı dərk etmək üçün reallığı sadələşdirən modellərdən istifadə edirlər. Ən təməl iqtisadi modellərdən ikisi aşağıdakılardır: - Dövri-Axın Diaqramı (The Circular Flow Diagram)
- İstehsal İmkanları Həddi və ya Əyrisi (The Production Possibilities Frontier)
Bizim ilk model: Dövri-Axın Diaqramı Dövri-Axın Diaqramı (circular-flow diagram) ev təsərrüfatları və firmalar arasında bazar yolu ilə nə qədər pul axını olduğunu göstərən iqtisadiyyatın təsviri modelidir.
Diaqram 1: Dövri-Axın Diaqramı
Bizim ilk model: Dövri-Axın Diaqramı Firmalar Ev təsərrüfatları - Əmtəə və xidmətləri alır və istehlak edir
- İstehsal amillərinə sahib olur və onları satır
Bizim ilk model: Dövri-Axın Diaqramı Əmtəə və xidmət bazarları - Firmalar satır
- Ev təsərrüfatları alır
İstehsal amilləri bazarları - Ev təsərrüfatları satır
- Firmalar alır
Bizim ilk model: Dövri-Axın Diaqramı İstehsal amilləri (Factors of Production) - İstehsal amilləri əmtəə və xidmətlərin istehsalında istifadə edilir.
- Torpaq, əmək və kapital
Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi İstehsal imkanları həddi və ya əyrisi (production possibilities frontier) iqtisadiyyatın mövcud istehsal amilləri və istehsal texnologiyası çərçivəsində həyata keçirə biləcəyi mümkün istehsal səviyyəsini göstərən məhsul buraxılışını ifadə edən qrafikdir.
Qrafik 1: İstehsal İmkanları Həddi və ya Əyrisi
Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi Aşağıdakı anlayışlar İstehsal İmkanları Həddi və ya əyrisi vasitəsilə açıqlanır: - Səmərəlilik (Efficiency)
- Seçimlər (Tradeoffs)
- Alternativ dəyər (Opportunity Cost)
- İqtisadi artım (Economic Growth)
Mikro iqtisad və makro iqtisad Mikro iqtisad (Microeconomics) iqtisadiyyatın fərdi hissələrinə fokuslanır. - Ev təsərrüfatları və firmaların necə qərar vermələri və xüsusi bazarlarda necə qarşlılıqlı əlaqədə olmaları.
Makro iqtisad (Macroeconomics) bütövlükdə iqtisadiyyata fokuslanır.
İQTİSADÇI SİYASİ MƏSLƏHƏTÇİ KİMİ İqtisadçılar dünyanı izah etməyə çalışdıqları zaman elm adamı olurlar. İqtisadçılar dünyanı dəyişməyə çalışdıqları zaman siyasi məsləhətçi olurlar.
NORMATİV VƏ POZİTİV TƏHLİL Pozitiv fikirlər (Positive statements) necə olduğunu təsvir etməyə çalışan fikirlərdir. - Deskriptiv (izah edici) təhlil adlanır.
Normativ fikirlər (Normative statements) dünyanın necə olmalı olduğunu tövsiyə edən fikirlərdir. - Preskriptiv (buyruq göstərici) təhlil adlanır.
POZİTİV VƏ NORMATİV TƏHLİL Pozitiv yoxsa normativ fikirlərdir? - Minimum əmək haqqının (minimum wage) artımı aşağı ixtisaslı (least-skilled) işçilər arasında məşğulluğu azaldacaqdır.
- POZİTİV
- Daha yüksək federal büdcə (budget deficit) kəsiri faiz dərəcələrini (interest rate) artıracaqdır.
- POZİTİV
POZİTİV VƏ NORMATİV TƏHLİL Pozitiv yoxsa normativ fikirlərdir? - Daha yüksək minimum əmək haqqlarından əldə olunan gəlirlər məşğulluqdakı cüzi azalmalardan doğan gəlir itkisindən daha dəyərlidir.
- NORMATİV
- Ştat hökumətləri yoxsullar arasında siqaret istifadəsi ilə bağlı yaranan xəstəliklərin xərclərini siqaret firmalarından yığmağa icazə verməlidirlər.
- NORMATİV
Vaşinqtondakı iqtisadçılar . . . hökumətin hər üç qanadında siyasi qərarvermə prosesində məsləhətçi kimi: - Qanunvericilik (Legislative)
- İcra (Executive)
- Məhkəmə (Judicial)
Vaşinqtondakı iqtisadçılar İqtisadi verilənləri toplayan və iqtisadi siyasət həyata keçirən bəzi hökumət qurumları: - Ticarət Departamenti (Department of Commerce)
- Əmək Statistikası Bürosu (Bureau of Labor Statistics)
- Konqress Büdcə Ofisi (Congressional Budget Office)
- Federal Rezerv Sistemi (Federal Reserve Board)
- http://www.federalreserve.gov
İQTİSADÇILAR NƏ ÜÇÜN UZLAŞA BİLMİRLƏR Onlar dünyanın necə işlədiyi ilə bağlı alternativ pozitiv nəzəriyyələrin tutarlılığı məsələsində uzlaşmaya bilərlər. Onlar müxtəlif dəyərlərə sahib ola bilərlər və bu baxımdan da hansı siyasətin nələrə nail olmalı olduğu haqqında müxtəlif normativ fikirlər irəli sürə bilərlər.
Əksər İqtisadçıların Razılaşdığı On Təklif
Xülasə İqtisadçılar çalışır ki, elm adamı obyektivliyi ilə öz mövzularını izah etsinlər. - Onlar müvafiq fərziyyələr formalaşdırır və dünyanı onların çərçivəsində anlamaq üçün sadələşdirilmiş modellər qururlar.
- İki sadə iqtisadi model dövri-axın diaqramı və istehsal imkanları həddi və ya əyrisidir.
Xülasə İqtisad iki alt sahəyə bölünür: - Mikro iqtisadçılar bazarlarda ev təsərrüfatları və firmaların qərar qəbulu prosesini öyrənirlər.
- Makro iqtisadçılar bütövlükdə iqtisadiyyata təsir göstərən gücləri və meylləri öyrənirlər.
Xülasə Pozitiv fikirlər dünyanın necə olduğu ilə bağlı baxışlardır. Normativ fikirlər dünyanın necə olmalı olduğu ilə bağlı baxışlardır. İqtisadçılar normativ fikirlər formalaşdırdıqları zaman elm adamından daha çox siyasi məsləhətçi kimi davranırlar.
Xülasə Siyasi qərarvericilərə məsləhətçilik edən iqtisadçılar ya müxtəlif elmi müddəalar, ya da sahib olduqları müxtəlif dəyərlərdən irəli gələrək bir-birinə zidd təkliflər irəli sürürlər. Başqa vaxtlarda iqtisadçılar irəli sürdükləri təkliflərlə bağlı uzlaşdıqları halda, siyasət qərarvericiləri buna fikir vermirlər.
Dostları ilə paylaş: |