- 55 -
UOT 638. 145. 5
İSA İSRAFİLOV
Azərbaycan Dövlət Aqrar Universiteti
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ ARIÇILIĞIN İNKİŞAFI
Açar sözlər: çərçivə, sürfə, bioloji aktiv maddə ( BMS), tozlanma, kosmetika, əczaçılıq,
entomofil, pekin, dekada və s.
Key words:
Frame, biologically active substance (FFA), pollination, cosmetics,
pharmaceutics, entomophile, rekine, decade
Ключевые слова: рамка, биологически активное вещество (СЖК), опыление,
косметика, фармацевтика, энтомофиль, рекин, декада и т.д.
Heyvandarlığın intensiv inkişaf edilməsində arıçılığın rolu əvəzsizdir. Belə ki, heyvandarlıq-
dan süd və son məhsul olaraq yəni, kəsimindən sonra ət və gön alındığı halda, arıçılıqdan arı zəhəri,
arı ana südü, propolis, mum, çiçək tozu, güləm və bal kimi qiymətli məhsullar alınır. Bundan başqa,
arıçılıqdan alınan məhsulların əksərinin qiyməti astronomik rəqəmlərlə ölçülür. Məsələn: bir
kiloqram arı zəhərinin qiyməti dünya bazarında 142000 dollar, bir kiloqram arı ana südünün
qiyməti 80000 dollardır. Bu misalı digər arıçılıq məhsulları haqda da qeyd etmək olar.
Bundan başqa, entomofil bitkilərin tozlanmasında bal arılarının rolu əvəzsizdir. Belə ki, təbii
şəraitdən başqa, istixanalarda bal arı ailələrinin yerləşdirilməsi tozlanmanı intensivləşdirir və bunun
da nəticəsində məhsuldarlıq artır.
Nəticəsində, istixana və şitilliklərin rentabellik səviyyəsi yüksəlir.
Arıların bu müsbət keyfiyyətlərini bir daha kosmetika, əczaçılıq və hətta aviasiya sahəsində
də görmək olar.
Bütün bunları nəzərə alaraq, arıçılıq sahəsini inkişaf etdirmək məqsədilə Azərbaycan Dövlət
Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakultəsinin “Heyvandarlıq və balıq
məhsulları istehsalının texnologiyası” kafedrasının bazasında Arıçılıq tədris mərkəzi yaradılmışdır.
Bu məqsədlə, “Arıçılıq tədris mərkəzi” nə xüsusi otaq ayrılmış, laboratoriya yaradılmış və 54 adda
müasir təzə avadanlıq alınmışdır.
Arıxananın təşkili üçün Pekin tipli müasir çardaq qurulmuş və səkkiz arı ailəsi alınmışdır .
Ailələrin orta gücü 8-9 çərçivədən ibarət olmuşdur.
2016-cı ilin yazından başlayaraq 6, H-3.2, TH-11 tematik planın 3.2.2 və 3.2.3 ( yeni əlavə)
bölmələrinə müvafiq olaraq təcrübənin universitetin bazasında aparılması yerinə yetirilmişdir və bu
məqsədlə yeni proqram və metodika tərtib edilərək ADAU-nın Elmi şurasına təqdim edilmişdir.
2015-2016-ci illərin erkən yazından başlayaraq süni və təbii üsulla arı ailələri anoloji olaraq
təcrübə və nəzarət qruplarına ayrılmışdır. Təcrübə qrupunda süni üsulla alınan arı anaları, nəzarət
qrupunda isə təbii üsulla alınan arı anaları olmuşdur. Hər qrupda normal gücə malik (8-10 çərçivə
işçi arı olmaqla) 3 arı ailəsi olmuşdur.
Ailələr mayın III dekadasında yeni mayalanmış eyni yaşlı ( 20 günlük) cavan damazlıq
analarla təmin olunmuşdur.
Təcrübə qrupunda olan ailələrə gündə bir dəfə, saat 13
00
radələrində 1:1 müsbətində 200 qr
şəkər şərbəti verilmişdir. Təcrübə qrupuna verilən şəkər şərbətinin tərkibinə 5% BMS məhlulu
əlavə edilmişdir. Nəzarət qrupuna da həmin qaydada yəni gündə bir dəfə saat 13
00
radələrində 200
qr. 1:1 nisbətində əlavəsiz şəkər şərbəti verilmşdir.
Təcrübənin bu qaydada aparılmasında məqsəd ailələrdə mövcud olan arı analarının yumurta
qoyma qabiliyyətinin öyrədilməsindən ibarət olmuşdur.
Həmin göstəricilər aşağıdakı 1saylı cədvəldə göstərilir.
- 56 -
Cədvəl 1
Müxtəlif yemləmə şəraitində aylar üzrə arı analarının
orta yumurta qoyma qabiliyyəti
(2015-2016-cı illər üzrə orta göstərici) n=3
S/S
Təcrübə
Nəzarət
Aylar
Sutkalıq yumurta,
ədəd
Aylar
Sutkalıq yumurta,
ədəd
1
2
3
May
İyun
İyul
1750
2300
2500
May
İyun
İyul
1300
1650
1800
1 saylı cədvəlin təhlilindən aydın olur ki, 2015-2016-cı illərdə təcrübə qrupundan olan arı
analarının yumurta qoyma qabiliyyəti bütün aylarda Nəzarət qrupundan olan arı anaları ilə
müqayisədə müvafiq olaraq orta hesabla may ayında 450 ədəd və ya 34,6% iyun ayında 650 ədəd
və ya 39,4% və iyul ayında 700 ədəd və ya 38,9% çox olmuşdur.
Ədəbiyyat mənbələrindən məlumdur ki, arı anaları özləri qidalanmır. Onları işçi qrupundan
olan “dayə” işçi arılar qidalandırır.
Təcrübədən məlum olur ki, təcrübə qrupundan olan arı anaları “dayə” işçi qrupu tərəfindən
ailəyə verilən BMS bioloji aktiv tərkibli şəkər şərbəti ilə qidalandırılmış və bunun da nəticəsində bu
qrupdan olan arı analarının yumurta qoyma qabiliyyəti mövsüm ərzində orta hesabla Nəzarət qrupu
ilə müqayisədə 1800 ədəd və ya 37,9% çox olmuşdur.
İşin nəticəsindən, bioloji aktiv maddələrin kənd təsərrüfatı heyvanlarının bala vermə qabiliyyətinin
yüksəldilməsindən başqa, bal arı analarının da damazlıq keyfiyyətinin yüksəldilməsi və arı
analarının “dayə” işçi arılar tərəfindən qidalandırılması bir daha sübut olunmuşdur.
ADAU-nun arıxanasında arı ailələrinin orta məhsuldarlıq göstəricilərinə gəldikdə isə 2016-cı
ilin bal mövsümunə normal gucə malik 8 arı ailəsi və 3 beçə ailə hazırlanmışdır. Arı ailələri
kürqırağı Qarasaqqal adlanan meşə ərazisinə köçürülmüşdür. Aprel, may, iyun, aylarında arıxana
həmin ərazidə, iyul, avqust aylarında isə Samux rayonunun Ağasıbəyli ərazisində bal toplanmasına
köçürülmüşdür.
Mövsüm ərzində 82 kq əmtəəlik bal və 15 ədəd hər birində satış üçün 2,7 kq bal olan çərçivə
götürülmüşdür. Nəticədə 122.5 kq əmtəəlik bal ADAU əməkdaşlarına ucuz qiymətə satılmışdır. 200
kq-a yaxın bal isə arı ailələrinin qışlamasına saxlanmışdır.
ƏDƏBİYYAT
1. Алпатов В.В. «Пчеловодство», М. 1948.
2. Билаш Г.Д. «Организация и методика работ по породному районированию пчел». М.,
1967.
3. Таранов Г.Ф. «Биологическое основание приема ухода за пчелами в многокорпусном
улье». М., 1969.
4. İ.Y.İsrafiov. “Arıçılıq”
dərs vəsaiti, Bakı 1991.