2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

- 54 -
 
 
РЕЗЮМЕ 
 
Али Тахиров 
 
 
ОСНОВЫ ПРИМЕНЕНИЯ ПАКЕТНОГО ПЧЕЛОВОДСТВА  В НАХЧЫВАНСКОЙ 
АВТОНОМНОЙ РЕСПУБЛИКЕ 
  
Статья  посвящено  изучению  биологических  и  хозяйственных  свойств  Желтой 
Кавказской породы пчел
   
Нахчыванской
 
популяции
 (
Apis  mellifera caucasuca flova populatio 
Nachitshevanica)  с  целью  определению  возможности  применения  пакетного  пчеловодства  в 
Нахчыванской  Автономной  Республике.  Установлено,  что  в  перед  зимовки    осении 
Приаразской  равнинной  местности  сила  пчелиных  семей  по  сравнению  со  средним 
показателем предгорной  и горной местности больще на 7,8% (Р> 0,95) и 12,6% (P≤0,95). В 
течение  весной  (апрель-май)  пчелинные  семии  Приаразской  равнинной  местности  имея 
большой силы выращивали соответственно предгорной и горной местности 14,7% (P>0,95) и 
52% (P>0,999) больще расплода.  
Учитывая  развитие  пчелиных  семей  в  зависимости  от  природно-географической 
условии  Нахчыванской  АР,  ранней  весной  Приаразской  равнинной  местности  можно 
правильно организовать вывода маток и ракетные семии пчел. 
 
 
 


- 55 -
 
 
UOT 638. 145. 5         
                                                                                                                
İSA İSRAFİLOV 
                                                                                               Azərbaycan  Dövlət  Aqrar  Universiteti 
 
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ ARIÇILIĞIN İNKİŞAFI 
 
Açar  sözlər:    çərçivə,  sürfə,  bioloji  aktiv  maddə  (  BMS),  tozlanma,  kosmetika,      əczaçılıq, 
entomofil, pekin, dekada və s.  
Key  words:  Frame,  biologically  active  substance  (FFA),  pollination,  cosmetics, 
pharmaceutics, entomophile, rekine, decade 
Ключевые  слова:  рамка,  биологически  активное  вещество  (СЖК),  опыление, 
косметика, фармацевтика, энтомофиль, рекин, декада и т.д.  
Heyvandarlığın intensiv inkişaf edilməsində arıçılığın rolu əvəzsizdir. Belə ki, heyvandarlıq-
dan süd və son məhsul olaraq yəni, kəsimindən sonra ət və gön alındığı halda, arıçılıqdan arı zəhəri, 
arı ana südü, propolis, mum, çiçək tozu, güləm və bal kimi qiymətli məhsullar alınır. Bundan başqa, 
arıçılıqdan  alınan  məhsulların  əksərinin  qiyməti  astronomik  rəqəmlərlə  ölçülür.  Məsələn:  bir 
kiloqram  arı  zəhərinin  qiyməti  dünya  bazarında  142000  dollar,  bir  kiloqram  arı  ana  südünün 
qiyməti 80000 dollardır. Bu misalı digər arıçılıq məhsulları haqda da qeyd etmək olar. 
Bundan başqa, entomofil bitkilərin tozlanmasında bal arılarının rolu əvəzsizdir. Belə ki, təbii 
şəraitdən başqa, istixanalarda bal arı ailələrinin yerləşdirilməsi tozlanmanı intensivləşdirir və bunun 
da nəticəsində məhsuldarlıq artır. Nəticəsində, istixana və şitilliklərin rentabellik səviyyəsi yüksəlir. 
Arıların bu müsbət keyfiyyətlərini bir daha kosmetika, əczaçılıq və hətta aviasiya sahəsində 
də görmək olar. 
Bütün bunları nəzərə alaraq, arıçılıq sahəsini inkişaf etdirmək məqsədilə Azərbaycan Dövlət 
Aqrar  Universitetinin  Baytarlıq  təbabəti  və  zoomühəndislik  fakultəsinin  “Heyvandarlıq  və  balıq 
məhsulları istehsalının texnologiyası” kafedrasının bazasında Arıçılıq tədris mərkəzi yaradılmışdır. 
Bu məqsədlə, “Arıçılıq tədris mərkəzi” nə xüsusi otaq ayrılmış, laboratoriya yaradılmış və 54 adda 
müasir təzə avadanlıq alınmışdır.  
Arıxananın təşkili üçün Pekin tipli müasir çardaq qurulmuş və səkkiz arı ailəsi alınmışdır . 
Ailələrin orta gücü 8-9 çərçivədən ibarət olmuşdur. 
2016-cı ilin yazından başlayaraq 6, H-3.2, TH-11 tematik planın 3.2.2 və 3.2.3 ( yeni əlavə) 
bölmələrinə müvafiq olaraq  təcrübənin universitetin bazasında aparılması yerinə yetirilmişdir və bu 
məqsədlə yeni proqram və metodika tərtib edilərək ADAU-nın Elmi şurasına təqdim edilmişdir. 
2015-2016-ci illərin erkən yazından başlayaraq süni və təbii üsulla arı ailələri anoloji olaraq 
təcrübə  və  nəzarət  qruplarına  ayrılmışdır.  Təcrübə  qrupunda  süni  üsulla  alınan  arı  anaları,  nəzarət 
qrupunda isə təbii üsulla alınan arı anaları olmuşdur. Hər qrupda normal gücə malik (8-10 çərçivə 
işçi arı olmaqla) 3 arı ailəsi olmuşdur. 
Ailələr  mayın  III  dekadasında  yeni  mayalanmış  eyni  yaşlı  (  20  günlük)  cavan  damazlıq 
analarla təmin olunmuşdur.  
Təcrübə qrupunda olan ailələrə gündə bir dəfə, saat 13
00
 radələrində 1:1 müsbətində 200 qr 
şəkər  şərbəti  verilmişdir.  Təcrübə  qrupuna  verilən  şəkər  şərbətinin  tərkibinə  5%  BMS  məhlulu 
əlavə edilmişdir. Nəzarət qrupuna da həmin qaydada yəni gündə bir dəfə saat 13
00
 radələrində 200 
qr. 1:1 nisbətində əlavəsiz şəkər şərbəti verilmşdir.  
Təcrübənin bu qaydada aparılmasında məqsəd ailələrdə mövcud olan arı analarının yumurta 
qoyma qabiliyyətinin öyrədilməsindən ibarət olmuşdur. 
Həmin göstəricilər aşağıdakı 1saylı cədvəldə göstərilir. 
                                                                                              
                                                                                                 
     
 
 
 


- 56 -
 
 
Cədvəl 1 
Müxtəlif yemləmə şəraitində aylar üzrə arı analarının  
orta yumurta qoyma qabiliyyəti 
 
(2015-2016-cı illər üzrə orta göstərici) n=3 
 
 
S/S 
Təcrübə 
Nəzarət 
 
Aylar 
 
Sutkalıq yumurta, 
ədəd 
 
Aylar 
 
Sutkalıq yumurta, 
ədəd 
 

 

 

 
May 
 
İyun 
 
İyul 
 
1750 
 
2300 
 
2500 
 
May 
 
İyun 
 
İyul 
 
1300 
 
1650 
 
1800 
 
1 saylı  cədvəlin təhlilindən aydın  olur ki,  2015-2016-cı  illərdə təcrübə qrupundan olan  arı 
analarının  yumurta  qoyma  qabiliyyəti  bütün  aylarda  Nəzarət  qrupundan  olan  arı  anaları  ilə 
müqayisədə müvafiq olaraq orta hesabla may ayında 450  ədəd və  ya 34,6% iyun ayında 650 ədəd 
və ya 39,4% və iyul ayında 700 ədəd və ya 38,9% çox olmuşdur. 
Ədəbiyyat mənbələrindən məlumdur ki, arı anaları özləri qidalanmır. Onları işçi qrupundan 
olan “dayə” işçi arılar qidalandırır. 
Təcrübədən məlum olur ki, təcrübə qrupundan olan arı anaları “dayə” işçi qrupu tərəfindən 
ailəyə verilən BMS bioloji aktiv tərkibli şəkər şərbəti ilə qidalandırılmış və bunun da nəticəsində bu 
qrupdan olan arı analarının yumurta qoyma qabiliyyəti  mövsüm ərzində orta hesabla Nəzarət qrupu 
ilə müqayisədə 1800 ədəd və ya 37,9% çox olmuşdur. 
İşin nəticəsindən, bioloji aktiv maddələrin kənd təsərrüfatı heyvanlarının bala vermə qabiliyyətinin 
yüksəldilməsindən  başqa,  bal  arı  analarının  da  damazlıq  keyfiyyətinin  yüksəldilməsi  və  arı 
analarının “dayə” işçi arılar tərəfindən qidalandırılması bir daha sübut olunmuşdur. 
ADAU-nun arıxanasında arı ailələrinin orta məhsuldarlıq göstəricilərinə gəldikdə isə  2016-cı 
ilin  bal  mövsümunə  normal  gucə  malik  8  arı  ailəsi  və  3  beçə  ailə  hazırlanmışdır.  Arı  ailələri 
kürqırağı  Qarasaqqal  adlanan  meşə  ərazisinə  köçürülmüşdür.  Aprel,  may,  iyun,  aylarında  arıxana 
həmin ərazidə, iyul, avqust aylarında isə Samux rayonunun Ağasıbəyli ərazisində bal toplanmasına 
köçürülmüşdür.  
 
  Mövsüm ərzində 82 kq əmtəəlik bal və 15 ədəd hər birində satış üçün 2,7 kq bal olan çərçivə 
götürülmüşdür. Nəticədə 122.5 kq əmtəəlik bal ADAU əməkdaşlarına ucuz qiymətə satılmışdır. 200 
kq-a yaxın bal isə arı ailələrinin qışlamasına saxlanmışdır.  
 
 
 
 
ƏDƏBİYYAT 
 
1. Алпатов В.В. «Пчеловодство», М. 1948. 
2.  Билаш  Г.Д.  «Организация  и  методика  работ  по  породному  районированию  пчел».  М., 
1967. 
3.  Таранов  Г.Ф.  «Биологическое  основание  приема  ухода  за  пчелами  в  многокорпусном 
улье». М., 1969. 
4. İ.Y.İsrafiov. “Arıçılıq” dərs vəsaiti, Bakı 1991. 
 
 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə