2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

- 48 -
 
 
АН СССР, Москва, 1957, т. 6,  с.3-259.   
7.
 
Юсифов  А.Г.  К изучению  бактерицидных и  дезинфекционных свой-ств  препаратов 
нефтехимического синтеза // Известия  Нижневолжско-го   Аграрного  универ.  комплекса: 
Наука  и  Высшее  Профессиональ-ное   Образование,  Волгоград,  2012,  № 2, (26), с.132-
136. 
    
 
XÜLASƏ 
 
                                                                             Mətanət Məmmədova   
 
QOYUNLARIN  TRİXOSEFALYOZUNDA   NATRİUM 
HİPOXLORİTİN  SINAQDAN  KEÇİRİLMƏSİ 
 
                             
          Test-obyektlər    üzərində  yerləşdirilmiş  trixosefalyus  yumurtalarına  qarşı    natrium   
hipoxloritin ovosid təsiri öyrənilmişdir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, 
preparatın  0,3%  məhlulu  10  dəqiqə  ekspozisiyada    trixosefalyus    yumurtalarına    bütün  
mərhələlərdə  öldürücü  təsir  göstərir. 
 
ABSTRACT 
 
 
 
                                                                                                                                                 
Mətanət Məmmədova   
       
 
TEST OF SODIUM HYPOCHLORITE IN   
 
TRICHOCEPHALOSIS  OF SHEEP 
         
Oocyte action hypochlorite sodium 
it was studied
 on trichocephalus
 
eggs
 has located of test objects. 
Investigation have revealed 0,3% ethyl solution on the drug at   10  minutes exposure is having 
  a 
devastating eggecj on eggs
 of 
trichocephalus.
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


- 49 -
 
 
II BÖLMƏ. ARI YETİŞDİRMƏ VƏ DAMAZLIQ PROBLEMLƏRİ 
UOT: 638.1 
ƏLİ TAHİROV 
Naxçıvan Dövlət Universiteti  
ali.tahirov@mail.ru
 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA PAKET ARIÇILIĞININ 
TƏTBİQİNİN ƏSASLARI 
 
    
 
   Açar sözlərpaket, arı, cins, bölgə, Naxçıvan 
 
   Ключевые словапакет, пчела, порода, зона, Нахчыван 
 
   Keywords: package, bee, gender, area Nakhchivan 
Məqalə  Naxçıvan  MR-də  paket  arıçılığın  tətbiqi  imkanlarının  araşdırılması  məqsədilə 
burada yayılmış Sarı Qafqaz bal arısı Naxçıvan populiyasiyasının (Apis mellifera caucasuca flova 
populatio  Nachitshevanica)  bioloji və  təsərrüfat  xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuşdur. 
Müəyyən edilmişdir ki, qışlamaya qoyulana qədər olan payız dövründə Arazboyu düzənlik ərazidə 
məskunlaşmış arı ailələrinin gücü orta dağlıq və dağlıq ərazisi arıları ilə müqayisədə 7,8% (P>0,95) 
və 12,6% (P≤0,95) çox olur. Yaz dövründə (aprel-may) Arazboyu düzənlik ərazinin arı ailələri orta 
dağlıq və dağlıq ərazisi ailələri ilə müqayisədə 8,4% (P>0,95) və 34,7% (P>0,95) artıq gücə malik 
olur  və  xüsusilə  may  ayında  müvafiq  olaraq  14,7%  (P>0,95)  və  52%  (P>0,999)  artıq  arı  artımı 
yetişdirlər.  Naxçıvan  MR-də  arı  ailələrinin  inkişafının  təbii-coğrafi  şəraitdən  asılı  olaraq 
dəyişkənliyini nəzərə alaraq Arazboyu düzənlik ərazidə erkən yazda ana arı və paket arı ailələrinin 
yetişdirilməsini düzgün təşkil etmək mümkündür.  
Giriş 
Arıçılığın xüsusi bir sahəsi olan “Paket arıçılığı” 1879-cu ildə Amerika qitəsində yaranmış 
və  mahiyyəti  cənubda  arıçılığın  yetişdirilmə  istiqamətində  inkişaf  etdirilməsi  üçün  mövcud  olan 
əlverişli şəraitdən istifadə edərək, ailələri artırmaq və onları bal toplamaq imkanı çox olan bölgələrə 
göndərməkdən ibarətdir (9).  
Paket    arıçılığı  erkən  yaz  dövründə  arıları  yetişdirib  xüsusi  kiçik  arı  qutularında 
(paketlərdə) şimal bölgələrinə göndərilməsinin əsasını təşkil edir. 
           Paket  arıçılığının  tətbiqi  arıçılıqda  iki  dəfə  gəlir  almaq  üçün  imkan  yaradır.  Birinci  imkan 
paket  ailələrinin  yetişdirilib  göndərilməsi,  ikinci  isə  onlardan  istehsal  edilən  məhsulun  alınıb 
satılması zamanı yaranır (2;5). 
           Paket  arı  ailələrinin  yetişdirilməsi  və  göndərilməsi  ilk  dəfə  məhşur  amerikalı  arıçı  A.İ.Rut 
tərəfindən  həyata  keçirilmişdir.  A.İ.Rut  qış    dövründə    çoxlu  arısı  tələf  olan  ölkənin  şimal 
bölgələrinə arıları göndərmək üçün məftildən hazırlanmış tor qəfəscikdən istifadə etmişdir (9).  
Respublikamızın şimal və cənub bölgəsi arasında iqlim fərqliliyi mövcuddur(1). Şimalda qış 
uzun və olduqca sərt keçdiyi  halda,  cənubda qış  mövsümü  qısa sürür və  yazın  tez gəlməsi  burada 
arıların erkən inkişafa başlamasına təkan verir. Bunun əksinə olaraq ağır qış şərtləri və baharın gec 
gəlməsi  dağlıq  bölgələrdə  arı  ailələrinin  təlaf  olmasına  səbəb  olur.  Bu  baxımdan  respublikamızda 
paket arıçılığın tətbiqi və inkişafı qışlama dövründə arı itkisini aradan qaldıraraq istehsal xərclərini 
azaldacaq və bölgədə arıçılığı daha gəlirli bir sahəyə çevirəcəkdir.  
Paket  arıçılığın  tətbiqi  cənub  bölgələrində  damazlıq  ana  arı  istehsal  müəssisələrinin 
qurulmasında  və  ölkəmizdəki  damazlıq  probleminin  həlli  yolunda  da  mühüm  rol  oynaya  bilər. 
Nəticədə ölkə arıçılığında məhsuldarlıq artar, arıçılıq daha gəlirli bir sahəyə çevirilərək inkişaf edər. 
Paket  arıların  məhsuldarlığı  onların  alınma  müddətindən  və  paketlərdə  olan  arıların 
keyfiyyətindən, miqdarından, bal toplama şəraitindən və eyni zamanda arının cinsindən asılıdır (5; 
6).  Paket  arıcılığında  istifadə  edilən  arı  cinsləri  erkən  yaz  dövründə  sürətli  inkişafı  və  yüksək 
məhsuldarlığı    ilə  fərqlənməlidirlər.  Məlumdur  ki,  hər  bir  arı  cinsi  müəyyən  təbii-iqlim  şəraitinə 
uyğunlaşmışdır  ki,  belə    şəraitdə  arılar  bütün  təsərrüfat  əhəmiyyətli  əlamətlərini  büruzə  verirlər. 
Ona  görə  də  cənubda  yetişdirilən  paket  arıların  şimal  bölgələrinin  təbii-coğarfi    şəraitinə 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə