2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

- 42 -
 
 
SALEH MƏHƏRRƏMOV 
SEVİLƏ RÜSTƏMOVA                                                                                                                   
                                                                                                             Naxçıvan Dövlət Universiteti 
                                                                                                                               İLHAM ƏZİMOV  
Baytarlıq Elmi-Tədqiqat İnstitutu 
 
BAL ARILARININ ASPERGİLLYOZU 
         
Açar sözlər: bal arıları, aspergillyoz, törədici, müalicə, profilaktika. 
Key Words: honey bees, aspergillosis, carrier, treatment, prophylaxes 
Ключевые слова:медоносныепчелы,аспергиллоз,возбудители,лечение,профилактика 
 
Aspergillyoz-respirator,  çox  hallarda  iti  və  yarımiti  gedişə  malik  olan  xəstəlikdir.  Əsasən 
quşlar yoluxmaqla Asp. fumigatus, Asp. flavus və digər Aspergillus növlərinə aid olan göbələklər 
tərəfindən  törədilir.  (1,2,8,11,12,13)  Az  hallarda  xəstəliyə  südəmər  heyvanlar  arasında  da  təsadüf 
olunur ( atlar, xırda və iri buynuzlu heyvanlar, donuzlar və laboratoriya heyvanları və.s) xəstəliyə 
həmçinin  insanlar  da  həssasdır  (1,2,3).  Aspergillyoz-daşlaşmış  sürfə,  aspergillomikoz-əsasən  açıq 
arı sürfələrinin və bəzən də yaşlı arıların göbələk xəstəlikləridir. (7,8,10) 
 
Ədəbiyyat  məlumatlarına  görə  asperdillyoz  xəstəliyi  arıçılıq  təsərrüfatlarında  da  geniş 
yayılmaqla arıları və arı məhsullarını yoluxdurmaqla böyük iqtisadi ziyan vurur. (1,4,5,6,7)  
 
Aspergillyoz  xəstəliyinin  törədiciləri  olan  aspergill  göbəlikləri  təbiətdə  geniş  yayılmış 
mikroorqanizmlərdəndir.  Demək  olar  ki,  aspergill  göbələklərinə  dünyanın  hər  bir  yerində  rast 
gəlinir.  Bu  isə  onların  qida  mənbələrinə  nisbətən  az  tələbkar,  qüvvətli  ferment  aparatının  olması, 
fəal çoxalması, xarici mühit şəraitində davamlığı və s xüsusiyyətlərlə izah olunur. (8,9,10,) 
 
Xəstəliyi  ilk  dəfə  ABŞ-da  Hovad  (1894-1896)  müşahidə  etmişdir.  Avropa  ərazisində  ( 
Almaniyada) daşlaşmış sürfə barədə Maassen (1906) məlumat verilmişdir. Sonralar xəstəlik bir çox 
Avropa  ölkələrində  aşkar  edilmişdir.  Rusiyada,  xüsusən  də  şimal  quberniyalarında  İ.L.Serbinov 
(1910) yumurtaların və yaşlı arıların aspergillyoza yoluxmalarını aşkar etmişdir. (1)  Azərbaycanda 
bu sahədə elmi-tədqiqat işləri  aparılmamışdır. Yalnız arıçılığa aid kitablarda və İ.Əzimovun (2007) 
“Heyvanlarda  mikozlar  və  mikotoksikozlar”,  adlı  monoqrafiyasında  bu  xəstəlik  barədə  məlumat 
verilmişdir (1,2,4,6). 
 
Hazırda  bal  arılarının  aspergillozuna  (A.Flavus)  Avropa,  Asiya  ölkələrində,  Şimali  və 
Cənubi Amerikada ehtimal ki, hər yerdə rast gəlinir. Son illər xəstəlik askosferozla assosiyada keçir 
və  daha  çox  yayılır.  İnsanların  arılardan  və  arı  məhsullarından  yoluxması  haqqında  tutarlı  əsaslar 
olmasa da aspergillyozun onlara təhlükəli olmasını nəzərə alaraq bu infeksiyaya diqqət artırılmalıdır 
(1) 
 
Xəstəliyin törədicisi Aspergillus cinsindən olan göbələklərdir. Bal arılarının yoluxmasını bir 
çox hallarda A.flavus, bəzəndə A.fumigatus, A. Niger, A. Nidulans və başqaları törədirlər. A flavus 
adi qida mühitlərində (Çapek,aqari, saburo agari və.s) areb şəraitdə   7-40
0
C temperaturda (optimal 
20-35) və PH 2,8-7,4 (optimal 3,1-4,4) olduqda yetişdirilir. Göbələyin koloniyaları 19 gün ərzində 
3-7sm,  diametrə  çatır, nazik   hamar, bəzən də şirimli  və  ya  girişli,  dalğavari mitsellər  yaradır, üst 
tərəfdən  xırda  dənəli  sarı,  yaşılımtıl  sarı  rəngli,  A.  niger  isə  tünd  qəhvəyi,  qaramtıl  rəngli  olur. 
Aspergil  göbələklərinin  bir  sıra  növlərinin  yetgin  kulturalarında  efirdə  həll  olunan  toksiki  və 
kanserogen  maddələr  (kumarinlərin  törəmələri)  –  aflatoksinlər  əmələ  gətirir.  (1,2,3,10)  Aspergill 
ştamlarının  arılar  üçün  patogenliliyi  spor  və  mitselilərinin    bağırsaq  şirəsinə  və  həşaratların 
kutikulasinin müdafiə vasitələrinə qarşı durmaq qabliyyətindən asılıdır. 
 
Yoluxma  göbələk  sparlarının  arıların  gövdələrində,  nektar  və  çiçək  tozları  ilə  birlikdə 
gətirilməsi,  həmçinin  pətəklərə  kiflənmiş  şanların  xüsusən  də  güləmli  şanların  qoyulması 
nəticəsində baş verir.  Yumurtaların  və  yaşlı arıların  yoluxması sporların  yemlə  gətirilməsi  zamanı 
baş  tutur.  Göbələyin  sparlarının  ailə  daxilində  yayılması  havanın  sirkulyasiyası  və  yumurtaların 
yemləndirilməsində  və  şamların  yuvacıqlarının  təmizlənməsində  iştirak  edən  cavan  arıların 
hərəkətləri zamanı baş verir. (1,4) 
 
Xəstəlik  əsasən  soyuq  və  nəmli  havalarda,  yazda  və  payızda,  uzun  müddət  tutqun,  yağışlı 


- 43 -
 
 
havalar  dövründə,  çökəklikdə,  nəmli  torpaqda  və  kölgələrdə  yerləşdirilmiş  arıxanalarda,  arıların 
nəmli, pis ventilyasiya olunan təknələrdə saxlanması zamanı qeyd olunur (1,4,7) 
 
Bundan  başqa,  hər  yerdə  aspergillyoz  bal  arılarının  orqanizmini  zəiflədən  və  göbələk 
sporlarının mexaniki daşıyıcıları rolunda çıxış edən varroa gənələri ilə yoluxması fonunda baş verir 
(1).  Sporlar  bağırsaqda  inkişaf  edirlər,  mitselilər  ifraz  etdikləri  fermentlər  və  mexaniki  təzyiq 
hesabına  bütün  daxili  orqanları  və  toxumaları  deşib  keçərək,  kutikuladan  çıxırlar.  Yaşlı  arılarda 
mitselilər  bədənin  səthinə  başın  arxasından  və  döşlə  qarının  birləşdiyi  yerdən  çıxırlar.  Bağırsaqda 
inkişaf  zamanı  göbələk,  sahibini  tələf  edən  toksin  ifraz  edir.  Ölmüş  sürfələrin  və  yaşlı  arının 
qarıncığı  tədricən  bərkiyir,  mumifikasiyaya  uğrayırlar.  Ölmüş  arılar  quruyur,  qırışır  və  24-48 
saatdan  sonra  göbələyin  miseliləri  ölmüş  arıların  bütün  bədənini  bürüyür.  Göbələyin  sparlarını  və 
miselilərini ölmüş arıların bağırsaqlarında və daxili orqanlarında tapmaq mümkündür. 
 
Xəstəlik  əsasən  arıların  müxtəlif  güllərdən  və  ağaclardan  çəkdiyi  şirə  zamanı    göbələk 
sporlarını yuvalarına aparıb saldıqdan sonra başlayır. Adətən xəstəlik zəif arı ailələrindən başlayır, 
hansı ki, saxlanma və bəslənmə şəraiti pisdir. 
 
Xəstəliyin  əlamətlərinə  və  gedişinə  gəldikdə,  adətən  əvvəlcə  arı  sürfələri,  sonra  isə  digər 
arılar  yoluxur.  Yoluxmuş  və  ölmüş  arı  sürfələrini  çıxardıb  atarkən  onların  yerində,  sarı-göyümtül 
pərdə görünür ki, bu da göbələyin miseli və sporlarından ibarətdir. 
Ana  arılar  yoluxduqdan 
sonra zəifləyir, haldan düşür və nəhayət ölürlər. Bunların da üzəri göbələk miseliləri və sporları  ilə 
örtülmüş  olur.  Xəstə  arılar  bəzən  yuvanın  içində,  çox  vaxt  isə  birtəhər  uçaraq  və  ya  yeriyərək 
yuvadan çıxıb kənarda ölürlər. Ölmüş sürfələr sarımtıl rəng almaqla, bürüşür və bərkiyir. Göbələk 
bağırsaqlarda  inkişaf  etdikdən  sonra  miselilər  baş,  nahiyyəsini  və  bütün  bədəni  əhatə  edir.  Arı 
bədəninin  səthində  göbələk  spor  əmələ  gətirir  və  sürfələrin  səthi  sarı,  qara,  tünd-göy  və  ya  digər 
rəng olur. Bu da göbələklərin növündən asılıdır. 
 
Xəstəliyin  əlamətlərinə  görə  diaqnoz  qoymaq  hər  vaxt  mümkün  olmur.  Adətən  xəstəlik 
yazın əvvələrində və ya payızda baş verir. Xəstəliyə əsasən 6-12 günlük sürfələr tutulmaqla, onlar 
bərk, daş kimi olur. Sürfələrin üzəri sarı-yaşıl və ya tünd rəng alır. 
 
Laboratoriyaya  göndərilmiş  ölü  sürfələr  Petri  çaşkasına  qoyulur  və  mikroskopun  kiçik 
böyüdücüsü  ilə  baxıldıqda,  sürfələrin  üzərində  göbələyin  spor  və  miseliləri  aydın  görünür. 
Törədicinin boyunu almaq üçün materiallardan müvafiq qida mühitinə əkilir. Bu məqsədlə sürfələr 
xırdalanır , qida mühitinə əkilir və termostata qoyulur. 3-4 gündən sonra törədicinin sarımtıl-yaşıl 
koloniyası  boy  verir.  Alınmış  kulturalardan  preparat  hazırlanıb  baxılır  və  hansı  göbələk  olduğu 
müəyyən edilir. 
 
Müalicə işi yalnız arılar yuvaları azaldılmış təmiz təknələrə köçürüldükdən sonra aparılır. 
 
Mübarizə  tədbiri  olaraq    yumurtaların  və  yaşlı  arıların  yoluxması  zamanı  ailə  məhv  edilir, 
şanlari və istiləşdirici materialı yandırılır. Arı sürfələrinin tək-tək yoluxması zamanı şanlar arılarla 
birlikdə  təmiz,  dezinfeksiya  olunmuş  təknələrə  köçürülür,  yem  olan  çərçivələrin  hamısı  çıxarılır. 
Ailələri maksimal dərəcədə ixtisar edirlər və istiləşdiricilər, tam keyfiyyətli yemlərlə təmin olunur. 
Adətən zəif yoluxma zamanı bu cür tədbirlər yetərli olur, müalicəvi preparatların tətbiqinə ehtiyac 
duyulmur. 
 
Təknələri  və  invertarları  diqqətlə  mexaniki  təmizləmə  apardıqdan  sonra  lehimləyici  lampa 
ilə və ya formaldehid məhlulu ilə zərərsizləşdirirlər. Sonraki dezinfeksiya edici preparatların biriylə 
dezinfeksiya edirlər, sonra yuyularaq qurudurlar. 
 
Aspergillyoza  görə  qeyri-sağlam  arixanada,  laboratoriyada  patoloji  materialla  bütün  işlər 
ağız  və  burunu  örtən  yaş  tənzif  maskada,  eynəkdə  yerinə  yetirilməlidir.  İşlər  görüldükdən  sonra 
əlləri və üzü diqqətlə yumaq lazımdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Əliyev  E.A,  Əzimov  F.M,  Vəliyev  U.M,  Şəfi  N.V.  Ehizootologiya  və  İnfeksion  xəstəliklər 
Bakı, 2013, səh. 972-976 
2.
 
Əzimov F.M. Heyvanlarda mikozlar və mikotoksikozlar. Bakı 2007. 
3.
 
Qarayev Z.G, Əliyev T.Ə, Qurbanov A.F. Tibbi mikologiyası 2007, səh. 303-326. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə