2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

- 33 -
 
 
dəqiqə  müddətində  dəqiqədə  2000  dövürlə  keçrilmişdir.  Alınmış  çöküntü  ayrılıqda  yuxarıda 
göstərilən bulyon və aqar qida mühitlərinə əkılmiş və termostatda +37C-də 3-5 gün saxlanılmışdır. 
Sonra yaxmalar hazırlanaraq Qram üsulu ilə boyanıb mikroskopiki müayinə edildmişdir. Ayrılmış 
salmonella  mikrobunun  ağ  siçanlar  üzərində  patogenliyi  öyrənilmişdir.  Ölmüş  ağ  siçanlardan 
bulyon qida mühitlərinə əkmələr aparılmış, 1 gündın sonra aqar qida mühitlərinə keçirilmiş və  72-
saatdan  sonra  xarakterik  boydan  fizioloji  məhlulla1:  10  nisbətində    suspenziya  hazırlanmış  və 
pozitiv salmonellyoz serumu ilə aqqlütinasiya reaksiyası qoyulmuşdur. 
Alınmış  kulturaların  canlı  arılar  üzərində  patogenliyini  öyrənmək  məqsədilə  qəfəsdə  arılara    (20 
ədəd) salmonellyoz kulturası ilə şərbət hazırlanıb yemləmə qaydasında verilmişdir. Nəzarət olaraq 
başqa  qəfəsdə  arılara  (20  ədəd)  şərbət  hazırlanıb  yemləmə  qaydasında  verilmişdir.  Nəticədə 
salmonellyoz kulturası  ilə  yemlənmiş  arıların  4-5 günə nəzarətdə olan  17 arılardan 3-4 ədəd  arı 
ölmüşdür. 
 
Gətirilmiş  mumun  müxtəlif  yerlərindən,  hər  birinin  çəkisi  100  qr  olmaqla  10  nümunə 
götürülmüşdir. Hər bir mum nümunəsini steril skalpellə əzərək steril şüşə bankalara yerləşdirilərək, 
üzərinə 100 ml steril fizioloji məhlul əlavə edildi. Sonra bankalar 5 dəqiqə çalxalanaraq və hər bir 
nümunə müayinədən keçirilmişdir.  
 
Laboratoriya  şəraitində  şanı  yoxlamaq  üçün  şanıdan  alınmış  yuyuntunu  steril  sentrifuqa 
qablarına töküb, 2000 dövrədə 15 dəqiqə sentrafuqadan keçirdikdən, sonra spesifik  salmonelyoza 
qarşı  serumla  cism  şüşəsi  üzərində  seroloji  xassələri  öyrənilmişdir.  Ayrılmış  salmonellyoz 
kulturaları  müxtəlif dərman preparatlarına (antibiotik, sulfanilamid) həssaslığı aqar qida mühitləri 
üzərində  öyrənilmişdir.  Salmonellyoza  qarşı  müalicə  məqsədilə  1:1  şəkər  məhluluna  vitamin 
mineral tərkibli çiktonik və ya intravitin əlavə edilərək tətbiq edilmişdir.    
 Müalicə zamanı sintomiçin, levomisetin 0,2-05 q, tetrasiklin, terramiçin  
2  00  000-300  000  TV    1  litrə,  neomiçinin  200  TV  və  0.2  q  levomsitin  37  C  1:1  şəkər  məhlulu, 
çiktonik 1litrə 1ml və ya intravitlə 3litrə 1 çay qaşığı qarışdırılır. 100 q məhlul 4-5 gün müalicədə 
istifadə edilmişdir.   
ABSTRACT 
Firuzə Gulalieva 
Avtandil Yusifov  
 
STUDY OF THE PATHOGENY OF DISEASE 
SALMONELLIOSIS OF HONEY BEETS ON LABORATORY ANIMALS AND 
IMPROVEMENT OF TREATMENT PREVENTION 
 
White mice are sensitive to the pathogens of salmonellosis. The use of sulfonamides in syrup 
and  preparations  that  have  antibiotics  with  mineral  vitamins,  (april,  may),  against  salmonellosis 
bees. 
Preparations  of  synthomycin,  levomycitin  in  a  dose  of  0.2-0.5  g,  tetracycline,  terramycin 
2.000.000 - 3.000.000  UA  per 1 liter of syrup, as well as neomycin at a dose  of 200  UA  with 
levomycitin in the calculation of 1:1 in syrup at a temperature of  37
0
C, as well as cicadone in the 
calculation of 1 ml per 1 liter or introvita for 1 hour a spoon of 3 liters (per 100 g for 4-5 days) is 
considered a more effective treatment.  
 
 


- 34 -
 
 
РЕЗЮМЕ 
Фиpyзe Гyлалиева  
Автaндил Юсифов  
                                                                     
ИЗУЧЕНИЕ ПАТОГЕННОСТИ ЗАБОЛЕВАНИЯ 
САЛМОНЕЛЛЁЗА МЕДОНОСНЫХ  ПЧЁЛ  НА ЛАБОРАТОРНЫХ ЖИВОТНЫХ И 
УСОВЕРШЕНСТВОВАНИЕЛЕЧЕБНОЙ ПРОФИЛАКТИКИ 
 
Белые  мыши  чувствительны  к  возбудителям    сальмонеллёза.  Использованы 
сульфаниламидов в сиропе и препаратов, которые имеют  в составе антибиотики с  минерал 
– витаминами, (в апреле, мае), против сальмонеллёза пчёл. 
Препараты синтомицин, левомицитин в дозе 0,2-0,5 г, тетрациклин и террамицин  
2.000.000 – 3.000.000 ЕД на 1 литр  сироп, а также неомицин в дозе 200 ЕД с левомицитинам 
в  расчёте 1:1 в сиропе при  температуре 37
0
 с, а также циктоник в расчёте 1 мл на 1 литр или 
интровит  в расчёте 1 ч.  ложка на 3 л  ( на 100 г на 4-5 дней) считаются более эффективным 
лечением. 
                                          
 
 
                                                                                                                
 
 


- 35 -
 
 
AMALİYA HƏSƏNOVA  
YAVƏR MƏMMƏDOV  
ALİYƏ RÜSTƏMOVA  
                                                                        Azərbaycan Dövlət Pedaqoji Universiteti 
         
ARILARIN PARAZİTAR VƏ İNFEKSİON XƏSTƏLİKLƏRI, ONLARA QARŞI 
MÜBARİZƏ TƏDBİRLƏRİ 
 
  Açar sözlər: arı, parazit, infeksion, xəstəlik 
 
Key words: bee, tick, infection, illness 
Ключевые слова: пчелы, паразит, инфекцион, болезни 
 
Azərbaycanın  əksər  bölgələrində  APİS  MELLİFERA  növünə  üstünlük    verilir.  Bu    yəqin  
ki,  onun  daha  davamlı  və  məhsuldar  olması  ilə  əlaqədardır.  
 Arıların artıb çoxalması,  əhalinin arı məhsullarına olan tələbatının ödənilməsi üçün onların  
parazit  faunasının  öyrənilməsi    vacibdir.  Arıların    parazit    faunası  müxtəlifdir.  Parazitlər    bal  
arılarının  məhsuldarlığını  aşağı  salır, bəzən də onların kütləvi surətdə məhv olmasına səbəb olur. 
Arıların  parazitləri    içərisində  ibtidailərdən  başlayaraq  həşəratlar  da  daxil  olmaqla  müxtəlif 
dərəcədə  ziyan  vuran  formalar  mövcuddur.  Arıların  kütləvi  qırılmasına  səbəb  olan  xəstəliklərdən 
biri  iflic  törədən  xroniki  viruslardır.  Xəstəliyin  törədiciləri  tərkibində  RNT  olan  viruslardır.  Bu 
viruslar  kiçik  ölçülü  olub  xarici  mühitin  fiziki-kimyəvi  təsirlərinə  qarşı  çox  davamlıdırlar.  Kəskin 
və xroniki xarakterli olan bu viruslar quruluşlarına görə bir-birindən fərqlənir. Kəskin iflic törədən 
viruslar  sferik,  xroniki  iflic  törədən  viruslar  isə  oval  formalı  olur.  Xroniki  virusun  yoluxması  ilin 
bütün  fəsillərində  müşahidə  olunur.  Kəskin  yoluxma  isə  soyuq  və  yağışlı  havalardan  isti  yay 
zamanına keçərkən baş verir. Xəstəlik yoluxmuş arılardan sağlam arılara keçir.  
Arıların  parazit  faunası  çox  geniş  olduğundan  onlardan  qorunma  yolları  da  müxtəlifdir. 
Arıların  parazit  faunası  araxnoz,  entomoz,  protozoy  və  helmintoz  tipli  olduğundan  xəstəliklər 
infeksion  və  parazitar  xarakterlidir.  Buna  görə  bu  xəstəliklərə  qarşı  mübarizə  tədbirləri  işləyib 
hazırlamaq  üsulları  da  müxtəlifdir.  Xəstəliyin  diaqnozu  dəqiq  olmasa  mübarizə  tədbirləri  heç  bir 
effekt vermir. Arılar  cəmiyyət halında yaşadığı üçün infeksion xəstəliklərə tutulma ehtimalı daha  
çoxdur. Sağlam arılar xəstə sürfələrdən və xəstə arılardan yoluxurlar.  
Askoferoz  arıların  infeksion  xəstəliyi  olub  arı  ailələrinə  ciddi  ziyan  vurur.  Xəstəliyin 
törədicisi  Ascosphaera  apis  göbələyidir.  Bu  göbələk  növü  ayrı  cinsli  olub  dişi  və  erkək  mitseliyə 
malikdir.  Cinsi  orqanları  mitselilərin  bir-birinə    toxunduğu  hissələrdə  yan  tərəflərdə  yerləşir. 
Çoxalma  erkək  və  dişi  mitselilərin  nüvələrinin  bölünməsindən  alınan  sporlar  vasitəsilə  baş  verir. 
Sporlar sista daxilində yerləşir. Sistanın içərisində spor kürələri yerləşir, bu kürələrin içərisində hər 
biri  50%  olmaqla  erkək  və  dişi  spor  vardır.  Sporlar  güclü  işıq  sındırma  qabiliyyətinə  malik  olub 
nazik xarici qatla örtülmüşdür. Rəngləri zəif qonur, ellipsvari formada olurlar. Ölçüləri kiçik olub 
(1,0-2,0) x (2,0-3,5) mkm-dir. 
Ədəbiyyat  məlumatlarına  əsasən  bu  göbələyin  iki  növü  ayırd  edilir:  apis  və  mayor.  Bu 
formalar ölçülərinə görə  bir-birindən fərqlənir. Hər iki formada spor kapsulaları ilə dolu mitselilər 
mövcuddur.  Apis  formasında  spor  dolu  mitselinin  rəngi  yaşıl-qonur  olub  bir  qədər  dəyirmi  olur. 
Mayor formada sporlar oval və ya armudvari formalı, qara rənglidir. Sporların əmələ gəlmə prosesi 
hər iki formada eynidir. Spor əmələ gəlməsi üçün optimal temperatur apis üçün +30
0
C, mayor üçün 
isə  +20
0
C-dir.  Sporlar  xarici  mühit  şəraitinə  qarşı  çox  dözümlü  olurlar.  Boş  pətəklərdə,  balda, 
mumda  və  digər  işlənən  invertarda  bu  parazitin  sporları  4  il  müddətingə  öz  həyat  qabiliyyətini 
saxlayır.  Qeyd  etmək  lazımdır  ki,  bu  parazitin  sporları  dezinfeksiya  preparazlarına  qarşı    xüsusi 
davamlıdır.  
Bu  xəstəlik  1878  ildə  Çexoslavakiyada  müşahidə  olunmuşdur.    Müasir  dövrdə  bu  xəstəlik 
dünyanın bütün ölkələrində yayılmışdır. Xəstəliyin mənbəyi xəstə arı ailələridir. Xəstəlik nəmişliyin 
çox  olduğu  yerlərdə  və  qidanın  az  olduğu  sahələrdə  daha  intensiv  rast  gəlinir.  Arı  ailələri  üçün 
lazım olan invertarların satılıb-alınması və dəyişdirilməsi  xəstəliyin daha geniş yayılmasına şərait 
yaradır.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə